Halal ruzi qazanmağın 8 formulu nədir?


Halal ruzi qazanmağın 8 formulu nədir? İbadətin 70 bölməsi vardır. Onun ən böyük hissəsi - halal ruzi qazanmaqdır. Övladın atası üzərindəki haqqı budur ki, ruzisini halal yolla təmin etsin. İmam Sadiq (ə) buyurur: “Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək gəlirini halal etsin. Qarnında haram tikə olan heç bir bəndənin duası Allah dərgahına yuxarı qalxmır”. (Tebyan) Dinimiz halal ruzi qazanmağın formulunu müəyyən edib bizlərə çatdırmışdır. Onlara işarə edək: 1. Allahın Rəzzaq olduğunu qəbul edək. 2. Halal ruzi qazanmaq üçün səy et. 3. Qənaətcil ol və ailəni də buna adət etdir. 4. Hər bir haramdan çəkin. 5. Malının xümsünü ver. 6. Səhər tezdən iş başına get. 7. Sileyi-rəhm et. 8. Xoş əxlaqlı ol.


Bəyənilən və bəyənilməyən ümidsizlik hansilardir?


Bəyənilən və bəyənilməyən ümidsizlik hansilardir? Çox sayda Quran ayələri və hədislər vardır ki, bizi Allaha qarşı ümidsiz olmaqdan çəkindirir. “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53). Bu ayəyə diqqət etməklə belə bir nəticə çıxarmaq olur ki, ümidsizlik neçə növdür: 1-Bəyənilən ümidizlik. Bəyənilən ümidsizlik - Allahdan qeyrisinə görə olan ümidsizlikdir. İnsan ancaq Allahı feyz mənbəyi bilməlidir.
səbəbini də İmam Sadiqin (ə) hədisində axtarıb tapdıq ki, buyurur: “Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olandan ümidini kəssin”. 2-Bəyənilməyən ümidsizlik. Xaliq Rəhman Allah buyurur: “Ey, bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən”. (“Ali-İmran” 26). İnsanın xəarətidir belə bir Allah ümidsiz olması.


İlahi tofiqata (köməklərə) çatmağın 4 yolu hansılardır?


İlahi tofiqata (köməklərə) çatmağın 4 yolu hansılardır? İlahi tofiqat elə bir nemətdir ki, Allah bəzi bəndələrinə inayət edər. İnsan onun bərəkəti sayəsində mənəvi əməl meydanında dini hədləri aşmır, həqiqətdə ismət məqamına çatır. İlahi tofiqi cəlb etməyin 4 yolu: 1. Tofiq əldə etmək üçün ibadət. 2. Ata və ananın duası. 3. Tofiqi cəlb etmək üçün çalışmaq. 4. Allahın nemətləri haqqında düşünmək.


Ürəyin pas bağlamasına səbəb olan amillər nələrdir?


Ürəyin pas bağlamasına səbəb olan amillər nələrdir? İnsanın həqiqəti ruhunun Allaha yaxın olması ilə məna kəsb edər. Lakin o zaman ki, insan dünya həyatında Allahdan uzaq olar, həmin həqiqəti əldən vermiş olar. Quran ayələri bəzən bunun səbəbini ürək qəsavətində görür. Yəni insanın ürəyini, gözünü və qulağını elə pərdə bağlayır ki, həqiqətləri qəbul edə bilmir. Bu pərdə nəhayət qəsavətə çevrilir. Əgər insanın ürəyini qəsavət bağlayarsa, Allah qorxusu ona yaxın olmaz və ürəyində nə qorxu olar və nə də meyl. Bir xətib insanlara moizə deyər, lakin onun bu dediklərinə reaksiya verənlərin sayı müxtəlif olar. Biri o qədər təsirlənər ki, ürəyi gedər. Başqası isə nəyin baş verdiyini bilməz. Bəlkə həmin şəxsin qəşş etməsinə təəccüb edər. (Tebyan) Ürək qəsavətinin amilləri: 1. Nəfspərəstlik. 2. Dünya sevgisi. 3. Günahların çox olması. 4. Uzun arzulara malik olmaq. 5. Yeməkdə ifrat etmək. 6. Cəhalət. 7. Şeytan vəsvəsəsi. 8. Qadınlarla oturub-durmaq. 9. Əti çox yemək. 10. Çox yatmaq. 11. Mal toplamaq.


Dəstəmazlı olmağın gətirdiyi faydalar nələrdir?


Dəstəmazlı olmağın gətirdiyi faydalar nələrdir? Daima dəstəmazlı olmaq elə bir tofiqdir ki, əgər Allahın lütfü ilə insana şamil olarsa, çox sayda bərəkətə malik olar. Dəstəmaz üstünə dəstəmaz almaq - insanın Allaha olan diqqətini artırar. İnsana zikr yolunu açar. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Dəstəmaza riayət etməz, məgər mömin”. Dəstəmazlı olmağın gətirdiyi faydalar:
1. Bütün bədən pak olar. 2. Günahlar bağışlanar. 3. Duaları qəbul olar. 4. Ruzisi artar. 5. Diqqəti artırar. 6. Ömür artar. Həzrət Peyğəmbər (s) buyurur: “Çalış təmiz və dəstəmazlı olasan ki, Allah ömrünü artırsın”. 7. Dəstəmaz alıb yatmaq ibadətdir. 8. Dəstəmazlı ölmək - şəhadətdir.


Evliliyi sürətləndirmək üçün 5 gözəl məsləhətlər nələrdir?


Evliliyi sürətləndirmək üçün 5 gözəl məsləhətlər nələrdir? Evlilik bəşər tarixində həmişə mühüm mövzuladan olmuşdur. Ancaq İslam dini qədər heç bir din ona bu qədər əhəmiyyət verməmişdir. Evlilik – Peyğəmbər (s) sünnətidir. Peyğəmbərimiz (s) buyurub: “O kəs ki, mənim dinimi sevir, gərək mənim sünnətimə sabit olsun. Evlilik – mənim sünnətimdir”. Evlilik məsələsini sürətləndirmək üçün qızıl nöqtələr: 1. Hər bir vacib namazdan sonra bir dua həyata keçər. 2. Duanın qəbul olduğunu məkan və zamanlarda dua edin. 3. Çoxlu istiğfar etmək, çünki günah həcatin yerinə yetməsinə mane olar. 4. Sübh namazından 10 dəqiqə əvvəl oyanın və gecə namazı qılın və Allahdan istəyin ki, sizi şeytanın şərindən qorusun. 5. Ayətullah Behcət subay cavanlara tövsiyə edirdi ki, “Cəfər Təyyar” namazı qılsınlar.


Dindar necə şadlanmalıdır?


Dindar necə şadlanmalıdır? Dindar Allahdan həqiqi xeyir və həmişəlik şadlıq əldə etmək üçündür. Bəni insanlar yanlış düşünüb deyirlər ki, din yəni şad düşüncə yaşayışda uzaqda və kənarda qalmaqdır. Bunların düşüncə quruluşlarında bir səhv düzməcə görmək mümkündür. Yəni mömin və dindar olmaq istəyən şəxs düşünməlidir: Dindar üçün də maddi sevinc və şadlıq lazımlıdır, lakin bir şərtlə ki, bu şadlıq dinin bəyəndiyi kimi olsun və sonradan bizə əziyyət gətirməsin. Dindar olmaq o demək deyildir ki, həmişə qəmli və kədərlidir, heç sevinmir. Xeyr, dindar da həyatın xoş hadisələrinə sevinir və şadlanır. Lakin dindar insan üçün İlahi razılıq və Allahın bəyəndiyi şadlıqdan üstün bir şey yoxdur.


İnsan həyatının 4 mərhələləri hansılardır?


İnsan həyatının 4 mərhələləri hansılardır? Ayə və hədislərə görə həyatın dörd mərhələsi vardır: 1-Təbii həyat. Maddi həyat mahiyyət baxımından heyvan həyatı ilə bərabərdir. Əgər insan həyatı ağıl, din və fitrət çərçivəsində tənzim olunarsa, bu zaman heyvani həyatdan fərqlənə bilər.
2-Mənəvi həyat. Mənəvi həyat – o həyatdır ki, iman, saleh əməl, gözəl əxlaqla bəzənmişdir. Bu həyata sahib olmaq üçün Allah Təalanın buyurduqlarına, Peyğəmbərin (s), İmamların (ə), mələklərin səsinə qulaq asmaq və həqiqətlərə inanmaq lazımdır.
3-Təyyibə həyat. Təyyibə həyat - mənəvi həyatın ən yüksək mərtəbəsidir. Bu fəzada insan ancaq Haqqın feyz və inayəti ilə yaşayır. Yer üzündə izzətli, şərəfli, layiqli şəxsiyyət kimi addımlayır.
4-Mələkuti həyat. Bu həyatın əsasında iman, saleh əməl, xüsusilə də gözəl əxlaq durur. Qiyamət günü gözəl əxlaqla zahir olacaqlar.


Novruzun əməlləri nələrdir?


Novruzun əməlləri nələrdir? Növruz bayramında tövsiyə edilən əməllər ibarətdirlər: 1-Növruz günü olan zaman qüsl etmək. 2-Ən pakizə paltarını geyinmək. 3-Ən yaxşı ətirlərlə özünü ətirləndirmək. 4-Həmin günü oruc tut. Əvvəlki və sonrakı və nafilə namazlarından ayrılandan sonra 4 rükət namaz qıl. Birinci rükətdə “Həmd”dən sonra 10 dəfə “Qədr” surəsini oxu. İkinci rükətdə “Həmd”dən sonra 10 dəfə “Kafirun” surəsini oxu. Üçüncü rükətdə “Həmddən” sonra 10 dəfə “İxlas” surəsini və dördüncü rükətdə isə “Həmddən” sonra 10 dəfə “Nas” və “Fələq” surələrini oxu. Namazdan sonra şükür səcdəsi etmək və ... ( Bu günün əməlləri ilahi qürbət qəsdi ilə olunsa savab əldə etməyə bais olar).


İblisi qışqırdıb-ağladan əməllər nələrdir?


İblisi qışqırdıb-ağladan əməllər nələrdir?İblis (lən) bəzi işlərdən sevinər, bəzilərindən narahat olar, ancaq bəzilərində o qədər əziyyət çəkər ki, göz yaşı tökməkdən başqa çarəsi olmaz. Bu məlun bir neçə yerdə ağlayar: 1. O zaman ki, bir mömin başqa möminlə görüşər. 2. O kəs ki, Allah rizası üçün evlənər. 3. O kəs ki, asqırandan sonra deyər: “Əlhəmdulilləhi Rabbil-aləmin!”. 4. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan Allah Təala qarşısında səcdə edər və onu uzadar, şeytan narahat olduğu üçün fəryad çəkər və qırağa çəkilib ağlayar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter