Qəlbimizin yorğunluğunu və süstlüyünü necə müalicə edək?


Qəlb də, bədən kimi yorulur və süstləşir. Ona görə də onu yeni hikmət, dini maarif və həqiqətlər ilə canlandırmaq lazımdır ki, yorğunluğunu aradan aparsın. Qəlbin nurani olması üçün nə edək?
1. Quran oxuyaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan qəlbi dəmir kimi pas bağlayar və onun pasını aparmağın vasitəsi – Qurandır”.
2. Dini maarifə yiyələnmək. İmam Əli (ə) buyurur: “Qəlblər də bədənlər kimi yorğun olur. Ona görə də təzə bilik, hikmət kəsb etmək, yeni həqiqət və maarif əldə etməklə onun yorğunluğunu aradan aparın”.
3. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: “Allah zikrini davamlı edin ki, qəlbi nurani edər”...


Dua etməzdən əvvəl Allahın bu 8 adı deyilsə, dua qəbul olunar!


Həzrət Peyğəmbər (s) buyurur: “Allahın səkkiz adı vardır ki, ərşin sütununda, günəşin qəlbində, behiştdə və Tuba ağacında yazılmışdır. Hər kim dua etməzdən əvvəl onları deyərsə, duası yerinə yetər. Bu səkkiz ad ibarətdir: یا دائِمُ ,یا حَیُّ, یا وتْرُ, یا فردُ, یا اَحدُ, یا قَویُّ, یاقَدیمُ, یا قاد
“Allah” adı Quranda 980 dəfə istifadə olunmuşdur. Allahın bütün camal və cəlal sifətləri bu adda cəm olmuşdur. Bu ad, Allahın müqəddəs zatına işarə edir. Ona görə də nə zaman “Allah” sözü deyilər, Allahın bütün gözəl adları deyilmiş olar.
İmam Əli (ə) buyurur: “Hər kim Qurandan Allahın 100 ayəsini hansı yerindən olursa-olsun oxuyarsa və ondan sonra yeddi dəfə “Ya Allah” deyərsə, əgər daşa oxuyarsa, Allah Təala onu parçalayar”.


İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri


Ayətullah Behcət buyurur: “Kamil etiqadla çoxlu deyin: “Əstəğfirullah”. Heç bir şey sizi bu işdən ayırmasın, o zamana qədər ki, bütün bəlaların aradan gedər, məgər vacibat və zərurətdən başqa. Bəlkə onlar aradan qalxandan sonra belə, deyəsiniz ki, misal üçün geri qayıtmasın”.
Günah elə bir pərdədir ki, bəndə ilə Allah arasında hayil olar, bəndə ilə Allahın rabitəsini kəsər. Bu rabitənin yenidən bərpa olması üçün istiğfar və tövbə etmək zəruridir. Əlbəttə ki, istiğfar ancaq günahların aradan getməsinə xidmət etməz, həm də bəndənin Allah yanındakı dərəcəsini qaldırar və onu bir çox xatalardan qoruyar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istiğfar edərsə və Allahdan üzr istəyərsə - Allah hər qüssəddən onun üçün genişlik qərar verər, hər sıxıntıdan çıxmaq üçün çıxış yolu qoyar və ona güman etmədiyi yerdən ruzi verər”.


İnsanın iki düşməni. Onlara qalib gəlmək niyə mühümdür?


Qafil insan həmişə günah içində olar və özü də dərk etməz ki, günah etməkdədir. O kəsə bənzəyir ki, yuxu aləmində hərəkət etməkdədir. Əgər kamil insan olmaq istəyiriksə, gərək iki düşmənimizi yaxşı tanıyaq. Biri qəflətdir, biri isə təkəbbür. Qəflət odur ki, insan günah etdiyini anlamaz və dərk etməz. Misal üçün yalan danışır, şayiə yayır, fitnə yaradır, şər işlərlə məşğul olur... İnsanları yolundan azdırır və onları həlakət dərəsinə gətirir. Əgər kimsə ona desə ki, sən günah edirsən, o, bunu qəbul etməyəcəkdir. Çünki qafildir, etdiyi əməldən xəbərdar deyildir.
Bu insanların əksər hissəsi axirətə inanmır. Bəziləri inansa da, qəflətdədirlər. Ona görə də insanın ən böyük düşmənlərindən biri – qəflətdir.
Bu cür insan heç bir zaman tövbə etməyi düşünməz. Kamala çatmaq yolunda addım atmaz. Çünki tamamilə günaha qərq olmuşdur.


Ramazan ayının gündəlik duaları bizə nə demək istəyir?


Əgər Ramazan ayının gündəlik dualarına nəzər salsaq, həqiqi möminin necə həyat tərzi keçirməli olduğunu dərk etmiş olarıq. Belə ki, bu dualar bizə deyir ki, insan həyatı səy və çalışma ilə zəngin olmalıdır. Allaha təvəkkül etməli, Onun əmrlərinə təslim olmalıdır.
Yaxşı bilirik ki, dua – möminin silahıdır. Xaliq ilə məxluq arasında olan rabitələri formalaşdırar. Duanı, ən aşağı mənəvi dərəcədə olan insandan tutmuş, ali mənəvi dərəcəyə çatan hər bir insan edər. Dua – bəndənin Allahla etdiyi münacat və dərdləşməkdir. Öz ehtiyaclarını bölüşüb, sirlərini əmanət etdiyin kəsə etimad etməkdir. Həzrət Səccad (ə) duaların birində buyurur: “Allahım! Allahım, tövfiq ver öz valideynlərim üçün bu işləri görüm”. Yəni, bizə öyrədir ki, hətta valideyn münasibətilə bağlı mövzularda belə, Allahdan tofiqat istəmək lazımdır.


Ramazan ayı oruc tutmaqdan üzrlü olanlar üçün də hansı bərəkətlər gətirər?!


Ramazan ayı həm oruc tutanlar və həm də oruc tutmaqdan üzrlü olanlar üçün çoxlu bərəkətlər gətirər. Bu bərəkətlər ilə tanış olaq:
1. Bağışlanma. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayını imana görə, Allah üçün və savabı üçün oruc tutarsa, keçmiş günahları bağışlanar. Hər kim Qədr gecəsini iman və Allah mükafatı ümüdi ilə ibadətə qiyam edərsə, keçmiş günahları bağışlanar”.
2. Cəhənnəm atəşindən azad olmaq. Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, Ramazan ayı – azad olmaq ayı adlandırılmışdır. Çünki Allahın onun hər gündüz və gecəsində insanlar cəhənnəm odundan azad olunur. Ayın sonunda isə keçən günlərdə azad etdiklərinin sayı qədər (insanı) azad edəcəkdir.
3. Əməlin savabı yüksələr. 4. Ruzi artar. 5. İlahi rəhmətə meyil edilər. 6. Dualar qəbul olar...


Həqiqi infaqın ən mühüm əlaməti nədir?!


Bizi Allaha yaxınlaşdıran əməllərdən biri də infaqdır. Qurani Kərimdə buyurulmuşdu: “Yaxşılıq yalnız üzlərinizi şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq – Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman gətirən, eləcə də öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəsdir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (“Bəqərə” 177). Bəs Allahın nəzərində hansı infaq daha üstün və dəyərlidir?
Quran bu haqda buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).


Orucun insanın ruhuna təsir mexanizmi necə işləyir?


Oruc insanın həm cisminə və həm də ruhuna təsir edən ibadətlərdəndir, xüsusilə də Ramazan ayının vacib orucu. Orucun faydaları çoxdur ki, onlardan biri də tərbiyəvi təsirdir. Oruc insanı bir ay boyunca tərbiyə edər və nəfsinə qalib gəlməsi yolunda ona yardım edər. Orucun tərbiyəvi təsirləri ilə tanış olaq:
1. Ruhu lətif edər. İnsan ruhu həmişə bədəni idarə edən bir maşındır. O zaman ki, insan Ramazan ayının bir aylıq vacib orucunu tutar, bədənə lazım olan yemək, içmək məhdudlaşar və müəyyən zamana qədər qadağan olunar. Bu zaman ruhun hakimiyyəti daha da güclənər və cismin təmininə ayıracağı zamanı, artıq mənəviyyata ayırar. Nəticədə ruh daha da lətif və güclü olar.
2. İradəni gücləndirər. Allah Təala oruc proqramını elə tərtib etmişdir ki, insan müəyyən saatlarda ac və susuz qalır və müəyyən saatlarda yeyir və içir. Bu əməli bir ay ərzində yerinə yetirmək nəfsi təmrin etdirər. Başqa aylarda etmədiyi bu əməl insan iradəsini gücləndirər və nəfsin hakimiyyətini zəiflədər.


Niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil?


İmam Rzaya (ə) sual verən zaman ki, niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil, Həzrət (ə)buyurmuşdur: “Çünki Ramazan ayı – elə bir aydır ki, Allah onda Quranı nazil etmişdir. Bu ayda haqla batil bir-birindən ayrılar. Belə ki, Allah buyurur ki, Ramazan ayı Quranın nazil olduğu aydır. Quran isə insanları hidayət edər və haqla batili bir-birindən ayırar. Ramazan ayında Peyğəmbər (s) öz nübuvvət xəbərini almışdır...


Ramazan ayının səkkizinci günündə Allah-Taaladan (c.c) hansı əməlləri istəyək?!


Ramazan ayının səkkizinci günunun duası: İlahi! Mənə bu gündə yetimlərə mehriban olmağı nəsib et! İlahi! Mənə bu gün kasıbları doydurmağı nəsib et!
İlahi! Mənə bu gün müsəlmanlara salam verməklə dua etməyi nəsib et! İlahi! Mənə bu gün yaxşı insanlarla oturub-durmağı nəsib et!
Hədislərə əsasən yetimlərə mehribanlıq göstərməyin təsirləri:
1-Yetimə dəstək behişt qazandırar! İslam Peyğəmbər (s) buyurmuşdu: “Hər kim yetimə sahib çıxa ondan ehtiyacsız olan vaxta qədər, Allah-Taala (c.c) behişti ona vacib edər!” (1)
2- Yetimə nəvaziş savab qazandıran əməl! İmam Əli (ə) buyurmuşdu: “Mömin kişi və qadınlardan hər kim yetimin başına əl çəkərsə, (onun ehtiyacını təmin etmək üçün iş görərsə) Allah-Taala (c.c) yetimin başında olan hər tükə görə, onun üçün bir həsənə (savab) yazar.” (2)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter