Tövbə ilə istiğfarın fərqi nədir?
Həzrət Yaqub övladları üçün istiğfar edirdi...
Lüğət mənası baxımından tövbə günahdan peşman olub doğru yola dönmək, istiğfar bağışlanma və günahların pərdələnməsini istəməkdir.
Quranda bəzən tövbə və istiğfar yanaşı, eyni mənada işlədilib. Peşmanlıq danışmadan da olur. İstiğfar isə dilə gəlməlidir. İnsan peşman olub dilə istiğfar gətirsə bu iş həm tövbədir, həm istiğfar. İstiğfar bir növ duadır. İmam Sadiq (ə) buyurur ki, duaların üstünü istiğfardır. Tövbə isə dua sayılmır. Tövbəni insan özü etməlidir. İstiğfarı isə şəxs tərəfindən bir başqası da edə bilər. Həzrət Yaqub övladları üçün istiğfar edirdi. Ümumi halda istiğfar müstəhəbdir, tövbə vacib. (İstiğfarın vacib məqamları da var)
İstiğfarın ən məşhur şəkli: أَسْتَغْفِرُ اللهَ Mənası: Allahdan bağışlanmaq istəyirəm
Həm istiğfar, həm tövbə cümləsi: اَسْتَغْفِرُ اللّهَ وَ اَتُوبُ اِلَیهِ Mənası: Allahdan bağışlanma istəyirəm, Ona doğru qayıdıram.
İnanılmaz üsul - tər qoxusunun 8 saat qarşısını alan sadə və təbii vasitə hansıdır?
Yay aylarında tər qoxusu üçün təbii vasitə axtarırsınızsa, bu, tamamilə sizin üçündür.
Önəmli olan tərləmənin deyil, tər qoxusunun qarşısını almaqdır. Tərləyəcəksiniz, amma tər qoxusu hiss edilməyəcək. Bəs bu möcüzə necə ola bilər? İnanılmazdır, amma mətbəxdə istifadə etdiyiniz iki məhsul bu işdə sizə yardımçı ola bilər. Limon və alma sirkəsi tamamilə tər qoxusunun yaranmasının qarşısını alır.
Tətbiqetmə metodu cox sadədir: bir neçə damcı limonu və ya alma sirkəsini qoltuğunuzun altına çəkin. Tərləsəniz belə təxminən 8 saat ərzində qoxu hiss etməyəcəksiniz. Sirkə qoxusunun bir neçə dəqiqə ərzində uçduğunu da unutmayın. Əgər qoltuq altınızın qaralmasından şikayət edirsinizsə, limon damlaları qoltuğunuzun rənginin açılmasına da yardımçı olacaqdır.
Limonu və alma sirkəsini pambığa damladaraq istifadə etməyiniz məsləhət görülür. Alma sirkəsini biraz sulandıraraq kiçik bir sprey şüşəsinə doldurub yanınızda da gəzdirə bilərsiniz.
Həyatınızın mənası üçün: Özünüzdən Soruşmağınız Lazım Olan 45 Sual hansılardır?
Bəzi suallar vardır özümüzdən soruşmağa, heç cürə cəsarət edə bilmirik. Ancaq o sualları özümüzə ünvanladığımızda daxilimizdə nəyinsə dəyişməyə başladığını hiss edirik. Bu yazımızda insanların özündən soruşmağı lazım olan 45 sualı yayımlayırıq. Bu sualların doğru və yanlış cavabları var. Sadəcə özümüzə xas fərqlilik yaratmaq və və özümüz haqqında bir az düşünmək üçün bu suallar hazırlanmışdır. Buyurun bu da bəhs etdiyimiz 45 sual. Bizdən soruşmaqdır ?
1.Tam olaraq nə istəyirsiniz? Məqsədinizə çatdığınızı haradan biləcəksiniz?
2.Kim yaxud nə olmaq istəyirsiniz?
3.Nəyə sahib olmaq istəyirsiniz? Gərçəkdə nəyə sahibsiniz?
4.Özünüz və ətrafınızla əlaqəli nəyi kontrol edə bilirsiniz və yaxud edə bilmirsiniz?
5.Güclü cəhətləriniz hansılardır?
6.İnkişaf etdirilməsi lazım olan bacarıqlarınız hansəlardır?...
Ayətullah, Amin, Bidət, beyət və ziyarət istilahlarının mənası nədir?
1-\"Ayətullah\" - İslam aləmində ən yüksək dini rütbələrdən biridir. İslam elmlərinin incəliklərinə bələd olan alimlərə \"ayətullah\" deyilir. Lüğəti mənası \"ALLAHın yer üzərində nişanəsi\" deməkdir.
2-\"Amin\" - Bütün duaların sonunda işlənən söz. Təqribi mənası \"Dua qəbul olsun!\" deməkdir.
3-Bidət: – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq. Bu işin görən Allaha qarşı haram etmiş və tövbə etməsə Cəhənnəmə əzabı ilə hədələnmişdir.
4-\"Bey`ət\" - Bir kəsin hakimiyyətini tanımaq və ona tabeçiliyi etiraf etmək. Qədimlərdə hökmdarlar, şəhər valiləri və b. hakimiyyətə keçdikdə, tabeçilikdə olanlar bir-bir onların əlini sıxıb, itaət etdiklərini bildirirdilər. Buna \"bey`ət\" deyilirdi.
5-\"Ziyarət\" - Müqəddəs şəxslərin ruhuna salam göndərmək məqsədi ilə onların məzarı yerləşən yerə səfər etmək. Bəzən dini şəxslərin görüşünə getmək də \"ziyarət\" adlanır.
Ayətullah Mərəşi Nəcəfi ölümündən öncə oğluna hansı tövsiyələri etdi?
Alim və arif Ayətullah Mərəşi Nəcəfinin arifanə vəsiyyətnaməsindən (bir hissə)
✔ Ona (böyük oğluma) vəsiyyət edirəm ki, həmişə təharətli və dəstəmazlı olsun. Çünki bunun özü mənəvi nuraniliyə, qəm və kədərlərin aradan qalxmasına səbəb olur.
✔ Vəsiyyət edirəm ona davamlı surətdə rükunun zikrindən sonra, xüsusən də sonuncu rükuda bu duanı oxumağı: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və tərəhhəm əla əczina və əğsina bihəqqihim”.
✔ Camieyi-kəbirə ziyarətini davamlı olaraq oxumağı vəsiyyət edirəm. Həftədə bir dəfə də olsa, oxuyun.
✔ Vəsiyyət edirəm nənəmiz Zəhrayi-Bətulun (ruhum ona fəda olsun) təsbihatını davamlı surətdə zikr etməyi.
✔ Təkidlə vəsiyyət edirəm gecə namazını və gecələr istiğfar etməyi...
Yəhudiləri dahiyə çevirən 7 amil hansılardır?
Psixopedaqoqların fikrincə uşağın inkişafına yəhudilər qədər diqqət ayıran ikinci xalq mövcud deyil. Bunun xeyirli və zərərli tərəfləri olsa da nəticə etibarilə bu uşaqlar gələcəkdə bütün sferalarda olduqca böyük uğurlar qazanırlar.
Diqqətinizə yəhudilərin 7 qızıl tərbiyə qaydasını çatdırırıq.
1. Kompleks yaratmırlar. Yəhudi ana heç bir zaman qışqırmaz, səbirli səslə : “Sənin kimi ağıllı, dərrakəli uşaq belə səhvlər edə bilməz” kimi ifadələr işlədər. 2. İnanılmaz sərbəstlik, Uşaqlıqdan fantaziya və təxəyyülün inkişafı üçün şərait yaradılır. Məhdudlaşdırma yalnız uşağın özünə və ya ətrafdakılara ziyan verə bilinəcəyi təqdirdə olduqca mədəni və hiss edilməyəcək şəkildə edilir. 3. Tərifləyirlər, Hətta bizim diqqət yetirməyəcəyimiz olduqca kiçik məqamları da uşağın böyük uğuru kimi göstərib ona təriflər yağdırırlar. 4. Uşağa yalan danışmırlar, Nə isə söz verildisə tam ciddiyyəti ilə yerinə yetirilir. 5. Ailədə sevgi, Yəhudi valieyinlər övladlarının yanında mübahisə edib münasibət aydınlaşdırmırlar. Uşaqlar tam harmoniyada və sağlam psixoloji mühitdə böyüyür. 6. Valideynlik məktəbləri, Yəhudi anaları uşağa tərbiyə vermənin incəliklərini ailə qurmazdan əvvəl öyrənməyə başlayır. 7. Vaxt bölgüsü, Yəhudi valideynlər uşağa vaxtı və işləri düzgün planlaşdırmanı aşağı yaşlardan təlqin edirlər. Müxtəlif dərnəklər, məşğələlər , tapşırıqların icrası planlı şəkildə reallaşdırılır.
Namaz qılmayan şəxsə şeytanın nəsihətyönlü cavabı nə oldu?
Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir: - Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir.
Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir: - Mən səninlə dostluq etmək istəmirəm!
Adam bunun səbəbini soruşduqda Şeytan dillənir: - Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmiş ki! ceferiler.
Quranın sair səmavi kitablardan əsas fərqi nədir?
Cavab: Quranın digər səmavi kitablardan əsas fərqi onun təhrif olmamasıdır. Qurani-kərimdən başqa bütün səmavi kitabların orijinalı ya itmiş, ya da təhrif olunmuşdur. Məsələn, bəzi peyğəmbərlərə göndərilmiş səhifələr (sühüf) itib-batmışdır; yalnız hədislərdə bu səhifələrin bəzi fraqmentlərinə rast gəlirik. Tövrat, Zəbur və İncil isə müharibələr və yanğınlar nəticəsində məhv olmuş, sonralar insanların hafizəsinə əsasən bərpa edilmişdir. Bu kitabları zaman-zaman gah qəsdən, gah da bilməyərəkdən təhrif edib dəyişdirmişlər. Səmavi kitabların içində yalnız Quran zərrəcə dəyişməmişdir və qiyamətə kimi toxunulmaz qalacaqdır. Quranın özündə buyurulub: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq” (Hicr, 9).
Qurani-Kərimi xətm edəndən sonra hansı duanı oxuyaq?
Əllahummə nəvvir qulubəna binuril Quran. Və kəffir ənnə səyyiatina biizzətil Quran. Vəşfi mərzana biayətil Quran. Və səllim əhyana bihurmətil Quran. Əllahumməcəlil Qur’anə ləna fid dunya rahətən və fil qəbri munisən və fis siratə cəvaza. Və minən nari sitrən və hicaba. Əllahummə bəlliğ və əvsil ma qərənahu min kitabikəl kərim və ayətikəl əzim. Hədiyyətən minna vasilətən ləkə ila Muhəmmədinil Mustəfa səlləllahu ələyhi və alihi və səlləm. Və Əliyyinil Murtəza ələyhissəlam. Və Fatimətəz Zəhra səyyidəti nisail aləminə ələyha səlam. Vəl Həsənil Muctəba ələyhissəlam. Vəl Husəyniş şəhidi bi Kərbəla ələyhissəlam. Və baqi əimmətil huda salavatullahi ələyhim əcməin. Və ila ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.
Yatmaq üçün məkruh (ziyanlı) olan vaxtlar hansılardır?
Sübh namazından sonra günəş çıxanadək və Əsr namazı vaxtından sonra yatmaq. Peyğəmbər (s) buyurdu: ”Əsrdən sonra kim yatarsa və ağlını əldən verərsə yalnız özünü danlasın”. Əsr vaxtında məqsəd odur ki, hər şeyin kölgəsi özündən iki bərabər ötüb keçə və bu vaxt əsr namazının ən fəzilətli vaxtıdır. Şam və xiftən namazının arasında yatmaq ruzinin kəsilməsinə səbəb olur.
Peyğəmbər (s)-dan rəvayət edilmişdir ki, gün ərzində yatmaq 5 qisimdir:
1. Əylulə yuxusu: Bu yuxu yuxarıda deyildiyi kimi, yəni sübh namazı ilə günəş çıxan zaman arasında olan fasilədə yatmaqdır. Bu yuxu məkruhdur. 2. Fəylulə yuxusu: Bu günəş çıxandan sonra günün əvvəlində yatmaqdır. Hədisdə deyilmişdir ki, bu yuxu insanın zəifliyinə səbəb olur. 3. Qəylulə yuxusu: Bu zöhr namazından qabaq yatmaqdır. Hədisdə bu yuxu bəyənilmiş və faydalı olduğu bildirilmişdir. 4. Həylulə yuxusu: Bu zöhr azanından başlamış və sonrayadək davam edən yuxudur. Hədisdə deyilmişdir ki, bu yuxu (mənəvi) zülmətə bais olur. Çünki zöhr azanı olduqdan sonra 4 rükət namaz müddəti qədər dua etmək üçün ən gözəl fürsətdir. Bu zaman göyün qapıları açılır və dualar qəbul olur. 5. Ğəylulə yuxusu: Bu günəş batan zaman yatmaqdır.
Hədisdə gəlmişdir ki, bu yuxu zahiri və batinin xəstəliklərə səbəb olur. Kimi yuxu tutarsa yuxusunu dəf etmək üçün aşağıdakı ayəni bir miqdar suya oxuyub həmin su ilə üzünü yusun...