Hz Peyğəmbərin (s) hədisinə əsasən düzgün olmayan ümid necə olur?!


Həzrət Peyğəmbər (s) buyurur: “Zirək insan o kəsdir ki, özünü hesaba çəkər. Ölümündən sonrası üçün əməl edər. Nadan isə o kəsdir ki, nəfsi istəklərinin ardınca gedər, əməl etmədən Allaha ümid bəsləyər”.
Şeytani ümid=Həzrət Peyğəmbərin (s) bizə buyurduğu kimi, nadanların ümidi - şeytani ümiddir. Şeytan bu yolla insanları rahatladar və müxtəlif cür günahlara həvəsləndirər. Şeytan qoymaz ki, bu cür insan özünü müalicə etsin. Zəlalət quyusundan çıxmağa imkan verməz.
Bəzi insanlar deyir ki, Allaha ümid edirəm. Ancaq saleh əməllərə üz çevirməzlər. Onlar yersiz arzular etmiş və ona görə də günahlarının sayını artırmışdırlar. O kəs ki, Allaha ümid edər, gərək Onu əməlinin vasitəsi və mehvəri qərar versin. O kəs ki, İlahi əzabdan qorxar, gərək günahları tərk etsin. Əməli olmadan ümid bəsləmək - ağılsızlıqdır....


Əhli-Beyt (ə) hədislərinə əsasən dəstəmaz almağın hansı 7 xeyir və bərəkəti vardır?!


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:
1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
2. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”.
3. Dəstəmazlı halda yatanın yatağı məscid olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmazlı halda yatar, yatağı onun üçün məscid olar və yuxusu (o kəsin savabına malik olar ki) namazla məşğul olar, o vaxta qədər ki, gecəni səhər edər”.


İmam Hadi (ə) buyurur: Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir!


İmam Sadiq (ə) buyurur: “Mömin o zaman ki, qəzəblənər – qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olarsa – razılığı onu batilə tərəf çəkməz. Əgər qüdrət əldə edərsə - öz haqqından çoxunu götürməz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, qəzəb – o insan qəlbinə düşən bir parça atəşdir. Məgər qızarmış gözlərini və boynunun damarlarını görməmisinizmi? Hər kim belə hisslər keçirər, torpağın üzərində əyləşsin”.
İmam Hadi (ə) buyurur: “Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir”.
İmam Əli (ə) buyurur: “Qəzəblə tərbiyə (mümkün) deyildir”...
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Səbir, qəzəb atəşini yatızdı


Qiyamət günü Allah-Taalaya (c.c) yaxın olaraq razılığı qazanan insan!


İmam Baqir (ə) buyurur: “Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız – başqa qardaşlarınızın da xeyirini istəməlisiniz”.
İmam Sadiq (ə) buyurur: “Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, eybini sənə göstərər – şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir”.
İmam Əli (ə) buyurur: “İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Mənim bəndəmin Mənə ibadət etdiyi ən yaxşı şey – Mənim üçün xeyirxahlıqdır\".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Həqiqətən, Qiyamət günü Allah yanında ən ali məqama malik olan insan o kəsdir ki, hamıdan daha çox insanların xeyirxahlığı üçün səy etmiş olsun”....


Məsumların hədisinə əsasən həqiqi möminin xüsusiyyətləri hansılardır?!


Həqiqi mömini səciyyələndirən bir sıra xüsusiyyətlər vardır:
1. Möminlərin yardımına tələsmək. Allah Təala buyurur ki, hər nə qədər möminlər bir şeyə ehtiyaclı olsalar, yenə də onları özündən üstün bil. Hər kim özünü dünya paxıllıq və hərisliyindən qoruyarsa, həqiqətən saleh əməl sahibi olar.
2. Başqalarına qarşı ədalətlidir. Həqiqətən, Allah həmişə möminlərə ehsan və yaxşılıq etməyi əmr etmişdir. Həmçinin zülm etməkdən çəkindirmişdir. Uca Allah bizlərə qarşı mehriban olduğu üçün nəsihət verər və biz insanlar da gərək bu nəsihətlərə qulaq asaq. Allah buyurur ki, nə zaman insanların hakimi olsan, onların arasında ədalətli hökm çıxart. Həzrət Peyğəmbər (s) buyurur: “Bir saat ədalət 70 il ibadətdən yaxşıdır”....


Gənclərin xətasını gördükdə onları necə nəsihət edək?! Peyğəmbərdən (s) davranış


Bir gənc İslam dinini təzəcə qəbul etmiş və kəlmeyi-şəhadəti deyərək müsəlman olmuşdu. O zaman İslam dinini qəbul edən hər bir şəxsi adətən həzrət Peyğəmbərin (s) yanına gətirərdilər, təki o həzrət müsəlman olmuş şəxsə nəsihət və moizə etsin. Bu gənc də həzrət Muhəmmədin (s) yanına gəlmiş və haqq din olan İslam dinini qəbul etmişdi.
Həzrət Muhəmmədə (s) xəbər verdilər ki, həmin gənc cahiliyyət dövrünün bir pis əməlini hələ də tərk etməmişdir, o da xəbis qadınlarla haram ünsiyətdir. Şəhərin kənarında xəbis qadınlar iə rabitədə olur. Həzrət Muhəmməd (s) qərara gəldi ki, hər hansı bir yol ilə o gənci çirkin işdən çəkindirsin, bu pis niyyəti onun başından həmişəlik olaraq çıxartsın....


İnsanı Allahdan uzaqlaşdıran və cəhalətə çəkən 4 amil hansılardır?!


Bəzi amillər vardır ki, insanın cahil və nadan olmasına səbəb olur. Bu amillər imkan vermir ki, insan öz əqli və qəlbi qüvvələrindən istifadə edib, həqiqətləri dərk edə bilsin. Cəhalətə səbəb olan mühüm amilləri tanıyaq.
1. Ətraf mühit. İnsan onu əhatə edən ictimai, ailə, siyasi mühitdə böyüyər və inkişaf edər. Quranın nəzərinə görə, səhrada yaşayanlar və şəhər mühitindən uzaq olanlar İlahi qanunlardan xəbərsiz olarlar. Çünki bu insanlar ətraf mühitinin təsiri altına düşərlər və elmlərini artırmaqdan bəhrəsiz qalarlar. Ona görə də deyə bilərik ki, səhrada yaşamaq, təcrid olunmuş mühitdə yaşamaq, şəhər mədəniyyətdən uzaq olmaq insanın cəhalət amili ola bilər....


Allah-Taala (c.c) qiyaməti dərk etmək üçün hansı üç dəstə ayələri oxumaq lazımdır?!


Əgər insan nəfsini tərbiyə edərək, Allaha tərəf hərəkət edərsə, yeni maarif yolları onun üzərinə açılar. Bir çox həqiqətləri dərk edər. İnsanın Allahı və məadı dərk etməsi üçün üç dəstə ayələrə diqqət etməsi zəruridir.
1. O ayələr ki, həqiqi Məbdə və Xaliqin Allah olduğunu bildirir. İnsanın Allahla rabitəsinin qət olmaması üçün gərək daima Allahı və Onun nemətlərini xatırlasın. Necə ki, buyurur: “Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir”. (“Bəqərə” 231).
2. O ayələr ki, seyr və suluk yolunun Allaha tərəf olduğunu vurğulayar. Quranın nəzərinə görə, insanlar dünya və axirətdə aydın qəlbli və kor qəlbli olurlar. Aydın qəlbli insanlar o kəslərdir ki, Qiyamət günü əməl dəftərləri sağ əlinə verilər. Onu oxuyub görə bilərlər. Ancaq o insanların ki, qəlbi kordur, onlara fərqi yoxdur ki, əməl dəftərini hansı əlinə verəcəklər. Bu batini korluq dünyadan başlayar....


Allah niyə insanları imtahan edir? Ayətullah Seyyid Məhmud cavab verir!


Ayətullah Seyyid Məhmud “Niyə” kitabında yazır: “İnsanlar üçün iki şey mövcuddur: biri həqiqətlərdir, biri isə o həqiqətləri dərk etməkdir.ox zaman həqiqətlər insanın dərk etdiyi ilə üst-üstə düşmür. Bunun da iki səbəbi vardır.
Biri budur ki, insanın dərk qüvvəsi zəifdir.
İkincisi isə insana dərk etməyə mane olan amillər mövcuddur. Onlardan ən güclüsü – qürur, özünəpərəstiş, nəfsini sevməkdir. Təkəbbür qoymur ki, insan həqiqətləri dərk etsin.
Təkəbbürü aradan aparmağın ən yaxşı yolu – insanın imtahana çəkilməsidir. Bu yolla bəndə öz zəifliklərini görəcək və nə qədər zəlil bir məxluq olduğunu anlayacaqdır...


Oruc tutmaq nə üçün lazımdır? Orucun 5 hikməti


Oruc da başqa vacib əməllər kimi, xüsusi hikmətə malikdir. Orucun 5 mühüm hikməti vardır ki, onlarla tanış olaq:
1. İxlas əldə etmək və özünü islah etmək üçün. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası təsdiq etmək üçün vacib etmişdir”.
2. Cismi qüvvələrin balansını təmin etmək üçün . Orucun ikinci hikməti odur ki, oruc tutanın bədənini tənzimləyər və bədən balansını normaya salar. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”.
3. Təqvanın təmrini üçün. Orucun üçüncü mühüm hikməti – təqvanı təmrin etməkdir. Müsəlman Ramazan ayı boyunca bir ay ərzində təqvasını təmrin edər, nəfsinə qalib gələr. Müsəlman halal qidadan çəkinərək, başqalarının malına əl uzatmamağı öyrənər. Həyat yoldaşının yanına getməməklə, başqasının namusuna göz dikməməyi öyrənər....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter