İnsanda hansı əxlaqi xüsusiyyətlər onu peşiman və başı aşağı olmaqdan qoruyar?!


İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:
1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək. 3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”.
Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır.İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur. 2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar. 4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”....


Dua və sədəqələrin İmam Zaman ağanın (ə) sağlamlığına təsiri vardırmı?


Bəzi hədislərə əsasən, İmam Zaman ağa (ə.f) da adi insanlar kimi yaşayır və insanların arasındadır. Ona görə də bu əziz Ağa (ə.f) da İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) kimi xəstələnə bilər. Bu səbəbdən İmam Sahib əz-Zaman (ə.f) üçün edilən duaların, verilən sədəqələrin təsiri vardır.
İmamın (ə.f) da bizim bədənimiz kimi təbii vücudu vardır. Ola bilsin ki, soyuğun və ya istinin təsirindən xəstə olsun. Biz də İmamın (ə.f) sağlam olması üçün dua edir və sədəqə veririk ki, İmam (ə.f) həmişə sağlam qalsın. İmam Rza (ə) bizlərə İmam (ə.f) üçün necə dua edə biləcəyimizi öyrətmiş və buyurmuşdur: “Allahım! Hər cür bəlanı öz vəlindən uzaq et. Onu xəlq etdiyin bütün şeylərin şərindən qoru. Onu qarşısından, başının arxasından, sağ və solundan, göydən və yerdən gələn bəlalardan qoru!”....


İlin hansı 5 münasibətli gecələrində dualar qəbul olunar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Beş gecə vardır ki, dualar o gecələrdə rədd olunmaz:
1. Rəcəb ayının ilk gecəsi. 2. Nimeyi-Şəban gecəsi. 3. Cümə gecəsi. 4. Fitr bayramı gecəsi. 5. Qurban bayramı gecəsi”.
Uca Allahın xüsusi zaman və məkanları vardır ki, həmin zaman və məkanlarda dualar rədd olunmaz, qəbul olunar. Bu zamanlardan beşini Peyğəmbərimiz (s) bizə tanıtmışdır.
İmam Əli (ə) Fitr bayramı ilə bağlı buyurur: “Allahdan istəyin və dua edin və bilin ki, bu duaları Allah yerinə yetirər”....


Hz İmam Əlinin (ə) atası Əbu Talib (r) kafir idi?!


İmam Əli (ə.s) buyurur: \"Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib , Haşim və Əbdi-Mənaf heç vaxt bütə pərəstiş etməmişlər\". Ondan soruşdular: \"Bəs onlar nəyə pərəstiş edirdilər?\" Həzrət Əli (ə.s) cavab verdi: \"Onlar Kəbəyə sarı namaz qılırdılar və İbrahimin (ə.s) dinində idilər, bu dinə bağlanmışdılar\" (Ayətullah Reyşəhri\"Mövsuətu`l-Əliyyibni Əbi Talib\",cild 1, səh 63) (Seyyid Haşim Bəhrani - \"Təfsiru`l-burhan\", cild 3, səh. 795).
İmam Səccaddan (ə.s) soruşurlar ki, Əbu Talib mömin idi yoxsa yox? O, belə cavab verir: \"Bəli\". \"Bəs, camaat deyir ki, guya kafir idi?\" sualına isə İmam narahat halda belə cavab verir: \"Çox maraqlıdır, görəsən onlar bununla Əbu Talibə tənə vururlar, yoxsa Peyğəmbərə? Allah-Təala öz peyğəmbərinə əmr etmişdi ki, heç bir mömin qadını kafir kişinin kəbinində saxlamasın. Şübhəsizdir ki, Əsəd qızı Fatimə ilk iman gətirmiş qadınlardan idi. Əbu Talib vəfat edincəyə kimi Fatimə onun kəbinində yaşamışdır\" (yəni əgər Əbu Talib kafir olsaydı, Peyğəmbər onunla həyat yoldaşı Əsəd qızı Fatimənin nikahını pozardı....


Haqlı kim idi Aişə yoxsa İmam Əli (ə): Səbəb yoxsa bəhanə!!


Allahın Adı İlə --\"Aişə, Həzrət Əli (ə) ilə döyüşə hansı səbəbə görə getmişdi?\"
Səqifə məktəbinin ən böyük alimlərindən olan Məhəmməd İsmayıl əl-Buxari öz \"səhih\" əsərində yazır: Rəvayət edilir ki, Əbu Bəkrə demişdir: “Cəməl döyüşündə mən az qala bu döyüşdə vuruşanlara qoşulub onlarla bərabər (Əliyə) qarşı vuruşa­caq­dım, (lakin) Allah (məni saxladı,) Peyğəmbərdən (s) eşitdiyim bir kəlmə sa­yə­sin­də mənə fayda verdi.” (Bir zaman) farsların Xosrovun qızını özlərinə baş­çı təyin etməsi xəbəri Pey­ğəmbərə (s) gəlib çatdıqda o buyurmuşdu: “Hakimiyyəti qadına həvalə edən bir tayfa heç vaxt nicat tapmaz.” (əl-Buxari, 4445) \"Səhih-Buxari\", Meğazi kitabı, 84-cü bab, hədis 418 (4425) Əlixan Musayev, \"Səhih Buxari Müxtəsəri\", Hərbi yürüşlər kitabı, 47-ci fəsil, hədis 1692...


Çoxları başqa yoldadır dedikdə Quran çoxluq haqda nə buyurur?!


Bəziləri iddia edirlər ki, əgər filan əqidə batildirsə niyə əksəriyyət o əqidədədir? Baxaq görək Quran çoxluq və əksəriyyət barədə nə deyir.
“Əksəriyyəti düşüncə əhli deyil”. Maidə 103
“Əksəriyyəti cahildir”. Ənam 111
“Əksəriyyəti fasiqdirlər”.Tövbə 8
“Əksəriyyəti kafirdir”.Nəhl 83
“Əksəriyyəti haqqı bilmir və ondan üz döndərirlər”. Ənbiya 24
“Əksəriyyəti yalançıdır”. Şüəra 223...


Təvəssül etmək şirkdirmi? İnsandan istəmək olarmı?!


Günümüzdə \"Əhli-Sünnə\" adı altında gizlənən \"Vəhabilər və ya Sələfilər\" daima \"Əhli-Beyt (ə)\" tərəfdarlarını şirkdə ittiham etməkdədir. İddiallarını dəstəkləmək üçün isə mövzuya aid olmayan Quran ayələrini dəlil kimi gətirməkdədirlər. Həmin Quran ayələrinin əksəriyyəti \"Allahdan başqasını çağırma\" mövzusundadır. İlk öncə deyə bilərik ki, Quranda \"Təvəssül\" açıq aşkar dəlili olduğuna görə onlar \"diriyə olan təvəsüllü\" şirk hesab edə bilmirlər. Amma həmin \"təvəssül\" edilən şəxs \"ölsə\" və biz ona yenidən \"təvəssül\" etsək, o artıq \"Allahdan başqası\" olur və biz ondan istəməklə ona \"ibadət\" etmiş sayılırıq! Necədə məntiqsiz və çürük bir iddiadır! Allah \"Qurani-Kərim\"-də belə buyurur: Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. (Nisa 64)
Onlar dedilər: \'Ey atamız! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz, günahkar olmuşuq\'. O dedi: \'Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir\'. (Yusif 97-98)...


Peyğəmbərimiz (s) dəstəmaz almağı kimdən öyrənmişdir?


Besətin ikinci günündə Cəbrayil (ə) yerə enir və Peyğəmbərə (s) dəstəmaz almağı və namazı öyrədir. Həzrət (s) ilk namazı həmin günün zöhründə qılır.
Həzrət Peyğəmbərə (s) nazil olan ilk ayə ilə Həzrətin (s) risaləti başlanır. Əziz Peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə) – ilk iman gətirən qadın olur. Kişilərədn ilk iman gətirən – Əmirəlmöminin İmam Əli (ə) olur.
Bundan sonra Peyğəmbər (s) insanları gizli olaraq İslam dininə dəvət edir və nəticədə 40 nəfər İslam dinini qəbul edir. Həzrət (s) gizli təbliğat aparandan sonra Quran ayəsi nazil olur ki, həqiqətləri aşkar etsin və hər kəsi aşkar şəkildə tək olan Allaha iman gətirməyə dəvət etsin...


“Yasin” surəsini oxumağın gizli təsirləri nələrdir?!


1. Bu surə saliki fəal edər. İnsan elə bir məxluqdur ki, Allah onun fitrətinə çox sayda istedadlar qoymuşdur. Əgər bu istedadları feiliyyət halına sala bilərsə, o zaman daha çox irəli gedə bilər. Quranın surələrinin də özünəməxsus sirləri vardır və onların təsir qüvvəsi çox böyükdür. Zahirdə biz onu hiss etməsək də, batində o, öz işini görər. Oxuduğumuz bu surə təsirlərini ruhumuzda göstərər. Bu səbəbdəndir ki, “Yasin” surəsini Quranın qəlbi adlandırırlar.
2. İbadət əməllərinin savabının artmasına səbəb olar. İslam dini hər bir ibadət üçün müəyyən savab və əcrlər təyin etmişdir. Bəzən bir ibadətin savabını başqalarının vasitəsilə artırmaq olar. Misal üçün, namazqılan insan Quran oxuyaraq, savabını daha da artıra bilər.
3. İbadi yüksəlməni sürətləndirər. “Yasin” surəsi elə bir maşına bənzəyir ki, insanın bir saatda gedə biləcəyi yolu on dəqiqəyə qədər qısaldar və insanı məqsədinə tez çatdırar...


Əhli-Beytə (ə) salam göndərməyin sirri nədir?


Elm məcslinin ədəb qaydalarından biri də budur ki, müəllimlər ona xitab edənlərə salam verərlər. Allah Təala bu ədəb qaydasını bizə Quranda öyrətmişdir.
“Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini)düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54).
Həzrət Peyğəmbərin (s) məclisində olan insanlar iki dəstəyə bölünürdülər: onların bir dəstəsi salamı Peyğəmbərdən (s) və bir dəstəsi isə Allahdan alırdılar. Allahın salamı dedikdə, əlbəttə ki, salamatlığın əta olması nəzərdə tutulur. Belə deyildir ki, Allah söz şəklində kiməsə salam versin.Salamatlığın ən mühüm növü isə qəlb salamatlığıdır. Əgər qəlb Allahdan qeyrisindən boş olarsa, belə qəlb sağlam qəlbdir. O zaman ki, qəlb sağlam olar, o zaman bu qəlbə İlahi elm və maarif axmağa başlayar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter