İmam Əli (ə)-ın bir ərəbin 7 sualına cavabı....


Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: \" Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.” Həzrət Əli (ə) buyurdu: \"Buyur soruş”. Həmin kişi soruşdu:
1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \"Günahsıza yalan bağlamaq”
2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \" Haqq yerdən daha genişdir.”
3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: \" Hərislik oddan da istidir.”
4. Buzdan da daha soyuq olan nədir? H əzrət (ə) buyurdu: \" Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur...


Ölü ilə danışmaq şirkdirmi? Qurandan bir neçə nümunə


Quran Saleh (ə) Peyğəmbərin sözlərini ölülərə xatırladır. Bu nitq onun dövləti dağılandan sonra söylənilib.
(əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): \"Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.
(əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
(əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: \"Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”


Namaz qılan insanın sosial şəbəkələrə girməsi nə dərəcədə doğrudur?


Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək
və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır.
Ümumiyyətlə, İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan
ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah
sayılır və haramdır.


Nə üçün səbirdən danışılanda «Əyyubun səbri» məsəl çəkilir?


Cavab: Allah-təala öz peyğəmbəri barədə buyurur: «Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən»[1].
İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısındaçox şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi. O, Allah dərgahınabelə ərz etmişdi: «Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükr edənlərdəndeyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur»...


Nə üçün insanların əksəriyyəti həqiqəti xoşlamır?


Cavab: Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla. Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir.
Əvvəla, həqiqəti dildə, başqa sözlə sözdə qəbul etmək hələ həqiqəti sevmək deyildir. Həqiqətə bağlılıq əməldə sübut olunmalıdır. Həqiqəti sevən insan, bu həqiqət onun zərərinə olsa belə, etiraz etməz. Amma sözdə həqiqətdən dəm vuranlar, həqiqət onlara qarşı olduqda bəhanəyə əl atarlar.
İkincisi, bəziləri elə güman edirlər ki, həqiqət nisbi anlayışdır. Amma əslində Allah bir olduğu kimi, həqiqət də birdir. Əgər bir tayfa müsəlman, o biri tayfa bütpərəstdirsə, bu o demək deyil ki, həqiqi din ikidir. Əgər nəzərə alsaq ki, dünyada yalnız bir həqiqi din mövcuddur, aydınlaşar ki, bəşəriyyətin böyük bir hissəsi həqiqətdən uzaqdır. Bu barədə Qur´anda belə buyurulur:«...Peyğəmbər onlara haqq olan Quranla gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır»


Qiyamət sorğusunda peyğəmbər nəslindən olmağın (seyyidlik) faydası varmı?


Cavab: İslam peyğəmbəri həzrət Məhəmmədin (s) layiqli nəvəsi dördüncü İmam Zeynəl-Abidin (ə) buyurur: «Allah-təala behişti, Həbəşi qul da olmuş olsa, Ona itaət edən saleh əməl sahibləri üçün yaradıb. Cəhənnəmi isə, Qüreyş övladı da olmuş olsa, Ona itaətdən boyun qaçıranlar üçün xəlq edib»[1].
«Möminun» surəsinin 101-ci ayəsində buyurulur: «Sur çalındığı gün, artıq onların arasında heç bir qohumluq əlaqəsi qalmaz və bir-birlərindən kömək istəməzlər».
Ravilərdənbiri belə nəql edir: «Aylı bir gecədə Allah evini təvaf edərkən, könül oxşayan gözəl və qəmli bir səs eşitdim. Göz gəzdirəndə üzündən nur yağan bir gəncin Kəbə pərdəsindən tutub, dua etdiyini gördüm. O, deyirdi: «Ey mənim böyüyüm, ey mənim ağam! Bəndələrinin gözünü yuxu aparıb, ulduzlar bir-birinin ardınca məğrib üfüqlərində gözdən itir....


Oxucunun sualı: Ananın otağına icazəsiz daxil olmaq olarmı?


Cavab: «Nuh» surəsinin 127-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin».
Ayədəki göstəriş bütün xalqlar və mədəniyyətlər tərəfindən məqbul hesab edilir.
İnsan həyatı fərdi və ictimai olmaqla, iki hissədən ibarətdir. Cəmiyyətə çıxan insan, cəmiyyətdə qəbul olunmuş qayda-qanunlara əməl etməli, geyiminə və hərəkətlərinə hədd qoymalıdır. Məlum məsələdir ki, bu çərçivə sıxıntı doğurur və insan öz daxilindəistirahətə ehtiyac duyur. Mənzilinə dönmüş insan ictimai mühitdə ayrıldıqdansonra fərdi həyatını istədiyi kimi qurmaqla rahatlanmalıdır. Hər bir insan öz mənzilindəistədiyi kimi geyinə və istədiyi kimi rahatlana bilər...


Güc çatmayan məsələni necə həll etmək olar?


Cavab: «Fürqan» surəsinin son ayəsində buyurulur:«De ki, duanız olmasa, Rəbbimin yanında heç bir dəyəriniz yoxdur».
Ayə və rəvayətlərdəduanın əhəmiyyətinə kifayət qədər işarə olunmuşdur.Nəfsini paklandırmaq, kamil bir insan olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır.İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki,İslama ümid yeri, sığınacaqkimi baxan cəmiyyətlərdə«Allahdan yağış istəmək» kimi bir ənənə vardır. Quraqlıqdan məhv olma təhlükəsi ilə üzləşmiş əkin sahələrinixilas etmək üçün insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış istəyirlər. Belə duaların haradasa qəbul olunmamasına təsadüf olunmayıb.


Qurani Kərimdə Həzrəti Süleyman (ə) Kraliçça Bulqeysin macəraları bizə nə öyrədir?


Cavab: Qurani-kərim«Nəml» surəsinin16-43-ca ayələrində Süleyman haqqında buyurur: «Biz Davuda və Süleymana elm verdik...». «Süleyman Davuda vərəsə oldu və dedi:«Ey insanlar bizə quş dili öyrədildi...».....
Maraqlıdır ki, Süleymanın macərasını ətraflı şəkildə bəyan edən Qurani-kərim, insanların diqqətini nəyə yönəltmək istəyir? Təfsirçilər uyğun macəradan aşağıdakı göstərişləri nəticə çıxarırlar:
1. Hökumət rəhbəri öz ətrafına o qədər diqqətli olmalıdır ki, hətta bir işçinin yoxluğundan xəbərdar olsun;
2. Bir nəfərin səhvə görə cəzalandırılmaması, başqalarınıda doğru yoldan azdırır. Rəhbər buna yol verməməlidir;
3. Cəzalandırılacaq şəxsə özünü müdafiə etmək üçün şərait yaradılmalıdır...


İslam maarif və şəriətinə əsasən hansı musiqiyə qulaq asmaq qadağan olunmuşdur?!


Cavab: Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur.
Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur»...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter