Xanımların kişilərdən gözlədiyi davranışlar nələrdir?!


Hisslər xanımlar üçün geniş bir məna kəsb edir. Xanım öz həyat yoldaşına etimad etmək istəyir. Əmin olmaq istəyir ki, onu qoruya və onun üçün əmin bir məkan hazır edə biləcəkdir. Xanım istəyir ki, sevdiyi insan hər bir şəraitdə, çətin və böhranlı anlarda belə, onu müdafiə və himayə etsin.
Xanımların nəzərinə görə, kişi öz ayaqlarının üzərində dayanmağı bacarmalıdır. Maddi vəziyyəti normal olmalıdır və himayə göstərmək baxımından kifayət qədər gücə malik olmalıdır. Əgər xanım bilsə ki, həyat yoldaşı ona həqiqi məhəbbət bəsləyir – bu zaman dünyanın heç bir neməti gözündə dəyər əldə etməz.
Xanım istəyir ki, həyat yoldaşı:
1. Qulaq asmağı bacaran olsun. O zaman ki, kişi xanımının sözlərinə səbirlə qulaq asar – bu, bir növ sübut olar ki, həm sevir, həm də hörmət edir. Adətən xanımlar kişilərdən daha çox danışarlar. Onlar bu danışıqları ilə aralarında olan rabitəni əslində möhkəmləndirmək istəyərlər...


İmam Zaman ağanı (ə) inkar edənlərin məsəli, Nuhun (ə) oğlunun məsəli kimidir!


... İmam (ə.f) da bu sualın cavabında bəzi nöqtələrə işarə edərək buyurur: “Allahla heç kəs arasında qohumluq yoxdur. Əgər bir insan Allaha itaətsizlik edərsə - hər kim olursa-olsun – taleyi cəhənnəmdir”.
Allaha itaətsizlik etməyin yollarından biri də İmam Zaman ağanı (ə.f) inkar etməkdir. Əgər bu düşüncədə olarsa, getdiyi yol Nuhun (ə) oğlunun getdiyi yol olar. O, hara pənah apardısa, nicat tapa bilmədi.
Həzrət Peyğəmbərdən (s) belə bir məşhur hədis vardır: “Mənim Əhli-Beytimin (ə) məsəli – Nuhun (ə) gəmisinin məsəli kimidir. Hər kim ona minər – nicat tapar və hər kəs ondan boyun qaçırar – qərq olar”...


Oxucu sual verir: İmam Zaman ağanı (ə) Muhəmməd adı ilə çağırmaq olarmı?


İmam Sadiq (ə) buyurur: “Kafirdən başqa heç kəs Sahibi-Əmrin (ə) adını dilinə gətirməz”. İmam Zaman ağa (ə.f) buyurur: “Məlundur, məlundur o kəs ki, adımı insanların arasında çəkər”. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Məhdi (ə) – mənim övladlarımdandır. Onun adı mənim adım, künyəsi mənim künyəmdir”. Bu hədisdən belə nəticə çıxartmaq olar ki, İmam Zaman ağanın (ə.f) adı Muhəmməddir. Ancaq onu bu adla çağırmaq olmaz.
Əgər yuxarıdakı hədislərə nəzər salsaq, başa düşə bilərik ki, İmamı (ə.f) adı ilə çağırmaq olmaz, nəinki Muhəmməd adını dilimizə gətirməyək. Məqsəd odur ki, nə zaman İmam Zaman ağanı (ə.f) çağırmaq istəsəniz, əsil adından istifadə etməyin. Bəs səbəb nədir? Əgər İmamı (ə.f) adı ilə çağırsalar, İmamın (ə.f) canı üçün təhlükə ola bilər. Lakin əgər bir qədər düşünsək görərik ki, bu səbəb bizim dövrə aid deyildir, təqiyyə olan zamana aid edilir...


Quran və hədislərdə gələn Allahın qəzəbi deyildikdə necə başa düşmək olar?!


Allahın qəzəbi belə deyildir ki, qəzəblənib hirslənsin. Allah Öz qəzəbi barəsində belə buyurur: “Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür”. (“Taha” 81). Allahın qəzəblənməsinə səbəb olan bizik və bizim əməllərimizdir. Allahın qəzəbi dedikdə o nəzərdə tutulur ki, insan Allahdan uzaqlaşır.
Əslində Allah heç bir zaman bizə qəzəblənmir. Biz özümüz Ondan əməllərimizə görə uzaqlaşırıq və bu uzaqlaşmağa da Allahın qəzəbi deyirlər.
Bəzi əməllər vardır ki, Allahın qəzəbini daha da fəal edər. Bu əməllər işə tanış olaq:
1. Allahdan ümidsiz olmaq. O əməl ki, bizi Allahdan uzaqlaşdırar, yəni Onu qəzəbləndirər, Allahın rəhmətindən ümidsiz olmağımızdır. İnsan deyər ki, mən günah etmişəm, ancaq Allah məni bağışlamaz. Allah rəhmət qapısını mənim üzümə bağlamışdır. Bu əməl Allahın qəzəbini şiddətləndirər...


Ərəb təqvimi kimin təklifi ilə təyin olundu və məhərrəm ayı nə üçün birinci ay olaraq hesaba gəldi?!


İkinci xəlifənin zamanında 16-cı hicri ilində İmam Əlinin (ə) təklifi ilə İslam tarixi təyin edildi. Bu təqvimə görə, Həzrət Peyğəmbərin (s) hicrət etdiyi ay, ilk ay olaraq təyin edilir. Həzrət Peyğəmbər (s) Məhərrəm ayında hicrət etdiyi üçün İslam tarixinin ilk ayı məhz bu ay olur. Bu ayı ona görə haram ay adlandırırlar ki, hələ qədim zamanlarda bu ayda müharibə etmək haram edilmişdi.
İmam Rza (ə) bu ay barəsində buyurur: “Cahiliyyət dövründə bu ayın hörməti saxlanılırmış. Bu ayda vuruşmurdular. Ancaq bu ayda bizim qanımızı tökdülər və bizə qarşı hörməti aradan apardılar. Övladlarımızı və xanımlarımızı əsir götürdülər. Xeymələri yandırdılar, qarət etdilər, Peyğəmbərin (s) nəsli ilə bağlı hörmətə riayət etmədilər”...


Qiyamət günü məscid, Quran və alim nədən şikayət edəcək?!


Ustad Ənsarian buyurur: “Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: “Qiyamət günü üç şey insanlardan şikayət edəcəkdir.
Biri – məsciddir ki, deyəcəkdir: “Allahım! Mən inşa edilmişdim, təmiz və gözəl idim. Ancaq insanlar gəlmirdilər”.
İkinci şikayətçi – Qurandır ki, deyəcəkdir: “Allahım! Mən bu insanların arasında idim. Mənə əməl etmədilər”.
Üçüncü şikayətçi – alim olacaqdır ki, deyəcəkdir: “Allahım! Mən uzun illər dərs oxumuşam, halal və haram mövzuları öyrənmişəm. Özün buyurmuşdun ki, insanların içində gəz. Mən də gəzdim, ancaq heç kəs mənə əhəmiyyət vermədi”. Allah bu üç şikayətçiyə diqqət edəcək və insanlar məhkum olacaqlar”...


Qurani-Kərim Qiyamət günü nələrdən şikayət edəcəkdir?!


Müqəddəs Quran Qiyamət günü belə şikayət edəcəkdir:
- Allahım, baxmayaraq ki, Quran insanlara tilavət etməyi tövsiyə etmişdir, ancaq müsəlmanlar məni hətta üzündən belə oxumurdular.
- Allahım, bəzi insanlar ki, məni oxuyurdular, tilavətimin haqqını əda etmirdilər. Yəni, təharətsiz, dəstəmazsız və təfəkkür etmədən sorağıma gələrdilər. Məni oxuyan zaman tələskənlik edərdilər.
- Allahım, bəziləri mənim ayələrimi oxuyur və başa düşürdülər, ancaq ona əməl etmirdilər. - Allahım, onlar ki, əməl edirdilər, başqalarına çatdırmazdılar.
- Allahım, bəziləri Qurana əməl edən zaman, hətta Qurana müxalif olanlardan belə geri qalardılar. Belə ki, İmam Əli (ə) buyurur: “Məbada başqaları Qurana əməl etməkdə siz müsəlmanlardan qabağa düşərlər”.- Allahim, bəziləri ibadi və fərdi ayələrə əməl edərdilər. Ancaq hicrət, cihad, fədakarlıq və siyasət ayələrinə qarşı etinasızdırlar. Bəzi ayələrə iman gətirərdilər, bəzi ayələrə qarşı etinasız olardılar...


İl boyu günahları bağışladan, mələklərin duasına və amanda saxladan salavat və dua necə deyilir?!


Bir il müddətində günahlardan pak olmaq üçün salavat- \"Misbahul-mutəhəccid\" kitabında İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs zöhr namazından sonra bu (salavatı) deyərsə, bir ilədək onun üçün heç bir günah yazılmaz: \"Əllahumməc\'əl səlavatikə və sələvati məlaikətikə və rusulikə əla Muhəmmədin və ali Muhəmməd.\"
Mələklərin insana bir həftəyədək salavat göndərməsinə səbəb olan salavat- \"Cəmalul-usubu\" kitabında həzrət Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü Əsr namazından sonra bu (salavatı) on dəfə deyərsə, mələklər o cümə günündən gələn cümə gününədək bu saatda onun üçün salavat göndərərlər:
\"Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl-əvsiyail-mərziyyinə bi əfzəli səlavatik. Və barik ələyhim bi əfzəli bərə katikə və ələyhi və ələyhimus-səlam. Və əla ərvahihim və əcsadihim və rəhmətullahi və bərəkatuh...


Quran oxunan zaman susub, onu dinləmək vacibdirmi?!


Cavab: Bu barədə Quranda buyurulur: «Quran oxunan zaman, onu dinləyin və susun ki, bəlkə rəhm olunasınız»
İbn Əbbas nəql edir ki, ilk əvvəllər müsəlmanlar namaz zamanı söhbət edər, bir-birlərinə sual verərdilər. Yuxarıdakı ayə nazil olduqdan sonra namaz zamanı əlavə danışıqlar qadağan edildi.
Bəs başqa vaxtlar necə, Quran oxunarkən danışmaq olarmı? Rəvayət olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: «İstər namaz vaxtı, istərsə də başqa vaxtlar Quran oxunduğunu eşidərkən susub, onu dinləmək lazımdır». Hətta, bəzi hədislərə əsasən, Quran oxunduğunu eşidən pişnamaz yaxşı olar ki, ayə qurtaranadək susub, onu dinləsin...


Allah Təalanı (c.c) zikr etmək nə deməkdir?!


Cavab: «Zikr» ərəbcədən tərcümədə «yada salmaq» deməkdir. Allah-təala Quranda buyurur: «Məni yada salın ki, mən də sizi yada salım».
Sözsüz ki, Allahı yada salmaq, təkcə dilə aid deyildir. Dil qəlbin tərcüməçisidir. Allahın zikri dedikdə, insanın Onu bütün varlığı ilə yada salması nəzərdə tutulur. Bu elə bir zikrdir ki, insanı günahdan uzaqlaşdırır, onu itaətə sövq edir.
Həzrət Peyğəmbər (s) buyurur: «Bu ümmətdə üç işi tam yerinə yetirməyə qüvvə çatmır: var-dövlətdə din qardaşı ilə bərabərlik, ədalətli mühakimə ilə xalqın hüququna riayət, Allahın ardıcıl zikri. Zikr «sübhanallah», «əlhəmdu lillah», «la ilahə illəllah», «əllahu əkbər» deyil. Zikr odur ki, qarşıya haram iş çıxdıqda ,Allahı yada salıb, bu işdən uzaq olasan»...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter