İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının nə belə faydaları oldu?


İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının nə belə faydaları oldu?İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının bir neçə faydası oldu:
− aydın oldu ki, İslam dinində ictimai vəzifə təkcə kişilərə aid deyil. Əsir düşmüş ailə Kərbəla qiyamını davam etdirdi, qiyamın mahiyyətini tarixə öz əli ilə qeyd etdi.
− Kərbəla hadisəsinədək İslam haqqında yanlış təsəvvürdə olan Dəməşq əhli əsirlərin təbliğatı sayəsində həqiqi İslamı və bu İslamın düşməni olan Bəni-üməyyəni tanıdı.
− İmamın ailəsinin Kərbəlada iştirakı sayəsində qeyri-insani Yezid rejiminin iç üzü açıldı. İmam Səccad (ə) bu zalımlara üz tutaraq deyir: \"Tutaq ki, öldürmək istəyirsiniz, bəs nə üçün bu sayaq? Nə üçün quş kimi bədənləri tikə-tikə edirsiniz? Nə üçün suyun qabağını kəsirsiniz? Nə üçün öldürdüyünüzü dəfn etmirsiniz? Nə üçün xeymələrə hücum edirsiniz? Nə üçün İmamın körpəsini öldürürsünüz? Bəli, İmamın ailəsinin çıxışları Kərbəladan sonrakı mərhələnin əsasını təşkil edirdi.


Sual: İmam Hüseyn (ə) şəhadətə yetəcəyini bildiyi halda, nə üçün ailəsini özü ilə apardı?


Cavab: İmam Hüseyn (ə) qiyamı iki məsələni işıqlandırırdı: şəhadət və həqiqətin bəyanı. Bu qiyamda qadınların vəzifəsi həqiqəti işıqlandırmaq idi. İmam Hüseyn (ə) həzrət Peyğəmbəri (s) yuxuda gördükdən sonra ona aydın oldu ki, ailəsinin əsarəti Allahın istəyidir...
Aşura günü günortadan sonra həzrət Zeynəb (ə) mübarizə sükanını öz əlinə alır. Artıq işin davamı onun öhdəsindədir. Həzrət Zeynəb (ə) İmamın cənazəsi üstə düşmənləri də ağladan ilk əzadarlıq məclisini qurur. O, İmam Səccada, karvandakı qadınlara və uşaqlara himayədarlıq edir. Kufə darvazası qarşısında Əlinin şücaətindən, Fatimənin həyasından danışıb, Kufə camaatını ittiham edən Zeynəbdir. Budur İslamın istədiyi qadın obrazı − ictimai şəxsiyyəti inkişaf etmiş, həyalı bir qadın!


Sual: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın?


Sual: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın? Cavab: Özünü təhlükəyə atmaq şəraitdən asılı olaraq bəzən haram, bəzən isə vacibdir. Əgər İslam dininin varlığı təhlükədədirsə və insan öz canından keçməklə bu işin qarşısını ala bilərsə, meydana atılmaq vacibdir. Kimə icazə verilir ki, canını qurtarmaq üçün İslamın məhvinə \"hə\" desin. Məmləkəti düşməndən qorumaq üçün ordunun bir hissəsi şəhid olmalıdırsa, can barədə düşünmək olmaz.
Bəli, İslamda canı təhlükədən qorumaq barədə göstəriş var. Amma bəzən bir insanın ölümü bir xalqa həyat verir. Demək, can o vaxt qorunmalıdır ki, həyat ölümdən faydalı olsun... İmam Hüseyn (ə) hamıdan elmli və məsum olduğu üçün səhvə yol verə bilməzdi. Digər bir tərəfdən, İmamı şəhadətə yetirmək qərarında olan Bəni-üməyyə var idi. İmam Hüseynin (ə) qarşısında dinini və imanını qorumaq üçün şəhadətdən başqa yol qalmamışdı./sibtayn.


Sual \"Höccətin tamamlanması\" (\"itmamü höccət) nə deməkdir?


Sual "Höccətin tamamlanması" ("itmamü höccət) nə deməkdir? Cavab: Höccətin tamamlanması dedikdə hər hansı bir həqiqətin yetərli şəkildə sübuta yetirilməsi, bəhanəyə yer qoyulmaması nəzərdə tutulur. Aşura qiyamında İmam Hüseyn (ə) xalqı oyatmaq üçün müxtəlif təbliğat üsullarından istifadə edirdi. Bu təbliğat üsulları həm qiyama əbədilik verib, onu yanlış düşüncələrdən qoruyur, həm də mücahid müsəlmanları ruhlandırıb, Kufə qoşununu tərəddüdə salırdı. Höccətin tamamlanması İmamın təbliğat üsullarından biri idi. İmam bu üsul vasitəsi ilə ağı ağ, qaranı qara yerində oturdur, bütün bəhanələrin qarşısını alırdı. Bu üsulu İmam Hüseyn (ə) Əhli-beyt məktəbindən öyrənmişdi. O, görürdü ki, İslamın təbliğində elm və məntiqin yerini kobudluq və zor tutur. Ona görə də İmam (ə) öz məntiqi dəlilləri ilə həqiqi İslamın ayinlərini xalqa çatdırırdı. İmam Hüseyn (ə) Kərbəladakı müraciətlərindən birində buyurur: \"Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, əmisi oğlu və birinci müsəlman Əlinin oğlu deyiləmmi?! Məgər Həmzə və Cəfər Təyyar mənim əmilərim deyilmi?! Eşitməmisinizmi Peyğəmbər (s) qardaşımla mənim haqqımda belə buyurub: \"Bu iki nəfər behişt cavanlarının ağasıdırlar.\"?!...


Sual 29: İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi?


Sual 29: İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi? Cavab: «Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər».
İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və yolundan azanlara mane olmamalıdır.
Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) və onun yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» və «nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «Doğru yola əmr edin və bu yoldan azanların qarşısını alın...


İmam Hüseyn (ə) əxlaqi hədislərində hansı tapşırıqları vermişdir?


İmam Hüseyndən (ə) bir qism hədislər:
1-\"Kim istəyir ki, əcəli təxirə düşsün və ruzisi çoxalsın, sileyi-rəhm etməlidir.\"
2-\"Hər kimdə beş şey olmasa fayda görməz: 1.Ağıl; 2.Din; 3.Həya; 4.Ədəb; 5.Xoş əxlaq;\"
3- \"Bu ummətin əməl dəftəri hər gün sübh çağı Allah-təalaya təqdim olunur.\"
4-\"Paxıl o kəsdir ki, salamı da əsirgəyər\"
5-\"Hər kim bağışlasa, əziz olar. Hər kim paxıllıq ets, xar olar.\"...


İmam Hüseynin (ə) İmam Səccada (ə) təlim etdiyi mühüm münacat hansıdır?


İmam Hüseynin (ə) İmam Səccada (ə) təlim etdiyi mühüm münacat hansıdır?İmam Səccad buyurur: Aşura günündə atamın bədəni qan idi. Məni bağrına basıb dedi: Əziz oğlum! Bu duanı hifz et ki anam Fatimə mənə təlim edib. Ona Peyğəmbər, ona da həzrət Cəbrail təlim edib. Bu duanı ehtiyac zamanı hər bir qəm-qüssə və bəla zamanı bu cür oxu! “Bi-həqqi Yasin vəl-Quranil-Həkim, və bi-həqqi Taha vəl-Quranil-əzim Ya mən yəqdiru əla həvaicis-sailin, Ya mən yələmu ma fid-dəmiri, Ya munəffisən ənil-məkrubin, Ya mufərricən ənil-məğmumin, Ya Rahiməş-Şeyxəl-Kəbir, Ya Raziqət-tiflis-səğir, Ya mən la yəhtacu ilət-təfsir səlli əla Muhəmməd və Ali-muhəmməd vəf-əl bi……” Tərcüməsi: “İlahi Yasinə xatir, Qurani-Kərim, Taha və Qurani-Əzimə xatir, Ey diləyənlərin ehtiyaclarını yerinə yetirən, Ey qəlblərdə olanları bilən, Ey çətinlikləri və bəlaları aradan qaldıran, Ey qəmliləri şad edən, Ey qocalara rəhm edən, Ey körpəyə ruzi verən,...


Kərbəla sözünün mənası nədir?


Kərbəla sözünün mənası nədir? Bəzi araşdırmaçılar Kərbəla adının İmam Hüseyn (ə) qiyamından öncəki tarixə aid olduğunu deyirlər.
İslaminSesi - Kərbəla şəhərinin tarixi və bu adın toponomiyası ilə bağlı araşdırmaçı Seyyid Əhməd Ələvinin “Rahnomayi Musəvvəre Səfəre Ziyarətiye İraq” əsərində təqdim etdiyi tədqiqat daha maraqlıdır. O bu əsərində Kərbəla adının toponomiyası ilə və bu adın tarixi ilə bağlı bir neçə fikiri gətiribdir.
O bildirir ki, Kərbəlanın tarixi Babilistanlıların dövrünə qayıdır. Bəzi tədqiqatçılar inanırlar ki, Kərbəla sözünün mənası “qurb ilahi” (Allaha yaxınlıq) sözündən götürülmüşdür ki, bu da qədim Babil sözüdür. Bəziləri isə deyirlər ki, Kərbəla sözü “Kur babil” sözündən alınmışdır ki, mənası “Qədim Babil Kəndlərinin Cəmi” deməkdir ki, Neynəva və Ğaziriyyə kimi kəndlər bu kəndlərdəndir...


Ayətullah Xamenei Məhərrəmlik əzadarlığı haqda hansı 20 tövsiyələri buyurur?


Ayətullah Xamenei Məhərrəmlik əzadarlığı haqda hansı 20 tövsiyələri buyurur? İslaminSesi Məhərrəmlik ayının əzadarlıqlarının başlaması münasibətilə Ayətullah Xameneinin əzadarlıqla bağlı 20 seçmə cümləsini və tövsiyəsini təqdim edir:
1- İmam Hüseynin həyatında bir möhtəşəm məqam var ki qüllə kimi digər sahələri təsir altında qoyur, o da Aşuradır.
2- Həqiqətən də Şiə cəmiyyətinin digər müsəlman cəmiyyətlərinə olan üstünlüyü Aşura xatirəsinə malik olmasıdır.
3- Ən böyük nemətlərdən biri İmam Hüseynin (ə) xatirəsini yad etmək nemətidir. Yəni əzadarlıq məclisləri neməti yəni şiələr üçün Məhərrəm və Aşura neməti
4- Əzadarlıq məclislərinin qədrini bilib, bu məclislərdən yararlansınlar. Onlar bu məclisləri özləri ilə Hüseyn ibni Əlinin, Peyğəmbər Əhli-beytinin, İslamın ruhu və Quranın arasında möhkəm bağlılıq və vasitə qərar versinlər!
5- Məhərrəm ayında Hüseyn maarifini, Əli maarifini ki elə Quran və əsl İslam marifidir, xalqa bəyan edin!...


İmam Zaman (ə) quranda gələn “Kaf Ha Ya Əyn Sad” ayəsini necə təfsir edib?


İmam Zaman (ə) quranda gələn “Kaf Ha Ya Əyn Sad” ayəsini necə təfsir edib? Müqəttəə hərfləri qeybi həqiqətlərdən xəbər verir ki, onun elmi Allahın və onun izn verdiyi insanların ixtiyarındadır. Şeyx Səduq təxəllüsü ilə tanınan Məhəmməd ibni Əli bin Babəveyhi Qumminin yazdığı Kəmalud-din və Təmamun-Nemət (cild-2, səh-420) əsərində “Kaf Ha Ya Əyn Sad” ayəsinin təfsiri haqda belə bir hədis nəql olunur:
\"Səd ibni Abdullah Qummi deyir: Zəmanınin İmamına (canımız ona fəda olsun) dedim: Ey Allahın Peyğəmbərinin oğlu! “Kaf Ha Ya Əyn Sad” ayəsinin təfsiri nədir? İmam buyurdu: Bu hərflər qeybin xəbərlərindəndir. Allah onu bəndəsi Zəkəriyyəyə deyib. Daha sonra onu Məhəmməd Peyğəmbərə (salamullahi əleyhi və alihi) qissə edib. Bu ona görə idi ki Zəkəriyyə Allahdan beş adın ona təlim edilməsini istəyəndə Cəbrəil nazil oub ona təlim etdi.
Allah dastanı (Aşura faciəsini) Zəkəriyyəyə təlim etdi və buyurdu: “Kaf Ha Ya Əyn Sad”! Kaf yəni Kərbəlanın adı, Ha yəni Əhli-beytin həlak olması, Ya yəni Hüseynə zülm edən zalım Yezid, Əyn yəni ətşan (susuz qalan Hüseyn), Sad yəni səbr. Zəkəriyyə bunu eşidəndə nalə çəkib ağladı və mehrabından 3 gün çıxmadı.....”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter