Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı?


Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı? Cavab: Qüsl suyu öz-özlüyündə murdar deyil. Burada əsas məsələ qüsldən qabaq bədənin pak olub-olmamasıdır. Əgər qüsldən qabaq bədəndə nəcasət (murdarlıq) olmayıbsa, o halda bədəndən ayrılan su da murdar deyil. Həmin su bir yerə dəysə, o yeri pak etmək lazım deyil. Əgər qüsldən qabaq bədəndə nəcasət olmuşsa, həmin nəcasətə toxunan su da murdar olar və dəydiyi yeri də murdar edər. Diqqət yetirin ki, burada suyun təmizliyindən yox, paklığından danışırıq. Çünki təmizliklə paklıq fərqlidir. Zahirdə təmiz kimi görünən su əslində murdar ola bilər. Eləcə də, şəriət baxımından pak sayılan su çirkli ola bilər.


İmam Səccad (ə) Həsən Bəsrini necə hidayət etdi?


İmam Səccad (ə) Həsən Bəsrini necə hidayət etdi? İmam Səccadın (ə) zamanında saraya xidmət edən alimlərdən biri də Həsən Bəsri idi. İmam Səccad (ə) öz dövrünün bu cür alimləri ilə mübarizə aparır və onları haqq yola dəvət edirdi. Həsən Bəsri Minada moizə deməklə məşğul idi. Bu zaman İmam Səccad (ə) həmin yerdən keçirdi. Ona buyurur: “İndi özünlə Allah arasında malik olduğun vəziyyətdən razısanmı? Əgər bu halda ölümün gəlib çatsa, heç nigaran deyilsənmi?”. Həsən Bəsri deyir: “Xeyr, razı deyiləm”. İmam buyurur: “Öz nəfsinin hesabını çəkirsənmi ki, vəziyyətini dəyişəsən? Razı olmadığın bu vəziyyətdən çıxasa?. Razı olduğuna daxil olasan?”. Həsən başını aşağı salır və sonra deyir: “Mən onu indiki vəziyyətin əksinə dedim”. İmam buyurur: “Deməli, Həzrət Muhəmməddən (s) sonra peyğəmbərin gələcəyini gözləyirsən?”. Deyir: “Xeyr, belə bir gözləntim yoxdur”...


Kərbəlada İmam Səccadın (ə) xəstəliyi nə qədər çəkmişdir?


Kərbəlada İmam Səccadın (ə) xəstəliyi nə qədər çəkmişdir? Hədislərin bir çoxuna görə İmam Səccadın (ə) xəstəliyi ancaq Aşura gecəsi və gündüzü olmuşdur. Ancaq bu xəstəliyin təsiri bir neçə gün davam etmişdir. Bu haqda gələn hədislərə nəzər salaq. İmam Səccad (ə) buyurur: “Atam Aşura gecəsi məğribə yaxın səhabələri toplayan zaman mən ona yaxınlaşdım ki, onlara dediklərini eşidim və mən o zaman xəstə oldum”. İmam Səccad (ə) buyurur: “Mən o gecə ki, səhəri atam şəhid olacaqdı, əyləşmişdim və bibim Həzrət Zeynəb (s.ə) mənə qulluq etməklə məşğul idi. Bu zaman atam səhabələrindən gizlində kənara çəkildi və şeir oxudu. Həmin şeiri iki və üç dəfə təkrar etdi və mən (şeiri) dərk etdim. Demək istədiyini başa düşdüm. Ağlamaq boğazımın yolunu tutdu, gözümün yaşını silib sükut etdim”. Muhəmməd ibni Səd “Təbəqati kubra” kitabında yazır: “O gün ki, (Aşura günü) Əli ibni Hüseyn (ə) atası ilə birlikdə idi, 23 və ya 24 yaşı var idi. O, həmin günü xəstə idi və ona görə də öldürülmədi”...


Hansı üç günahdır ki, əzabı bu dünyada insana yetişər?


Hansı üç günahdır ki, əzabı bu dünyada insana yetişər? “Kim zәrrә qәdәr yахşı iş görsә, оnu görәcәk. Kim dә zәrrә qәdәr pis iş görsә, оnu görәcәk.” (“Zilzаl” surәsi, аyә: 7-8.)
-İmаm Bаqir (ә) buyurub:“Әgәr bir şәхs bаşqаsınа zülm еtsә, Аllаh оnun özünü, yа övlаdlаrını vә yа nәsildәn hеsаb оlunаnlаrı zаlımа düçаr еdәr.”
-Pеyğәmbәr (s) buyurub: “Üç günаhın әzаbı tеzliklә bu dünyаdа insаnа yеtişәr vә ахirәtә qаlmаz: 1. Vаlidеynlә pis rәftаr еtmәk; 2. Cаmааtа zülm еtmәk; 3. Yахşılığа tәşәkkür еtmәmәk.” (“Vәsаilüş-şiә”, c. 16, sәh. 312.)


Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər?


Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər? Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh “bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin əlaqəyə əsaslanır. Qəbir əzabı dedikdə torpaqda basdırılmış cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür. Amma qəbirdəki cəsədlə əzab çəkən bərzəx bədəni arasında zəif də olsa əlaqə var.


Qadın namaz qılarkən naməhrəm kişi onu görsə, namazı pozularmı?


Qadın namaz qılarkən naməhrəm kişi onu görsə, namazı pozularmı? Qadın namaz qılarkən naməhrəm kişilərin gözündən uzaqda dursa daha yaxşı olar. Hətta məhrəm adamların qıldığı camaat namazında belə, qadın kişidən arxada durmalıdır. Ona görə məscidlərdə qadınların namaz qılıdığı yerlə kişilərin yerini ayırırlar. Qadın namaza başlayarkən diqqət yetirməlidir ki, naməhrəm kişilərin gediş-gəlişindən uzaq bir yerdə dursun. Amma ondan asılı olmayan səbəblər üzündən namazın ortasında naməhrəm kişi onu görsə də belə, yenə namazı düzgündür inşəllah.


Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar?


Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar? Cavab: Şəriətimizdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, ürfə (adət-ənənəyə) əsaslanan bir məsələdir. Qadın kişidən fərqli olaraq naməhrəmlərin gözündən ciddi şəkildə qorunmalıdır. Qadının demək olar ki bütün bədəni, hətta bədən cizgiləri naməhrəmdən örtülməlidir. Zənnimizsə, qadının qəbrinin dərin qazılmasının əsas səbəblərindən biri dəfn zamanı qəbrin ətrafında olan kişilərin cənazəni görə bilmələrinə mane olmaqdır. Qəbr dərin qazılanda dəfn və təlqin zamanı ətrafda duran adamların cənazəni görməsi çətinləşir. Həmçinin, hər hansı təbii hadisə (məsələn, zəlzələ və ya sel) baş versə, qəbrin dərinliyi onun uçulmasına və cənazənin üzə çıxmasına mane ola bilər.


“Gecə dırnaq tutmaq olmaz” fikri dini baxımdan doğrudurmu?


“Gecə dırnaq tutmaq olmaz” fikri dini baxımdan doğrudurmu?Cəmiyyətdə bu işin gecə edilməsi guya bəyənilməzdir deyilir. Lakin dırnağın gecə ikən tutulmasının bəyənilməz və ya məkruh olması haqda heç bir hədis, rəvayət və tövsiyə yoxdur. İmam Sadiq(ə) dırnağı hansı yolla tutmaq barədə belə buyurur: O işi sol əlinizin kiçik barmağından başlayaraq, sağ əlinizin kiçik barmağında bitirin. Hədislərdə dırnağın hansı günlərdə tutulması qeyd edilmir. Baxmayaraq ki, cümə günündə dırnağı tutub, bığları qısaldıb, baş yuyub təmizlik etmək bu günün əsas müstəhəb əməllərində gəlibdir. Bəs dırnaqları gecə ikən tutmaq olarmı?
Cəmiyyətdə bu işin gecə edilməsi guya bəyənilməzdir deyilir. Lakin dırnağın gecə ikən tutulmasının bəyənilməz və ya məkruh olması haqda heç bir hədis, rəvayət və tövsiyyə yoxdur. Dırnağı tutmaq ümumi şəkildə müstəhəb bir əməldir. Bunu istənilən zamanda etmək olar və burada gecə və ya gündüzün qeyd edilməsi əsassızdır...


Hansı əməllər Allahın ərşini titrədər?


Hansı əməllər Allahın ərşini titrədər? Məsumlarımızdan (ə) gələn hədislərdə Allahın ərşini titrədən əməllərdən bəhs olunmuşdur ki, onlara işarə edək: 1. Yetimin ağlaması. Hz. Peyğəmbər (s) buyurur: “O zaman ki, yetim ağlayar, Allahın ərşi titrəyər”.
2. Boşanmaq. Hz. Peyğəmbər (s) buyurur: “Evlənin, ancaq təlaq verməyin, çünki Allahın ərşini titrədər”.
3. Fasiq insanı mədh etmək. Peyğəmbər (s) buyurur: “O zaman ki, fasiq mədh və sitayiş olunar, ərş titrəyər və Allah qəzəblənər”.
Müsbət mənada ərşin titrəməsi halları da vardır:
4. Allahı müqəddəs adları ilə çağırmaq. Hədis kitablarında. Peyğəmbərdən (s) gələn duada deyilir: “Allahın Rəsulu (s) Əbdülmüttəllibin övladlarına buyurdu: “Ey Əbdülmüttəllibin övladları! Allahı bu müqəddəs kəlmələrlə çağırın:« اللهم إني أدعوك باسمك الواحد الاعز ، وأدعوك اللهم باسمك الصمد ، وأدعوك اللهم باسمك العظيم الوتر ، وأدعوك اللهم باسمك الكبير المتعال.”...


Niyə borc verməyin savabı sədəqədən daha üstündür?


Niyə borc verməyin savabı sədəqədən daha üstündür? Borc vermək dinin göstərişlərindəndir ki, ən yaxşı ibadət hesab olunur. Çox sayda hədislərimiz vardır ki, bizə müsəlmanların hacətini yerinə yetirməyi tövsiyə edir ki, böyük savaba malikdir. Bu İlahi sünnətə görə, əgər sədəqə versən, sənə on savab yazıldığı halda, borc verən zaman 18 savab yazılır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “O gecə ki, meraca aparılmışdım bu yazını behiştdə gördüm: “Sədəqənin on qat savabı vardır, borcun 18 qat”. Sədəqə vermək yaxşı əməldir, ancaq onun harada istifadə olunduğu məlum deyildir. Ancaq o zaman ki, bir başqa müsəlmana ehtiyacını aradan qaldırmaq üçün borc verirsən məlumdur ki, işinin düyününü açmaq üçün istifadə edəcəkdir. O zaman ki, onun qəmini aradan aparmağa yardım edirsən və möminin qəlbini şad edirsən iki bəyənilən iş görmüş olursan.İslam dini də bizdən bunu istəyir. Yəni, həm möminin işininin düyününü açmağa yardım etməyi və həm də onun qəlbini sevindirməyi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter