İmam Riza (ə) həyatından hansı əxlaq örnəklərini öyrənmək olar?


İmam Riza (ə) həyatından hansı əxlaq örnəklərini öyrənmək olar? İmam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən: İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış İmam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi. Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi. Gecələr az yatar, adətən oyaq qalardı. Əksər gecələri sübhədək raz-niyaz edər, çox vaxt oruc olardı və buyurardı: “Bu bütün vaxtın orucudur.” Gizli xeyirxahlıqları çox idi. Çox vaxt gecənin qaranlığında infaq edər, imkansızlara əl tutardı...


İnsanın ən faydalı dövləti nəyə malik olması ilədir?


İnsanın ən faydalı dövləti nəyə malik olması ilədir? Peyğəmbərin (s) nəzmlə olan hikmətli kəlamları:
-Mömin bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.
-İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən (özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət etməkdən gözəl həmkarlıq yoxdur.
-Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur...


İnsanın övladı yoxdursa, mirası kimə qalacaq?


İnsanın övladı yoxdursa, mirası kimə qalacaq? Cavab: Miras hökmləri İslamda ən geniş və dəqiq şəkildə işlənmiş mövzulardan biridir. Hətta şəriətdə miras hökmlərini “fəraiz” adlı ayrıca bölümdə yerləşdirmişlər. İrs hökmlərində deyilir ki, dünyasını dəyişmiş insanın varisləri üç dəstəyə bölünür.
Birinci dəstə mirasa ən çox haqqı çatan yaxın qohumlardır. Bunlara ölünün ata-anası və övladları aiddir. Bu dəstədən heç kim yoxdursa, miras ikinci dəstəyə qalır.
İkinci dəstəni ölünün baba-nənələri və qardaş-bacıları təşkil edir. Əgər ikinci dəstəyə aid qohum yoxdursa, o halda miras üçüncü dəstəyə çatır. Bura isə ölünün əmi, bibi, dayı, xalaları və onların övladları daxildir. Beləliklə, əgər rəhmətə gedən şəxsin övladı yoxdursa, miras haqqı onun ata-anasına keçir...


Əhli-Beytin (ə) nəzərində dostluğa layiq insan kimdir?


Əhli-Beytin (ə) nəzərində dostluğa layiq insan kimdir? Hədislərdə yaxşı dostun əməlləri:
Həzrət Məhəmməd (s) buyurub: “Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.”
İmam Əli (ə) buyurub: “Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün işləməkdə sənə kömək edən şəxs, həmin qayğıkeş dostundur.”
İmam Sadiq (ə) buyurub: “Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla.” “O kəslə dostluq et ki, onunla zinət taparsan, səninlə zinətlənənlə dostluq etmə.”...


Niyə İmam Hüseynin (ə) qırxından sonra daha 10 gün matəm saxlayırıq?


Niyə İmam Hüseynin (ə) qırxından sonra daha 10 gün matəm saxlayırıq? Cavab: İmam Hüseyn (ə) əzadarlığı 50 gün davam edir. Məhərrəm ayının girməsi ilə matəm başlayır. Məhərrəm ayının 10-da, yəni aşura günündə İmamın (ə) şəhadəti qeyd edilir. Bundan daha 40 gün sonraya kimi də matəm tutulur və səfər ayının 20-də ərbəin günü Kərbəla şəhidlərinin matəmi bitir. Amma bundan daha 10 gün sonra da matəm davam edir. Çünki səfər ayının 28-i Həzrət Mühəmməd Peyğəmbərlə (s) İmam Həsənin (ə) şəhadət günüdür. Səfər ayının son günü (ildən asılı olaraq səfərin 29-u ya 30-u) isə İmam Rzanın (ə) şəhadəti qeyd edilir. Bu matəmlərə hörmət əlaməti olaraq müsəlmanlar məhərrəm ayı girəndən səfər ayı çıxana kimi 60 gün matəm saxlayırlar.


Allah-Taala (c.c) və mələklər 4 dəstəyə hansı əməllərinə görə lənət oxuyarlar?


Allah-Taala (c.c) və mələklər 4 dəstəyə hansı əməllərinə görə lənət oxuyarlar? Dörd kəsə Allah lənət edər, mələklər də amin deyər:
1. Uşaq olmaq qorxusundan ailə qurmayan kişiyə (yəni, öz şəhvətini haram yolla söndürən kişiyə).
2. Allahın onu kişi yaratmasına baxmayaraq özünü qadına bənzədən kişiyə (ləvatla məşğul olana).
3. Allahın onu qadın yaratmasına baxmayaraq, özünü kişiyə bənzədən qadına.
4. Camaatı məsxərə edənə; məsələn, bir müsəlmana “bura gəl sənə bir şey verəcəyəm” deyib, o, gəldikdə isə “bağışlayın heç nəyim yoxdur” deyənə, yaxud...


Nə üçün bəzi insanlar kor, kar və lal yaradılmışdır?


Nə üçün bəzi insanlar kor, kar və lal yaradılmışdır? Əvvəla, Allah bütün yaratdıqlarını ən gözəl şəkildə yaratmışdır. Amma yaranışa gözəllik verən ondakı nizam, qayda-qanunlardır. Bu qanunlara qarşı yönəlmiş istənilən bir hərəkət insan üçün faciə ilə nəticələnir. İnsanları vaxtında mənzilə çatdırmaq üçün müxtəlif nəqliyyat vasitələri fəaliyyət göstərir. Əgər bir şəxs relslərin üzərinə çıxıb, qatarın altında qalırsa, bu faciə nəqliyyat şəbəkəsinin ünvanına yazılmamalıdır. Bəli, maddi dünyamızda hökm sürən qanunlar ona qarşı çıxanları cəzalandırır. Hər şeyi gözəl yaratmış Allah, faciələr törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur. Bununla belə, insanın düşdüyü çətinliyin arxasında sınaq məqsədi də ola bilər. İmam Riza (ə) buyurur: “Möminin xəstəliyi onun günahlarını yuyur. Bu xəstəliklər kafir üçün əzab və lənətdir.”...


Dostumuzu hansı 3 ölçü ilə həqiqi qardaş olduğunu ölçə bilərik?


Dostumuzu hansı 3 ölçü ilə həqiqi qardaş olduğunu ölçə bilərik? Əmirəlmöminin İmam Əlinin (ə) buyuruqlarından...
-«Üç məqamda dostunu himayə etməyən kəs dost deyil: Dostu çətinliyə düşdüyü zaman, dostu yanında olmayan zaman, dostunun ölümündən sonra».
-«Ağıl kimi var, cəhalət kimi yoxsulluq, ədəb kimi miras, məşvərət kimi arxa yoxdur».
-«Dünya adamları, yatmış halda aparılan karvan əhlinə bənzəyirlər».
-«İki iş arasında necə də böyük fərq var: biri ləzzəti gedib əziyyəti qalan əməl, o biri əziyyəti gedib mükafatı qalan əməl».
-«Sədəqə verməklə ruzini (ərşdən) aşağı endirin. Verdiyinin əvəzini alacağına əmin olan kəs bağışlamaqda səxavət göstərir».


İmam Sadiq (ə) insan həyatında baş verən müsibətlər haqda səhabəsinə hansı tapşırığı verdi?


İmam Sadiq (ə) insan həyatında baş verən müsibətlər haqda səhabəsinə hansı tapşırığı verdi? Mufəzzəl ibn Qeys deyir: İmam Sadiqin (ə) görüşünə getdim. Həyatımla bağlı bəzi məsələlərə görə şikayətləndim. Ondan dua istədim. Həzrət kənizini çağırıb buyurdu: “Əbu Cəfərin bizə göndərdiyi pul kisəsini gətir.” Kisəni gətirdilər. İmam buyurdu: “Bu kisədə dörd yüz dinar pul var. Bu puldan istifadə edib çətinliklərini aradan qaldır.” Dedim: “Sənə fəda olum, and olsun Allaha, pul almaq məqsədim yox idi. Yalnız dua üçün gəlmişdim.” Buyurdu: “Dua edərəm, amma düşdüyün hər çətinliyi camaata danışma, yoxsa yüngül görünər, alçalarsan!” (“Ricale-kəşiş”, 144; “Biharul-ənvar”, 47-34, bab 4, hədis 31; “Mustədrəkul-vəsail”, 7-226, bab 31, hədis 8101)


Allah Taala (c.c.) bəndələrinə hansı əməli daha çox tapşırır?


Allah Taala (c.c.) bəndələrinə hansı əməli daha çox tapşırır? Allahın buyuruğu (zəruri edir ki): Quranı üzündən oxumağı öyrəndikdən sonra növbə Quranın qiraət və tilavətinə çatır. Yaxşı olar ki, hər bir müsəlman gündəlik vaxtının bir qədərini Allah kitabının qiraətinə həsr etsin. Çünki insan Quran oxumaqla İslam göstərişləri ilə tanış olub, ilahi lütflə bu göstərişlərə əməl edəcək. Nəticədə, Quranın nuraniyyəti ona sirayət edər və onun bəşəri kamala doğru çiçəklənmə və tərəqqisinə səbəb olar. Ey girami qardaş, əziz bacı! Quranı çox oxumaq tövsiyyəsi Rəuf və Mehriban Allaha məxsusdur. O mənə və sizə belə buyurur: “Qurandan müyəssər olan qədər oxuyun.” (“Müzəmmil”, 20) İslam rəhbərlərindən biri öz oğluna Quranın əhəmiyyəti barədə belə yazır: “Övladım, Quranla - bu böyük mərifət kitabı ilə tanış ol, hətta qiraətlə də olsa və ondan məhbuba doğru yol aç...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter