İnsan ömrünü uzadan əməllər hansılardır?


Əcəli (gecikdirən) təxirə salan səbəblər: Sileyi-rəhm, günahdan uzaq olmaq, qonşu ilə gülərüz rəftar etmək, sədəqə vermək ömrü uzadar. -İmam Əli (ə) buyurur: Sədəqə verməklə ömür uzanar.
-İmam Sadiq (ə) buyurur: O kəslər ki, günahlarına görə ölürlər, İlahi ölümlə dünyadan gedənlərdən çoxdurlar. O kəslər ki, yaxşılığa görə ömürləri uzanır, təbii amillərə görə ömürləri uzanan kəslərdən çoxdurlar.


Ölümü yaxınlaşdıran günahlar hansılardır?


Ölümü yaxınlaşdıran günahlar:
1. Qohumluq əlaqəsini kəsmək. Hz. Peyğəmbər (s): “Sileyi-rəhm evləri abad edər, ömürləri uzadar, baxmayaraq ki, (hətta) onu yerinə yetirənlər yaxşı insan deyildirlər”.
2. Yalan. Yalan insan həyatına çox ziyan vurur, Peyğəmbər (s) buyurur: “O kəs ki, yalandan and içər və bilər ki, yalandır, Allahla döyüşə girmiş olar. Həqiqətən, yalan and evləri sahibsiz edər və övladlarının yoxsul olmasına səbəb olar”.
3. Zina. Hz. Peyğəmbər (s): “Ey müsəlmanlar! Zinadan çəkinin ki, onda 6 (pis) xasiyyət vardır. Üçü bu dünyada və üçü də axirətdə. O şey ki, bu dünyadadır: gözəlliyi və camalı aparar, yoxsulluq gətirər və ömrü qısa edər...
4. Ata və anaya əziyyət vermək. İm. Sadiq (ə): “Allaha o günahlardan pənah aparıram ki,məhv etməkdə tələsir,ölümü yaxınlaşdırır, evləri sahibsiz edir.Onlar ibarətdir: Valideynlərə əziyət vermək və ehsan və yaxşılıq etməkdən əl çəkmək”


İnsanın öz ölüm vaxtını qabaqcadan bilməsi mümkündürmü?


Cavab: Qurani-Kərimdə qeyd edilib: “Həqiqətən, o saatı ancaq Allah bilir. (Loğman, 34). Ayədən görünür ki, əcəl haqqında bilik qeybə aiddir. Qeyb bilikləri Allaha məxsusdur. Amma Allah qeyb xəbərlərindən bəzilərini seçilmiş bəndələrə öyrədər (Cin, 26-27). Peyğəmbərlər möcüzə olaraq, İmamlar, mömin şəxslər, övliyalar da qeyb aləmindən bəzi xəbərlər verməyə qadirdirlər. Bu xüsusiyyətə kəramət deyilir. Tarixdə çox adamlar olub ki, hətta öz ölümlərini qabaqcadan xəbər veriblər. Bu məlumatlar övliyalara çox zaman yuxuda verilir, ya da istədikləri məsələni öyrənmək barədə Allaha dua edirlər və duaları müstəcab olur. Öz ölümü və başqa qeyb xəbərləri barədə qabaqcadan məlumat almaq möhkəm iman və təmiz əxlaq vasitəsilə əldə edilə bilər.


Hz. Peyğəmbər (s) hansı əməllər qarşısında cənnəti vədə vermişdir?


İslam Peyğəmbəri (s.a.v.v): Mənə altı şeyə zəmanət verin,mən də sizin üçün cənnətə zamin olum:
1. Danışanda düz danışın.
2. Vədə verdiyiniz zaman vəfa edin.
3. Əmanətdar olunduğunuz zaman əmanəti qaytarın.
4. Ayıb yerlərinizi naməhrəmdan qoruyun.
5. Gözlərinizi naməhram baxışlardan qoruyun.
6. Əlinizi haram şeylərə uzatmayın./ (Nəhcül-fəsahə, hədis 321)


Rəqs etməyin hökmü nədir?


Cavab: İslam müqəddəslərinin hədislərinə görə, rəqs etmək batil əyləncə və ləğv (lağlağı iş) sayılır. Rəqs edən insanın əl-ayaq hərəkətləri də mənasız hərəkət kimi qəbul edilir. Ona görə də, əksər fiqh alimlərinin fikrincə, rəqs etmək demək olar ki, hər bir halda bəyənilməz və günah əməldir. Xüsusilə, qadının naməhrəm kişi qarşısında rəqs etməsi böyük günahdır. Amma batil və mənasız əməl olmaq etibarilə kişilərin kişi məclisində oynamasını da icazəli bilmirlər. Bəziləri qadınların qadın məclisində rəqs etməsini caiz bilirlər, lakin bu, birmənalı deyil. İstisna hal kimi əksər müctəhidlər qadının öz əri qarşısında rəqs etməsini qeyd edirlər. Alimlərin bir çoxunun fikirncə, yalnız qadının öz əri üçün rəqs etməsi günah sayılmaz.


Qüsl alan zaman dabanların altını da yumaq lazımdır?


Cavab: Qüsl alan zamanı bədənin zahirdə görünən hər yeri su ilə islanmalıdır. Əgər iynə ucu boyda yer quru qalsa, qüsl batildir. Dabanların altını da yumaq vacibdir. Əgər unutqanlıq üzündən və ya başqa səbəb üzündən ayaqların altı yuyulmasa, həmin qüsllə qılınan namazlar öz qüvvəsini itirmiş sayılar. Əlbəttə, bu zaman qüslün ardıcıllığını qroumaq şərtdir. Yəni əvvəlcə baş və boyun yuyulduqdan sonra bədənin sağ tərəfi tamamilə yuyulmalıdır. Bu zaman ayağı qaldırıb altını da yumaq lazımdır. Bundan sonra bədənin sol tərəfi – ayağın altı da daxil olmaqla – tam yuyulmalıdır.


Dost və düşmənin həqiqi və ya saxta olması nə zaman bəlli olar?


İmam Əli (ə) buyurmuşdur: “Gücünü itirdiyin vaxt dost düşməndən seçilir”. “Qürər əl-hikəm”, c. 4, səh. 323.
Həyatın enişli-yoxuşlu yolları bir çox şeylərə aydınlıq gətirir, o cümlədən dost və düşməni üzə çıxarır. Bəzən problemlərin meydana çıxması insanın xeyrinə olur. Onların biri insanların tanınmasıdır. Belə ki, ləyaqətsiz birinə könül bağlamamağı, öz dostlarını fədakarlığa, sevgiyə və dostluğa yararlı olmayan birinə qurban verməməyi öyrədir.
İnsanları öncə sınağa çək, sonra dostluq et. Sınaqdan çıxmış dostu isə asanlıqla əldən vermək lazım deyil...


İmam Sadiq (ə) din qarşısında vəzifələrimiz haqda nə buyurmuşdur?


İmam Sadiq (ə) buyuruğu bu gün bizə ünvanlamışdır. Dinə ciddi yanaşmalı, dini etiqadlarımız, əxlaqımız və əməllərimizə biganə yanaşmamalıyıq. Unutmaq olmaz ki, dini hökmlərin hər hansı yanlış izahatı başqalarını da doğru yoldan azdırır.
İmam Sadiq (ə) xalqın cəhalətdə olmasına bəzi dindarların əməllərini səbəb göstərir: «Ey Cündəb oğlu, qədim dövrdən cəhalətin bünövrəsi möhkəm olub, çünki dini oyuncağa çeviriblər». Allahın dinini oyuncaq hesab edənlər üçün dini vəzifələr adət-ənənə kimi qeyri-ciddi görünür. Onlar bu vəzifələri xalqı razı salacaq formada təfsir etməklə özlərinə müştəri yığırlar. Allahın dini qeyri-ilahi məqsədlər üçün istifadə edilir...


Pеyğәmbәrin (s) qоnşuyа hörmәt tapşırıqları nələrdir?


Qonşunun haqlarını qorumağın zərurəti haqda Hz. Peyğəməbrdən (s) hədislər:
1. “Qоnşu kаfir оlsа dа оnа hörmәt еt.” (“Cаmiül-әхbаr”, sәh. 214.)
2. “Özü tох, аmmа qоnşusu аc yаtаn şәхs mәnә imаn gәtirmәyib.” (“Bihаrul-әnvаr”, c. 71, sәh. 151.)
3. “Qоnşulаrlа yахşı rәftаr еvlәri аbаd vә ömürlәri uzun еdir.” (“Nәsаyih”, sәh. 454.)
4. “Оn еvdәn оğurluq еtmәk qоnşunun еvindәn оğurluq еtmәkdәn аsаndır.” (“Nәhcül-fәsаhә”, sәh. 286.)
5. “Аllаh qоnşunu incidәnә cәnnәtin iyini hаrаm еdәr vә оnun yеri cәhәnnәm оlаr.” (“Nәhcül-fәsаhә”, sәh. 286.)
6. “Qоnşuyа hörmәt оnun qаnınа hörmәt еtmәk kimidir.” (“Nәhcül-fәsаhә”, sәh. 286.)...


Gözəlliyin zəkatı nə ilədir?


“İmam Əli (ə) buyurub: “Gözəlliyin zəkatı iffətli (və nəcib) olmaqdır. “Qürər əl-hikəm”, c. 4, səh. 105.
Əgər nemətdən düzgün və nemət sahibinin istədiyi kimi istifadə olunmazsa, o, problemlərə və başağrısına çevriləcəkdir. Gözəllik və yaraşıqlı olmaq Allahın bəxş etdiyi nemətdir. İffətli olub günahdan çəkinmək isə bu nemətin qarşılığında təşəkkür və zəkat hesab olunur. Bir çoxları öz “gözəllik”lərinin əsiridirlər. Çoxları da “zahiri gözəllik”lərinin kəməndinə düşmüşlər. Əgər bir nəfər zahiri görünüşünün gözəlliyinə, bədən və çöhrəsinin yaraşığına görə günaha düşür, yaxud digərlərini gunaha sövq edirsə, bu nemətin qarşılığını ödəməmiş hesab olunur. “İffət”, əmmarə nəfsin vəsvəsələrinin, könül aldadıcıların, cazibələrin və ehtirasların qarşısındakı sipərdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter