Rəcəb ayında İslam təqvimə görə hansı tarixi hadisələr baş vermişdir?


Rəcəb ayında İslam təqvimə görə hansı tarixi hadisələr baş vermişdir? Rəcəb ayının ən mühüm hadisələri:
1-rəcəb 57-ci hicrət ili: İmam Məhəmməd Baqirin (ə) mübarək mövludu.
3-rəcəb 254-cü hicrət ili: İmam əli əl-Nəqi Hadinin(ə) şəhadəti
10-rəcəb 159-cu hicri qəməri ili: İmam Məhəmmədtəqi “Cavadüləimmə”(ə)-ın mübarək mövludu.
13-rəcəb hicrətdən 23 il qabaq: İmam əlinin(ə) mübarək mövludu.
25-rəcəb 183-cü hicrət ili: Hz. İmam Musa Kazimin (ə) şəhadəti.
27-rəcəb 13 il hicrətdən əvvəl: Hz. Məhəmməd Müstafanın (s) peyğəmbərliyə məbus olması...


Hz Mehdinin (ə.f) uzunömürlülüyü barədə necə dəyərləndirmək olar?


Hz Mehdinin (ə.f) uzunömürlülüyü barədə necə dəyərləndirmək olar? Görəsən, bir insanın əsrlər boyu yaşaması mümkündürmü? Vədə verilən rəhbərin uzun ömür sürməsini qəbul eməklə deyə bilərikmi ki, onun yaşı hal-hazırda 1180 ilə çatmış və adi bir insan həyatından təqribən 14 dəfə artıq yaşamışdır?!
Bu sualın cavabında qeyd etməliyik ki, mümkünlük dedikdə, aşağıdakı üç mənadan birini başa düşürük:
1-Əməli cəhətdən mümkünlük;
2-Elmi cəhətdən mümkünlük;
3-Məntiqi və ya fəlsəfi cəhətdən mümkünlük;
Əməli mümkünlük dedikdə, məqsəd hər hansı bir işin həyata keçməsini elə bir şəkildə mümkün sanmaqdır ki, hamı tərəfindən qəbul edilə bilsin. Məsələn, okeanlara səfər edib onun dərinliklərinə daxil olmaq, aya səfər etmək və bu kimi digər işlər hal-hazırda əmələn mümkün olan işlər sırasındadır...


Üzdə sakkal saxlamağın faydası haqda həkimlər nə deyirlər?


Üzdə sakkal saxlamağın faydası haqda həkimlər nə deyirlər? Üz qırxmaq məşhur fəqihlərin nəzərində düzgün hesab edilmir. Üz qırxmaqda icazəli hədd isə, xalqın baxarkən \"fülankəsin saqqalı var\" deməsidir. Üzü qırxarkən isə, maşınla və ya ülgüclə qırxmaq arasında heç bir fərq yoxdur. Üz tükünün xeyirləri haqda həkimlərin söylədikləri: Tanınmış doktor \"Finkor Corc\" deyir: Saqqal bir çox xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin və selikli vəzlərin sağlamlığı.
\"Gigiyenik cəhətdən üzün qırxılması\" kitabının müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması nəticəsində baş verir...


Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı?


Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı? Peyğəmbər (s) həzrət Əliyə (ə) bəzi işlərin vacibliyinin həddini çatdırmaq üçün belə tövsiyə edir: Ey Əli!
1. Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et.
2. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et.
3. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get.
4. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get...


Məsumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər?


Məsumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər? Məsumlar (ə), sonra isə övliyalar yalnız Allahı sevdiklərindən qəlblərində dünya məhəbbətinə yer qalmayıb. Dünyaya bağlılıq insanı qəflətdə saxlayıb, onu Allahdan uzaqlaşdırdığı üçün məsumlar və övliyalar öz dualarında bu bağlılıqdan uzaqlıq istəmişlər.
İmam Hüseyn (ə) Ərəfə günü belə dua edir: “Allahım, məni dünya bağlılıqlarından qoru”.
İmam Səccad (ə) belə dua edir: “Ey Rəbbim, qəlbimizi zikrinə, dilimizi şükrünə, bədən üzvlərimizi itaətinə məşğul et”.
Məsum İmamların (ə) duaları bizə öyrədir ki, insan daim dünya bağlılığından qorxmalı və bu tələyə düşməmək üçün Allahdan yardım istəməlidir.


Kişilərin yaxşı həyat yoldaşı olmasına yardım edən 6 nöqtə hansılardır?


Kişilərin yaxşı həyat yoldaşı olmasına yardım edən 6 nöqtə hansılardır? O zaman ki, kişi ailə qurar, onun məsuliyyətlərini öhdəsinə götürər, artıq təkcə özünü düşünməz. Çünki artıq həyat yoldaşının da ehtiyaclarını və istəklərini düşünməlidir. Psixoloqlar kişilərə yaxşı həyat yoldaşı olmağın 6 yolunu tövsiyə edirlər ki, onlarla tanış olaq:
1. Yaxşı qulaq asmağı bacarın. O zaman ki, həyat yoldaşınız sizin yanınızda əyləşər və sizə öz çətinliklərindən danışar, ona o dəqiqə cavab verməyə tələsməyin...
2. Hörmət etmək. Yaxşı həyat yoldaşının ən bariz sifətlərindən biri budur ki, xanımına hörmət edər və xoş dəqiqələrini onun yanında keçirtməyə çalışar...
3. Yersiz hökm verməkdə çəkinin. Yersiz hökm verməklər müştərək həyatın rabitəsinə ziyan vurar. Heç kəs bədbin bir insanla yaşamaq istəməz...


Həzrət Musanın (ə) behiştdəki dostu bu məqama nəyin vasitəsilə yetişdi?


Həzrət Musanın (ə) behiştdəki dostu bu məqama nəyin vasitəsilə yetişdi? Hz Musa (ə) Allahla münacat edən zaman Xaliqdən istəyir ki, onun behiştdəki dostunu ona tanıtsın. Xitab gəlir: “Ey Musa! Filan küçəyə və filan mağazaya get. O kəs ki, orada işləyir – sənin behiştdəki dostundur”. Hz Musa (ə) ondan fövqəladə bir şey müşahidə etmir. O zaman ki, hava qaralır, cavan iş yerini tərk edir və Musa (ə)cavanın ona qonaq olmasını istəyir! Cavan evə daxil olan kimi yemək hazırlayır. Sonra əl və ayaqları işləməyən, iflic halda olan qoca qadının sorağına gedir. Səbirlə yeməyin tikələrini onun ağzına qoyur. Onu yuyundurur və paltarını dəyişdirir. Sonra da yerinə uzandırır. Musa (ə) bu səhnəni görən zaman cavandan soruşur ki, bu qadın kimdir və ona yemək verəndən sonar əllərini göyə qaldırıb nə deyirdi? Cavan deyir: “Bu qadın – anamdır. Hər dəfə ona yemək verəndən və onu tox edəndən sonra mənim barəmdə dua edir və deyir: “Allahım, onu behiştdə Musa ibni İmranla (ə) yoldaş qərar ver”. Musa (ə) cavana müjdə verir ki, ananın etdiyi dua qəbul olmuşdur.


Ölümü arzulamağa dinimiz necə baxır?


Ölümü arzulamağa dinimiz necə baxır? Ölümü arzu etməyin nə qədər mühüm bir mövzu olduğunu biz insanlar yaxşı dərk edirik. Bəs dinimiz bu mövzuya necə baxır? Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kimə bir ziyan yetişsə, giriftarlığa düçar olsa Allah eləməsin ki, ölümü arzulasın”. Məsumlarımız (ə) ölümlə bağlı belə dualar edərdilər: “Allahım, madam ki, sağ olmaq mənim faydamadır, məni sağ saxla. Madam ki, xeyirim ölməyimdədir, məni öldür”. Yəni, Məsumlarımız (ə) bizə tövsiyə edir ki, ölümü birbaşa arzu etmək yaxşı əməl sayılmır. Əgər ölümlə bağlı dua etmək istəyiriksə, gərək Məsumların (ə) tövsiyə etdikləri kimi dua edək. Hz Peyğəmbər (s) buyurur: “Ölümü arzu etməyin, bəlkə həyatı arzu edin. Çünki bilmirsiniz ki, göndərdikləriniz nədir”. Həqiqətən də biz dəqiq bilmirik ki, behişt əhliyik, yoxsa cəhənnəm. İmam Sadiq (ə) buyurur: “Həyatı arzu et ki, itaət edəsən, günah etməyəsən. Əgər sağ olsan və itaət etsən, sənin üçün ölməkdən daha yaxşıdır”.


İmam Əli (ə) zatının nuru mələklərə necə görsəndi?


İmam Əli (ə) zatının nuru mələklərə necə görsəndi? Salman Farsi nəql edir: “Məlun İblis bir dəstənin kənarından keçirdi ki, Əmirəl-mömininə (ə) söyüş söyürdülər. İblis (lən) bu dəstənin qarşısında dayanır. Bu dəstədən biri deyir: “Bu kimdir ki, bizim qarşımızda dayanmışdır?”. İblis deyir: “Mən Əbu Mərrəyəm”. Deyirlər: “Ey Əbu Mərrə, bizim dediklərimizi eşitdin?”. İblis deyir: “Ağanız Əli ibn Əbutalibi (ə) söyürsünüz?”. Onlar deyirlər: “Haradan bildin ki, o, bizim ağamızdır?”. İblis deyir: “Peyğəmbərinizin (s) kəlamından ki, buyurur: “O kəsin ki, ağası mənəm, Əli (ə) onun da ağasıdır. Allahım, o kəslər ki, Əlini (ə) sevir, sən də sev. O kəs ki, düşmən bilir, düşmən bil. Allahım, yardım et o kəsə ki, ona yardım edər. Zəlil et o kəsi ki, onu xar edər””. Deyirlər: “Ey Əbu Mərrə! Bizə Əli (ə) barəsində bir şey de”. İblis deyir: “... Məndən eşidin: O zamanlar ki, Allaha təsbih edirdim, çox parlayan bir nur bizim yanımızdan keçib getdi. Bütün mələklər o nura görə səcdəyə düşdülər. Dedilər: “Subbuhun, Quddusun. Bu nur ya yaxın mələkdir, ya da peyğəmbərdir”. Nida gəldi: Nə yaxın mələkdir, nə də göndərilmiş peyğəmbərdir. Bu, Əli ibn Əbitalibin (ə) zatının nurudur”.


Üveys Qərani Həzrət Peyğəmbərlə (s) niyə görüşməmişdir?


Üveys Qərani Həzrət Peyğəmbərlə (s) niyə görüşməmişdir? Üveys Qərani Peyğəmbərin (s) səhabəsi və vilayət tərəfdarı idi. O zaman ki, Üveys Yəməndə idi, dəvələrə baxırdı. Qoca anası vardı ki, ona qulluq edirdi. Peyğəmbərə (s) olan şiddətli sevgisinə baxmayaraq, Həzrəti (s) yaxından ziyarət etməyə müvəffəq ola bilməmişdi. Günlərin birində Həzrətə (s) olan sevgisi gücləndi və anasından Hicaza getmək üçün icazə aldı. Anası ona dedi: “Oğlum, Həzrətin (s) görüşünə get. Əgər Peyğəmbər (s) Mədinədə olmasa, yarım gündən çox orada qalma”. Üveys böyük zəhmətlə Yəməndən Mədinəyə gəlib çıxır, ancaq eşidir ki, Peyğəmbər (s) Mədinədə yoxdur. Yarım gündən çox fürsəti olmadığına görə, Mədinədə olan müsəlmanlara deyir ki, mənim salamımı Həzrətə (s) çatdırın. Deyin ki, Üveys adlı bir nəfər Yəməndən onu ziyarət etmək üçün gəlmişdi. Anasından icazəsi olmadığına görə vətəninə geri qayıtdı. Bir müddət sonra Peyğəmbər (s) evinə qayıdır. Həzrət (s) buyurur: “Qəran məntəqəsindən behişt mehi əsir. Ah, necə də səninlə görüşməyə müştaqam. Ey Üveys Qərani! (Ey müsəlmanlar) hər kim onu görsə, mənim salamımı ona çatdırsın!”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter