Rabitələri xarab edən 10 virus hansılardır?


Rabitələri xarab edən 10 virus hansılardır? Əgər başqaları ilə rabitə quran zaman məharətli olarsa, işlərində də müvəffəq olar. Əks halda, həyatı elə də asan keçməz. Bəzi rabitə vurusları vardır ki, insanlarla ünsiyyət və rəftarda insana ancaq ziyan gətirir. Bu virusları tanıyaraq, onlardan çəkinməyə çalışaq. 1. Təkrar-təkrar nəsihət vermək. Nəsihət vermək qarşı tərəfin eyiblərini aradan qaldırmaq üçün ona yardım edən əməllədəndir. Amma təkrar-təkrar nəsihət vermək fayda verməz. 2. Davamlı olaraq təzəkkür vermək. Əgər insan bir başqası tərəfindən davamlı olaraq təzəkkür eşidərsə, həmin mövzuya olan əlaqəsi azalar və qarşı tərəfə kin bəsləməyə başlayar. 3. Qınamaq və məzəmmət etmək. Bir insanı yersiz yerə qınamaq və məzəmmət etmək – rabitələri xarab edən amillərdəndir. 4. Minnət qoymaq. Əgər yaxşı iş görən zaman savab qazanmaq istəyiriksə, gərək onu minnətsiz edək. Əgər minnət qoyarıqsa, o zaman həm həmin əməlin savabı əldən gedər, həm də qarşı tərəf bizə kin bəsləyər...


Nə edək ki, başqalarının tənqidindən narahat olmayaq?


Nə edək ki, başqalarının tənqidindən narahat olmayaq?Bir insan adətən bizi tərifləyən zaman həmin kamal sifətimizə diqqət edir və ondan ləzzət alırıq. Həmin şəxsin gözündəki heybətimizi hiss edir və bundan xoşlanırıq. Ancaq o zaman ki, bizi tənqid edirlər və məzəmmət edirlər – bunun əksi olur. Bəs nə edək ki, bu ruhiyyənin qarşısını ala bilək?
1. Əgər bizi məzəmmət edənin niyyəti nəsihət verməkdirsə - şad olmalıyıq. Çünki o, bizi nöqsanlarımızdan agah etmişdir.
2. Əgər həmin şəxs nə nəsihət, nə də bizə əziyyət vermək üçün məzəmmət edirsə, O, bizi qafil olduğumuz mövzudan agah edir.
3. Əgər həmin şəxs bizə qarşı məzəmmətində doğru deyil, yalan danışırsa, bu zaman da gərək narahat olmayaq. Çünki
İmam Əli (ə) buyurur: “Hər kim sənin eybini sənin üçün aşkar edər – dostundur. O kəs ki, sənin eybini səndən gizlədər – düşmənindir”.


Kimlər Qiyamət günü kor məhşur olacaqlar?


Kimlər Qiyamət günü kor məhşur olacaqlar?... Əvvəl gərək baxaq görək, bu dünyada kor olanlar kimdirlər? Əlbəttə ki, kor deyildikdə, qəlb gözü nəzərdə tutulur. Bu sualın cavabını da Quranda tapmaq olar ki, buyurur: “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).
İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “O kəsi ki, səmanın və yerin yaradılışı, gecə və gündüzün gəlib-getməsi, ulduzların, Günəşin və Ayın hərəkəti gizli olan ən böyük həqiqətlərdən agah etməzsə, axirətdə kordur və yolunu azmışlardandır”.


Qiyamət günü hamı eyni vaxtda diriləcəkdir?


Qiyamət günü hamı eyni vaxtda diriləcəkdir?Bütün insanlar Qiyamət günü yenidən diriləcək və məhşər səhnəsinə gətiriləcəkdilər. “O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar”. (“Zəlzələ” 6). “Və (yada sal) o gün(ü) ki, dağları (öz yerindən) hərəkətə gətirər (və məhv edər)ik və (o vaxt) yeri (bütün yer üzünü) hamar və aşkar görərsən. Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq”. (“Kəhf” 47).
Bu ayələrə və bunun kimi onlarla ayələrə nəzər salan zaman görmək olur ki, Qiyamət günü hamı məhşur olacaqdır. Heç kəs istisna deyildir. O günü səadət və iman əhli, bədbəxt və kafirlərdən üstün olacaqlar...


Həzrət Əliyə (ə) verilən 7 sual...-ı həzrətin cavabları nə oldu?


Həzrət Əliyə (ə) verilən 7 sual...-ı həzrətin cavabları nə oldu?Bir kişi Hz Əlinin (ə) yanına gəlib dedi: \"Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum”. Hz Əli (ə) buyurdu: \"Buyur soruş”. Həmin kişi soruşdu:
1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: \"Günahsıza yalan bağlamaq”
2. Yerdən daha böyük olan nədir? Hz (ə) buyurdu: \" Haqq yerdən daha genişdir.”
3. Oddan daha isti olan nədir? Hz (ə) buyurdu: \" Hərislik oddan daha istidir.”
4. Buzdan da daha soyuq olan nədir? Hz (ə) buyurdu: \" Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur.”
5. Dəryadan daha dərin olan nədir? Hz (ə) buyurdu: \" Qane olan insan dəryadan daha dərindir.\"...


Allah məkandan ehtiyacsızdır! Necə izah etmək olar?


Allah məkandan ehtiyacsızdır! Necə izah etmək olar? Sabit ibni Dinar nəql edir: “İmam Səccada (ə) sual verdim: «Deyə bilərikmi ki, Allah müəyyən məkandadır?».
Hz. (ə) buyurur: “Allah ondan münəzzədir”. Dedim: “Bəs nəyə görə Peyğəmbər (s) səmaya seyr etdi?”. Həzrət (ə) buyurdu: “Ona səma mələkutunu və məxluqlarını göstərmək üçün”. Dedim: “Allahın bu kəlamının mənası nədir: “(Yerdən) üstün üfüqdə olduğu halda. Sonra yaxınlaşdı və daha yaxın oldu. Beləliklə (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi. Beləliklə də Allahın bəndəsinə vəhy etdiyini vəhy etdi”. (Nəcm/7-10). Həzrət (ə) buyurdu: “Məqsəd Peyğəmbərdir (s) və Həzrət nur hicablarına yaxınlaşır və səma mələkutunu görür. Sonra aşağı enir və aşağıdan yerin mələkutuna baxır və özünü yerə o qədər yaxın görür ki, sanki arasında iki kaman və ya daha az məsafə vardır”.


İnsana dua etməyi öyrədən ayə Quranda hansı surədə gəlmişdir?


İnsana dua etməyi öyrədən ayə Quranda hansı surədə gəlmişdir?“Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə - öz xeyrinə, nə pis iş görübsə - öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi, bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et»”. (“Bəqərə” 286). Qurani-Kərim elə bir kamil kitabdır ki, biz müsəlmanlara insanlığın dəyərlərini öyrədir və bizi hidayət edir. Quranın biz müsəlmanlara inayət etdiyi bərəkətlərdən biri də dua mədəniyyətidir. Əgər insan dua ədəbindən xəbərdar olarsa və ona əməl edərsə, o zaman duaları qəbul olar və Allah onun istəklərini yerinə yetirər...


İrfan məktəbində din və siyasət arasında hansı əlaqə var?


İrfan məktəbində din və siyasət arasında hansı əlaqə var? Dinin üç əsası var: etiqad, əxlaq və əməl. Heç bir din bu üç əsas olmadan gerçəkləşə bilməz. Dini tanımaq üçün hər üç əsasla tanışlıq lazımdır. Bu üç əsasdan birinə diqqətsizlik göstərən şəxsin dini biliyi naqisdir. Amma insanların düşüncə tərzi və qavrayış tutumu müxtəlif olduğundan dinə münasibətdə baxışlar da fərqlidir. Tarixə nəzər salsaq əsasən üç baxışla rastlaşarıq: etiqadı əsas götürən fəlsəfi baxış, şəriəti əsas götürən fiqhi baxış və əxlaqı əsas götürən əxlaqi baxış. Sözsüz ki, dinə birtərəfli baxış yanlış nəticələrə gətirir. İrfan tarixi boyu çox ariflər sərvət və qüdrətdən çəkindikləri üçün dini siyasətdən ayırmışlar. Amma İslam Peyğəmbərindən (s) rişələnən həqiqi irfan siyasətdən ayrı deyil. Hz Peyğəmbərin (s) və Hz Əlinin (ə) həyatı ilə tanış olsaq, həqiqi dinin siyasətdən uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan Allahın göstərişlərini icra etmək mümkünsüzdür. Özünü dindən ayırmayan irfan dini siyasətdən ayıra bilməz.


İmam Əlinin (ə) ləqəblərindən biri-Yəsubəddindir! Ona bu ləqəbi kim və nə üçün vermişdir?!


İmam Əlinin (ə) ləqəblərindən biri-Yəsubəddindir! Ona bu ləqəbi kim və nə üçün vermişdir?! -Ləqəbin kim tərəfindən verilməsi: Yəsubəddin ləqəbini həzrət Əliyə (ə) Peyğəmbər (s) vermişdir. Bu barədə bir sıra mötəbər hədislər mövcuddur. Peyğəmbər (s) buyurur: “Məndən sonra fitnələr qalxacaq. O zaman Əli ibn Əbu Talib ilə birgə olun. O, mənə iman gətirən ilk şəxs olmuşdur və Qiyamət günü mənimlə ilk görüşən şəxs olacaqdır. O, doğruçuların ən üstünü, ümmət arasında haqq və batili ayırandır. O, yəsubul-möminindir (möminlərin rəhbəridir)”. (“Fəzailul-xəmsə”, c. 1, səh. 189)
İslamın böyük alimi Fəxrəddin Tərihi yazır: “Həzrət Əli (ə) ona görə yəsubəddin adlanmışdır ki, bal arısının mələkəsi arıların rəhbəri və əmiri olduğu kimi Əmir əl-möminin (ə) möminlərin və dinin rəhbəri və başçısıdır”. (“Məcməul-bəhreyn”, c. 2, səh. 121)...


İmam Sadiq (ə) nədən qorxmağı tövsiyə edir?


İmam Sadiq (ə) nədən qorxmağı tövsiyə edir? İmam Sadiqin (ə) nəsihətlərindən: İnsan qəlbindəki ümid və qorxu onun düşüncəsi, agahlığı ilə əlaqəlidir. Məsələn, üç yaşlı körpə ilə qırx yaşlı yetkin insanın uyğun hissləri tamamilə fərqlənir. Üç yaşlı körpəni nə beynəlxalq münasibətlərdəki gərginliklər, nə də qiyamət sorğusu narahat edir. Adətən, yaşlı insanlar xəstəlikdən, kasıblıqdan qorxduqları halda, gənclər gələcəkdə güclü və varlı olmağa ümid edirlər. Mərifətli, düşüncəli insanlar isə mənəviyyat məsələsinə xüsusi fikir verir, ağıl və inamı itirməkdən qorxurlar. Axirətə inanan insanlar behişt nemətlərinə ümidli olmaqla yanaşı, cəhənnəm əzabından xoflanırlar. Allahın etinasızlığından qorxu insanın fitri hissidir. Allahın öz bəndəsindən üz döndərməsi Qurani-Kərimdə ən böyük əzablardan biri kimi təqdim olunur: «Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz». (Ali-imran/77.)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter