Şeytanın (lən) ən mükəmməl silahı nədir?


Şeytanın (lən) ən mükəmməl silahı nədir? Allah Təala Quranda buyurur: “(Allah) buyurdu: «Ey İblis! Sənə Mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu?». Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən? Dedi: «Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan”. (“Sad” 75-76). İmam Əli (ə) buyurur: “Şeytan Adəmə (ə) onun torpaqdan xəlq olduğu üçün lovğalanır. Öz əslinin atəşdən olmasına söykənərək, təəssübkeşlik və qürur edir. Ona görə də şeytan Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin başçısıdır. Əyninə böyük bir libas geyindi və təvazökar libasını əynindən çıxartdı. Məgər görmədinizmi ki, Allah təkəbbürə görə necə onu alçaltdı? Göylərdə uçduğu üçün onu xar və alçaq etdi?”. Yəni, hər kəsdə bu xəbis sifətlər olar, İlahi rəhmətdən məhrum olar. Ona görə də hər bir möminin vəzifəsi budur ki, qəlbinə nəzarət etsin və ona təkəbbür və lovğalığı buraxmasın və dualarında İmam Səccad (ə) kimi desin: “Məni Öz bəndəliyinə götür və ibadətimi təkəbbür və qürurla məhv etmə”.


Dünya və axirətin ən üstün əxlaqı hansı xasiyyətlərdir?


Dünya və axirətin ən üstün əxlaqı hansı xasiyyətlərdir? Cərrah Mədaini nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu: İstəyirsənmi ki, sənə deyim ən ali əxlaq hansılardır?”. Dedim: “Bəli”. Buyurdu: “Başqalarını əfv etmək, (mömin) qardaşına malından yardım etmək, Allahı çoxlu yada salmaq”.
1. Peyğəmbər (s) buy: “Dünya və axirətin ən üstün əxlaqını sizə deyimmi? Sənə zülm edənə güzəşt etmək, səninlə əlaqəsini kəsənlə rabitə qurmaq, sənə pislik edənə yaxşılıq etmək, səni məhrum edənə bəxşiş etmək”.
2. İmam Sadiq (ə): “Elə bir mömin yoxdur ki, zülm görmüş möminə yardım etsin, məgər o halda bu əməlin (savabı) Məscidul-Həramda bir ay oruc və etikaf etməkdən daha üstündür...
3. İmam Sadiq (ə) buyurur: “Allahı çoxlu yada salmaq. ... Agah olun. Məqsəd “Sübhənallah, Əlhəmdulillah, Lə iləhə illəllah, vallahu Əkbər” demək deyildir. Baxmayaraq ki, bu da Allahı yada salmaqdır. Ancaq məqsədim Allahı haram və halalının yanında yada salmaqdır.


Namazda əqiq üzuyun savabını fəlsəfəsi nədir?


Namazda əqiq üzuyun savabını fəlsəfəsi nədir? İmam Sadiq (ə) buyurur: “Əlinizə əqiq üzük taxın ki, əqiq ilk dağ olmuşdur ki, Allahın rübubiyyətinə, Peyğəmbərin (s) nübuvvətinə və İmam Əlinin (ə) vəsiliyinə etiraf etmişdir. Bu, o dağdır ki, Allah Təala Musa (ə) ilə danışmışdır. O kəs ki, əqiq üzüklə namaz qılar, savabı başqa üzük taxan insanın savabından 40 dəfə çox olar”. Süleyman Əmaş nəql edir: “İmam Sadiqlə (ə) bir yerdə Mənsurun evində idik. Şallaq dəyən insan evdən bayıra çıxdı. İmam buyurdu: “Ey Süleyman! Onun üzüyünün qaşına nəzər sal!”. Dedim: “Ey Allahın Rəsulunun oğlu! Üzüyünün qaşı əqiqdən qeyrisidir”. İmam (ə) buyurdu: “Ey Süleyman! Əgər qaşı əqiq olsaydı, şallaq yeməzdi”. Dedim: “Daha çox məlumat verin”. Buyurdu: “Əqiq qaş öldürülməyə qarşı təhlükəsizlik verir”. Dedim: “Daha çox məlumat verin”. Buyurdu: “Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun. O, hər bir bəladan qoruyandır. O, yoxsulluqdan amandır”...


Cinlər necə mövcudlardır?


Cinlər necə mövcudlardır? Cinlər insanın gözünə görünməyən varlıqlardır. Quranın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 surədən biri “Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların bəzi xüsusiyyətlərini sadalamaq olar:
1. Cinlər insanardan öncə və oddan xəlq olunublar,
2. Cin də insan kimi Allah qarşısında vəzifəli və mömin və kafiri var.
3. Onlarda da kişi və qadın cinsi var, doğub törəyir və ölürlər,
4. Cinlər sürətlə hərəkət edir, amma insanlar onları ələ keçirə bilərlər.
5. Mömin cinlər İslam Peyğəmbərinə (s) və İmamlara xidmət edir, yəni iman əhli olublar.


Kasıblığa görə evlənməmək olarmı?


Kasıblığa görə evlənməmək olarmı? Həzrət Peyğəmbər (s) buyurur: «Kasıbçılıq qorxusundan evlənməyən şəxs, Allahdan bədgüman olub». («Vəsailüş-şiə», 14-cü cild, səh.24.) Kübar həyat tərzi arzusu, evlənmək istəyən gənclər qarşısında böyük maneədir. Çox vaxt gənclər yox, valideynlər bu tələblərlə çıxış edirlər. Həzrət Peyğəmbər (s) isə belə buyurur: «Ən pisqədəm qadın, mehriyyəsi ağır olan qadındır». («Vəsaliüş-şiə», 15-ci cild, səh.10.) Başqa bir hədisdə isə, iqtisadi problemlərə görə övladının ailə qurmasına mane olan valideynlərə belə xəbərdarlıq olunur: «Övladı yetkinlik yaşına çatmış şəxs, onu evləndirmək iqtidarında olduğu təqdirdə evləndirmirsə, övlad günaha batsa, bu günah hər ikisi üçün yazılar». («Məcməül-bəyan».)


Peyğəmbər övladı kimdir? İmam Kazimin (ə) Harun Ər-Rəşidlə bəhsi


Peyğəmbər övladı kimdir? İmam Kazimin (ə) Harun Ər-Rəşidlə bəhsi Xəlifənin suallarına hz İmam Kazimin (ə) məntiqli cavabları ... İmam Kazim əleyhissəlamın Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki, nəyə görə sizi Əli əleyhissəlamın övladları yox, Peyğəmbərin (s) övladları adlandırırlar? İmam Kazim (ə) onun cavabında buyurur: “Əgər Peyğəmbər (s) dirilib sənin qızınla evlənmək istəsə, qızını ona verərsənmi?” Harun dedi: “Nə təkcə qızımı verərəm, hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.” İmam Kazim (ə): “Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz, nə də mən qızımı ona vermərəm.” Harun: “Nəyə görə?” İmam Kazim (ə): “Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.” Harun: “Afərin, tamamilə doğrudur!” (Biharül-ənvar, c.48. səh.127.)


İlahi, Sənə tərəf qayıtsam, məni qəbul edərsənmi?


İlahi, Sənə tərəf qayıtsam, məni qəbul edərsənmi? Bəni İsraildən bir cavan 20 il ibadət və sonra şeytana aldanıb 20 ilə yaxın günah batlağına düşdü. Bir gün aynaya baxıb dedi: İlahi sənə tərəf qayıtsan məni qəbul edərsənmi?! Bu zaman nida gəldi: \" - Nə qədər ki, bizi sevirdin, biz də səni sevirdik. Bizi tərk etdin, biz də səni tərk etdik. Bizə qarşı günah etdin, sənə möhlət verdik. İndi yenə qayıtmaq istəsən, səni qəbul edərik. /Qaynaq: “Səmərətul-həyat”, c. 3, səh. 377


Şəhid Mütəhhəri Şəhadətindən öncə nə yuxu görmüşdü?


Şəhid Mütəhhəri Şəhadətindən öncə nə yuxu görmüşdü? Bir gün Ustad Şəhid Mütəhhəri yuxudan elə sıcradı ki, həyat yoldaşını yuxudan ayıltdı. Soruşdu: “Nə olub?”. Dedi: “Yuxu gördüm”. Soruşdu: “Nə yuxusu?”. Dedi: “Peyğəmbəri (s) gördüm. Mən və rəhmətlik İmam (r) Məkkəyə getmişdik. Təvaf edirdim və Hz Peyğəmbəri (s) gördüm ki, bizə tərəf gəlir. Özümü kənara çəkib dedim: “Ya Rəsulallah, müəllimim sizin övladlarınızdandır”. Peyğəmbər (s) Ağanı öpdü və sonra isə mənim üzümdən öpdü. Sonra isə mən yuxudan durdum. Hələ də Peyğəmbərin (s) dodaqlarının istisini hiss edirəm”. Bu hadisə şəhadətinə üç gün qalmış olmuşdu. Şəhid tələbəliyində yuxu görür. Yuxuda görür ki, yatmışdır və bir nəfər gəlib onu ayıltmaq istəyir. Soruşur ki, sən kimsən? Deyir: “Mən Osman ibni Hənifəm. İmam Əlinin (ə) şəhər valisi”. Soruşur: “Mənimlə nə işin var?”. Deyir: “Məni İmam (ə) göndərmişdir ki, sənə deyim ki, gecə namazı qılasan”.


O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur?


O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur? Bu məsələ hədislərimizdə açıq şəkildə izah edilmişdir ki, qəbir əzabı dedikdə Bərzəx alımindəki əzab nəzərdə tutulur. Belə ki, dünya aləmi ilə axirət aləmi arasındakı fasiləyə Bərzəx deyirlər. Allah Təala “Muminun” surəsində buyurmuşdur: “Şəkk yoxdur ki, bərzəx aləmi bütün insanlar üçün mövcuddur”. Belə bir sualı İmam Əliyə (ə) də vermişdilər və o, buyurmuşdu: “Quraqlığın Allahı, həmin dənizlərin də Allahıdır. Dənizlərin Allahı, göylərin də Allahıdır. Allah üçün fərqi yoxdur ki, insanın bədəni qəbirdə olsun, yoxsa heyvanların qarnında və ya başqa bir yerdə”...


Qəbr əzabından xilas olmaq üçün hansı 8 əməlləri etmək lazımdır?


Qəbr əzabından xilas olmaq üçün hansı 8 əməlləri etmək lazımdır? Hədislərimiz qəbir əzabından xilas olmağın bir neçə yollarını göstəriblər ki, onlara işarə edək.
1. Bəzi günahları tərk etmək. a). Dedi-qodu etmək. Əmirəl-möminin (ə) buyurur: “Qəbir əzabı dedi-qodu edən, nəcisindən paklanmayan, kişinin qadınından uzaqlaşmasından meydana gələr ki, öz yatağını ayırar. Yemək və yatmaqda ondan uzaq olar”. b). Neməti zay etmək. - c). Ailəsi ilə kobud olması.
2. Namazın rükusunu tam və kamil şəkildə yerinə yetirmək.
3. “Zuxruf” surəsini davamlı oxumaq.
4. Hər cümə “Nisa” surəsini oxumaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter