İtin nəcisindən murdar olan hansı nəfsani istəkdir?


İtin nəcisindən murdar olan hansı nəfsani istəkdir? Bir padşah vəzirinə deyir: - Sənin fikrincə, itin nəcisindən də pis bir şey vardırmı? Vəzir bir az düşünür amma cavab tapa bilmir. Suala cavab tapmaq üçün padşahdan möhlət istəyir. O, şəhərdən qırağa çıxır. Səhrada qoyun otaran bir çobana rast gəlir. Vəzir çobandan hal-əhval soruşur, onunla bir az söhbər edir. O, çobanın düşüncəli bir insan olduğunu görür. Ona görə də ürəyini çobana açır, şahın verdiyi sualı çobandan soruşmaq qərarına gəlir və əhvalatı ona danışıb deyir: - İndi mən alim bir insan axtarıram ki, şahın bu sualına cavab verə bilsin. Çoban deyir: - Ey vəzir! Şah və onun cavabı o qədər də mühüm deyil. Səninlə daha önəmli bir məsələ haqqında danışmaq istəyirəm. Mən bu təpənin arxasında böyük bir xəzinə tapmışam. Gəl bir yerdə onu ələ keçirək və burada bir qəsr tikdirək. Ordu toplayaq...


Var-dövlətin haram buyurulmuş «kənz həddi» necə müəyyən olunur?


Var-dövlətin haram buyurulmuş «kənz həddi» necə müəyyən olunur? Tövbə/34 ümumi bir qanun zikr edilir: «Qızıl və gümüşü toplayıb gizləyənlər, onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ». Ayədəki yığılıb xərclənməyən sərvət «kənz»dir. Yuxarıda zikr edilən ayə, xəzinələrdə hərəkətsiz sərvətlərin toplanmasını qadağan etdi. Hərəkətsiz kapital yığımı, dünyadakı iqtisadi tarazlığı pozur, kasıb təbəqənin vəziyyətini daha da ağırlaşdırır. Demək kənz, insanların iqtisadi durumunu pisləşdirən ölü kapitaldır. Belə bir sual ortaya çıxır ki, hansı miqdarda ölü kapital kənz hesab edilir? «Məcməül-bəyan»da nəql olunur ki, həzrət Əli (ə) buyurmuşdur: «Dörd min dirhəmdən çox xəzinə kənzdir. İstər zəkatı verilə istər verilməyə. Bundan az miqdarda sərvət yaşayış xərcliyi hesab olunur. Buna görə də, sərvət toplayanlar dərdli əzbla müjdələnmişdir»...


İslam dinində şadlığa münasibət necədir?


İslam dinində şadlığa münasibət necədir? Ayə və rəvayətlərə əsasən insan səadəti üçün faydalı olan şadlıq zəruridir. İslam orta həddi gözləyən dindir. Bu baxımdan ifrat və təfrit şadlıq da məqbul sayılmır. İslamda insan təbiətinə münasib olmayan heç bir ayin yoxdur. Bütün ilahi göstərişlər insanın fitri ehtiyaclarına uyğun şəkildə tənzimlənmişdir. Şadlıq insanın mühüm fitri ehtiyaclarındandır. Varlıq aləmindəki gözəlliklər, təravətli bahar, lətafətli sübh, ürək oxşayan şəlalələr, ailə və övlad məhəbbəti insanın qəlbini sevinclə doldurur.
Həqiqi şadlığın bəzi amillərini sadalayaq: iman, taledən razılıq, günahdan pəhriz, çətinliklərlə mübarizə, xoş qoxu, idman, həyat həvəsi, fiziki iş, əyləncə, Quran qiraəti, Allahın zikri, sədəqə və s. Qurani kərimdə behişt nemətlərinin sadalanması, İslamın şadlığa müsbət münasibətinin təsdiqidir...


10 min manat qarşısında yalandan şahidlik edərsənmi?


10 min manat qarşısında yalandan şahidlik edərsənmi? Ayətullah əl-üzma Şübeyr Zəncani nəfsi istəklər haqqında qısa bir hekayə danışaraq deyir: Seyid Əbdülməcid Gorusi böyük təqlid mərcəsi Mirzə Həsən Şirazinin tanınmış şagirdlərindən idi. O, elm, ağıl və bəyan baxımından yetkinlik dərəcəsinə çatmışdı və seyri-sülukda məqamları var idi. Eşitdim ki, günlərin birində bir nəfər onun evinə gedir. Seyid Əbdülməcid ona deyir: - Gəldin, mənim vəziyyətimi bir-birinə vurdun. Mən öz nəfsimlə müsahibə edirdim. Nəfsimə dedim ki, əgər yüz tümən sənə versələr, nahaq şahidlik edərsənmi? Dedi: - Etmərəm. Mən yavaş-yavaş məbləği artırdım və nəfsim o məbləğlərin qarşısında yalandan şahidlik etməyə razı olmadı. Nəhayət, məbləği on minə çatdırdım. Məbləğ bura çatanda nəfsim dayanıb fikirləşirdi. Bu vaxt sən gəldin və onun mənə nə cavab verəcəyini bilmədim...


Ayaqyolunda öz-özü ilə və ya başqaları ilə danışmaq, dua etmək olarmı?


Ayaqyolunda öz-özü ilə və ya başqaları ilə danışmaq, dua etmək olarmı? Cavab: Ayaqyolunda zəruri ehtiyac olmadan danışmaq məkruhdur, amma zikr söyləmək məkruh deyil. Çünki Allahın zikrini hər zaman və hər yerdə söyləməyin savabı var. Təharət ehkamında deyilir ki, ayaqyoluna girəndə əvvəlcə sol ayağı içəri qoymaq və şeytandan Allaha sığınmaq mənasını ifadə edən bir zikri söyləmək müstəhəbdir.
Ayaqyolunda Allahın adlarını zikr etmək, təsbihat demək, hətta Qurandan ayət əl-kürsini oxumaq da məkruh deyil (ayət əl-kürsidən başqa Qurandan hansısa ayə oxumaq məkruhdur). Ayaqyolundan çxıarkən də bəzi duaları söyləmək müstəhəbdir. Ayaqyolunda söylənməsi müstəhəb olan zikr və duaların haqqında hədis toplularında və fiqh kitablarında ətraflı məlumat verilir.


Sual: Qünutda azərbaycan dilində dua etmək olarmı?


Sual: Qünutda azərbaycan dilində dua etmək olarmı? Cavab: Qünut namazda yeganə əməldir ki, onun sözlərini istənilən dildə söyləməyə icazə verilir. Qünut duadan ibarətdir, duanı hər hansı dildə etməyin günahı yoxdur. Qünutdan başqa namazın bütün sözləri mütləq ərəb dilində deyilməlidir. Qeyd edək ki, qünutda məsumlardan rəvayət edilən duaları orijinal şəkildə, ərəb dilində oxumağın daha böyük savabı vardır. Çünki bu dualar Allahın əzəmətini və bəndənin Allah qarşısında mövqeyini ən gözəl şəkildə ifadə edir. Əgər namaz qılan şəxs ərəb dilində dua bilmirsə yaxud Allahdan özəl bir istəyi varsa, bunu öz ana dilində də söyləyə bilər.


Müsəlmanlara donuz ətinin haram olması barədə Quranda ayə varmı?


Müsəlmanlara donuz ətinin haram olması barədə Quranda ayə varmı? Cavab: Donuz əti qəti olaraq İslam dinində murdar sayılır, onu yemək də haram və günahdır. Bu hökmün əsas mənbəyi Qurani-kərimin Maidə surəsinin 3-cü ayəsidir: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti ... sizə haram edildi. Bunlar günahdır”. Peyğəmbərin və İmamların hədislərində də donuz ətinin qəti surətdə haram olduğu bəyan edilir. Yalnız acından ölmək təhlükəsi qarşısında ölümdən xilas olacaq miqdarda donuz ətindən yemək icazəlidir. Qeyd edək ki, donuz ətini yemək yalnız İslamda deyil, digər səmavi dinlərdə də haramdır. Bibliyada deyilir: “Donuz qoşadırnaqlı heyvandır, amma gövşəmir. Onlar (donuzlar) sizdən ötrü pak heyvanlar deyil, onların ətini yeməyin, leşlərinə də toxunmayın” (Bibliya, Təsniyə kitabı, XIV, 8).


Yemək və ya içmək qana bulaşarsa, nə etmək lazımdır?


Yemək və ya içmək qana bulaşarsa, nə etmək lazımdır? Cavab: Şəriət baxımından bədəndən çıxan qan murdar sayılır. Qan hara düşərsə, oranı murdarlayır. Qana bulaşan yeri pak etmək lazımdır ki, murdarlıq yayılıb başqa yerlərə də ötürülməsin. Əgər almanı dişləyən zaman damağın qanı almaya dəysə, bu halda həmin dişlənmiş hissə murdar sayılacaq. Ona görə də almanın həmin bulaşmış hissəsini kəsib tullamaq lazımdır. Qalan hissələri yemək olar. Bununla yanaşı, damaq qanayan zaman ağızda olan tikəni də tüpürmək və bundan sonra ağzı su ilə yaxalayıb pak etmək lazımdır. Stəkanın içinə bircə damcı qan düşərsə, stəkandakı bütün maye murdar olar. Mayeni boşaldıb tullamaq, stəkanı yuyub pak etmək, ağzın da içini yuyub paklamaq lazımdır.


İmami-zamanın (ə) “böyük qeybəti” və “kiçik qeybəti” nə demədir?


İmami-zamanın (ə) “böyük qeybəti” və “kiçik qeybəti” nə demədir? Cavab: XII İmam Həzrət Mehdinin (ə) qeybə çəkildiyi, yəni insanlardan gizli qaldığı müddətə qeybət dövrü deyilir. Qeybət dövrü iki hissəyə bölünür. Kiçik qeybət dövrü hicri-qəməri 260-cı (miladi 874-cü il) ildən hicri-qəməri 329-cu (miladi 941-ci) ilə kimi davam etmişdir. Bu müddətdə Həzrət Mehdi (ə) insanlarla 4 nəfər naib vasitəsilə əlaqə saxlayırdı. Biri vəfat edərkən o biri onu əvəz edən naiblər İmamla şəxsən görüşür, insanların sual və istəklərini Ona təqdim edir, Onun yazılı və şifahi cavablarını camaata çatdırırdılar. 941-ci ildə dördüncü naibin vəfat etməsi ilə kiçik qeybət dövrü başa çatdı və böyük qeybət mərhələsi başlandı. Böyük qeybət dövründə İmam Mehdinin (ə) xüsusi təyin edilmiş naibləri yoxdur. Hər kəs naiblik iddiası ilə çıxış etsə, ona inanmağa vəzifəli deyilik.


Namazda səcdələrin sayını unudan adam nə etməlidir?


Namazda səcdələrin sayını unudan adam nə etməlidir? Cavab: Əvvəla, hər şeydən əvvəl insan namazda diqqətli olmağa çalışmalıdır. Unutmamalıdır ki, namazın keyfiyyəti, Allah yanında dəyəri və qəbul olma şərti qəlbin də namazda iştirak etməsinə bağlıdır. Amma bəzi insanlarda diqqətsizlik və huşsuzluq xəstəlik halını almışdır və onların səcdələri sayması çətindir. Xüsusilə, yaşlı şəxslərdə bu hal daha çox baş verir. Belə olan halda səcdələrin sayını bilmək üçün namazı pozmayan bəzi əlavə köməkçi vasitələrdən istifadə etmək olar. Məsələn, dini mağazalarda səcdənin sayını göstərən möhürlər satılır. Həmin möhürün üstünə alın qoyulanda sayğac bunu qeydə alır. Təsbüh vasitəsilə də səcdələrin sayını yadda saxlamaq olar. Məsələn, birinci rükətin səcdələrindən sonra təsbehi bir dəfə qatlamaq, ikinci rükətin səcdələrindən sonra daha bir dəfə də qatlamaq və s...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter