Ruhumuza gözəl təsir qoyan 5 müstəhəb əməl nələrdir?


Ruhumuza gözəl təsir qoyan 5 müstəhəb əməl nələrdir? Bəzi müstəhəb əməllər bizə yardım edir ki, onlardan 5-i çox dəyərlidir:
1. Həmişə dəstəmazlı olmaq. Hz Peyğəmbər (s)\"Əgər gecə və gündüz dəstəmazlı olun Çünki əgər dəstəmazlı dünyadan gedərsənsə, şəhid olarsan”.
2. Quranla yaxın olmaq. Həzrət Peyğəmbər (s): \"Allah Öz kəlamında təcəlli etmişdir, ancaq bəşər onu yaxşı dərk etmir”.
3. Çoxlu istiğfar etmək. Əmirəl-möminin (ə): \"Allahdan bağışlnamaq istəyərək və istiğfar edərək özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin”...
4. Gecə ibadəti. İmam Baqir (ə) Ramazan ayının gecələri mübarək olduğu üçün ibadətin başqa bir fəziləti vardır və bunu əldən verməyin.
5. Salavat göndərmək. Hz Peyğəmbər (s): \"Sizin mənə salavat göndərməyiniz hacətinizin rəva olmasına səbəb olar...


İnsanların səhvlərini bağışlamağın mömin şəxs üçün nə belə faydaları var?


İnsanların səhvlərini bağışlamağın mömin şəxs üçün nə belə faydaları var? Əgər Allahın bizi bağışlamasını istəyiriksə, gərək biz də bağışlamağı bacaraq. \"Yaxşı iş ilə pis iş əsla bir deyil. ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən sanki yaxın dost və qohumdur”. (Fussilət/34). İnsanların bağışlamağın mömin şəxsə 4 faydası:
1. Mənəvi və əxlaqi inkişafa səbəb olar. İmam Əli (ə) buyurur: \"Nə zaman qüdrətin olsa, güzəşt et və əlin boş olan zaman bağışlayan, ehtiyacın olan zaman fədakar ol ki, fəzlin kamala çatsın”.
2. İşləri islah olar. Həzrət Peyğəmbər (s) buyurur: \"Bir-birinizi bağışlayın ki, kin ürəklərinizdən getsin”. 3. Təqva artar... 4. İlahi rəhmət...


Müsəlman şəxsin sevmədiyi amma faydası olan iki həqiqət hansılardır?


Müsəlman şəxsin sevmədiyi amma faydası olan iki həqiqət hansılardır? Hz Peyğəmbər (s) buyurur: \"Adəm övladı üçün iki həqiqət var ki xoşa gəlməzdir, amma həqiqətdə faydalı məsələlərdir:
1-Ölüm (haqq aləminə keçid) ki həqiqətdə bu hadisə mömin şəxs üçün bəla və çətinliklərdən rahatlaşmaqdır.
2-Malın və ruzinin az olması, bir halda ki, qazancın az olması həqiqətdə qiyamət günü hesab-kitab zamanı sorğuların yüngül olmasına səbəbdir. (Mənbə, Xilas kitabı, cild: 1, səh: 74).


Zühur zamanı millətçilik olacaqmı?


Zühur zamanı millətçilik olacaqmı? Həzrət Mehdi (ə.f) zühur etdikdə heç bir milli və irqi ayrıseçkiliyə yol verilməyəcək. Bu müddəanın bir sıra dəlilləri var:
1. Həzrətin dəvəti İslam hökmlərinə əsaslanır və İslam hökmlərində isə nə milli, nə də ki irqi ayrıseçkiliyə yer yoxdur.
2. Həzrət Mehdinin (ə.f) dəvəti ümumbəşəridir. Belə bir dəvətdə milli və irqi ayrıseçkiliyə yol verilə bilməz.
3. Bir çox hədislərə əsasən, Həzrət Mehdinin (ə.f) hakimiyyəti ədalətə əsaslanacaq. Ədalət isə ayrıseçkiliyə ziddidir.


Hansı günah əməldir ki əzabı axirətə qalmaz?


Hansı günah əməldir ki əzabı axirətə qalmaz? Əbu Həmzə Sumali İmam Baqirdən (ə) rəvayət nəql edir ki həzrət buyurdu: \"Atamın ölümü yetişən zaman məni qucaqına alıb və dedi: \"Oğlum sənə bir şey haqda tapşırıram ki, atam da can verən zaman mənə bu günahdan çəkinmək haqda tapşırıq vermiş və demişdi: \"Allahdan başqa sığınacağı olmayan şəxsə zülm etməkdən çəkin... (Yiyəsiz şəxsin zülmünün əzabını Allah verər...) Mənbə: Xilas kitabı, cild/1, səh: 16.


Imam Zamana (ə.c) ilk beyət edən kim olacaq?


Imam Zamana (ə.c) ilk beyət edən kim olacaq? İmam Sadiq (ə) buyurur: “ Hz Qaim (ə.c) zühur edən zaman Allah Cəbrayil (ə) Əmini göndərəcəkdir ki, onun yanına gəlsin. Cəbrayil (ə) İsmayil həcərində Həzrətin yanına gələcək və deyəcəkdir: “İnsanları nəyə çağırırsan?” Həzrət Qaim (ə.f) öz dəvətini ona xəbər verəcəkdir. Cəbrayil (ə) deyəcəkdir: “Mən ilk şəxsəm ki, səninlə beyət edirəm. Əlini beyət üçün aç”. Bu zaman əlini Həzrətin əlinə qoyacaqdır. 310 nəfərdən çoxu onun yanına gələcək və beyət edəcəkdir. Məkkədə qalacaqdır ki, tərəfdaşları on min nəfərə çatsın. Sonra oradan Mədinəyə yollanacaqdır”...


Niyə behişt və cəhənnəm əbədidir?


Niyə behişt və cəhənnəm əbədidir? İbni Haşim nəql edir: “Həzrət Əba Abdullahdan (ə) behiştlə cəhənnəmin cavidan olmasının sirri barəsində soruşdum.
Həzrət (ə) buyurdu: “Cəhənnəm əhli cəhənnəmdə ona görə əbədidirlər ki, niyyətləri bu olmuşdur: əgər dünyada həmişəlik olsalar, Allah Təalaya üsyan və itaətsizlik etsinlər. Behişt əhli ona görə cavidan behiştdədirlər ki, dünyada niyyətləri bu olmuşdur: əgər dünyada qalıcı olsalar, davamlı olaraq Allaha ibadət etsinlər. Ona görə də bu iki dəstənin niyyəti behişt və cəhənnəmdə əbədi olmaqlarına bais olmuşdur”. Sonra Həzrət (ə) bu ayəni tilavət edir: “De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir)”. (İsra|84).


Hansı günah Allahla müharibə və böyük günahdır?


Hansı günah Allahla müharibə və böyük günahdır? İnsanların geyiminə kasıblığına, əqidəsinə sənətinə məsxərə etmək böyük günahdır və bu günahın dünya və axirət cəzası vardır. İnsanı məsxərəyə qoymaq onun şəxsiyyətini təhqir etmək deməkdir. Qurani-Məcid məsxərə edənləri münafiq, zalım, günahkar adlandırır və onlara dərdli əzab vəd edir. “Bəqərə”/14: “Onlar möminlərlə qarşılaşdıqları zaman “biz də iman gətirdik” deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda isə “biz də sizinləyik, biz onlara ancaq istehza edirik” deyirlər”. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Allah-Taala buyurur: “Mömin bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır.” (Кафи, 2/351.) Bəli, insanlara rişxənd etmək onları kiçik saymaqdır. Qurani-Kərim bu işi pisləyir və tövbə etməyənləri zalım adlandırır.


Mәhrәm оlmаğа sәbәb оlаn südvеrmәnin 9 şәrti vаr?!


Mәhrәm оlmаğа sәbәb оlаn südvеrmәnin 9 şәrti vаr?! Kişi və qadın cinsi bir-birinə şəriətə əsasən naməhrəm və onlarla əlaqədə bəzi qadağaları vardır. Yalnız iki yolla İslam şəriətində qadın-kişi, və kişi qadınla əlaqədə yarada bilər. ki ikinci yolu süd vasitəsidir. Yəni əgər oğlan uşağı bir xanımdan körpə olarkən süd yemişdirsə, həmin uşaq o qadına və ona bağlı olan bəzi insanlar məhrəm olur şəritə qadağaların bəzisi onların üstündən götürülür. Və bu süd məhrəmlik yalnız neçə şərtə riayət olunması təqdirdə hökmə sahiblənir. Ki ibarətdirlər:
1-Uşаq diri qаdının döşündәn süd әmsin; Dеmәli ölmüş qаdının döşündәn süd әmsә, fаydаsı yохdur (mәhrәmlik yаrаtmır).
2-О qаdının südü hаrаmdаn оlmаsın; Dеmәli zinаdаn dünyаyа gәlәn uşаğın südünü bаşqа uşаğа vеrsәlәr uşаq о süd vаsitәsilә hеç kәsә mәhrәm оlmur...


Əsədullah ləqəbi imam Əliyə (ə) kim tərəfindən verilmişdir?


Əsədullah ləqəbi imam Əliyə (ə) kim tərəfindən verilmişdir? Əsədullah, İmam Əlinin (ə) məşhur ləqəblərindən biridir və Allahın şiri mənasınadır. Bu ləqəb həzrətə Peyğəmbər (s) tərəfindən verilmişdir. Həzrət Rəsuli-əkrəmdən (s) soruşdular: - Ən zahid insan kimdir? Həzrət buyurdu: - (Ən zahid insan) Mənim vəsim, əmim oğlu, qardaşım, ən şücaətli himayəçim (Heydər), düşmənə ən şücaətli hücum edən (Kərrar), qılıncım, şirim və Allahın şiri (Əsədullah) Əlidir. Peyğəmbərin (s) bu hədisindən sonra başqaları da İmam Əlini (ə) “Əsədullah” adlandırdılar. Allahın şiri dedikdə onun kinayə mənası, yəni şücaətli insan nəzərdə tutulur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter