İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi nələr haqda oldu?


İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi nələr haqda oldu? Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir: 1- Çox dua etmək, 2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək), 3- Çox Quran oxumaq, 4- Günahlardan tövbə etmək,
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar. 5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq 6- Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq 7- Qəlbdən bütün günahların kökünü kəsmək 8- Təqvalı olmaq 9- Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək 10- Bu duanı çox oxumaq: \"Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh.


Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq?


Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq? Əbdüssəlam ibni Saleh Hərəvi deyir şabanın sonu idi və mən İmam Rzanın yanına getdim. Şabanın sonuncu cüməsi idi. İmam mənə buyurdu:
“Ey Əba-Səlt! Şabanın çoxu arxada qalıb və bu onun axırıncı cüməsidir. Geridə qoyduğun xətalarını yerdə qalan günlərdə aradan qaldır! Və sənə kömək edəcək şeyləri həyata keçir! Ey Əba-Səlt sənə (mənəvi həyatına) kömək etməyəcəkləri tərk et! Çoxlu dua və istiğfar et! Quran oxu, günühlarından tövbə et!, Elə olsun ki Allahın ayı sənə üz gətirəndə tər-təmiz olasan. Bu zaman öhdəndə ödənilməmiş və verilməmiş əmanət qalmasın!...


Haram tikədən imtina edənlərin özəl mükafatı hansılardır?


Haram tikədən imtina edənlərin özəl mükafatı hansılardır? Hədisi-qüdsidə gəlmişdir: \"Hər hansı bir bəndə haram tikəni tamam-kamal iştahası olduğu halda ağzından qaytarsa, Mən ona üç mükafat dünyada, axirətdə də 3 mükafatla mükafatlandıraram:
Dünyada verilən mükafatlatlar: 1. Ömrünü bərəkətli; 2. Ruzisini bol; 3. Qəbrini nurani edərəm.
Axirətdə verilən mükafatlar: 1. Simasını və çöhrəsini ağ edərəm; 2. Tələbkarları ondan uzaqlaşdıraram; 3. Ona mərhəmətimi göstərərəm.


Quranın hansı ayəsi Peyğəmbər (s) səhabəsini alim etdi?


Quranın hansı ayəsi Peyğəmbər (s) səhabəsini alim etdi? Rəvayət edilir ki, bir kişi Peyğəmbərin (s) yanına gəldi ki, ona Quranı öyrətsin. Bu Kişi Allah təalanın \"Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.\" ayəsinə çatarkən, bu mənə kifayət edər, deyib çıxıb, getdi.
Bu zaman Peyğəmbər (s) buyurdu: Bu kişi (dinini düzgün anlayan fəqih və) alim kimi çıxıb getdi. Biharul-Ənvar, c-89, səh-108


Cəməl döyüşündə İmam Əli (ə) ilə birgə olan, amma kərbəlada Əli-Əkbəri öldürən şəxs kim idi?


Cəməl döyüşündə İmam Əli (ə) ilə birgə olan, amma kərbəlada Əli-Əkbəri öldürən şəxs kim idi? Onun tam adı Murrə ibni Minqiz bin Numan Əbdidir. Cəməl döyüşündə İmam Əlinin ordusunda idi. Lakin tədricən özünü göstərməyə başladı.
Aşura günündə Ömər bin Sədin ordusu tərəfdə vuruşurdu. O, İmam Hüseynin böyük oğlu Əliyyi-Əkbərin qətlə yetirilməsinin əsas səbəkarı idi. O idi ki Aşura günündə arxadan nizə ilə Əliyyi-Əkbəri vurud, yerə yıxdı. Mürrə Muxtarın qiyamı zamanı qaçıb Musəb ibni Zbeyrin ordusuna qoşuldu. Sonra Muxtarın əsgərləri onu döyüşlərin birində yaraladılar. O qaça bilsə də aldığı yaralardan iflic vəziyyətə düşdü və elə də öldü. İmam Zaman (ə.f) ziyarətnamələrin birində Əliyyi-Əkbərə salam göndərən zaman onun qatili Mürrənin adını çəkir və onu lənətləyir.


Peyğəmbər (s) və İmamların (ə) bizi sevib- sevmədiyini necə bilək?


Peyğəmbər (s) və İmamların (ə) bizi sevib- sevmədiyini necə bilək? Bəzən ilk dəfə qarşılaşan insanların qarşılaşanda aldıqları enerji onların gələcək münasibətlərinə təsir edir. Qarşı tərəfin gözündə oxuduğun ifadə sənin qəlbinin inikasıdır (əksidir). Qəlbindən keçəni onun gözündə görürsən. Çünki hər iki tərəfin qəlbinin halı eyni hala olur.
Bəzən ilk dəfə qarşılaşan insanların qarşılaşanda aldıqları enerji onların gələcək münasibətlərinə təsir edir. Qarşı tərəfin gözündə oxuduğun ifadə sənin qəlbinin inikasıdır (əksidir). Qəlbindən keçəni onun gözündə görürsən. Çünki hər iki tərəfin qəlbinin halı eyni hala olur. -Hər kəsin Allah Təala yanında qiyməti, o kəsin İlahi dəyərlərə verdiyi qiymət qədərdir.


Elmə və hikmətə nə zaman zülm edilər?


Elmə və hikmətə nə zaman zülm edilər? Təlim edilən məlumatlar təlim edənin kimliyindən daha mühüm məsələdir. Əgər Peyğəmbər, Elm Çində də olsa onu gedin əxz edin, deyirsə , deməli məqsəd elmin uzaq məzasəfədə olması və ya onu təlim edənin kimliyi deyil, əhəmiyyət daşıyan əsas elmin özüdür.
Aşağıda gələcək hədisin, barəsində göstəriş verdiyi 3-cü qismdir. Yəni təlim edilən şəxs. Təlim edilən şəxs elmin qədrini bilməli, onun əhli olmalı və təəssübküşlik və cahillikdən uzaq durmalıdır. Buna görədir ki, İmam Musa Kazim ən yaxın səhabəsi və islam dünyasının tanınmış alimi Hişama buyurur: \"Ey Hişam! Hikməti cahillərə verməyin, ona zülm edərlər. O hikməti öz əhlindən də əsirgəməyin, onlara zülm etmiş olarsız\" /(Tuhəful-Üqul - 216)


Axiruzzamanda tapılması çətin olanlar nələrdir?


Axiruzzamanda tapılması çətin olanlar nələrdir? - İmam Zamanın zühurunu mühəyya edən əsas amil zülmün yer üzünü bürüməsidir. Qiyamətə bir gün qalsa belə Allah o son günü uzadar ki Peyğəmbərin nəslindən və onun adını daşıyan Mehdi zühur edib, yer üzündə ədaləti doldursun. Ondan öncə dünya nizamı bir-birinə dəyməsə də ictimiayyətin nizamı aradan gedər və dəyərlərin əhəmiyyəti itər. O zaman insanlar öncəki nəsillərin əldə etdiklərinə həsrət qalacaqlar.
Hədislərin birində Peyğəmbər həmin zamanda tapılması çox çətin olacaq iki şeydən söz açır. Allahın Rəsulu buyurur: \"Axiruzzamanda ən az tapılan etibar ediləsi qardaş və halal dirhəm olacaq\" (Tuhəful-Üqul, hikmət-141)


Peyğəmbər (s) və İmamlar (ə) axiruzzamanın hansı insanlarını mədh və tərif ediblər?


Peyğəmbər (s) və İmamlar (ə) axiruzzamanın hansı insanlarını mədh və tərif ediblər? Hz. Peyğəmbər (s) axirəzamanda çətinliklərdə imanını qoruyan möminləri görməyi istəyirdi! Allah Rəsulu (s) görün bu dövrun mömunlərini necə də gözəl vəsf edib: Ya Əli imanda, savabda insanların ən üstünü axiruzzaman insanlarıdır. Onlar peyğəmbərə əlləri yetışmədiyi halda ağ (kağız) üzərində qara yazilarla iman gətirərlər. (Mən la yəhzəruhul-fəqihu, c-4, səh-366)
“Allah Rəsulu (s) buyurdu: Allahım mənim qardaşlarımı mənə qovuşdur. Səhabələr dedilər biz sənin qardaşın deyilikmı? Peyğəmbər buyrdu: Xeyr siz mənim əshabımsız. Qardaşlarım axiruzzamanda yaşayan, məni görmədəm mənə iman gətirənlərdir” (Biharul-Ənvar, c-52, səh-124) Həqiqətən xoş olsun günahların aşkarda olduğu vaxtda, fitnələrin tüğyan elədiyi bir vaxtda imanını, qoruyanlara!


Müsəlmanın ən böyük cihadı hansı əməlidir?


İnsanın öz mənfi daxili hissləri ilə cihad. Bu qeyd olunan cihadın hər üçü çox əhəmiyyətli və zəruridir. Lakin bunların içində məhz nəfslə mübarizəni cihadi əkbər yəni ən böyük cihad adlandırıblar. Çünki insanın özü ilə məşğul olması, öz nəfsi ilə mübarizəsi onun ümumi həyatına, yaşam tərzinə və son səadətinə birbaşa təsir edir.
İmam Əli (ə) buyurur: “Ən üstün cihad nəfsin istəklərinə qarşı olan cihaddır” İnsanın öz nəfsi ilə mübarizəsi onu büsbütün dəyişir. Bütün həyatına təsir edir. Onu lazımsız yerlərdən, arzu olunmaz vəziyyətlərdən qoruyur. İnsanı dünya və axirət səadətinə qovuşdurur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter