Oruc tutmağın insan bədənində olan xəstəliklərə qarşı təsirləri nələrdri?


Oruc tutmağın insan bədənində olan xəstəliklərə qarşı təsirləri nələrdri?Orucla müalicə edilən xəstəliklər:
1. Bağırsaq xəstəliklərinin müalicəsində. Bu xəstəlik zamanı iki yemək arasında su içməmək çox xeyirlidir.
2. Hərəkətsizlikdən və çox yeməkdən yaranan ağır çəki. Bu xəstəlik zamanı da oruc tutmaq və gündə cəmi iki dəfə yemək yemək və səhər vaxtı su içmək çox faydalıdır.
3. Qan təzyiqinin yüksək olması. Bu xəstəlik çox yemək nəticəsində daha da şiddətlənir. Bərəkət və nemət ayı olan Ramazan ayında xüsusilə də əgər çəki normadan çoxdursa, oruc bu xəstəliyə yaxşı təsir qoyacaqdır...


Şükür məqamına ucalmağın günahlarla nə əlaqəsi var?


Şükür məqamına ucalmağın günahlarla nə əlaqəsi var?Şükür Məqamı yəni: Bütün haramlardan çəkinməklə mümkün olur! 1-İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin». («Kafi», 2-ci cild, səh-98.) İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq». 2-Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən»...


Cənab Rəhbər ramazan ayının dəyəri haqda nə buyurmuşdur?


Cənab Rəhbər ramazan ayının dəyəri haqda nə buyurmuşdur?Bu ay oruc ayıdır. Quranın nazil olduğu və Quranla ünsiyyət ayıdır. İbadətin məğzi və ruhu olan dua, minacat və ibadət ayıdır.
Bir neçə gündən sonra mübarək ramazan ayı - insanın yenidən qurulması, özünü qurması və Allahla ünsiyyət baharı başlanacaq.
Ramazan ayını qənimət sayın. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə yaşayın. Dua fəsli də bu mübarək aydır. Baxmayaraq ki, insan həmişə dua ilə Allaha birləşməlidir. Lakin “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam...


Orucluqda səfərin gerçəkləşməsi üçün insan \"tərəxxüs\" həddini keçməlidirmi?


Orucluqda səfərin gerçəkləşməsi üçün insan "tərəxxüs" həddini keçməlidirmi?MÜBARƏK RAMAZAN AYINDA SƏFƏR HÖKMLƏRİ: Səkkiz fərsəx məsafə qət etmək insanın namazının səfərdə qəsr (4 rəkətli 2 rəkət) olmasına səbəb olur. Əlbəttə, istər bu səkkiz fərsəxlik məsafə birbaşa qət edilsin, - yəni, təqribən 44 və ya 45 km – istərsə də gedib-gəlmək birlikdə səkkiz fərsəx olsun. Yəni dörd fərsəx gedin və həmin yolu və ya onun qədər yolu qayıdın. Bunu hamı bilir ki, əgər ramazan ayında kimsə səfərə çıxarsa, - özünəməxsus şəraitdə - və bu qədər məsafəni qət edərsə, ona oruc vacib deyil. Yəni şiə məzhəbinə görə, səfərdə oruc tutmaq haramdır. Əlbəttə, əhli-sünnə də səfərdə oruc tutmağı vacib hesab etmir. Amma haram olduğunu da bildirmir. Onlar deyirlər ki, insan səfərdə oruc tuta bilər. Şiə alimlərinin fikrincə isə səfər halında oruc tutmaq icazəli deyil. Əgər bu səfər həyata keçərsə, belədir. Onun özünəməxsus şərtləri var ki, risalələrdə geniş şəkildə şərh edilib.


Niyə səfər zamanı oruc tutmaq olmaz?


Niyə səfər zamanı oruc tutmaq olmaz?Hədislərə əsasən peyğəmbər (s) də səfərdə olanda orucunu açdı. Bir neçə səhabə oruc tutmaqda davam etdikdə peyğəmbər onlara oruclarını açmağın vacib olduğunu söylədi. Bəs bunun hikməti nədən ibarətdir?
Şeyx Hurri Amili Vəsailuş-Şiə əsərində İmam Sadiqdən (ə) belə bir hədis gətirib: \"Səfərdə orucu iftar etmək və namazları qəsr qılmaq Allahın insana hədiyyəsidir. Bu məsələyə riayət etməyən Allahın hədiyyəsini də qəbul etməmiş və onu rədd etmiş kimidir.\"


Hz Peyğəmbər (s) şeytanı özündən uzaqlaşdırmaq üçün hansı tapşırığı verir?


Hz Peyğəmbər (s) şeytanı özündən uzaqlaşdırmaq üçün hansı tapşırığı verir?Həzrət Əlidən (ə) nəql edilən bir hədisdə buyurulur: \"Peyğəmbərdən (s) soruşdular: Nə edək ki, şeytan bizdən uzaq olsun.?\"
Peyğəmbər (s) buyurdu: “Oruc şeytanın üzünü qaraldır, Allah yolunda sədəqə kürəyini yerə vurur, Allaha xatir sevmək və saleh əməli axıra kimi qoruyub saxlamaq onu məhv edir, istiğfar etmək onun qəlbinin damarını qırır.” \"Biharul-ənvar\", c. 93, səh. 255...


Nə üçün Allah orucu 30 gün vacib edib?


Nə üçün Allah orucu 30 gün vacib edib?Bu sualı bir yəhudi alim İslam Peyğəmbərindən (s) soruşub. Cavabında isə həzrət belə buyurub: \"Adəm Peyğəmbər (ə) qadağan olunmuş meyvəni yeyəndə onun əsəri bədənində 30 gün qalıb. Buna görə də Allah onun övladlarına 30 gün aclığı və susuzluğu vacib edib. Gecə vaxtı yemək icazəsi isə (iftar və imsaq) Allahın onlara etdiyi bir lütfdür. Orucun vacib olmasının səbəbi:
Qurani-Kərim orucun insanların təqvasının yoxlanılması üçün vacib edildiyini deyir. Həzrət Fatimeyi Zəhra (s.ə) \"Fədəkiyyə” xütbəsində buyurub: \"Oruc insanların ixlasını yoxlamaq üçün vacib olub.” Orucluqda insanın ixlası yoxlanılır. Oruc tutmaq gizli ibadət sayıldığı üçün heç kim bəndənin həqiqətdə oruc tutub tutmadığını bilməz. Çünki İnsan camaata özünü oruc tutan kimi göstərsə də, tənhalıqda orucu poza bilər...


Allahı unudan insan haqqında Qurani Kərmin 8 ayəsində nələr buyurulur?


Allahı unudan insan haqqında Qurani Kərmin  8 ayəsində nələr buyurulur? Zalım, nadan, nankor, asi, hövsələsiz, xəsis... Həqiqətdə Allahı unutmuş və Qurani kərim bu haqda buyurur:
-O [insan] çox zalım və nadandır (Əhzab, 72).
-Həqiqətən insan [Allahına qarşı] çox nankordur (Həcc, 66).
-Özünün dövlətli olduğunu [bir şeyə ehtiyacı olmadığını] gördüyü zaman tüğyan edir (Ələq, 6-7).
- Həqiqətən insan [sərvətə] çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar (Məaric, 19-21)...


Mərhum Qazi namazı kimdən öyrənib?


Mərhum Qazi namazı kimdən öyrənib?Ayətullah Xamenei mərhum Ayətullah Seyid Əli Qazi haqqında buyurur: Cənab Mirza Əli Qazi böyük şəxsiyyətlər arasında nadir insanlardandır... O, xeyli şagird yetişdirib və bu iş çox dəyərlidir... Mərhum Təbatəbai, Şeyx Abbas Quçani, Behcət kimi yetirmələri olub... Mərhum Qazi Nəcəfə gələnə qədər atası Asid Hüseynin elmindən bəhrələnib. Sonra Seyid Mürtəza Kəşmirinin şagirdi olub. Maraqlı nöqtədir ki, Qazi namazı Kəşmiridən öyrəndiyini deyir!. Mükaşifələrini kiməsə hiss etdirməyə marağı olmayıb. Amma onun mükaşifələri çoxdur. Şagirdlərinə tapşırıb ki, özünüzdə qeyri-adi hal görəndə etina göstərməyin, işinizə davam edin...


Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?


Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?Ayətullah Cavadi Amulinin ruhanilərin vəzifəsi və vəziyyəti haqda buyuruqları: -Hövzə cəmiyyətin suallarını, ehtiyaclarını cavablandırmaq üçün çıxış yolu göstərməlidir... -Hövzə cəmiyyətin ehtiyaclarına cavab verməsə cəmiyyətdən uzaqlaşacaq...
İslam hökumətində bizim üçün nümunə Əmirəlmöminindir. Bazara əlində qamçı daxil olar, xəbərdarlıq edərdi ki, möhtəkirlik, baha satmaq, sələmçilik olmaz! Həzrət buyurur ki, suyu və torpağı olan məmləkət ehtiyac içində yaşasa, Allahın mərhəmətindən uzaqlaşar... Dəllallıq, qiymətlərin süni qaldırılması, malı yığıb bahalaşma gözləmək olmaz, bunun qarşısı alınmalıdır. Xalq əsil İslam iqtisadiyyatı istəyir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter