Allah-Təala (c.c) Hz Musaya (ə) hansı əməllərin onun razılığı üçün olduğunu buyurdu?!


Аllаh Musаyа (ә) buyurdu: İndiyә qәdәr хаlis bir әmәl еtmisәn? Dеdi: Bәli, nаmаz qılmışаm, оruc tutmuşаm vә zikr еtmişәm.
Аllаh-tәаlа buyurdu: Nаmаzın Sirаt körpüsündәn kеçmәyin üçün bir vаsitәdir. Оrucun cәhәnnәm аtәşi üçün qаlхаndır. Zikrin isә cәnnәtdә dәrәcәni аrtırаndır.
Hәzrәt Musа (ә) аğlаdı vә dеdi: İlаhi! Mnә еlә bir iş öyrәt ki, yаlnız sәnin üçün оlsun.
= Buyurdu: Mәzlumа kömәk еtmisәn, pаltаrsızı gеydirmisәn? Susuzа su vеrmisәn? Аlimә hörmәt еtmisәn? Bunlаr хаlis әmәllәrdir.
Pеyğәmbәr (s) buyurub: \"Bеş şеy ахirәtin müsibәtlәrindәndir: 1. Nаmаz qılmаmаq; 2. Аlimin ölümü; 3. Dilәnçini ümidsiz еtmәk; 4. Аtа-аnаyа itаәtsizlik; 6. Zәkаt vеrmәmәk...


Əmmar Küfə şəhərinin valiliyindən uzaqlaşdırılanda onun narahat olub olmamasını soruşduqda hansı cavabı verdi?!


... Peyğəmbərdən tərbiyə almış Əmmar yalnız Allahın razılığı və vəzifəsini yerinə yetirmək barədə düşünürdü. Kufə kimi böyük və həssas bir şəhərin valisi olmasına baxmayaraq, Əmmar üçün ixlas, təvazö və təqva hər şeydən uca idi. O, Əmirəl-möminin (ə) eşqi ilə dolu bir qəlblə yalnız qısa müddət Kufədə hakim oldu və onun hakimiyyəti altında olan xalqın əksəriyyəti Əlinin (ə) tərəfdarları idi. Onun ədalətli və dinə müvafiq rəftarı bəzi dünyatələbləri razı salmadı. Onlar xəlifəyə ünvanlanmış böhtan dolu məlumatları ilə Əmmarın işdən uzaqlaşmasına nail oldular. Əmmar yenidən Mədinəyə qayıtdı və həzrət Əlinin (ə) elm və helm dəryasından faydalanmaqda davam etdi.
Əmmar Mədinəyə qayıtdığı vaxt ondan soruşdular ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verdi: \"Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!”


İnsanları Allahdan uzaqlaşdıran alim hansı xüsusiyyətə malikdir?!


İmаm Sаdiq (ә) buyurur: Аllаh-tәаlа Dаvudа (ә) bеlә vәhy еtdi:
أَوْحَى اللَّهُ إِلَى دَاوُدَع لَا تَجْعَلْ بَيْنِي وَ بَيْنَكَ عَالِماً مَفْتُوناً بِالدُّنْيَا فَيَصُدَّكَ عَنْ طَرِيقِ مَحَبَّتِي فَإِنَّ اُولئِكَ قُطَّاعُ طَرِيقِ عِبَادِيَ الْمُرِيدِينَ إِنَّ أَدْنَى مَا أَنَا صَانِعٌ بِهِمْ أَنْ أَنْزِعَ حَلَاوَةَ مُنَاجَاتِي عَنْ قُلُوبِهِمْ
\"Dünyаpәrәst аlimi mәnimlә öz аrаndа vаsitә qәrаr vеrmә. Çünki о sәni mәnim mәhәbbәtimdәn uzаqlаşdırаr. Dünyаpәrәst аlimlәr bәndәlәrin yоlunu kәsәndir. Mәn әn аzı оnlаrdаn öz minаcаtımın şirinliyini аlаcаğаm...


Zarafat, gülmək, danışmaq və qulağa söz deməyin ədəbi haqqında. məsumlardan hansı tapşırıqlar gəlmişdir?!


Zarafat etməyin, gülməyin, danışmağın və qulağa söz deməyin ədəb və qaydaları haqqında.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Üç nəfərlik və ya sayı az olan məclis əhlinin ikisi bir-biri ilə pıçıltı ilə danışması üçüncünün (və ya orada iştirak edənlərin) narahatçılığına səbəb olar. Bu narahatçılıqların yaranmaması üçün məclis əhli bir-birləri ilə gülər üzlə davranmalı, can deyib can eşitməlidir.”
=Peyğəmbər (s)-ın bu haqda etdiyi tövsiyələrin birində deyilir: \"Müsəlman qardaşınız danışarkən sözünü heç vaxt kəsməyin. Siz bununla ona hörmətsizlik etmiş olarsınız. Məclisdə yeri olmayan söhbətləri etdiyin və unudulmuş bir mövzu haqqında danışmaq istədiyiniz zaman məclis əhlindən icazə alın. Razılığı olmadan kimsənin söhbətini etməyin. Amma söhbət, elmi və ya həmən şəxsin əxlaqı barəsində olarsa danışmağın heç bir eybi yoxdur. Haram qanlar tökülən, pozğunluqlara yol verilən və günaha səbəb olan məclislərdə iştirak etməyin...


ZİKR VƏ ALLAHI YAD ETMƏK HAQDA MƏSUMLAR HANSI 40 NÖQTƏ VƏ HƏDİS BUYURMUŞLAR?!


1-Zikr etmək peyğəmbərlərin sifətlərindən idi.
2-İmam Sadiq (ə) buyurmuşdur: \"Subhanəllah demək insanın əməl tərəzisinin yarısını, \"Əlhəmdu lillah” onu bütünlüklə, \"Allahu-əkbər” isə yerlə göyun arasını doldurar.”298
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Ölüm mələyi (Əzrail) hər gecə nida edib deyir: \"Ey qəbir əhli, bu gün kimə və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?!” Ölülər cavabında deyərlər: \"Biz möminlərə qibtə edirik. Onlar Ramazan ayında oruc tuturlar, biz tutmuruq, onlar sədəqə verir, biz vermirik. Onlar Allahı çox yad edir, biz isə yad etmirik. əfsuslar olsun dünya evində bizim əldən verdiklərimizə!”299
4-Zikr etmək Allah-taalanı yad edib, Onun sifətləri haqqında fikirləşməkdir.
5-İmam Sadiq (ə) buyurmuşdur: \"Həqiqətən Allaha zikr edən şəxs mütidir...


DİL – SUSMAQ VƏ DANIŞMAQ HAQDA MƏSUMLAR NƏ BUYURMUŞLAR?! 40 HƏDİS


İmam Sadiq (ə) sükut haqqında belə buyurmuşdur:
\"1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.
2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.
3-Sükut Allahın razılığına səbəb olur.
4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.
5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.
6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.
7-Sükut nəfsin rahatlığı üçün vasitədir...


Təbii müsibətlə dünyasını dəyişmiş cavanın anası təsəlli üçün xəbər gətirəndən nə istədi?!


Səhrada yaşayan \"ÜMMİ ƏQİL\"adlı bir xanım var idi.Bir dəfə iki nəfər onun qonağı olur.Qadının yeganə oğlu səhrada dəvələrlə birlikdə idi.Bu zaman anaya xəbər verdilər ki, hürkmüş dəvə oğlunu quyuya atmış və oğlu həyatı ilə vidalaşmışdır.
İmanlı qadın oğlunun ölüm xəbərini gətirən şəxsə dedi: \"Minikdən düş və qonaqlara qulluq göstərməkdə mənə kömək et.\" Ana ona bir qoyun kəsdirdi.Nəhayət,yemək hazır oldu və qonaqların qarşısına qoyuldu.Qonaqlar yemək yeyir və qadının səbr və dözümü qarşısında heyrətdə qalırlar.Qonaqlardan biri deyir:Yemək yedikdən sonra,imanlı xanım yanımıza gəldi və soruşdu:Sizin hansı birinizin Qurandan yaxşı məlumatı vardır?Onlardan biri dedi:Bəli,mənim məlumatım var.
Dedi:Oğlumun ölümünün qarşısında mənə təsəlli olmaq üçün Qurandan müəyyən ayələr oxu.Qonaq deyir:Mən onun üçün ayələri oxudum.\"...Ey Peyğəmbər!Səbr edənlərə müjdə ver.Onlar o kimsələrdir ki,başlarına bir müsibət gəldiyi zaman:\"Biz Allaha aidik və əlbəttə ona tərəf qayıdacağıq\",deyərlər...


Kafir və düşmənlərlə, müxalif olanlara birlikdə yaşamaq haqqında məsumlar hansı tapşırıqları buyurmuşlar?!


Bir tacir İmam Sadiq (ə)-ın yanına gəlib ondan soruşur: \"Vaxtaşırı mən kafirlər yaşadıqları ölkələrə səfər etməli oluram. Yoldaşlarım mənə ora getməyi məsləhət görməyirlər və deyirlər ki, əgər bu səfərlərin birində onların yaşadıqları yerlərdə ölərəmsə qiyamət günü məhşərə kafirlər ilə birlikdə daxil olaram. (yəni kafir kimi tanınaram). İmam Sadiq (ə) buyurur: Xeyr! Belə deyildir. Əgər kafirlər yaşadıqları ölkələrin birində ölərsənsə məhşərə onlarla birlikdə yox, tək başına daxil olarsan və üzünün nuru yalnız sənin qarşını ışıqlandırar.” İmam Sadiq (ə)-dan kafir və əhli kitaba dua etmək haqqında soruşduqda buyurur: Əgər onlara dua etmək istəsəniz bunu desəniz kifayətdir: (Barəkəllah fidunyakə) Yəni, Allah dünyanı bərəkətli etsin.
Alimlərdən bəziləri belə bir fikirdədilər ki, zərdüşlər, əhli kitab və digər kafirlər ilə əl-ələ görüşdükdən sonra əllər yuyulmalıdır (və ya su tapılmadıqda torpaq ilə təyəmmüm etməlidir)...


İmam Sadiq (ə) Qonaqların qarşılanması haqqında nə buyurmuşdur?!


İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Evinizə mömin qardaşlarınız gəldikləri zaman onlara mütəkkə, yemək və paltar verin. Allah-təala mömin qardaşlarına qayğı göstərən kəslərə axirətdə bol-bol nemətlər əta edər. Onlar məhşərə daxil olduqdan sonra cənnət və cəhənnəm əhlinə nəzər salıb heyran qalarlar. Və qarşılarındakı ləziz yeməkləri yeməyə çətinlik çəkərlər. Ərşin altından onlar belə bir səs eşidərlər: \"Allah cəhənnəm əhlinə cənnət əhlinin yeməklərini haram etmişdir.” Onlar bunu eşitdikdən sonra təqdim olunan yeməklərdən yeyib Allahın birliyinə şükr və səna edərlər.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Ağsaqqala xüsusi diqqət yetirin. Din yolunda ömrünü fəda edən ruhanilərə, Quran hafizlərinə və ədalətli rəhbərlərə sevgi və məhəbbət göstərin. Onların salamatlığı üçün Allaha dua edin və bağışlanmalarını istəyin...



Hz Loğman (ə) oğluna dost haqqında hansı tapşırığı vermişdir?!


Loğman həkim oğluna etdiyi nəsihətlərin birində buyurur: Tanımadığın şəxslə çox ünsiyyətdə olma, yoxsa aranızda bir gün ayrılıq hökm sürər. Onlardan çox uzaqda olma ki, bir gün səni xəcalətli edərlər. Qurd ilə qoyunun dostluğu baş tutmadığı kimi xeyirxah insanla nadan və cahil insanların da arasında dostluq baş tutmaz. İnsan bir şəxslə tanış olduqdan sonra onunla günbəgün sıx əlaqə yaratmaq istər. Dostluq etmək istədiyin zaman ondan özünə lazım olan şeyləri öyrən və çatışmamazlıqlarını tezliklə aradan qaldırmağa çalış. Unutma ki, camaatla pis davranan şəxslər onlardan xoş söz eşitməzlər. Əxlaqı pis olan şəxslərlə ünsiyyətdə olma. Danışdığın hər bir sözə fikir ver, yoxsa kiçicik bir səhv üzündən daim peşmançılıq çəkərsən...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter