Nə edək ki, həm Allahın və həm də insanların sevimlisi olaq?


Bir nəfər Peyğəmbərdən (s) soruşur ki, hansı şey insanlar arasında məhbub olmağa səbəb olar? Həzrət (s) buyurur: “İnsanların malik olduqlarında gözün olmasın ki, insanların məhbubu olasan”.Allahın və insanların məhbubu olmaq üçün bir neçə tövsiyə:
1. Zahiriniz həmişə təmiz və səliqəli olsun.
2. Daha çox sükut etməyə meyil edin.
3. Danışan zaman mülayim olun.
4. Hörmət qazanan insan olun.
5. Çox zarafat etməyin, ancaq çox gülümsəyin...


Həzrət Yəsə (ə) kim olmuşdur?


Yəsə ibni Əxtub ibni Əcuz – Bəni-İsrayil peyğəmbərlərinin birinin adıdır ki, İlyas peyğəmbərin (ə) canişini və şagirdi olmuşdur. Tövratda onun adı Yəşə kimi qeyd edilmişdir. Belə nəql edilir ki, İliya, yəni İlyas (ə) peyğəmbər səfər edən zaman Yəsə ilə rastlaşır ki, o, öz tarlasını becərirdi. Onu öz dininə dəvət edir və Yəsə də ata və anasından icazə alaraq, İliyaya qoşulur. Tövratın nəql etdiyinə görə, İliya onu xəlifə təyin edir.ni-İsrayil onu qəbul edir. İmam Rza (ə) onun haqqında buyurur: “Yəsə də, İsa (ə) kimi işlər görür. Yəsə də İsa (ə) kimi suyun üzərində yol gedirdi, ölünü dirildirdi. Anadan gəlmə korları və cüzam xəstələrini sağaldırdı”...


Həzrət Muhəmmədin (s) adı Tövrat və İncildə gəlmişdirmi?


... İncildə isə oxuyuruq: “Mən atamdan istəyəcəyəm və o, sizə başqa bir parqəlita verəcəkdir ki, əbədi olaraq sizinlə olacaqdır”.
“O zaman ki, sizə tərəf göndərdiyim parqəlita gələcəkdir, atam tərəfindən düzgün ruh gələcəkdir və mənim haqqımda şəhadət verəcəkdir”. Bu ayələrdə adı çəkilən parqəlita Pariğlotes sözündən götürülmüşdür və ərəb dilində mənası Əhməd və Muhəmməd deməkdir. İslam dinindən əvvəl parqəlita İncilin vəd edilmiş peyğəmbəri olmuşdur və hətta bəzi xristianlar özlərini İncilin vəd etdiyi palqəlita adlandırırdılar. O zaman ki, İslam dini zühur etdi, xristian alimləri parqəlitanı paraklotus kimi təqdim edib, onu Ruhul-qudusa aid etdilər ki, mənası “təsəlli verən”dir. Bu yolla Həzrət Muhəmmədin (s) müjdəsini aradan aparmağa çalışdılar...


Hansı Peyğəmbər (ə)dua edərkən heyvanlar onun səsinə toplanardılar?


O, dua edəndə, heyvanlar və quşlar da səsinin gözəlliyinə görə yığışırdılar! Hz Davud (ə) Bəni-İsrayilin məşhur peyğəmbərlərindən olmuşdur ki, xoş səsi, gözəlliyi, heyvanlarla söhbət etmək qabiliyyəti ilə tanınmışdır. Gözəlliyini Hz Yusifə (ə), səbrini Hz Əyyuba (ə), uzun ömrünü Nuha (ə), hidayət etmək natiqliyini Hz Muhəmmədə (s) bənzədirlər. O, yüz il ömür sürmüşdür ki, onun 40 ilində hökumət etmişdir. O zaman ki, Allahla münacat edərdi, quşlar və heyvanlar səsini eşidib toplaşardılar. O zaman ki, Talut dünyadan gedir, Bəni-İsrayil hökuməti onun əlinə verilir. Hakimiyyətə çatan zaman Allah ona peyğəmbərlik məqamını da verir...


Həkimlərə ehtiyaclı olmamaq üçün 4 sadə təklif hansılardır?


Həzrət Əmirəl-möminin (ə) buyurur: “Suyu ayaq üstə içməkdən çəkinin. Çünki dəlilik elə bir xəstəlikdir ki, dərmanı yoxdur, məgər o halda ki, Allah Təala şəfa verər”. Mərhum Səduq buyurur: “Burada məqsəd – gecə vaxtı su içməkdir. Ancaq gündüz suyu ayaq üstə içmək faydalıdır. Çünki İmam Sadiq (ə) buyurmuşdur: “Gündüz suyu ayaq üstə içmək damarları açar və bədəni gücləndirər””. İmam Əli (ə) buyurub: «Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükür etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz»...


Heyvanların yaranışının sirri barədə İmam Sadiqin (ə) izahı?!


İmam Sadiq (ə) buyurur: “Dördayaqlılara bax gör necə insan bədəni kimi ətdən, sümükdən, damar və əsəb sinirlərindən meydana gəlmişdirlər. Onlara da insanlar kimi qulaq və göz verilmişdir ki, insanların ehtiyacını ödəyə bilsinlər. Əgər kor və kar olsaydılar, insanlar onlardan bəhrələnməzdilər. Onlarla ehtiyacları aradan getməzdi...Ey Mufəzzəl! Bu üç heyvanın (insanın, hevanların və quşların) müdrik yaradılışı barəsində düşün. Hər birini Öz məsləhətinə görə xəlq etmişdir. İnsanın huş və düşüncəsi olduğu üçün inşa etmək, ticarət, zərgərlik, dərzilik və başqa işlərlə məşğul ola bilər. Onun böyük əlləri və güclü barmaqları elə münasib yaradılmışdır ki, əşyanı götürsün və bu peşələrlə məşğul ola bilsin...


Həzrət Nuhun (ə) zamanında hansı səma kitabı olmuşdu?


Həzrət Nuhun (ə) səma kitabı olmuşdur. Bu kitabın xüsusi adı olmamışdır, sadəcə” Nuhun kitabı” adı ilə məşhur olmuşdur. Qurani-Kərim buyurur: “Bütün insanlar tək bir dəstə idilər. Beləliklə Allah peyğəmbərləri müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq kitab nazil etdi. Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir”. (Bəqərə/213). Əllamə Təbatəbainin nəzərinə görə, bu ayədə adı çəkilən “kitab” sözü məhz “Nuhun kitabıdır”...


Həzrət Peyğəmbər (s) müsəlmanları ancaq dini elmlərə tərəf təşviq edirdimi?


Hz Peyğəmbər (s): “Alimin abiddən üstünlüyü – 70 mərtəbə və dərəcədir”. Bəs, Həzrətin (s) təşviq etdiyi elm ancaq dini elmlər olmuşdur, yoxsa başqa elmlərə də şamil olur? Ustad Mütəhhəri bu suala İmam Əlidən (ə) nəql edilən hədislə cavab vermişdir: “Hikmət möminin itirdiyidir, onu müşrikin yanında olsa belə axtarın! Çünki siz ona daha layiqsiniz və daha çox haqqınız çatır”. Bu ifadə onu göstərir ki, elmin mütləq dini olması vacib deyil. Çünki müşrik hara, dini elm hara? Həzrət Peyğəmbər (s) insan varlığına xeyir verəcək bütün elmləri öyrənməyə təşviq etmişdir. Çünki insanın dəyəri malik olduğu elmlə ölçülər...


Məsuliyyət altına girmək və istedadları üzə çıxartmaq istəyi nədən qaynaqlanır?


Bizim varlığımızda elə nemətlər vardır ki, onların məhsul verməsi zəruridir. Əgər bu nemətləri əldən versək, ölən zaman çox acı təəssüf yeyərik. Məsuliyyət altına girmək və istedadları üzə çıxartmaq istəyi də bu nemətlərdəndir. Məsuliyyətlərin bəzi sütunları vardır ki, onların üzərində inşa olar. O cümlədən: 1. Allah Təala nemətləri boş yerə verməz və səbəbsiz yerə də geri almaz. Hər kimin neməti olar, məsuliyyət sahibidir. Hər kimin neməti daha çox olar, məsuliyyəti də daha çox olar. Bu yolla məsuliyyətin miqdarı müəyyən olunar. 2. Bizim varlığımızda elə istedadlar vardır ki, onları çiçəkləndirmək lazımdır. Əgər onlardan doğru yerdə istifadə edə bilsək, bizə bəhrə gətirəcəkdir. Əgər onları nəfsani istəklərimiz yolunda istifadə etsək, faydasız olar...


İmam Əliyə (ə) yaltaqlanmaq istəyən şəxs, cavabında nə eşitdi?


... İmam Əli (ə) bu nəsihətverici sözləri ilə buyurur ki, ey müsəlmanlar! Yaltaqlanmaqdan əl çəkin, əksinə, insanların nöqsanlarını tənqid edin.
Ona görə buyurur: “Haqq sözü deməkdən, məsləhət etməkdən, tənqid etməkdən çəkinməyin. Şübhəsiz ki, mən öz daxilimdə özümü səhvsiz hesab etmirəm. Mən öz işimdən özümü amanda hiss etmirəm. Səhv etməkdən rahat deyiləm, məgər o halda ki, Allah mənə kifayət edər. O, məndən, mənə qarşı daha güclüdür”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter