Xalq arasında işlənən “öncə Allaha sonra sənə” ifadəsi nə dərəcədə doğrudur?


Xalq arasında işlənən “öncə Allaha sonra sənə” ifadəsi nə dərəcədə doğrudur? Mübarək ayədə “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.” deyə buyurulur!? Peyğəmbər (s) cavab verdi: “ Necəki deyərlər: Filankəs olmasaydı mənim filan işim həll olmazdı. Onlar bu sözləri cahillik (bilməməzlik) üzündən deyirlər. Cəhalət onlar üçün bir üzrdür. Əgər bizdən eşitsəniz biz desək ki: “əvvəl Allah sonra filan şəxs” o zaman siz də deyin! Soruşdular: Bəs necə deyək?Peyğəmbər (s) buyurdu: Deyin Allaha şükr edirəm ki, Allah filan kəsin vasitəsi (əli) ilə mənim çətinliyimi aradan aparı. Tohid (tək Allahlı olmaq) budur!”...


Xanım Zəhra (s) hansı ismət məqamına sahibdir?


Xanım Zəhra (s) hansı ismət məqamına sahibdir? Sual: Həqiqətən Xanım Zəhra (s.ə) tam ismət məqamına sahibdirmi? Cavab:Bəli Xanım Zəhra (s.ə) günah və xətalardan uzaq olaraq tam ismətə sahibdir və məsumədir. Bunun üçün kifayət qədər dəlillərimiz vardır. Bütün alimlərin Təthir ayəsi (paklığ) və “Kisa” hədisi barəsində fikir birliyi vardır və bu şəxslərin Hz. Peyğəmbər (s), Hz. Əli, Hz. Zəhra və İmam Həsən, İmam Hüseyn (ə.s) olduqları bildirilir.
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Bu ayədəki لِيُذْهِبَ kəlməsi (lamul-əmr) qeyd-şərtsiz bütün günahların olmamasını və bütün günahlardan uzaqlığı bildirir...


Kimdə bu 4 xüsusiyyət olarsa Allah ondan razı halda görüşər?!


Kimdə bu 4 xüsusiyyət olarsa Allah ondan razı halda görüşər?! İmam Səccad (ə) buyurur: “Hər kimdə bu dörd sifət olarsa, imanı kamil və günahları bağışlanar. Allah ondan razı olan halda görüşər”.
1. İlahi təqva. Bu gün cəmiyyətdə hər kəs ki, başqasına yaxşılıq edərsə, əvəzini gözləyər. Halbuki, yaxşılıq oldur ki, onu edən zaman əvəzini gözləməyəsən.
2. İnsanlara qarşı sadiq və düzgün olmaq. İnsanın pak fitrəti istəyir ki, o, həmişə düzgün insan olsun.
3. Həyaya riayət etmək. Həya insanı günahdan saxlayar və ona tərəf cürət etməyə qoymaz...


Qurani Kərimin “muzəbzəb” deyə məzəmmət etdiyi kəslər kimdir?


Təfsiri-nümunədə bu kəlmənin münafiqlərə nisbət verildiyi qeyd olunur. Yəni iman və küfr arasında gedib gələn, tərəddüd edənlər, sərgərdan olanlar mənasındadır. Yəni onlar möminlər və kafirlər (iman və küfr) arasında gedib gələrlər.
Həmçinin “müzəbzəb” kəlməsini iki qəlbli, iki üzlü kimi təfsir edənlərdə vardır. Hər halda bütün bu deyilənlərə bir ad vermək olur: Münafiq.
“Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (Nisa -140).


Şeytan hansı beş xüsusiyyətinə görə bədbəxt oldu?


İblis bеş хüsusiyyәtә görә bәdbәхt оldu: 1. Günаhını еtirаf еtmәdi; 2. Еtdiyindәn pеşimаn оlmаdı; 3. Özünü mәzәmmәt еtmәdi; 4. Tövbә еtmәk qәrаrınа gәlmәdi; 5. Аllаhın rәhmәtindәn nаümid оldu...
Hәzrәt Lоğmаn (ә) оğlunа buyurdu:“Еy оğul! Tövbәni tәхirә sаlmа. Çünki ölüm gözlәnilmәdәn gәlir.” (“Bihаrul-әnvаr”, c. 71, sәh. 307.)


Həzrət Musа (ә) nə üçün аğlаdı?


Аllаh-Taala Musаyа (ә) buyurdu: İndiyә qәdәr хаlis bir әmәl еtmisәn? Dеdi: Bәli, nаmаz qılmışаm, оruc tutmuşаm vә zikr еtmişәm.
Аllаh-tәаlа buyurdu: Nаmаzın Sirаt körpüsündәn kеçmәyin üçün bir vаsitәdir. Оrucun cәhәnnәm аtәşi üçün qаlхаndır. Zikrin isә cәnnәtdә dәrәcәni аrtırаndır. Hәzrәt Musа (ә) аğlаdı vә dеdi: İlаhi! Mənә еlә bir iş öyrәt ki, yаlnız Sәnin üçün оlsun.
Buyurdu: Mәzlumа kömәk еtmisәn, pаltаrsızı gеydirmisәn? Susuzа su vеrmisәn? Аlimә hörmәt еtmisәn? Bunlаr хаlis әmәllәrdir...


İmam Əliyyən-Nəqidən (ə) Mütəvəkkilin \"çoxlu\" müəmmasının necə həll etdi?


Bir dəfə Mütəvəkkil xəlifə bərk xəstələnir. O nəzir edir ki, əgər sağalsa, Allah yolunda çoxlu qızıl sikkə paylayacaq. Sağaldıqdan sonra alimləri yığıb soruşur ki, “çoxlu” necə hesab olunmalıdır? Onlar müxtəlif fətvalar verirlər. Mütəvəkkil İmam Nəqiyə (ə) müraciət etməli olur. O Həzrət buyurur ki, “çoxlu” hesab olmaq üçün səksən üç qızıl sikkə verməlisən. Alimlər İmamın bu fətvasından təəccüblənib fətvanı hansı əsasa görə deyir? Mütəvəkkil İmam Hadidən (ə) soruşduqda, o Həzrət buyurur: “Allah-taala Quranda buyurmuşdur: “Allah sizə bir çox yerlərdə kömək etmişdir.” Bütün Əhli-beytimiz də buyurur ki, Peyğəmbərin (s) dövründə səksən üç döyüş olmuşdur.” (Təzkirətül-xəvass, səh.360).


Hz Əli (ə) insanlar üç cürədirlər... Ağıllı, axmaq və dinsiz


◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz. Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir. Əgər soruşsalar cavab verər. Elə ki, ağzını açar düz söz deyər, qulaq asan zaman başa düşər. Söz danışanda yalan danışmaz. Ona arxayın olana xəyanət etməz. Lakin axmağa xeyirli bir iş təklif etsələr diqqət yetirməz, yaxşı iş göstərsələr tərk edər. Onu cahil-cahil işlərə dəvət etsələr qəbul edər. Danışanda yalan danışar, sözü düz başa düşməz, dərk etsə də diqqət yetirməz. Dinsiz insan isə əmanətə xəyanət edər. Ləyaqətsiz işləri sevir. Ona etibar edən şəxsdən ötrü xeyirxah niyyəti olmaz.»


Əllamə Həsənzadə Amuli naməhrəm qadın və kişilərdən uzaq durun?!


Bir neçə gənc Əllamə Həsənzadə Amulinin yanına gəlib deyir: “Ağa, bizə bir nəsihət verin ki, istifadə edib faydalanaq!” Əllamə buyurur: “Çalışın ki, naməhrəmlə əlaqəniz olmasın, istər qadın olsun, istər kişi!” Soruşurlar: “Ağa, məgər kişi də kişiyə naməhrəm olur?” Əllamə Həsənzadə buyurur: “Allahla rabitəsi olmayan hər kəs naməhrəmdir.”


Şeyx Rəcəbəli Xəyyat bəlaların səbəbsiz olmaması haqda nə buyurur?


... \"Bir nəfərin başı zərbədən yarılmışdı. Onu Şeyxin yanına gətirirlər ki, baxıb görsün, bu günə düşməsinin səbəbi nədir? Şeyx ani sükutdan sonra
deyir: “İşlədiyin zavodda bir uşağa əziyyət etmisən. Əgər uşağın könlünü almasan başına hələ çox müsibət gələcək.” Başı yarılmış adam Şeyxin
sözlərini təsdiqləyib deyir: “Sahə rəisinin oğlu gəlib mənə yersiz irad tutdu, mən da acıqlanıb ona dedim ki, burnunu hər yerə soxmasın! Axşam maaşı almağa gedəndə həmin uşaq gözümə sataşdı. Günorta baş verən əhvalat yadıma düşdü, bərk dilxor oldum. Əsəbləşib yersiz yerə uşağa bir-iki sillə vurdum, o yazıq da ağladı.” Şeyx dedi: “Boş yerə sizin başınıza bəla gəlmir. Get, nə qədər ki, bundan da betərinə düçar olmamısan, uşaqdan halallıq al!”\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter