Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?


Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?Bir gün İmam Əli (ə) oğlu Muhəmməd Hənəfiyyənin yanına gəlir və buyurur: “Bir qab su gətir!”.Muhəmməd suyu gətirir və Həzrət (ə) əllərini yuyub buyurur: “Allahın adına təbərrük edirəm, Ondan yardım istəyirəm. Həmd Allaha məxsusdur ki, suyu pak və pak edən yaratmışdır”.
Sonra suyu ağzında dolandırdı və buyurdu: “Allahım! O gün ki, Səninlə görüşəcəyəm, hüccətimi mənə təlqin et və dilimi zikrin üçün aç”.
Sonra su ilə burnunu yudu və buyurdu: “Allahım, behiştin iyini mənə haram etmə. Məni o kəslərdən qərar ver ki, behiştin ətrini hiss etsin”.
Sonra üzünü yudu və buyurdu: “Allahım! O gün ki, günahkarlar qaraüzlüdürlər, məni ağ üzlü et. O gün ki, salehlər üzü ağdırlar, üzümü qara etmə”...


Behiştin də, cəhənnəmin də açarı bu xislətə münasibətlədir?!


Behiştin də, cəhənnəmin də açarı bu xislətə münasibətlədir?! Hədislərin birində oxuyuruq: “Mehriban Allah behişti xəlq edən zaman Cəbrayilə (ə) buyurur: “Ona bax”... buyurar: “İndi ona bax”. Baxan kimi fəryad çəkir: “Allahım, qorxuram ki, heç kəsin bu əzəmətli ləyaqəti çatmasın”. O zaman ki, cəhənnəmi xəlq edir, Cəbrayilə (ə) buyurur: “Bax”. Elə ki, nəzər salır deyir: “Heç kəs bura gəlməz ki, çox sərt və pis yerdir”. O zaman ki, əzab şəhvətə bürünür, nida gəlir: “İndi bax”. Deyir: “Allahım, qorxuram ki, bütün bəndələrin bu sərt yerə düçar olarlar”. Hz Peyğəmbər (s) Əbuzərə nəsihət verən zaman buyurur: “Ya Əbuzər! Haqq – bütün sahələrdə ağır və acı, batil isə asan və şirindir. O qədər olub ki, bir saatlıq şəhvət uzun qüssəyə bais olmuşdur”. Beləliklə, insan şəhvətə nəzarət etsə - bu, behiştin açarıdır, nəzarət etməsə - cəhənnəmin açarı olur.


İmam Əli (ə) və İmam Səccad (ə) mömin şəxsi hansı hallarda olmasını söyləmişdir?


İmam Əlidən bu mövzuda nəql edilən hədisə toxunaq. Əziz İmam (ə) buyurur: “Mömin davamlı olaraq:
1. Allahı yada salar. 2. Çoxlu təfəkkür edər.
3. Nemətə şükür edər. 4. Giriftarlıqda səbirlidir”.

İmam Səccad (ə) buyurub: «Möminin beş əlaməti var:
- xəlvət və təklikdə olanda pəhrizkar olmaq, - yoxsulluq zamanı sədəqə vermək,
- bəlalar müqabilində səbirlilik, - qəzəblənəndə həlimlik və - qorxu olmasına baxmayaraq, doğruçuluq».


İmam Əli (ə) peyğəmbərlərin dünyaya baxışı barədə nə buyurur?


İmam Əli (ə) peyğəmbərlərin dünyaya baxışı barədə nə buyurur? Əmirəl-möminin İmam Əli (ə) “Nəhcül-bəlağə”də peyğəmbərlərin dünyaya baxışı barədə buyurur: “... Allaha and olsun ki, Musa (ə) Allahdan (ac qarnını doyuracaq) bir tikə çörəkdən başqa bir şey istəmirdi. Çünki yerdə bitən otları yeməkdən o qədər arıqlayıb incəlmişdi ki, qarnının nazik dərisindən otların yaşıllığı görsənirdi. Əgər üçüncü başqa bir peyğəmbərin yolunu getmək istəsən, Davudun (ə) yolu ilə get ki, «Məzamir və Zəbura» sahib idi. Davud (ə) cənnət əhlinin xanəndəsidir. Öz əlləri ilə xurma lifindən zənbil toxuyar və dostlarına belə deyərdi: “Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edə bilər?” Zənbillərin qazancından əldə etdiyi pulun ancaq bir tikə arpa çörəyinə yetəcək qədərini özünə götürərdi.


Hz Əli (ə) beytül-maldan artıq pul istəyən Abdullah ibn Zəmətəyə cavabı nə oldu?


Hz Əli (ə) beytül-maldan artıq pul istəyən Abdullah ibn Zəmətəyə cavabı nə oldu? ... Tarixi mənbələrin birində deyilir: Abdullah ibn Zəmətə adlı səhabə İmamın (ə) xilafəti dövründə o həzrətin (ə) yanına gəlir və büdcədən bir miqdar pul istəyir. İmam (ə) onun bu istəyinə cavab olaraq əli ilə işarə edir və deyir: “Həmən dediyin bu mal nə mənə məxsusdur, nə də ki sənə!
O müsəlmanların qənimətidir (haqqıdır)! Bu onların qılıncının hesabına toplanmış maldır. Əgər onlarla birgə döyüşlərdə iştirak etmisənsə sənə düşən payı alacaqsan. Bu onların əlinin məhsuludur. Bu haqq başqalarının ağzı üçün (hazır) loxma deyil! (Nəhcul-bəlağə)


“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri necə edilmişdir?


“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri necə edilmişdir?Fatihə surəsinin əvvəlinci ayəsi olan “Əl-həmdu lillahi rəbbil aləmin” ayəsidir. الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ Qeyd olunan ayənin təfsirində qeyd olunur ki:
الْحَمْدُ kəlməsi özündə iki əsas mənanı: Şükr və sitayiş mənalarını ifadə edir. Yəni həm şükür, həm də şükrlə bərabər sitayiş yalnız Allaha məxsusdur. Ən üstün şükr, ən xalis zikr və ibadət yalınz Allaha məxsusdur.
اللّهِ kəlməsinə ləfzi-cəlalə də deyilir. Yəni Mütəal Allahın xüsusi adı mənasındadır. Bu ad yalnız Allaha məxsusdur.
رَبِّ Rəbb kəlməsi lüğətdə tərbiyəçi mənasındadır. Allah Təalaya nisbət verildikdə isə malik, sahib mənasındadır. Məxluqatın sahibi və işləri yönəldən deməkdir. Çünki rəbb sahib olmaqla yanaşı həmçinin bütün yaradılışı diri tutan, onları yönəldən mənasını da ifadə edir...


Qadın yalnız hansı halda imam-camaat ola bilər? – Ayətullah Xamenei


Qadın yalnız hansı halda imam-camaat ola bilər? – Ayətullah Xamenei Adətən camaat namazlarında İmam-camaat kişilərdən ibarət olur. Qadın İmam camaat ola bilərmi?
Bu barədə Hawzahnews.com xəbər agentliyi Ayətullah Seyyid Əli Xamneinin dəftərxanasına sual ünvanlayıb:
Sual: Qadın hansı halda camaat namazında İmam-camaat ola bilər?
Cavab: Qadının İmam-camaat olması yalnız qadınlardan təşkil olunmuş camaat namazında icazəlidir.


Hava niyə isti və soyuq olur? – İmam Sadiqin (ə) mübarək izahı


... Əgər kimsə desə ki, havanın belə tədrici olması günəş seyrinin tədrici olmasına görədir və ya günəşin yerə yaxınlaşması və uzaqlaşmasına görədir – gərək o şəxsdən soruşaq: “Bəs niyə günəşin və Yer kürəsinin hərəkəti, fasilənin yaxın və uzaq olması belə xəlq olmuşdur? Əgər tədrici olmasının səbəbini günəşin qərbə və şərqə nur saçmasında görərsə, gərək bunun da səbəbini soruşaq. Hər nə desə, yenə də bu sual meydana gələr ki, axı niyə belədir? Nəhayət varlıq aləminin hədəfli və tədbirli olmasına gəlib çatarıq. Əgər hərarət olmasaydı, meyvələr bərk və acı olardı. Yumşalmaz və yetişməzdi ki, yeyilə bilinəsi olsun. Əgər soyuq olmasaydı, əkinlər belə cücərməzdilər, insanların ruzisini verməzdilər. Məgər görmürsənmi ki, soyuq və isti bu qədər faydası ilə bədəni yenə də ağrıdır? Bu məsələdə təfəkkür edənlər üçün ibrətlər vardır”.


Dörd fəslin faydası və hikməti nədir? – İmam Sadiqin (ə) mübarək izahı


İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq. “Günəşin qalxması və düşməsi və ilin dörd zamanı barəsində təfəkkür et. Qış fəslində hərarət ağacların daxilinə qayıdar və ondan meyvə meydana gələr. Hava dəyişkən olar. Havanın belə dəyişkən olmasından bulud və yağış bir-birinə çatar. Heyvanların bədəni güclənər. Baharda isə həmin hərarət (ki, ağacda və bitkilərdə gizlənmişdi) hərəkət edər. Qışda əmələ gələn maddələr doğulub üzə çıxar. Bitkilər cücərər, ağaclar qönçələyər. Heyvanlar nəsillərini artırmaq üçün həyəcana düşərlər...


Ağvalideynlik edən varlı oğula dəhşətli cəza – Həzrət Əlinin (ə) nəqli?!


Həzrət Əli (ə) nəql edir: “Ağlayan qoca kişi oğlunun əlindən tutub Mədinəyə Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrətə (s) deyir: “Ey Allahın Rəsulu! Bu, mənim oğlumdur ki, kiçikliyindən onu yedizdirmişəm, izzət və ehtiramla böyütmüşəm. Bütün istəklərini yerinə yetirmişəm... İndi isə qocalmışam mənə heç bir maddi yardım etmir”. Hz Peyğəmbər (s) buyurur: “Nə deyirsən?”. Cavan: “Mənim xərclərimi ödəmək və ailəmi saxlamaqdan artıq pulum yoxdur?! Həzrət (s) üzünü qocaya çevirib buyurur: “Sən nə deyirsən?”. Qoca: “Yalan deyir. Buğda, arpa, xurma, kişmiş anbarları, qızıl və gümüşlə dolu pulları vardır”. Cavan evinə qayıdan zaman görür ki, qonşuları anbarlarının yanında toplaşıb, kif iyindən əziyyət çəkdiklərini söyləyirlər. Cavan çırağı götürüb anbarlara daxil olur və görür ki, hər bir şeyi kiflənmiş və məhv olmuşdur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter