Həzrət Abbasa (ə) xas olan 4 xüsusiyyətlər hansılardır?


Abbas ibni Əli (ə) elə bir mənəvi dərəcədə olan insan idi ki, onu qalan şəhidlərdən daha yuxarı məqama çatdırmışdı. İmam Sadiq (ə) onun barəsində buyurur: “Peyğəmbərin (s) yadigarı olduğu üçün Həzrətin (ə) təsliminə, təsdiqinə, vəfasına, xeyirxahlığına şəhadət verirəm”. Bu nurani hədisdə Həzrət Abbasın (ə) dörd mühüm xüsusiyyəti bəyan edilmişdir ki, onlara nəzər salaq.
1. Təslim məqamı. Hər kim təvəkkül məqamına çatar, özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər.
2. Təsdiq məqamı. Təslim məqamında olan insan yaxşı bilir ki, kimin vilayətini təsdiq etmək lazımdır. Ona görə də İmam (ə) nə buyurarsa, hamısını haqq bilər.
3. Vəfa məqamı. Allah həqiqi möminlərin sifətlərini sayan zaman, buyurur: “Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tövhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar”. (“Rəd” 20)...


Yunus peyğəmbərin (ə) həyatından hansı dərsləri çıxarmaq lazımdır?


Həzrət Yunusun (ə) həyatı hər birimiz üçün ibrət dərsi ola bilər. Bəs bu dərslər hansılardır?
1. İnsanları nifrin etməkdə tələsmək olmaz. “Belə isə, Rəbbinin hökmünə səbir et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi”. (“Qələm” 48).
2. Bütün günahkar qövmlər arasında ancaq Yunusun (ə) qövmü əzab gəlməzdən əvvəl tövbə etməyə nail olmuşdular. Ona görə də insan hələ ki, fürsəti var, tövbə edib, Allaha tərəf qayıtmalıdır.
3. Yunus (ə) balığın qarnında münacat edərək xilas ola bildi. Qurani-Kərim bu haqda buyurur: “Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)!...


Dinin bütün göstərişləri insanda hansı xüsusiyyətlərin olmasını tələb edir?


Əbi Malik nəql edir: “İmam Səccada (ə) dedim: “Rica edirəm ki, məni dinin bütün göstərişlərindən agah edəsiniz”.
İmam (ə) buyurdu: “Haqqı demək, adilcəsinə hökm vermək, əhdə vəfa etmək”./Deyerler


Mömin cinlərin də dini sualları olurmu?!


Əbu Həmzə Somali nəql edir: “İmam Baqirin (ə) yanından çıxan bir neçə tanınmayan insanlar gördüm və İmama (ə) dedim: “İndi Bəni-Üməyyə zamanıdır. Qanlar qılınclardan tökülür”. (Yəni, gərək ehtiyatlı olasınız).
İmam Baqir (ə) mənə buyurdu: “Ey Əbu Həmzə! Bunlar bizim davamçılarımız olan cinlərdir ki, dini biliklərindən bizə sual vermək üçün gəlmişdilər””.
Allah Təala buyurub: «Mən cinləri və insanları Mənə ibadət etmələrindən başqa bir şey üçün yaratmamışam». (\"Zariyat\" 56)


Allah zalımlara və günahkarlara nə üçün möhlət verir?


Yalan danışan lal edilsə... Su və elektrik enerjisi təchizatı idarələri bütün mənzillərə su və işıq verir. Kimi bundan düzgün istifadə edir, kimi qaydaları pozur. Allah insanı azad yaratmışdır və hər bir insanın təkamül imkanı vardır. Əgər insan doğru yolu seçmirsə, özü müqəssirdir. Bəs nə üçün Allah zalımın qarşısını almır? Çünki yalan danışan lal edilsə, məzluma sillə vuranın əli qurudulsa, xainin gözləri çıxarılsa, insanlar Allaha itaətə məcbur olar. Məcbur itaətin isə dəyəri yoxdur. Yalnız öz iradəsi ilə Allaha üz tutan insanlar sitayişə layiqdirlər. Naməhrəmə baxmadığına görə kor adamı imanlı hesab etmək məntiqsizdir. Allah insanların azad şəkildə yol seçməsini istəyir.


Şeytanları qovan «şihab» nədir?


Səmadakı bürclər günəş və ayın mənzillərinə bir işarədir. Müxtəlif fəsillərdə yerdən baxarkən günəş və ay müəyyən bir bürcə yaxın görünür. Bu vaxt məsələn, «günəş filan bürcdədir» deyirik. Allah-Taalanın varlığına şəhadət verən bu nizam-intizam qarşısında kafir qövm yenə də öz küfründən əl götürmür. Uyğun surənin 14-cü ayəsində oxuyuruq: «Əgər onlara göydən bir qapı açsaq və durmadan yuxarı dırmaşsalar, yenə də inanmazlar».
Hicr surəsinin 18-ci ayəsində isə belə buyurulur: «Lakin şeytanlardan kim xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (şihab) təqib edər». Təfsirçilər dünyamıza məxsus bəzi məlumatların səmada əks olunduğu və şeytanın bu məlumatları əldə etmək üçün orada vurnuxduğunu bildirirlər. Onların fikirincə, «şihab» onları təqib edib, qovan meteoralardır.


Yalnız İmam Hüseynə (ə) xas olan 14 məziyyət (üstünlük) hansılardır?


İmam Hüseyni digər insanlardan və hətta digər məsumlardan fərqləndirən məziyyətlər:
1- O yeganə İmamdır ki, doğulduğu gün atası, anası və sair qohumları ağladılar.
2- On dəfə məqbərəsini sökdülər ki, ondan əsər-əlamət qalmasın.
3-Onun barəsində \"ərbəin\" və ərbəin ziyarəti var.
4- Onun qübbəsinin altında dualar qəbul olur.
5- Ata və anası və ondan gələn 9 övlad, nəvə və nəticə məsumdur.
6- Onun türbətini (az miqdarda) dadmaq və yemək halaldır.


Imam Cəfər Sadiq (ə) şagirdinə hansı 8 məsələyə diqqətli olmağı tapşırır?!


Bir gün İmam Cəfər Sadiq (ə) şagirdlərinin birindən soruşdu: Mənim məktəbimdə nə öyrənmisən? Şagird dedi: Səkkiz məsələ İmam buyurdu: Bir-bir say görüm hansılardır. O dedi:
-Birincisi, başa düşdüm ki, ölüm zamanı hər kəs istədiyi və sevdiyi şeydən ayrılır. Ona görə də bütün səy və himmətimi ölüm vasitəsilə ayrılmayacağım şeylərə sərf etdim. Yəni, tənhalığın həmdəmi olan xeyir əməllər qazanmağa çalışdım. Bu barədə Quran buyurur: Hər kəs etdiyi yaxşı işin mükafatını alacaq. Həzrət buyurdu: Əhsən sənə, vallah! O yenə dedi:
-İkincisi, fikir verib gördüm ki, insanların bəzisi var-dövləti ilə fəxr edir, bəzisi qohumları ilə, bəzisi övladları ilə. Halbuki, bunların heç biri iftixar olunmağa layiq bir şey deyil. Ən böyük iftixar olunacaq şey təqvadır. Çünki Allah-təala Quranda buyurur: Sizin Allah yanında ən üstününüz ən təqvalı olanınızdır. Buna görə də, Allah yanında əziz olmaqdan ötrü çalışdım. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird davam elədi:


Allah-Təalə 6 şeyi 6 yerdə qərar veribdi?!


Allah-Təalə 6 şeyi 6 yerdə qərar veribdi?!Allah- Təala Musa (ə.s) buyurub: Mən 6 şeyi 6 yerdə qərar vermişəm.
Birincisi Rahatlıq. Mən bu dünyanı rahat etməmişəm.Cənnəti rahat etmişəm. Amma insanlar bu dünyada axtarır. Budünyada dərdli insan yoxdur. Ancaq cənnətdə rahatlıq, dərdsizlik, qoxsusuzluq etmişəm. Bu dünyada insanlara rahatlıq yoxdur ancaq cənnətdədir.
İkincisi Yüksəliş. Yüksəliş yolunu sadəlik yoluna qerar vermışəm. Təkəbür insanları sevmirəm. Təvazükar insanlar mənim dostum. Nə insanlar yüksəliş edir, təkəbbürlənirlər, Mən onları o qederde alçaldıram. Kim mənə Şükr edir, Mən onlara o qederde ucaldıram.
Üçüncüsü. Izzət. Yəni gecə namazı qərar vermişəm. İnsanlar vəzifəli şəxslərin, varlı şəxslərin, qapılarını döyür,axtarır və onlardan kömək istəyir, amma Mən onlara izzət qapsına gəlsinlər, gecə namazı qılsınlar. Allah izzətlidir. Kim mənə zikr edsə, Mən onlara kömək edərəm...


Hz Peyğəmbərin (s) hədisinə əsasən peyğəmbərlər (ə), siddiqlər, şəhidlər, salehlərlə məhşur edən 7 əməl?!


Hz Peyğəmbərin (s) hədisinə əsasən peyğəmbərlər (ə), siddiqlər, şəhidlər, salehlərlə məhşur edən 7 əməl?!Həzrət Peyğəmbər (s) buyurur: “7 əməl vardır ki, ümmətimdən hər biri (ona) əməl edərsə, Allah Təala onu peyğəmbərlər (ə), siddiqlər, şəhidlər, salehlərlə məhşur edər”. Soruşurlar ki, onlar hansılardır? Buyurur:
“1. Kimisə həccə göndərər. 2. Yardım istəyənə kömək edər. 3. Yetimi böyüdər.
4. Yolunu azmışı hidayət edər. 5. Susuza su verər. 6. Acı doyuzdurar. 7. İsti havada oruc tutar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter