Cümə gününün savabı və dəyəri haqda məsumlar nələr buyurmuşlar?!


Məsumların hədisində cümə günün dəyəri və savabı: Allahın Peyğəmbəri (s):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.» (Bihar/.89, səh-267, hədis 5)
İmam Əli (ə):«Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.» (Bihar/104, səh.73, hədis 24)
İmam Baqir (ə):« Həm xeyir, həm də şər cümə günü ikiqat artar.» (Bihar/89, səh.283, hədis 28) İ Baqir (ə) «Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür. (Səvabul-Əmal, səh.220, hədis 1)
İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.» (Məani əl-Əxbar, səh.299, hədis 18)


Dünyada evlilikdə olanlar, behiştdə də olacaqlarmı?


Cavab: “Behiştdə hər cür nemət mövcuddur – ...\" Tövbə/72 Insan dünyada bir şəxsi sevər və ona qovuşa bilməzsə, əgər hər ikisi də iman və təqva əhlidirsə, ümid vardır ki, axirətdə bir-birinə qovuşsunlar”. Hz Peyğəmbər (s) bir nəfərə xitab edərək, belə buyurur: “Əgər Allah səni behiştə daxil etsə, ürəyin istədiyin şeyləri və gözünün ləzzət aldığı şeyləri orada tapacaqsan”. Həmçinin hədislərdə oxuyuruq ki, əgər behiştdə kişinin məqamı həmin qadından yüksək olarsa – kişi həyat yoldaşı baxımından seçim edə bilir. Əgər qadının məqamı yüksəkdirsə - seçib-seçməmək mövzusu onun ixtiyarında olacaqdır.


Cəhənnəm əhlinin kömək xahişinə behişt əhli nə cavab verəcək?


Bu ayə Qiyamət gününü yövmul-tənad günü adlandırmışdır. Yəni, insanların qorxudan bir-birini yardıma çağırdıqları gündür.
İmam Sadiq (ə) buyurur: “Yövmul-tənad o gündür ki, cəhənnəm əhli behişt əhlini səsləyəcəkdir ki, bizə behişt suyundan və ya ruzisindən verəsiniz. Ancaq behişt əhlinin cavabı bir kəlmədə xülasə olacaqdır: “Bacarmırıq”. Çünki Allah suyu və ruzini cəhənnəm əhlinə haram etmişdir. Hər kim bu dünyada mal və şəhvət dənizində qərq olar, hidayət səsinə qulaq verməz, sabahısı günü yardım səsinə bu cür cavab alacaqdır.


İmam Məhdinin (ə.f) qeybinin möminlər üçün hansı müsbət təsirləri vardır?


İmam Zamanın (ə) qeybdə olması nə qədər üzüntülü və dərdverən olsa da, Uca Allah bunda da səmərələr qoymuşdur. Bu müsbət təsirlərin bəziləri ilə tanış olaq:
1. İman və təqvanın güclənməsi. Belə ki, insan o zaman bilir və etiqad bəsləyir ki, dahi bir şəxsiyyətin intizarındadır və həmin şəxsiyyət onun rəftar və əməllərinə diqqət edir – özünü kamil şəkildə kontrol etməyə çalışacaqdır.
2. Haqla batil bir-birindən ayrılacaqdır. İmamın (ə.f) qeybi göstərir ki, kim həqiqi Əhli-Beyt (ə) davamçısıdır!
3. Ədalətə susuzlamaq. İnsanlar İmamın (ə.f) qeybi zamanında artıq zalımların zülmündən o qədər əziyyət çəkirlər ki, ədalətə susuzlayıblar.
4. Möminlərin savabı artar. Peyğəmbər (s) buyurur: “Tezliklə sizdən sonra elə bir dəstə gələcəkdir ki, onların bir nəfərində sizin 50 nəfərin əcr və savabı olacaqdır”.


Camaat namazında duran, öz çətinliklərinin düyününü açar!


Həzrət Peyğəmbər (s) buyurur: “Əgər ümmətim üçün çətin olmasaydı, bir neçə məsələni vacib edərdim ki, onların birincisi camaat namazıdır”.
Məsumlarımız (ə) ona görə camaat namazına bu qədər əhəmiyyət verirlər ki, insanlar bir-birinin çətinlikləri ilə tanış olur və bir-birinə həmdəm
olurlar. O cavan ki, camaat namazının ilk sırasında qərar tutar, öz çətinliklərinin düyününü açar. Bunu Uca Allah vəd etmişdir. (Tebyan)
Ona görə də hələ ki, fürsət var, bu İlahi nemətdən bəhrələnək və cəm halında edilən dualarda iştirak edək. Bu kimi namazlar həm ruhumuzu paklayar, həm də dünya çətinliklərimizin aradan qalxmasına yardım edər.


Hansı 3 səbəbdir ki, diqqət olunsa, insanın izzəti ziyan çəkməz?!


İmam Əli (ə) buyurur ki, o zaman ki, insan maddi çətinlikdə olar, bu zaman çətinliyə səbir etməzsə, izzəti aradan gedər. Çünki bu çətinliklər – Allah tərəfindən olan imtahandır. Əgər giriftarlıqlarını hər kəsə ifşa edərsə, o zaman zəlil hala düşər. Yaxınları və ətrafında olanlar ona xar gözü ilə baxarlar. Bu səbəbdən dinimiz məsləhət görür ki, hər nə qədər maddi çətinlikdə olsan belə, onu gizli saxlamağa çalış. Çünki ancaq bu yolla izzəti qorumaq olar. İmam Əlinin (ə) üçüncü xəbərdarlığı bu barədədir ki, buyurur: “Hər kim dilini özünə hakim edər – şəxsiyyəti təhqir olar”...


Hz. İbrahimi (ə) “Xəlil” məqamına çatdıran əməl – Ayətullah Kəşmiridən nəsihəti!


“Həqiqətən, Allah, İbrahimi (Özünə) Xəlil (dost) tutmuşdur!” (Nisa-125) Mərhum Ayətullah Kəşmiri barədə xatirələlirin birində deyilir ki, mərhum ustad hər namazdan sonra dərhal səcdəyə gedər, alnını möhürə qoyub 3 dəfə “Əlhəmdlillah” zikr edər, sonra sağ üzünə yerə qoyub 3 dəfə “Şükran Lillah” deyər, sonra sol üzünü yerə qoyar və 3 dəfə “Əstəğ-firullah” deyərdi. Bunun səbəbini soruşduqda ustad buyurdu: “Həzrət İbrahim (ə) bu səcdələrin köməyi ilə Xəlil-Əllah oldu.” (Kitabe ruh və reyhan. Səh-107)
Təbii ki, insan rəbbinə yaxın olmaq üçün böyük mənəvi paklıq mərhələsi keçməlidir və bu yolda da hər bir əməlin öz xüsusi təsiri vardır.


“İnsan və cinn günahları barədə sorğu sual olunmazlar” ayəsindən məqsəd nədir?


Mərhum Əllamə Təbətəbai ayənin izahında buyurur: Bu ayəni digər bir ayə olan “Allah sürətlə hesab çəkəndir” (Nur-39) ayəsi ilə də uyğunlaşdırmaq olar (Allah elə hesab çəkər ki onların danışmağa belə ehtiyacı olmaz). Qiyamət günü müxtəlif dayanacaq və mərhələləri olan bir gündür, həmən günü insanların ağızlarına möhür vurulacaq, əzalar danışacaq (Yasin-65) və günahkarlar üzlərindən tanınacaq (ər-Rəhman-41). Bəs onlar sorğu sual olunmayacaqlar? Sualının cavabında demək olar ki, bütün əlamətlər onların üzündə aşkar olacaq (ər-Rəhman-41: Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar).”


Qəzet, jurnal və bu kimi yazılarda Quran ayələrinə toxunmağın hökmü nədir?


Cavab: Bəli, bu məsələ yalnız Qurani Kərimlə xüsusiləşmir. Quran ayəsi və ya hər hansı kəliməsi başqa bir kitabda, qəzetdə, jurnalda və bu kimi yazılarda olmasından aslı olmayaraq bu məsələ ümumidir. Qeyd edək ki, Quran tərcüməsi bu hökümdə deyildir: Sual: -Ərəb dilindən qeyri dildə olan Quran ayələrinə dəstəmaz olmadan toxunmaqın hökmü nədir?
Quranın yazısına dəstəmazsız toxunmaq, yaxud bədənin hər hansı bir hissəsi toxundurmaq haramdır. Amma Quranın tərcüməsinə dəstəmazsız toxunmağın işkalı yoxdur. (İmam Xomeyni, Ayətullah Lənkərani, Sistani, Zəncani, Behcət, Məkarim Şirazi).


Haram yeməyin bu dünyada insana qoyduğu 7 mənfi təsirləri nələrdir?


İmam Sadiq (ə) buyurur: “Haram tikənin təsiri nəsildə aşkar olar.” (Furu-kafi. 1/363) Xüsusən də qidalar. Bu qidalar maddi də ola bilər, mənəvi də. Hər ikisi bu gün üçün çox önəmlidir. Maddi qidalar insanın bədənini, mənəvi qidalar isə insanın ruhunu qidalandırır və böyüdür. Çünki insan yediyi tikələrlə “tikə-tikə” böyüyür. Haram yeməyin iki növ təsiri var: dünya və axirət təsirləri. Quran, hədis və alimlərin sözlərinə əsasən haram tikənin insan həaytındakı mənfi təsirlərinin bir qismi aşağıdakılardan ibarətdir:
1. Duaların qəbul olunmaması İslam Peyğəmbəri (s) buyurur: “Bir tikə haram yeyənin duası 40 gün qəbul olunmaz.”
2. Saleh əməllərin qəbul olunmaması- İslam Peyğəmbəri (s) bu barədə buyurur: “Haram yeyib ibadət etmək çınqıl daş üstə ev tikmək kimidir.”Başqa bir rəvayətdə həzrət Peyğəmbər (s) digər səmavi kitablardan belə nəql edir: “Haram yeyib xeyir iş görmək xəlbirlə su daşımaq kimidir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter