Ayə və hədislərə əsasən günahın insan həyatın vurduğu ziyanlar...


Quran və hədislərə əsasən günahın insan həyatın vurduğu ziyanlar:
1. Günah qəlbləri paslandırar. “Allah onların qəlblərinə və qulaqlarına möhür(ü) vurmuşdur və onların gözlərində pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (Bəqərə/7).
2. Günah nemətlərin aradan getməsinə səbəb olar. İmam Sadiq (ə): “Allah bəndəsinə verdiyi heç bir neməti geri qalmaz, məgər o halda ki, günah edər və ona xatir nemətin aradan getməsinə layiq olar”.
3. Günaha görə ölənlərin sayı çoxdur. İmam Sadiq (ə): “Onlar ki, günaha görə ölərlər, öz təbii əcəlləri ilə ölənlərdən çoxdurlar”.
4. Günah cəmiyyəti viran edər. “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12).


Həzrət Loğmandan (ə) hər kəsə faydalı olacaq dəyərli nəsihət nələr olmuşdur?


Həzrət Loğman (ə) oğluna buyurdu:
Ey oğul! Ədəbi kiçiklikdə öyrənsən, böyüyəndə faydasın görərsən!
Hər kəs ədəb kimi bir dəyərə diqqət yetirərsə, onun əhəmiyyətli olduğunu görər.
Kim ədəbə əhəmiyyət verərsə, elmə mükəlləf olar.
Kimdə elmə mükəlləf olarsa, onda elm tələbi, elm susuzluğu yaranar.
Kimdə elmə tələb artarsa, elmin faydasını idrak edər. - Elə isə daim ədəbli ol! Bunu özünə adət et!


Qurani Kərimdən qısa və mühüm bir dua nümunəsi - Furqan (74) nə haqdadır?


Quranın bizə öyrətdiyi gözəl dualardan biri də \"Furqan\" surəsinin 74-cü ayəsidir: \"Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı (nuru) olacaq ehsan buyur!\" Zikr olunan bu ayə möminlərin dilindən zikr olunur. Quran sanki möminlərin niyyətindən, qəlbindən keçənlərdən xəbər verir. Bu ayə öz daxilində etiqad, valideyn məsuliyyəti və bir neçə mühüm mətləbi ehtva edir ki, bu mətləblər ayənin yəfsirində belə izah olunur:
1-Bəndəçilik və əqli idraka sahib olmaq Rəhman olan Allahın bəndələrinin xass sifətlərindəndir.
2- İnsan gərək ailəsi, övladları, gələcək nəsli qarşısında məsuliyyətini və öhdəliklərini dərk etsin. Onların xoş gələcək və son aqibəti barədə düşünüb, müsbət səy etsin... (\"Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan...)
3- İnsan bu yolda Allahdan kömək istəməyi idrak etsin və bunu bacarsın... (Ey Rəbbimiz bizə... ehsan buyur...)


Hz. Əli (ə) iman nədir deyə soruşana belə cavab verdi?


Həzrət Əli (ə) bəzən elə bir qısa kəlmə deyir ki, cildlərlə şərh yazılacaq mövzuları əhatə edir. Yaxud insan ömrünü elə bir qısa cümləyə yığır ki, bütün insanlığı özündə ehtiva edir. İmam (ə) geniş mənaya malik olan və bütün İslamı əhatən edən \"iman \" kəlməsini də qısa şəkildə bu cür ifadə edir: \"İman qəlbən Alahı tanımaq (qəlbən bağlanmaq, əqlən idrak etmək), dil ilə təsdiq etmək (zahirən biruzə vermək), ərkana əməl etməkdir (İlahi göstərişlərə tabe olmaqdır).\" (Nəhcul-bəlağə. 508) İman insanlığ meyarıdır. İnsan imanı ilə izzət və şərəf sahibi olur. Bu da yalnız Allaha etiqad, ilahı mərifət (tanıma) və qəlbi bağlılığla mümkündür.


Nə üçün peyğəmbərlərin dövründə ümumdünya ədalət hökuməti qurulmayıb?


Deyə bilərik ki, fərdin təkamülü və nəticədə ədalətli hökumətin qurulması üçün iki əsas amil gerçəkləşməlidir:
1. Xarici amil: Cəmiyyətin hər bir üzvü yaranış məqsədi olan ədalət və kamalın mənasını anlamalıdır. Eləcə də, bu məqsədə aparan yol tapılmalıdır. Nə qədər ki, bəşər düşüncəsi bu həqiqətləri anlamır, düzgün məqsədə çatmaq üçün peyğəmbərlərə möhtacdır.
2. Daxili amil: Bu böyük məsuliyyət və hədəfi dərk edəcək düşüncə. Belə bir məqsədə çatmaq üçün insan vücudunda şüur yetkinləşməlidir. Şüurun yetkinləşməsi üçün isə növbəti şərtlər ödənməlidir:
a) Ağıl, Allaha itaətin, Allaha münasibətdə xüzu və xüşunun (mütiliyin) əhəmiyyətini dərk etməlidir;
v) İnsan ədalət və onun təsirlərini bilməlidir...


Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət


Bu mübarək aya daxil olmazdan əvvəl bəzi tövsiyələrə diqqət etsək, yaxşı olar.
1. Elə bu gündən çayın miqdarını azaldın. Ramazan ayı artıq qapıdadır və bu isti yay günlərində daha yaxşı oruc tutmaq üçün elə bu gündən içdiyimiz çayın miqdarını get-gedə azaldaq ki, bədənimiz susuzluğa adət etsin. Həmçinin qəhvə içənlər də içdikləri qəhvənin miqdarını azaldaraq, kafeyn bağlılığını aşağı həddə sala bilərlər.
2. Yeməyin miqdarını azaldın. Oruc tutan insan üçün yeməyin həcmi çox mühümdür və bədən adət etmişdir ki, müəyyən saat fasiləsi ilə ona qida daxil olsun. Lakin oruc tutan insan 17-18 saat ac qaldığına görə, elə bu gündən yeməklərinizin həcmini azaldaraq, bədəninizi buna adət etdirə bilərsiniz...


Hz Peyğəmbərin (s) hədisinə əsasən Ramazan ayında oruc tutanlar üçün 7 hədiyyə nələr olacaq?


Bir gün bir yəhudi Həzrət Peyğəmbərin (s) yanına gəlir və Həzrətə (s) bir neçə sual verir. Sualları bitəndən sonra soruşur ki, oruc niyə vacib buyurulmuşdur? Həmçinin oruc tutanın savabı nədir? Həzrət (s) buyurur: “Hər kim Ramazan ayını Allah Təalaya görə oruc tutarsa, Allah da 7 sifəti ona vacib edər:
1. Haramı bədənindən əridər.
2. Onu Öz rəhmətinə yaxın edər.
3. Atası Həzrət Adəmin (ə) xatasını örtər.
4. Can verməyi onun üçün asan edər.
5. Onu Qiyamət gününün aclıq və susuzluğundan amanda saxlayar...


Saleh Peyğəmbərin (s) qövmünün hamısı nə üçün əzab olundular?


Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. İmam Sadiq (ə) «Ali-İmran/183 ayəyə əsasən buyurdu: «Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.» (Vəsailüş-şiə, 11-ci cild 412, 509-cu səh.)
İmam Əli (ə) bu mövzunu belə şərh edir: «Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».


Salam verərkən əllə görüşənin, ayrılanda günahları tökülər?!


Salam haqqında çoxlu hədislərimiz də vardır ki, onların bəzisi ilə tanış olaq. Hz Peyğəmbər (s) buyurur: “Ey Ənəs! Görüşdüyün hər kəsə salam ver – Allah həsənələrini artırar. Evində salam ver – Allah bərəkətini artırar”.Hədislərin birində oxuyuruq: “Hər kim on nəfər müsəlman ilə rastlaşar və onlara salam verər – Allah qul azad etməyin savabını ona əta edər”. İslam dini müsəlmanlar arasında vəhdətin və məhəbbətin bərqərar olmasını istəyən bir dindir. Bununla bağlı bir neçə göstərişləri vardır. O cümlədən: görüşən zaman əl vermək, bir-birini sileyi-rəhm etmək və həmçinin bir-birinə salam vermək. Salam vermək də müsəlmanlar arasında vəhdətin yaranmasına səbəb olar, eyni zamanda insanlara çoxlu həsənələr qazandırar ki, axirətdə onun meyvəsini yeyərlər. İmam Əli (ə) buyurur: “O zaman ki, (din) qardaşınla görüşürsən, əl verin və bir-birinizə xoş üz göstərin ki, ayrılan zaman bütün günahlarınız bağışlanmış olsun”.


Rəsuli-Əkrəmə (ə) bənzəmək istəyənlər üçün keçilməli 4 mərhələ hansılardır?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdə (bu) dörd sifət olarsa, mənə bənzəmiş olar.
1. Xoş əxlaq. Rəsuli-Əkrəm (s): “Fərq etməz – qocadır, yoxsa cavan, qadındır, yoxsa kişi, alimdir, yoxsa qeyri-alimdir – əgər mənə bənzəmək istəyirsə bilməlidir ki, sizlərin ən xoş əxlaqlı olanı – mənə ən çox bənzəyənədir”.
2. Mülayimlik və səbir. Əgər insan hər şeyə tez əsəbiləşməzsə və öz qəzəbini kontrolu altına ala bilərsə, o zaman ikinci mərhələni keçmiş olacaqdır.
3. Qohumlarına qarşı yaxşı insan olmaq. Əmirəl-möminin (ə) buyurur: “Hər kim Allah tərəfindən sərvət əldə edər, gərək qohumlarına onunla dəstək olsun”. Ona görə də deyə bilərik ki, Peyğəmbərə (s) bənzəməyin üçüncü mərhələsi – qohumlara yaxşılıq etmək və sileyi-rəhmin haqqını verməkdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter