Qonaqdan ac olduğunu soruşmaq olarmı? Məsumlardan hədislər


Cavab: Hz Peyğəmbər (s) buyurur: «Qonaq behişt bələdçisidir». Qonağa ehtiram göstərilməsi o qədər əhəmiyyətlidir ki, İslam qonağı səmadan enmiş hədiyyə kimi təqdim edir.
Hz Peyğəmbər (s) buyurur: «Qonaq öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır». Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib-içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın». İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».


Dünyasını dəyişənlərə necə yardım edə bilərik?


Qəbir əhlinin istiğfara və rəhmətə ehtiyacları vardır. Bu haqda İmam Sadiq (ə) buyurur: \"Ölümdən sonra insana üç şeylə savab yetişər: 1. Sədəqə. 2. İnsanın həyatda olan zaman əməl etdiyi düzgün adət-ənənədir ki, başqaları üçün örnək olmuşdur. 3. Layiqli övladlardır ki, ondan sonra məğfirət istəyər və valideynlərinin bağışlanmasına səbəb olarlar”. Həzrət (ə) başqa yerdə buyurur: \"Nə zaman ki, yaşayanlar hədiyyə ilə sevinər, qəbir və bərzəx əhli də onlara edilən istiğfar ilə sevinərlər”.
Məsumlar (ə) bizə ölülərimiz üçün Quran oxumağın faydalı olacağını tövsiyə etmişdilər. O cümlədən: \"Yasin”, \"Saffat”, \"Əhzab”, \"Ayətül-kürsü”, \"Əraf” surəsinin 54-cü ayəsi, \"Bəqərə” surəsinin son üç ayəsi tövsiyə edilir...


Oruc tutan şəxsin başını yuması və ya suya batırmasının haqda hansı 8 sual ortaya çıxır?


Qeyd edək ki, ramazan ayında boğaza su getməmək şərti ilə başin yuyulmasının, yaxud oruc tutan insanın suyun altında dayanıb yuyunmasının heç bir maneəsi yoxdur.
Lakin başı suya batırmaq isə tam fərqli bir şeydir və bunun da öz məsələsi vardır:
1-Oruc olan şəxs əgər bilərəkdən başını suya batırsa ehtiyat vacibə görə orucu batildir.
2. Başın suya batmasında fərq yoxdur tək başını batırsın, yaxud bütöv bədənlə birgə batırsın.
3. Başın tam batması şərtdir. Əgər başının bir hissəsini batırıb-cıxara, sonra digər hissəsin batıra orucu batil olmaz.
4. Əgər başını suya tam batıra, lakin saçından bir hissə çöldə qala orucu batildir.
5. Əgər başının suya tam batıb-batmamasında şəkk etsə, orucu səhihdir (pozulmur)...


Ramazan ayında oruc tutanların əldə etdikləri Peyğəmbərin (s) dilindən necə izah olunur?


Həzrt Əli (ə) insanın bu ayda oruc olmasına və bunun qarşılığında Allahın xüsusi rəhmət nəzərində olmasına işarə edən bir hədisində əziz İslam peyğəmbərindən (s) belə nəql edir: “Elə bir mömin bəndə olmaz ki, bu ayda oruc tutsun, lakin Mütəal Allah ona bu 7 xisləti nəsib etməsin:
Bədəni haramla artsa belə onu əridib, məhv edər. Ölüm anını onun üçün asanlaşdırar. Allah onun eyiblərini örtər. llah onu Öz rəhmətinə şamil edər. Can vermə anını onun üçün asan edər. Qiyamət susuzluğunu və aclığını ondan dəf edər. Cənnət nemətlərini ona nəsib edər. Ona bəraət və cəhənnəm atəşindən nicat verər.”
Bütün bunlarla yanaşı bu ayda çoxlu müstəhəb əməllər də vardır ki, insana böyük fəzilət və əzəmət bəxş edir. Bunlara Quran tilavəti, dua, istiğfar, sədəqə vermək, iftar etmək, etikaf və sair misal çəkmək olar.


Ramazan orucunu imtahanlar səbəbi ilə pozmaq olarmı?


Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxənasına sual ünvanlayıb: Bu ramazan ayı imtahanlar vaxtına dəsadüf edir. İmtahanlar şagirdlər üçün həyat əhəmiyyətli, tale yüklü bir məsələ olduğu üçün onlar bu imtahanlarda nə etməlidirlər? Oruclarının hökmü nədir?
Cavab: Tələbənin imtihanla həddən artıq məşğul olması orucu tərk etməyə əsas verməz. Bilərəkdən orucu iftar etmək qəzaya və kəffarəyə səbəb olar. Lakin bu da mümkündür ki, gün çıxandan gün batana qədər vaxt ərzində şərii məsafəni qət edib orucunu açsın. Sonra geri dönub işinə davam etsin. -Yəni səfər edib hədd-tərəxxüsü keçsin və orucunu açıb geri qayıtsın. Hədd-tərəxxüs gedib-qayıtması 5 fərsəx-(təqribə 45 km) -dən az olmamalıdır.


İmam Həsən (ə) insan mənəviyyatını məhv edən əsas amilləri nələr olaraq tanıtdırır?


İnsanı mənən öldürən amillərə diqqət çəkən İmam Həsən (ə) bir hədisdə buyurulur: İnsanın həlakı 3 şeydədir: 1- Kibr- özünü böyük, digərlərini aşağı görmək. 2-Hərislik- mal və sərvət üçün tamahın son həddi. 3-Həsəd- başqalarının əlində olana həsəd, paxıllığ və başqasının əlində olanın əlindən çıxmasını istəmək.
İmam (ə) bu xislətləri insanı məhv edən, həlak edən xislətlər kimi tanıdır. Həqiqətən bu xislətlər insanı yeyib bitirir. Onun bütün insanlığını və mənəviyyatını məhv edir. Bu xəstəliklərin ilkin mərhələsi ancaq insanın özünə zərər verir. Lakin getdikcə şiddətlənən bu xəstəliklər ətrafa da zərər saçmağa başlayır və digərləri də bundan ziyan çəkir. Belə olan halda həmin insanın halı ölümdən də betər olan həlakət və məhv kimi dəyərləndirilir.


Niyə Muxtar qalib olandan sonra hökuməti İmam Səccada (ə) tapşırmadı?


... Qeyd etmək lazımdır ki, Muxtar İraqı xüsusilədə Kufə və ətrafı yalnız il yarım nəzarətdə saxlaya bildi. Muxtar kufəlilərə və iraqlılara yenə arxayın deyildi. Bunu təcrübədən keçirmiş İmam Səccad necə yenidən kufəli əyanların vədinə aldana və onlara arxalana bilərdi?!
Bundan əlavə İmam Səccad ailəsilə birgə Hicazda Mədinədə yəni Muxtarın məğlub etdiyi Abdullah ibni Zubeyrin hakimiyyəti nəzarətində yaşayırdı və buradan Muxtara aşkar şəkildə verilən dəstək təhlükələrə səbəb ola bilərdi.
Suala cavab olaraq demək olar ki, əslində Muxtar qiyamdan əvvəl İmama məktub yazmaqla ondan legitimlik istəmişdi. İmam da bunu Məhəmməd Hənəfiyyə vasitəsilə Muxtara vermişdi. Buna əsasən Muxtar hakimiyyəti İmam tapşırmayıb sualı əsassızdır.


Oruc halında ağızı təmizləmək və dişləri yumaq olarmı?


Cavab: Bu işə icazə vardır. Bununla oruc batil olmur(pozulmur). Lakin ağzi bir şeylə təmizləyərkən həmin ağızda islanmış şeyi (misvakı) yenidən ağıza qaytarmaq bəyənilmir (məkruhdur). Əgər dişi təmizləmək üçün olan vasitə öz-özlüyündə quru olarsa bunun kərahəti yoxdur. Hərçənd ağıza daxil olması ilə islansa belə.
Qeyd edək ki, oruc halında ağzı yumaq, dişləri təmizləməyin maneəsi yoxdur. İnsan ağzını su ilə məz-məzə (yıxalamaq) edə bilər. Lakin yaxşı olarki suyu ağzında çox saxlamasın. İmkan qədər gündüzlər bu işlərdən çəkinsin.


Hansı səbəbə görə qeybət zina günahından ağırdır?!


Аllаhın rәsulu buyurub: يا أَباذَرُ: إِيّاكَ وَ الْغِيْبَةَ فَإِنَّ الْغِيبَةَ أَشَدُّ مِنَ الزِّنا قُلْتُ: يَا رَسُولَ اللَّهِ وَ لِمَ ذَالِكَ بِأبي أنْتَ وَ اُمِّيْ؟ قَالَ: لِأَنَّ الرَّجُلَ يَزْنِي وَ يَتُوبُ إِلَى اللَّهِ فَيَتُوبُ اللَّهُ عَلَيْهِ وَ الْغِيْبَةُ لا تُغْفَرُ حَتّىٰ يَغْفِرَها صاحِبُها
“Еy Әbuzәr! Qеybәtdәn uzаq оl. Çünki qеybәt еtmәk zinаdаn şiddәtlidir. Dеdim: Yа Rәsulullаh! Аtаm-аnаm sәnә fәdа оlsun. Nә üçün? Buyurdu: Çünki zinаkаr tövbә еdir. Аllаh dа оnun günаhını bаğışlаyır. Аmmа qеybәt еdәnin günаhı qеybәtini еtdiyi оnu bаğışlаmаyıncа, bаğışlаnmаz.” (“Müstәdrәkul-vәsаil”, c. 9, sәh. 150.)


Hansı əməldir ki, Hәr аddımа min şәhid sаvаb qazandırar?!


Pеyğәmbәr (s) buyurub: “Qаdın vә әri аrаsındа sülh yаrаtmаq üçün çаlışаn şәхsә Аllаh-tәаlа bu yоldа götürdüyü hәr аddımınа min şәhid sаvаbı vә dаnışdığı hәr sözә bir il ibаdәtin sаvаbını vеrәcәk.”
Bir nеçә qаrdаş vаr idi ki, оnlаrdаn hаmı rаzı idi. Оnlаrdаn böyük qаrdаş hаmıdаn cаvаn görünürdü. Bunun sәbәbini sоruşаndа dеdi: Çünki хаnımım хоşәхlаqdır. Hеç vахt mәni qәmgin еtmir. Bir filоsоfdаn sоruşdulаr: Sәn nеcә kаmillik dәrәcәsinә yеtişdin? О, bеlә cаvаb vеrdi: Tәqvаlı хаnımımın gözәl әхlаqı hәyаtın çәtinliyinin mәnim еlm vә hikmәt öyrәnmәyimә mаnе оlmаğа qоymаdı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter