Ramazandan sonra gələn Şəvval ayı sözünün mənası nədir?


Bu aya niyə şəvval deyilir? Bu haqda Məhəmməd peyğəmbərdən (s) nəql edilmiş hədisə diqqət yetirmək lazımdir.
İlk növbədə onu demək lazımdır ki, şəvval ərəb dilində “şəul” “ət-Təşvil” kökənli kəlmə və aradan qalxmaq, qaldırmaq, anlamındadır. Lüğət kitablatında deyilir ki bu ifadə daha çox dəvə ac olarkən quyruğunu qaldırmaq halına itlaq olunur. əl-Muraqibat əsərində gələn hədisdə deyilir. “O şəvval adlanır, çünki həmin ayda möminlərin günahları aradan qalxar” Hədislərə əsasən möminlər Ramazanda tutduqları orucun mükafatını Fitr bayramında yəni şəvvalın birində alarlar. Onların mükafatları da günahlarının aradan qalxıb məhv olmasıdır. Bu şəvvalın ilk günündə baş tutur...


Borclu adam fitrə zəkatını verməlidirmi?


Özlüyündə borclu olmaq, insanı fitrə zəkatından azad etmir. İnsan edə bilər ki, borclu olsun, amma rifah durumuna xas həyat tərzi keçirsin. Fitrə zəkatından azad olmağın meyarı – insanın fəqir olmasıdır. Yəni, öz aylıq dolanışığını təmin etməkdə böyük çətinlik çəkməsidir. Başqa sözlə desək, insan zəruri həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəksə, fəqir hesab edilir və fitrə zəkatından azad olur. Fitrə zəkatı aqil (psixiki baxımdan normal), baliğ (həddi-büluğa çatmış), huşu başında olan, eyni zamanda fəqir və miskin olmayan insana vacibdir.
Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı (Ramazan bayramından öncəki gecə) şam azanından sonra çıxılan fitrə zəkatı, bayram günü bayram namazınadək verilir. Bayram namazını qılmayan şəxs, fitrə zəkatının verilməsini günorta azanınadək təxirə sala bilər...


Fitrəni verməsək, orucumuz naqis qalar?!


Məsumların (ə) nəzərinə görə, fitrə zəkatının çox mühüm faydaları var. Onlarla tanış olaq:
1. Orucu təkmilləşdirər. İmam Sadiq (ə) Peyğəmbərdən nəql edir ki, buyurur: “Orucun tamam olması (fitrə) zəkatı verməklədir. Necə ki, namazın tamam olması Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərməklədir”.
2. Bədənin salamat olması. Oruc bədənin sağlam olmasına gətirib çıxardır, fitrə də həmin salamatlığa verilən zəmanətdir. Rəhmətlik İmam (r) buyurur: “Bədən zəkatı deyildikdə, fitrə zəkatı nəzərdə tutulur. Hədislərdə deyilir ki, əgər kimsə fitrə zəkatını verməzsə, onun üçün ölmək qorxusu olar. Bundan başqa, fitrə zəkatı orucu təkmilləşdirər və tamamlayar”...


Bizim eyblərimizi örtmək – Allahın nemətlərindən biridir?!


Qurani-Kərimdə bu haqda buyurulur: “Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam”. (“Taha” 82).
Həzrət Peyğəmbər (ə) İbni Abbasa Allahın zahiri və batini nemətləri ilə bağlı buyurur: “Zahiri nemət – sənin mötədil olmağındadır. Batini nemət – sənin eyb və çirkinliklərini gizlətməkdir ki, əgər Allah onları aşkar etsəydi, insanın öz ailəsi ondan qaçar və ona nifrət edərdi, o ki, qaldı başqalarına”.
Ona görə də Allahın bu nemətinin qədrini bilmək lazımdır. Əgər istəyirsənsə ki, Allah sənin eyblərini gizli saxlasın – əziz Peyğəmbərin (s) verdiyi tövsiyəyə görə, gərək sən də din qardaşlarının eyblərini gizli saxlayasan.


Ən çətin anlarında insanın dadına yetişə biləcək Quran munacatı?!


Quran ayələri bütövlükdə rəhmət və şəfadır: Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik- (İsra-44).
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona (Allaha) dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?
Əm-mən yucibul-muztərra izəə dəaahu və yəkşifus-suuə və yəcəlukum xuləfə-əl-ərz. Ə ilahun məəl-lah. Qəliləm ma təzəkkərun.
Zikr olunan bu ayə əsasən müşküllərin, çətinliklərin həllində çox təsirlidir. Mirzə Cavad Mələki Təbrizi “Muraqibat” əsərində yazır ki: Yaxşı olar ki, insan çətinliklər və müşküllərlə üzləşdikdə bu şərif ayəni oxusun.


Hədislərə əsasən Yer üzündə olan hansı 3 ev çox dəyərlidir?!


Ustad Ənsarian buyurur: “Allah Təala yer üzərində olan üç evi əziz və dəyərli hesab etmişdir. -Onlardan biri – Beytul-məmurdur ki, Quran onu Beytul-ətiq adlandırmışdır. -İkinci ev – Kəbədir. -Üçüncü ev isə möminin qəlbidir. Möminin qəlbinin dəyəri Allah yanında başqa evlərdən daha üstündür. Hədislərimizin nəzərinə görə, möminin qəlbi Allahın ərşi hesab olunur.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin qəlbi – Rəhmanın ərşidir”. Peyğəmbərin (s) bu dəyərli kəlamında məqsədi odur ki, bütün insanlar qəblərini orada sakin olan bütlərdən pak etsinlər. Bu bütlərə: məqamı, elmi, malı, vəzifəni, gözəlliyi... misal göstərmək olar.


İmam Hüseyn (ə) süfrə arxasında hansı qaydaları diqqət yetirməyi tövsiyə edir?


Hədis: İmam Hüseyn (ə): “Süfrənin on iki ədəbi var ki, hər bir müsəlman onu bilməlidir. Onların dördü vacib, dördü müstəhəb, dördü isə nəzakət qaydasıdır. Vacib olanlar bunlardır: İdrak, razılıq, Allahın adını dilə gətirmək və şükür etmək. Müstəhəb olanlar bunlardır: Yeməkdən qabaq əlini yumaq, bədənin sol tərəfi üstə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq. Nəzakət qaydaları isə bunlardır: Qarşında olandan yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və (süfrədəkilərin) üzünə az baxmaq (Biharul-ənvar, c. 63, səh. 415).


Ramazan bayramının fitrə zəkatı və bu barədə ətraflı məlumatlar


Fitrə zəkatı barədə bəzi məsələlər:
1-İnsan (ailə başcısı) gərək bayram axşamı, günün batan vaxtı (azan vaxtı, yaxud bir az əvvəl) evində olan hər kəsin zəkatını versin. İstər böyük olsun, istər kiçik, istər müsəlman olsun, istər kafir, istər yaxından olsun, istər uzaqdan gəlsin, ev sahibinə vacibdir.
2- Fitrə zəkatını hər bir kəs imkanı müqabilində arpa, buğda, kişmiş, xurma, düyü, qarğıdalı və bu kimi şeylərdən fitrə ayırmalıdır.
3- Fitrə çıxaran hər bir şəxs adı çəkilən malların hər hansı birindən 3-kq miqdarında, yaxud bu malın pulunu verə bilər.
4- Fitrə zəkatı bayram axşamında aqil, həddi-büluğa çatmış, azad, heç kimin qulu olmayan, heç kimin çörək yeyəni olmayan, fəqir olmayan hər kəsə vacibdir.
5- Yoxsul olan, özünün və ailəsinin illik xərclərini ödəyə bilməyən kəsə vacib deyil...


Həzrət İsanın (ə) xoş halına dediyi şəxslər - Onlardır xoşbəxt olanlar!


Hz.Əli (ə) Həzrət İsa peyğəmbərdən (ə) bir hədis nəql edərək xoşbəxtlik və mənəvi ucalıq əldə etmiş bir insan barəsində buyurur:
“Xoş o kəslərin halına ki, susmağı təfəkkür, baxışları ibrətlə dolu, günahları üçün ağlayan, evi geniş olan, insanlar onun dilindən və əlindən amanda qalmış olsun.” (Xisali Şeyx Səduq. Cild-1. Səh-29)
Həzrət İsa peyğəmbərdən (ə) nəql olunan bu hədisdə ilk öncə insanın öz-özü ilə münsibətinə işarə olunur. Yalnız özündə müəyyən islahatlara nail olmuş insan digərləri ilə ünsiyyətdə və münasibətlərdə əmin və dürüstlük nümunəsi kimi tanına bilər.


Qiyamətdə insanların 3-cü dəstəsi olan “Müqərrəblər” kimlərdir? – Mürtəza Mutəhhəridən izah


Səadət əhli iki dəsdədən: “sağ yol əhli” və “müqərrəblər” olaraq iki dəstədən ibarətdir. Beləcə səadət əhlinin iki qism olduğu və bu iki dəstənin fərqi məlum oldu.
Dəqiq bilmirəm hədisdir yoxsa ariflərin kəlamlarından, amma belə bir cümlə vardır: “Yaxşıların əməlləri müqərrəblər üçün günahdır”. Yəni bu o deməkdir ki, müqərrəblərin” məqamı o qədər alidir ki, “yaxşılar” dərəcəyə aparan, dərəcəyə çatdıran əməllər onlar üçün kiçik hesab olunur və onları (müqərrəbləri) nəinki ucaldır, bəlkə geri çəkir. Yəni “yaxşıların” ən üstün əməlləri “müqərrəblərin” ən aşağı günahı ilə bir dərəcədədir. Belə olduqda artıq “müqərrəblər” ilə “əshabi-yəmin” (sağ yolun əhli) arasında çox böyük fərq vardır. (Aşina ba Quran - 6cı cild)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter