Xumsun hesablanması İslam təqvimi ilə olması şərtdirmi?


(Ənfal-41) - Ayədən də göründüyü kimi xums mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan əməldir. Bu əməl müsəlmanların sağlamlığına və rifahına xidmət edir.
Xums üçün ilə ərzində bir gün təyin edilməlidir. İnsan il ərzində bütün ehtiyaclarını ödədikdən sonra əlində qalan qazancının beşdə birini dinin etibarlı və səlahiyyətli nümayəndələrinə verməlidir. İl ərzində təyin olunan həmin günün İslami təqvimlə (hicri), yaxud miladi ilə olması barədə redaksiyamıza suallar ünvanlanır.
Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına sual ünvanlanıb. Cavab: Mükəlləf hicri və ya şəmsi təqvimini seçməkdə ixtiyar sahibidir. Lakin bir şeyi bilməlidir ki, ümumiyyətlə xüms ilinin təyini ixtiyari deyil, vacib bir əməldir. Bu hesablama ilk qazancın əldə edilməsi ilə başlayır.


Bu işlərə aludə olmaqla ölüm anınızı çətinləşdirməyin – İmam Sadiq (ə)


Ölüm anı da insanın dünya həyatının bir parçası olduğu üçün bu ayədə deyilən mətləb burada da şamil olur. Yəni insan üçün ən şiddəti və ağır olan ölüm anı birbaşa onun əməlləri ilə six bağlıdır. İmam Sadiq (ə) bir neçə ələlə işara edir ki, bu əməllər həm insan ömrünü, həm də ömrün bir parçası olan ölüm vaxtını zay edər, çətinləşdirər: “Başqalarının haqqına təcavüz etmək nemətləri zay edər, Haqsız yerə birini öldürmək ona peşmançılıq gətirər, Başqalarına zülm etmək ilahi intiqamla üzləşməsinə səbəb olar, Şərab içmək onun eyiblərini açar (həyasını aparar), Zina ruzisini daraldar, Qohumlarla əlaqəni kəsmək ömrü qısaldar, ağ valideyinlik həyatı puç edər (qara bəxt edər).” (İləluş-şəraye 2/584)


Quranda “Altından çaylar axan cənnətlər” ayəsi hansı mənanı ifadə edir?


Cavab: Təfsiri-mizanda bu barədə deyilir: Cənnət çoxlu sıx ağaclardan ibarət bir bağdır. Bizim bildiyimiz sıx abğlar kimi. Cənnət adlanmasının mənası öz sıxlığı ilə yerin üstünü örtməsi mənasındadır. (Cənnət “cinnə” sözündən olub örtmək, bükülü mənasındadır). Sız ağaclar yerin səthini altına alıb örtür, günəş şüalarından qoruyur. Bu səbəbdən altından axan çaylar kimi ifadə işlətmək doğrudur (normaldır). Yox əgər yerdə bir qism ağac olarsa altından çaylar axan ifadəsini işlətmək məqsədə uyğun olmazdı. Necəki Quranda belə bir yer abad və rahat yer kimi qeyd olunur: “Məryəm oğlunu (İsanı) və (bakirə) anasını bir möcüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik.” (Muminin-50) Bu ayədə abad və axarsulu kimi vəsf edilib. Qeyd- (Altından çaylar axır ifadəsi sıx ağaclardan ibarət yerə aiddir)


Hansı üç amilə diqqət olunsa insanın izzəti ziyan görməz?!


-İmam Əli (ə) buyurur: “Hər kim tamah edər, özünü həqir etmiş olar”.
-İmam Əli (ə) insan izzətini alçaldan ikinci amil barəsində buyurur: “Hər kim pərişanlıq və giriftarlığını aşkar edər – zəlil və xar olar”.
-İmam Əlinin (ə) üçüncü xəbərdarlığı bu barədədir ki, buyurur: “Hər kim dilini özünə hakim edər – şəxsiyyəti təhqir olar”.


Dinimiz qadınlarla məsləhət etməyə necə baxır?


Peyğəmbərimizdən (ə) gələn hədisdə oxuyuruq: “Qızlarınızla bağlımövzularda xanımlarınızla məsləhət edin”. İmam Əli (ə) buyurur: “Qadınlarla məsləhət etməkdən çəkinin, çünki rəyləri süstdür və qərar verən zaman acizdirlər, məgər o qadınlardan başqa ki, kamil ağıla təlim görmüşdülər”.
Beləliklə deyə bilərik ki, dinimiz qadınlarla məsləhət etməyə pis baxmır. Ancaq müəyyən çərçivələri vardır ki, onlara riayət etmək lazımdır. Əgər qadında iman, ağıl, bilik, xeyirxahlıq, Allah qorxusu olarsa, təqvaya malik olarsa, səbirli və sirк saxlayan olarsa – o zaman onunla mühüm mövzuları məsləhət etmək olar. Necə ki, İmam Əli (ə) bu cür mövzuları Xanım Zəhra (s.ə) ilə məsləhət edərdi.


İslam Peyğəmbərinin (s) əbədi möcüzəsi nə olmuşdur?


Hədis: İslam peyğəmbəri (s): “Quranın zahiri gözəl və könüloxşayan, batini dərin maarif dəryasıdır. Onun ecazkarlıqları saya gəlməz, incəlikləri köhnəlməz.” (Kafi, c. 2, səh. 599, hədis: 2).
Quran surələrinə bənzər yalnız bir surə gətirmək tələb olunur. İslam düşmənləri Quranla mübarizəyə sərf etdikləri bütün imkanlara baxmayaraq, heç zaman bu çağırışa cavab verə bilmədilər. Əlbəttə, Quranın ecazkarlıq yönləri yalnız fəsahət və bəlağətlə bitmir...


İmam Sadiq (ə) bu iki xüsusiyyəti olmayandan uzaq durun?!


Ümumilikdə namazın fəlsəfə və hikməti yalnız onu davamlı olaraq qılmaqla, qayda və şərtlərinə əməl etməklə gerçəkləşir. Yuxarıdakı ayə müsəlmanları bütün namazlara, xüsusilə zöhr namazına önəm verməyə səsləyir. Zöhr namazı üzərində xüsusi dayanmasının səbəbi bəzi müsəlmanların başları iş və qazanca qarışdığı üçün ona önəm verməməsi idi. Qeyd edək ki, namazın vaxtları “İsra” surəsinin 78, “Taha” surəsinin 130 və “Hud” surəsinin 114-cü ayəsində verilmişdir.
Hədis: İmam Sadiq (ə): “İki xüsusiyyət olmayan adamdan uzaq durun, uzaq durun, uzaq durun!” Soruşdular: “O iki xüsusiyyət hansılardır?” Buyurdu: “Namazı vaxtında qılmaq, ona önəm vermək və (mömin qardaşlarının) dərdinə şərik olmaq.” (Xisal, c. 1, səh. 47, hədis: 50).


Həzrət Məhdinin (ə) zühurunun Quran və Hədislərdə 10 xüsusiyyəti hansılardır?


“Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!”.(“Zuxruf” 66). İmam Muhəmməd Baqir (ə) bu ayə haqqında buyurur: “O, Həzrət Qaimin (ə.f) saatıdır ki, anidən gəlib çatacaqdır”. Zühurun bəzi xüsusiyyətləri:
1. Qəti olması. “Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızıbildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib)”. (“Zariyat” 23).
2. Zühurun ani baş verməsi. “Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!”.(“Zuxruf” 66).
3. Yəvmullahdır – Allah günüdür. “Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal”. (“İbrahim” 5)...


Həzrət İsa Məsih (ə): Dünyada 2 cür xəstə var...


Həzrət İsa (ə) deyir: “Ey kişi! Dünyada iki cür xəstə vardır. Bir növ xəstələr öz xəstəliklərini hiss edərlər və özləri təbibin yanına gələrlər ki, müalicə olsunlar. Ancaq bir növ xəsətlik də vardır ki, xəstəliyindən agahlığı yoxdur. Ancaq bir başqası onun xəstəliyini başa düşür, ürəyi yanır və deyir: “Gedək və təbibi onun yanına gətirək”.
Bu xanım ikinci növ xəstələrdəndir. Pisliyə və zinaya düçar olduğu üçün fikirlərinin pis olmasına diqqət etməmişdir, ona görə də gərək təbib onun yanına gəlsin.
Mənim qəlbim dünyanın günahkarlarına görə alovlanır, narahatam. Özüm gəldim və evinə daxil olmadan qapının arxasından ona nəsihət verdim. Bu gündən tövbə etdi və artıq heç kəsə yol verməyəcəkdir...


İmam Əli (ə) həqiqi Şiələri hansı xüsusiyyətləri ilə tanıtdırır?


İmam Əli (əleyhi səlam) həqiqi, Şiələrin xüsusiyyət və sifətlərini belə bəyan etdi:
1- Şiələr o kəslərdir ki, gecə Allaha ibadət etmək nəticəsində rəngləri saralmış və zəif bədənləri vardır.
2- Şiələr o kəslərdir ki, Allahdan uzaq düşmək və eləcə də cəhənnəm əzabından qorxmaq səbəbindən ağlayar və gözlərində qəmginlik görsənər.
3- Şiələri o kəslərdirlər ki, oruc tutmaq səbəbindən qarınları nəziklənmişdir.
4- Şiələr o kəslərdir ki, Allaha ruku etmək səbəbindən belləri əyilmiş görsənər və Allaha çox səcdə nəticəsində alınlarında nişanələr yaranar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter