İmam Hüseynin (ə) yoxsul insana hansı üç 3 sualı verdi?!


Bir nəfər İmam Hüseyindən (ə) maddi yardım istədi! İmam (ə) buyurdu: “Ey ərəb qardaş! Mən sənə üç sual verəcəyəm. Əgər birincisinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisini həll etsən, üçdə ikisini verəcəyəm. Əgər sualın üçünə də cavab versən, bütün məbləği almağa layiq olacaqsan”.
Həmin şəxs dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Sizin kimi aqil bir insan mənim kimi nadana sual verəcək? Siz elm və şərafət nəslindənsiniz”.
İmam Hüseyn (ə) buyurdu: “Mən cəddimdən eşitmişəm ki, buyurub: “İnsanlara yaxşılıq, onların mərifət və tanıma həddinə görədir””. Həmin şəxs dedi: “Onda, nə istəyirsinizsə soruşun. Əgər bələd olsam, cavab verəcəyəm. Əks halda sizdən istifadə edəcəyəm”. İmam (ə) soruşur: “Hansı əməlin fəziləti daha çoxdur?”. Deyir: “Allaha imanın”. İmam (ə): “Giriftarlıqdan çıxış yolu nədir?”. Deyir: “Allaha etimad etmək”. İmam (ə): “Bir kişinin həqiqi gözəlliyi nədədir?”. Deyir: “Mülayimlik və səbirlə birlikdə olan elm”. İmam (ə): “Əgər o, olmasa?”. Deyir: “İnsafla olan sərvət”. İmam (ə): “Əgər o, olmasa?”. Deyir: “Səbirlə birlikdə olan yoxsulluq”...


Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir!


Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, ən üstün insanlar o kəslərdir ki, gec qəzəblənər və tez razı olarlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəzəb – şeytandan və şeytan da atəşdən xəlq olmuşdur. Atəş su ilə sönər. Ona görə də nə zaman sizlərdən biriniz qəzəblənsəniz, dəstəmaz alın”. Hz Rəsuli-Əkrəm (s) buyurur: “İgidlik odur ki, kimsə qəzəblənər və qəzəbi şiddətlənər, üzü qızarar və tükləri titrəyər – ancaq öz qəzəbini yatızdırar”.
İmam Əli (ə) buyurur: “Qəzəb – çox pis yoldaşdır. Eyibləri aşkar edər, pislikləri yaxınlaşdırar və yaxşılıqları uzaqlaşdırar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim qəzəblənən zaman özünü kontrol etməzsə - bizdən deyildir”...


Əmr-be-mərufun ən aşağı dərəcəsi hansıdır?


İmam Hüseyn (ə) öz mübarək hərəkatının izahında buyurur: “Dünya insanları bilsin ki, mən mal tələbində, vəzifə tələbində olan fasid və zalım biri deyiləm. Mənim belə hədəflərim yoxdur. Mənim qiyamım – islah üçün olan qiyamdır. Qiyam etməyim ona görədir ki, cəddimin ümmətini islah etmək istəyirəm. Mən əmr-be-məruf və nəhy-əz-munkər etmək istəyirəm”. Əmr-be-məruf və nəhy-əz-munkərin ən aşağı dərəcəsi – qəlblə inkar edib, pis hərəkətə qarşı daxildə ikrah yaratmaqdır. Necə ki, insanların xarab olmuş yeməyə və çirkili mühitə ikrahları vardır...


Niyə rəhmətə gedənlər üçün “Fatihə” surəsini oxuyuruq?


Niyə rəhmətə gedənlər üçün “Fatihə” surəsini oxuyuruq? “Həmd” – “Fatihə” surəsində 7 sirr vardır. Ozamankı Roma imperatoru, Bəni Abbas xəlifəsinə yazdığı məktubda bildirir: “Biz İncil kitabında görmüşük ki, hər kim həqiqət üzündən bu 7 hərfi olmayan surəni oxuyarsa, Allah onun cəsədini atəşə haram edər. O yeddi hərf bunlardan ibarətdir: s,c, x, z, ş, z, f. Biz hər nə qədər tədqiq etdiksə, İncil və Tövratda belə bir surə tapmadıq. Sizin səma kitabınızda belə bir surə vardırmı?”.
Abbasi xəlifəsi alimləri toplayır və bu məsələni onlarla müzakirə edir. Onlar bu suala cavab verməkdən aciz qalırlar. Nəhayət bu sualı Həzrət İmam Hadidən (ə) soruşurlar...


İmam Hüseyn (ə) niyə zəvvar cavana “Əhsəntu” dedi?


Ayətullah Muhəmmədrza Birucerdi nəql edir: “Məşkur ağa yuxuda görür ki, İmam Hüseynin (ə) hərəminə getmişdir. Orada olanların hamısı ziyarətlə məşğul idilər. Bir neçə nəfərdən başqa ki, onlar heyvan simasında idilər. Bu zaman hərəmə bir cavan daxil olur və deyir: “Əssəlamu əleykə, ya Əba Abdullah!”. O Həzrət (ə) cavab verir: “Əleykə səlam, əhsəntu”. Məşkur ağa yuxudan oyanır və hərəmə tərəf yollanır. O, deyir: “Hərəmin mənzərəsini yuxumda olduğu kimi gördüm. Əlbəttə, hamı insan qiyafəsində idilər. Ancaq insanlar o insanlar idi ki, yuxuda görmüşdüm...


İslam maarifinə əsasən Hansı halda çox danışmaq bəyənilir?


Ömür – insana verilən sərmayədir və hər kim ondan bərəkətli istifadə edərsə, meyvəsini axirətdə alar. Aqil insan gərək ömrünün qədrini bilsin və onu boş işlər və boş sözlər ilə tələf etməsin. İmam Sadiq (ə) buyurur: “Həqiqi ziyankar o kəsdir ki, ömür sərmayəsini ondan fayda aparmadan anbaan əldən verər”.
Əmirəl-möminin (ə) buyurur: “Hər kim çox danışar – səhvləri də çox olar. Hər kimin xatası çox olarsa – həyası azalar. Həyanın azalması – təvazökarlığında nöqsana səbəb olar. Hər kimin təvazökarlığı azalarsa – qəlbi ölər. Hər kimin qəlbi ölərsə - cəhənnəmə daxil olar”.



Həzrət Əli (ə) başqa yerdə buyurur: “Çox danışmaqdan çəkinin, çünki büdrəmələri artırar, ardınca süstlük gətirər”. (İslami saytlara istinadən)

Həzrət Peyğəmbər (s) buyurur: “Çox danışmayın, məgər Allahın zikrində”.



Nə edək ki, qəlbimizin mənəviyyatı ölməsin?


Allahı zikr etməyin insan ruhuna və qəlbinə qurucu təsirləri vardır ki, onların bəzisi ilə tanış olaq:
1. Allah insanı yada salar. O zaman ki, insan Allahı zikr edər, Allah bu bəndəsinə nəzər salar və onu yada salar.“Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım”. (“Bəqərə” 152).
2. Qəlbi aydınlandırar. İmam Əli (ə) oğluna belə nəsihət verir: “Oğlum! Sənə İlahi təqvanı, Allah əmrlərinə itaəti, qəlbini və ruhunu Onu zikr edərək və İlahi kəndirə çəng vururaq abad etməyi tövsiyə edirəm”. Qəlb ölümünün qarşısını almağın ən təsirli yolu – Allahı yada salıb zikr etməkdir.
İmam Əli (ə) buyurur: “Allah Təala Özünü yada salmağı qəlblərin cilası qərar vermişdir ki, onun təsirindən qulaqlar ağırlıqdan sonra eşidər, gözlər korluqdan sonra görər, bu yolla düşmənçilikdən sonra ram olar”...



Cinlərin peyğəmbəri də insandırmı?


“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56). Quran ayələrindən belə başa düşmək olur ki, onların da İslam Peyğəmbərindən (s) savayı peyğəmbərləri yoxdur. İbni Abbas nəql edir: “Peyğəmbər (s) sübh namazını qılırdı. Orada Quran tilavət edirdi və bu ayələri deyirdi ki, bir qrup cinlər Quranın səsini eşidirlər və öz qəbiləsinə qayıdıb, onları İslama dəvət edirlər. Quran nəql edir ki, onlar deyirlər ki, bu Quran hamını düz yola hidayət edir, ona görə də biz də ona iman gətirdik. Heç bir zaman heç nəyi Allahımıza şərik qoşmayacağıq”. Bu hədisdən görmək olur ki, cinlər də insanlar kimi Qurana və İslam Peyğəmbərinə (s) iman gətirmişdilər...


Ən böyük və ən üstün İlahi vəzifə - ata və anaya yaxşılıq etməkdir - Məsumalarımız (ə) valideynin məqamı barədə!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı əməl sahibi olan övlad mehribanlıqla ata və anasına baxarsa, hər bir baxışın qarşılığında ona kamil və qəbul olmuş bir həccin savabı verilər”. İmam Rza (ə) buyurur: “Üç şey üç şeylə birlikdə yerinə yetməlidir:
1. Namaza zəkatla birlikdə əmr edilmişdir, ona görə də o kəs ki, namaz qılar və zəkat verməz – namazı qəbul olmaz.
2. Özünə şükür etməyi ata və anaya şükür etməklə birlikdə əmr etmişdir, ona görə də hər kim ata və anasına təşəkkür etməz – Allaha şükür etməz.
3. İlahi təqvaya sileyi-rəhmlə birlikdə əmr edilmişdir, ona görə də hər kim sileyi-rəhm etməz, İlahi təqvanı da yerinə yetirməmiş olar”.
Hz Peyğəmbər (s) buyurur: “Hər kim Allahın ata və ana barəsində əmr etdiklərinə itaət edər, behiştin iki qapısı üzünə açılar. Əgər Allahın əmrini onların biri barəsində yerinə yetirərsə, bir qapı açılar”. Hz Peyğəmbər (s) buyurur: “O bəndə ki, Allahın və ata-anasının mütisi olar – Qiyamət günü ən üstün yerdədir”.


Elm öyrənməyin savabı niyə bu qədər çoxdur?


İslam dini yeganə dindir ki, öz davamçılarını daima elm öyrənməyə və agahlıq əldə etməyə dəvət edir. Çünki elm insanın cəhalətini aradan aparar və dünyasına, axirətinə ancaq fayda verər. İmam Sadiq (ə) buyurur: “Din aliminin əcri və mükafatı, gündüzləri oruc tutub, gecələri ibadətlə keçirib və Allah yolunda cihad edən kəsin ( savabından) daha çoxdur”.O zaman ki, bir din alimi dünyadan gedir, dində boşluqlar meydana gəlir ki, heç kəs onu aradan qaldıra bilmir.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allah kimisə sənin vasitənlə hidayət edərsə, dəyəri dünyadan və onda olanlardan daha çoxdur”. Deməli, elmin həqiqi hədəfi – nur saçmaq, aləmi işığa qərq etməkdir. O elm ki, onun vasitəsilə insanlar cəhalətdən qurtulub, ziyaya tərəf gedir – onun həqiqi dəyəri var. Elm vasitəsilə insanlar hidayət olunur, cəmiyyətlər islah olunur. Allah Təalanın bəşər üçün nəzərdə tutduğu proqramlar məhz elm vasitəsilə işə salınır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter