Nə edək ki, orucumuz qəbul olsun? Məsumlardan hədislər


Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti - bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”.
Həzrət Əli (ə) yenə buyurur: “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz...


Nəfsimizi kontrol etməyi Həzrət Yusif (ə) kimi istəyək!


Quran bizə bir çox dastanları ilə ibrət dərsi vermişdir. Bu dastanlardan biri də Yusif peyğəmbərin (ə) dastanıdır ki, Həzrət Yusif (ə) şəhvət və nəfsinə qalib gəlmək üçün Allahdan yardım istəyir. Bu dastan, Quranın ən gözəl dastanı kimi məşhur olmuşdur. Quran buyurur ki, Yusif (ə) öz nəfsinə qalib gəlməkdə siddiq məqamına çatmışdı. Yəni, o həm zahirdə və həm də batində həqiqi mömin idi. Nə zaman Züleyxa ona fitnə qurur, o, Allaha xitab edərək buyurur: “(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyil edər və nadanlardan olaram»”. (“Yusif” 33).
Həzrət Yusifin (ə) Allahdan yardım istəməsi səbəb oldu ki, şəhvətinə məğlub olmaq yerinə, xilas oldu. Düzdür ki, onun xilası zindan imtahanı ilə oldu. O, zindanı Misirin vəziri olmaqdan üstün tutur. Çünki zindan ona iffətli və pak halda ibadət etmək və Allaha bəndə olmaq üçün imkanlar vermişdi. Hər nə qədər çətin və əziyyətli olsa da, nəfsinə qalib gəldiyi üçün Həzrət Yusif (ə) çox xoşbəxt idi.


Ramazan ayı oruc tutmaqdan üzrlü olanlar üçün də hansı bərəkətlər gətirər?!


Ramazan ayı həm oruc tutanlar və həm də oruc tutmaqdan üzrlü olanlar üçün çoxlu bərəkətlər gətirər. Bu bərəkətlər ilə tanış olaq:
1. Bağışlanma. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayını imana görə, Allah üçün və savabı üçün oruc tutarsa, keçmiş günahları bağışlanar. Hər kim Qədr gecəsini iman və Allah mükafatı ümüdi ilə ibadətə qiyam edərsə, keçmiş günahları bağışlanar”.
2. Cəhənnəm atəşindən azad olmaq. Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, Ramazan ayı – azad olmaq ayı adlandırılmışdır. Çünki Allahın onun hər gündüz və gecəsində insanlar cəhənnəm odundan azad olunur. Ayın sonunda isə keçən günlərdə azad etdiklərinin sayı qədər (insanı) azad edəcəkdir.
3. Əməlin savabı yüksələr. 4. Ruzi artar. 5. İlahi rəhmətə meyil edilər. 6. Dualar qəbul olar...


ÖMRÜ UZADAN 7 QİDA nələrdir?!


Hər insan səhhətində müəyyən xəstəliklərlə üzləşir. Alimlər bildirirlər ki, insanın hər hansı bir xəstəliyə yoluxması onun qidalanmağından asılıdır. Məsələn istifadə etdiyimiz qidaların içində bəziləri insan ömrünü uzadır, müəyyən xəstəliklərdən qoruyur. Amerika Xərçəng Xəstəlikləri Araşdırmaları İnstitutunun araşdırmaları nəticəsində bədəni xərçəng, infarkt və şəkər xəstəliklərindən qoruyan qidaların siyahısını açıqlanıb.
Badam: Hər gün 30 qram badam yeməyi unutmayın. Yağlarla zəngin bir qida olan badam qandakı xolestrol nisbətini aşağı salır. Badam həm də damar tutulmalarının qarşısını alaraq, qan dövranının tənzimləyir, ürəyi qoruyur.
Qəhvə: Gün ərzində iki fincan qəhvə içmək, xüsusilə orta yaşlı insanlarda yaranan parkinson və şəkər xəstəliklərinə qarşı bədəni qoruyur. Qəhvədə olan kafein maddəsi şəkər xəstəliyinə yoluxma riskini 35 faiz azaldır. Bununla yanaşı, ağrıkəsici funksiyasını da yerinə yetirir. Ancaq qəhvəni mütləq südlə için. Beləcə kafeinin sümükləri zəiflətməsini əngəlləmiş olarsınız.


Ramazanı sağlam keçirməyin 9 yolu hansılardır?!


Bu il Ramazan ayının isti yay günlərinə düşməsinə görə mütəxəssislər oruc tutanlara Ramazanı problemsiz keçirmələri üçün məsləhətlər veriblər. Xüsusilə iftarla imsak arasında ən azı 12 stəkan su içib, lifli tərəvəzləri süfrədən əskik etməmək lazımdır. Ramazanda qidalanma proqramında buraxılan səhvlər ürək döyüntüsündən başlamış nəbzin düşməsinə qədər müxtəlif cür problemlərin ortaya çıxmasına yol aça bilər. Ramazan ayını sağlam şəkildə başa vurmaq üçün Dr.Vüqar İsmayılzadə Maide.az oxucuları üçün bəzi məsləhətlər verdi:
1. Üç dəfəyə qidalanın: Mütləq 3 dəfəlik qida norması həyata keçirilməlidir. Bunlar 2 böyük və 1 kiçik paya ayrılmalıdır. Bəziləri Ramazanda imsak yeməyini ümumiyyətlə yemirlər. Obaşdanlığın edilməməsi isə az qidalanmaya görə orqanizmin müqavimətinin azalmasına, metabolizmanın (maddələr mübadiləsinin, həzmin) yavaşlaması üzündən çəkinin artmasına səbəb ola bilər...


İmam Həsənin (ə) həyatına qısa baxış....


İmam Həsən ibn Əli (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-ci gecəsində Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır. Dünyaya gəldikdən 7 gün sonra anası Həzrəti Fatimə (ə) İmam Həsəni (ə) ipək parçaya bükərək Allah Rəsulunun (s) yanına aparır. Mənbələrdə bildirilir ki, bu ipək parçanı vəhy mələyi Həzrət Cəbrayıl (ə) cənnətdən Peyğəmbərimiz (s) üçün gətirmişdi. Həzrət Peyğəmbər (s) uşağın adını \"Həsən\" qoyur və onun üçün əqiqə olaraq bir qoyun kəsir. İmam Həsən (ə) babası Peyğəmbərin dövründə az yaşayıb. Çünki İmam Həsən (ə) təxminən yeddi yaşında olarkən İslam peyğəmbəri (s) dünyadan köçüb. O, uşaqlıq çağından güclü istedada malik olub. Güclü hafizəsilə Peyğəmbərə (s) nazil olan ayələri eşidir və hamısını əzbərləyirdi. Evə qayıtdıqda isə, anasına deyirdi. Həzrət Fatimeyi-Zəhra (ə) da o ayələri və Peyğəmbərin (s) kəlamlarını İmam Əliyə (ə) deyirdi. İmam Əli (ə) təəccüblə bu ayələri necə eşitdiyini soruşduqda Xanım Zəhra (ə) bunları İmam Həsəndən (ə) eşitdiyini bildirirdi.


Həqiqi infaqın ən mühüm əlaməti nədir?!


Bizi Allaha yaxınlaşdıran əməllərdən biri də infaqdır. Qurani Kərimdə buyurulmuşdu: “Yaxşılıq yalnız üzlərinizi şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq – Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman gətirən, eləcə də öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəsdir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (“Bəqərə” 177). Bəs Allahın nəzərində hansı infaq daha üstün və dəyərlidir?
Quran bu haqda buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).


Orucun insanın ruhuna təsir mexanizmi necə işləyir?


Oruc insanın həm cisminə və həm də ruhuna təsir edən ibadətlərdəndir, xüsusilə də Ramazan ayının vacib orucu. Orucun faydaları çoxdur ki, onlardan biri də tərbiyəvi təsirdir. Oruc insanı bir ay boyunca tərbiyə edər və nəfsinə qalib gəlməsi yolunda ona yardım edər. Orucun tərbiyəvi təsirləri ilə tanış olaq:
1. Ruhu lətif edər. İnsan ruhu həmişə bədəni idarə edən bir maşındır. O zaman ki, insan Ramazan ayının bir aylıq vacib orucunu tutar, bədənə lazım olan yemək, içmək məhdudlaşar və müəyyən zamana qədər qadağan olunar. Bu zaman ruhun hakimiyyəti daha da güclənər və cismin təmininə ayıracağı zamanı, artıq mənəviyyata ayırar. Nəticədə ruh daha da lətif və güclü olar.
2. İradəni gücləndirər. Allah Təala oruc proqramını elə tərtib etmişdir ki, insan müəyyən saatlarda ac və susuz qalır və müəyyən saatlarda yeyir və içir. Bu əməli bir ay ərzində yerinə yetirmək nəfsi təmrin etdirər. Başqa aylarda etmədiyi bu əməl insan iradəsini gücləndirər və nəfsin hakimiyyətini zəiflədər.


Allaha xatir nə deməkdir?


«Allaha xatir» nə deməkdir? Niyyətin dürüstlüyü – fəqət Mütəal Allahın rizayəti, razılığı üçün hər hansı bir işi görməkdən keçir. İstər ruzi dalınca getmək olsun, istər həyat yoldaşına, balalarına qayğı olsun, qohumlara baş çəkmək, vicdanlı həyat sürmək, düzünü demək, prinsipial vətəndaş mövqeyi sərgiləmək – hər bir işdə ki, insanın qayəsi İlahi əhkamı yaşatmaq, yəni Allahın məsləhət bildiyi işlərə dəstək vermək və bəyənmədiyi işlərdən çəkinməkdir – elə bəndəlik budur.
Başqa məfkurələrdə, dünyagörüşlərində «dini» və «dünyəvi» anlayışlarını bir-birindən ayırırlar. Yəni, bunlarda belədir ki, bir var insanın ruhi-mənəvi həyatı, bir də var hansısa digər həyatı. İslam dini belə bölgünü qəbul etmir. İslamın məntiqində insan – tamlıq, harmoniya ifazə edən bir varlıqdır və onun bütün fəaliyyəti vahid ünvana – kamillik hədəfinə yönəli olduqda, əhəmiyyətlidir.


Namazda salamın cavabının alınmasının hikməti nədir?!


... “Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı)rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54).
Uca Allah bu ayədə əziz Peyğəmbərə (s) xitab edərək buyurur ki, möminlər sənin yanına gələn zaman onları əziz tut və onlara hörmət et. Öz salamınla onların qəlbini isit. Bu əməl onların iman və iradəsini gücləndirəcəkdir. “Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88).
Bu ayədə də Həzrətə (s) xitab olunmuşdur və buyurur ki, möminlərə qarşı təvazökar ol. Əlbəttə ki, bu ayə zahirdə Peyğəmbərə (s) xitab olunsa da, əslində bütün insanlara xitab olunmuşdur. Hər bir insanın dəyərli olduğunu bizlərə bir daha xatırlatmaq istəyir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter