Övlad tərbiyəsinə dair Loğman (ə) hansı 10 tövsiyəsini edir?!


Quran dini tərbiyəni Loğmanın dilindən bəyan edir və Loğman öz oğluna 10 dəyərli nəsihət verir:
1. Rəhman Allahla gözəl rabitə. “Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». ”. (“Loğman” 13).
2. Valideynə ehtiram qoymaq. “Və Biz insana ata-anası barəsində tövsiyə etdik”. (“Loğman” 14).
3. Məad. “(Loğman dedi:) «Ey mənim əziz oğlum, bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır». (“Loğman” 16).


Məsumların hədisinə əsaən Dəstəmazın 7 bərəkəti


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq: 1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
2. Hacətin yerinə yetməsinə səbəb olar.
3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”.


Behiştə daxil olmaq istəyən üçün İmam Əlidən (ə) buyurulan 6 amil hansılardır?!


Sadalanan bu amillər insanı behiştə sala bilər:
1. Allaha, Peyğəmbərə (s) və Əhli-beytə (ə) olan mərifət. İmam Əli (ə) buyurur: “Həqiqətən belədir ki, əgər sizlərdən biriniz öz yatağında o halda ölər ki, Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) haqqına tanış olar – dünyadan şəhid getmiş olar.
2. Əhli-beytə (ə) yardım etmək. İmam Əli (ə) buyurur: “O kəs ki, bizə yardım edər, bizi sevər - İlahi rəhmət intizarındadır”.
3. Təvqa. İmam Əli (ə) buyurur: “Həqiqətən təqva - bugünkü dünya üçün pənah, büdrəmələr və günahlar qarşısındakı qalxan və sabah Qiyamət günü üçün behiştə gedən yoldur”.


İmam Rza (ə) insanlara kömək etməyin əhəmiyyəti barədə nə buyurmuşdur?


İmam Rza (ə) buyurur: “Bilin ki, Allaha iman, Ali-Muhəmməddən (ə) olan Övliyaların haqqını qəbul etdikdən sonra Allah yanında şükür etmək, mömin qardaşına yardım etməkdən daha sevimli deyildir. Onların həyatına yardım etmək – onların behiştə çatması üçün olan yoldur. O kəslər ki, belə yardım edərlər, İlahi dərgahın xüsusi (bəndə)lərindəndir.
Həzrət Peyğəmbər (s) bu haqda bir söz demişdir ki, əgər ona yaxşı diqqət edilərsə və əməl olunarsa, layiq olmaz ki, kimsə özünü İlahi feyzdən məhrum etsin...


Allah-Taalaya (c.c) ən yaxın və ən uzaq olanlar kimlərdir?!


Allaha yaxınlaşmaq – hər möminin ən böyük arzusudur. Bu hədəf – onun həyatının ən mühüm hədəfidir. Quran bizlərə Allaha yaxınlaşmağın yollarını tanıtmışdır. Buyurmuşdur ki, bəndə əvvəl gərək Allaha olan elmini və mərifətini artırsın və sonra onun üçün təyin etdiyi yolda addımlamağa başlasın. Bu yolda təsirli olan amilləri tanıyaq.
1. Allaha olan iman. Əgər İlahi qürb məqamını əldə etmək istəyiriksə, gərək imanın ən yüksək məqamını tanıyaq. İmam Əli (ə) buyurur: “Sübhan Allaha ən yaxın insan – onların içində ən yaxşı imana malik olanlarıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “İmanın ən yüksək (mərtəbəsi) odur ki, biləsən ki, harada olursansa-ol Allah səninlədir”.
2. İbadət. İmandan sonra, İlahi qürb məqamına çatmaq üçün ibadətin rolu böyükdür. Xüsusilə namaz ki, ən kamil ibadət hesab olunur. İmam Kazım (ə) buyurur: “Bəndənin Allahı tanıyandan sonra İlahi qürb məqamına çatmağının ən yaxşı vasitəsi – namazdır”.


Əmr-be-mərufu nə zaman etməmək olar?


... Həzrət Peyğəmbər (s) buyurur: “Əmr-be-məruf və nəhy-əz-munkər edin. Ancaq o zaman görsəniz ki, insanlar dünyanı üstün tuturlar və nəfsani istəklər onlara hakim olmuşdur və hər kəs ancaq öz rəyini bəyənir – özünüzlə məşğul olun və avamı boş buraxın”.
Yuxarıdakı ayə o kəslər haqqında nazil olmuşdur ki, cəmiyyəti islah etmək üçün səy edirdilər, ancaq heç bir nəticə vermirdi və bu işdə də özlərini qınayırdılar. Allah da həmin ayədə buyurur ki, sən öz vəzifəni yerinə yetir, qalanı ilə işin olmasın. Hər bir halda müsəlman çalışmalıdır ki, bu İlahi vəzifəni layiqincə yerinə yetirsin, çünki bu İlahi vəzifə İslam dininin sütunlarından biridir. Gərək möhkəm və ayaqda olsun ki, dinimiz də sarsılmasın. Ancaq iki halda bu vəzifədən əldə çəkə bilərik. Biri budur ki, onun təsir etməsinə ümidimiz olmaz.


Hansı səbəblərə görə dualar qəbul olunmur?!


Rəsuli-Əkrəmdən (s) nəql edirlər: “O qövm ki, əmr-be-məruf və nəhy-əz-munkəri kənara qoyar, Allah rəhmətini onların(üzərindən) götürər. Hər nə qədər Allahı çağırsalar da, bu günaha görə (duaları) yerinə yetməz”.
Həzrət Peyğəmbərdən (s) gələn bu hədisdən belə nəticə çıxartmaq olar ki, hər bir müsəlman birmənalı olaraq əmr-be- məruf və nəhy-əz-munkər vacibatını yerinə yetirməlidir. Əks halda, cəmiyyətin pis insanları yaxşılar üzərində hakim olacaqlar...


Yer üzündə olan bu 3 ev çox dəyərlidir!


Ustad Ənsarian buyurur: “Allah Təala yer üzərində olan üç evi əziz və dəyərli hesab etmişdir. Onlardan biri – Beytul-məmurdur ki, Quran onu Beytul-ətiq adlandırmışdır. İkinci ev – Kəbədir.
Üçüncü ev isə möminin qəlbidir. Möminin qəlbinin dəyəri Allah yanında başqa evlərdən daha üstündür. Hədislərimizin nəzərinə görə, möminin qəlbi Allahın ərşi hesab olunur. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin qəlbi – Rəhmanın ərşidir”.


Aqibətin xeyirli olması üçün hansı 3 məsələyə diqqət etmək vacibdir?!


İmam Sadiq (ə) tərəfdaşlarından birinə məktub yazır və buyurur ki, əgər aqibətinin xeyirli olmasınıistəyirsənsə, gərək 3 işi yerinə yetirəsən.
“1. Allahın haqqını böyük hesab et və Allahın nemətlərini günaha sərf etmə. Bu insanın aqibəti xeyirli olar.
2. Əgər aqibətinin xeyirli olmasını istəyirsənsə, Allahın mülayimliyinə görə məğrur olma.
3. Əgər aqibətinin xeyirli olmasını istəyirsənsə, o kəs ki, bizə aiddir, sevgisini izhar edir – ona ehtiram göstər”.
Allah insana çox sayda nemətlər vermişdir ki, kamala çatmaq yolunda onlardan bəhrələnsin. Əgər bu nemətlərdən itaət yolunda istifadə edəriksə və günaha sərf etməriksə, o zaman aqibətimizin xeyirli olması üçün fürsətimiz artar...


Qəlbimizin yorğunluğunu və süstlüyünü necə müalicə edək?


Qəlb də, bədən kimi yorulur və süstləşir. Ona görə də onu yeni hikmət, dini maarif və həqiqətlər ilə canlandırmaq lazımdır ki, yorğunluğunu aradan aparsın. Qəlbin nurani olması üçün nə edək?
1. Quran oxuyaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan qəlbi dəmir kimi pas bağlayar və onun pasını aparmağın vasitəsi – Qurandır”.
2. Dini maarifə yiyələnmək. İmam Əli (ə) buyurur: “Qəlblər də bədənlər kimi yorğun olur. Ona görə də təzə bilik, hikmət kəsb etmək, yeni həqiqət və maarif əldə etməklə onun yorğunluğunu aradan aparın”.
3. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: “Allah zikrini davamlı edin ki, qəlbi nurani edər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter