Hansı 11 əmələ diqqət etməklə müsəlman Şeytanı çarəsiz edə bilər?!


O kəslər ki, suluk dərəcəsinə çatıblar, səmanın yeddinci qatını kəşf etdiklərini iddia edirlər. Şeytanın (lən) da şühudu var idi, ancaq bu halda sürgün edildi. Bəs niyə? Çünki abid deyildi. Nəql olunur ki, Həzrət Peyğəmbər (s) bir gün şeytanı Məscidul-Həramda görür. Ona yaxın gedir və deyir: “Ey məlun, niyə narahatsan?”. Şeytan (lən) deyir: “Bu qədər səy edirəm ki, insanları yolundan azdıram, ancaq sən Qiyamət günü onlara şəfaət verəcəksən. Mənim bütün zəhmətlərimi hədər edirsən. Ona görə də səninlə düşmənəm”. Həzrət (s) buyurur: “Mənim ümmətimdən niyə narahatsan?”. Şeytan deyir: “Sənin ümmətinin elə xüsusiyyətləri vardır ki, başqa ümmətlərdə yoxdur:
1. Nə zaman bir-biri ilə üzləşsələr, salam verərlər. Salam – Allahın adıdır və mən bu addan qorxuram.
2. Nə zaman bir-birini görsələr, bir-birinə əl verərlər. Əlləri bir-birindən ayrılmamış, onların günahları bağışlanar.
3. Nə zaman yemək yemək istəsələr, “Bismillah” deyərlər.
4. Yedikdən sonra “Əlhəmdulilləh” deyərlər. Mən də yemək yeyə bilmirəm və ac qalıram...


Məsumların hədislərinə əsasən başqalarının onun gəlişi ilə ayağa qalıxmasını necə məzəmmət olunmuşdur?!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim başqalarının onun yanında ayağa qalxmasını istəyərsə, onun yeri atəşlə dolar”. Yəni, bu insanın gedəcəyi yer cəhənnəm olar.
İnsanların əksər hissəsi başqalarından ehtiram görməyi sevir. Əgər bu hörməti görmürsə, o zaman narahat olur. Əlbəttə ehtiram göstərmək – dinimizin nəzərinə görə bəyənilən sifətlərdəndir. Ancaq hər kim başqalarından bu gözləntidə olarsa, deməli dünyaya bağlanmış insandır. Ancaq dünyaya bağlanan insanlar başqalarından hörmət görməyən zaman özlərini təhqir edilmiş hesab edərlər. Hətta o zaman ki, Məsumlar (ə) məclisə daxil olardılar, heç kəsdən ayağa qalxmaq gözləntisində olmayırdılar.
Hər bir halda ehtiram göstərmək – fəzilətli sifətlərdəndir. Amma bu, ehtiram göstərənə aiddir, ehtiram gözləyənə deyil. Əgər başqalarından bu fəzilətin təzahür edilməsinin intizarında olarsansa, o zaman mövzu dəyişir və niyyətin naqisləşir. Deməli, dünyaya bağlanmağa başlayırsan və təkəbbürə meyil edərsən.


“Sad” surəsi kimin haqqında nazil olmuşdur?


İmam Baqir (ə) buyurur: “Əbu Cəhl və Qureyşdən olan bir dəstə camaat Peyğəmbərin (s) əmisi Əbu Talibin yanına gəlirlər və deyirlər: “Qardaşınız oğlu bizə əziyyət verir və bizim tanrılarımızı narahat edir. Onu çağır və ona əmr et ki, bizim tanrılarımızdan əl çəksin”. Əbu Talib bir nəfəri Peyğəmbərin (s) dalınca göndərir. O zaman ki, Peyğəmbər (s) evə daxil olur və ətrafa baxır, Əbu Talibin yanında müşriklərdən başqasını görmür. Buyurur: “Salam o kəslərə ki, hidayət ardıncadırlar”. Sonra da əyləşir. Əbu Talib onların sözlərini Həzrətə (s) deyir. Peyğəmbər (s) cavabında buyurur: “Onlar bir cümlə ilə mənimlə razılaşmağa hazırdırlarmı ki, onun sayəsində bütün ərəbləri qabaqlasınlar və hökumət etsinlər”...


Behiştin ali dərəcəsini əldə etmək üçün ən sadə yol hansıdır?!


Ailə kiçik bir cəmiyyət olaraq, insanların daha tez islah olunmasına yardım edən bir məkandır. İnsan öz ailəsində mənəvi nuru əldə edər və kamil olmağa çalışar. Bu yolda ona bütün ailə üzvləri yardım edərlər. Ancaq bir cəmiyyətin bu cür islah olması və kamala çatması daha çətin bir mövzudur. Bir insan tək halda özünü islah etmək istəsə, yenə də çətin olar.
İmam Rza (ə) buyurur: “Əgər kişi ona məhrəm olan qadınlardan birini sevindirərsə, Allah Təala Qiyamət günü onu sevindirər”.
Bəzən insanlar behiştin ali dərəcəsinə çatmaq üçün çox ağır yollar seçirlər. Ancaq bilmirlər ki, bu dərəcəni əldə etməyin asan yolu da vardır. Əgər siz ailə üzvlərinizə qarşı diqqətcil olsanız, bu əməl sizə böyük nuraniyyət bağışlaya bilər. Övladlarınıza və həyat yoldaşınıza etdiyiniz xidmətlər sizə minlərlə savab qazandırar.
Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin həyat yoldaşının yanında əyləşib söhbət etməsi Allah yanında həmin kişinin Kəbə evinin kənarında etikaf etməsindən daha üstündür və savabı da daha çoxdur”...


İlk cümə namazı nə vaxt və harada qılınmışdır?


Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman ilk cümə namazını təşkil edir. Onlar Mədinəyə daxil olan zaman Rəbiul-Əvvəl ayının 12-si və bazar ertəsi günü idi. Həzrət (s) dörd günü Quba məscidində qalır və o məscidi inşa edir. Sonra da cümə günü Mədinəyə hərəkət edir. Cümə günü Bəni-Salim adlı yerə çatır. İlk cümə namazı mərasimini orada əda edir. Bu namazda cümə xütbəsi də deyir. Bu, Həzrətin (s) Mədinədə dediyi ilk xütbə idi. İmam Baqir (ə) buyurur: “(Məsum) İmam olan zaman cümə namazına toplaşmaq vacibdir. Nə zaman bir kişi üzrü olmadan üç cümə namazını tərk edərsə, vacib əməli tərk etmiş olar. Vacib əməlini heç kim üzrü olmadan üç dəfə tərk etməz, münafiqdən başqa”.
Cümə xətibi çox ayıq və mütaliə əhli olmalıdır. Bu böyük mərasimdən İslami hədəflər üçün istifadə etməlidir. İmam Rza (ə) buyurur: “Cümə günündə ona görə xütbə müəyyən edilmişdir ki, cümə namazı ümumi bir proqramdır. Allah müsəlmanların əmirinə imkan verir ki, insanlara moizə etsin. Allaha itaətə təşviq etsin və İlahi günahdan qorxutsun. Onları din və dünyalarının faydasına olan şeylərlə agah etsin. Müxtəlif yerlərdən ona çatan mühüm hadisə və xəbərləri onlara çatdırsın”....


İslam şəriətinə əsasən hansı ticarətlər məkruh (ziyanverici) hesab olunur?!


Dinimiz bəzi ticarətləri məkruh hesab edir. O cümlədən:
1. Qəssablıq (heyvan başı kəsməyi özü üçün sənət seçmək).
2. Kəfən satmaq.
3. Alçaq insanlarla ticarət etmək.
4. Sübh azanı ilə günəş çıxana qədər ticarət etmək.
5. Başqasının almaq istədiyi bir şeyi almaq üçün alış-verişə daxil olmaq.


Hz Peyğəmbərin (s) hədisinə əsasən ticarətdə Ğəşş haramdır?!


Həzrət Rəsulullah (s) buyurub: “Ticarət edərkən müsəlmanlara ğəşş edən (onları aldadan) şəxs bizdən deyil. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah Təala onun ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar”. Ğəşşin bir neçə növü var:
1) Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq. 2) Olduğunun əksinə olaraq zahirini gözəl bəzəmək.
3) Bir malı başqa mal kimi göstərmək. 4) Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda, malın eybini gizlətmək.


“Cəbrayil (ə) davamlı olaraq qadınları mənə tövsiyə edərdi, o yerə qədər ki…”


Allah Təala qadınla kişi arasında səfanı və hüzuru qorumaq üçün, hər iki tərəfə aid qanunlar təyin etmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) davamlı olaraq qadınları mənə tövsiyə edərdi, o yerə qədər ki, güman edərdim əgər aşkar fəhşaya düçar olmayınca, onu boşamaq haram olar”.
Dinimiz buyurur ki, ailə - müqəddəs yerdir və orada cəmiyyətin fərdləri bir-birinin islahı ilə məşğul olar və kamala çatarlar. Allah qadınla kişinin hüzurlu yaşaması üçün buyurur ki, əxlaqi mövzulara diqqət edin, pis xasiyyətlərinizi tərk edin, ailə işlərini məsləhətləşərək həll edin. Əgər ailədə hüzur olarsa, həyat daha çox şirin olar. Kişinin qadın üzərində olan haqlarından biri budur ki, sakin olacaqları yeri o, təyin etməli və qadın da onunla razılaşmalıdır...


Peyğəmbərin (s) əmisi Əbu Ləhəb (lən) barədə “Məsəd” surəsi necə nazil olub?


“Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et”. (“Şuəra” 214). İbni Abbas nəql edir: “Bu ayə nazil olan zaman Həzrət Peyğəmbər (s) Səfa dağına çıxdı və yüksək səslə buyurdu: “Ey Qureyşlilər!”. Qureyşlilər dedilər:” Bu Muhəmməddir (s) ki, Səfanın zirvəsindən səslənir”. Hamı toplaşdı və ora getdilər. Dedilər: “Nə olub, ya Muhəmməd (s)?”. Həzrət (s) buyurur: “Əgər mən sizə desəm ki, bu dağın arxasında bir dəstə atlı vardır, mənim sözümə inanarsınızmı?”. Dedilər: “Bəli”. Həzrət (s) buyurur: “İndi mən sizi ağır əzabdan qorxuduram. Ey Əbdülmütəllibin övladları! Ey Əbdumənafın övladları!...”.
Bu tərtiblə Qureyşin nəsillərinin adını çəkdi. Buyurdu: “Allah mənə əmr etmişdir ki, yaxın qohumlarıma təhlükəni elan edəm. Mən sizin üçün dünya və axirətdə heç bir xeyiri və faydanı zəmanət edə bilmərəm, məgər o halda ki, deyəsiniz: “La iləhə illəllah!”. Bu zaman Əbu Ləhəb deyir: “Həlak olasan! Elə buna görə bizi yığmısan?”...


İslam Peyğəmbərinin (s) əxlaqi sifətlərini məsum imamlar necə tanıtdırmışdır?!


Həzrət Peyğəmbər (s) yaradılışın gövhəridir və onun sifətləri və əxlaqı bütün müsəlmanlar üçün örnək və nümunədir. Bu nümunəvi insanı hədislərin dili ilə tanıyaq.
İmam Əli (ə) buyurur: “(Peyğəmbərin (s)) ailəsi – ən üstün ailə, nəsli – ən üstün nəsil, şəcərəsi – ən üstün şəcərədir. Bu şəcərə (İlahi) hərəmdə cücərmişdir, kərəm tarlasında yetişmişdir. Və budaqları uzundur, meyvələri əlçatmazdır”.
Əmirəlmöminin (ə) başqa yerdə buyurur: “Şəhadət verirəm ki, Muhəmməd (s) – Allahın bəndəsi və rəsuludur. Onun ən üstün bəndəsidir. Allah xəlqi iki dəstəyə bölmüşdür və onu ən yaxşı dəstədə qərar vermişdir”.
Bu ayənin təfsirində: “Məgər (O,) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)”. (“Zuha” 6) İmam Baqir (ə) buyurur: “Yetim o kəsdir ki, onun kimisi yoxdur”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter