Hidayət kitabı olan Quranla insan necə zəlalətə düşür?


Hidayət kitabı olan Quranla insan necə zəlalətə düşür? Allah-Təalə insanın hidayətini təkcə Quranla qərar verməyib. Müsəlman, mömin öz nicatını həm Quranla, həm peyğəmbər (s) sünnəsinə müraciət etməklə, həm kimsəyə nəsib olmayan İmamət elminə ( İmamlara) və öz elmini bu kəslərdən (ə) alan alim və elm əhlinə müraciət etməklə axtarmalıdır. Quran ayələri elm və sirlərlə doludur. İlahi vəhy nurundan nəsibi olmayan heç bir kəs ayələrin mana dərinliyinə “dala” bilməz. Çünki ayələr sirr üstə sirrlə doludur. Hər kim öz düşüncə və rəyinə əsasən Qurana məna versə zəlalətə düçar olar. Necəki zəmanəmizdə buna şahid oluruq. Bəzi şəxslər varki “ Allahın əli onların üzərindədir” kimi ayələri olduğu kimi qəbul edərək Sübhan olan Allaha əzalar və forma nisbət verirlər. Halbu ki, hədislərimiz burda məqsədin qüdrət və rəhmət olduğunu bizə çatdırır...


Dünya pisdirsə, Allah nə üçün onu yaradıb?


Dünya pisdirsə, Allah nə üçün onu yaradıb?Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya qul olmaq pislənilib. Dünyada gördüyümüz bütün nemətlər üçün var-dövlət qətiyyən qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür. Amma dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur. İslam Peyğəmbəri (s) buyurur: «İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır». Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunurlar. Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: «Məbada dünyaya könül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir»...


Nə üçün həzrət Əlinin (ə) qılıncı \"Züfüqar\" adlanır?


Nə üçün həzrət Əlinin (ə) qılıncı "Züfüqar" adlanır?İbn Abbas deyir: Tanrı, Adəmi “Zülfüqar” qılıncı ilə birlikdə cənnətdən çıxardı. Adəm , o qılınc vasitəsi ilə düşmənlər, cinlər və şeytanlarla vuruşurdu. Nəhayət Əli ələyhis-salamın əlinə çatdı. O, o qılıncla Peyğəmbərin düşmənləri ilə vuruşurdu. “Zülfüqar”- “fəqərə” sahibi mənasındadır. Deyilənə əsasən bu qılıncın arxasında əyri və düz oyuqlar (çıxıntılar) olduğu üçün belə adlanıb. Bu qılınc, islamın əziz Peyğəmbəri (s) tərəfidən Uhud döyüşündə İmam Əli ələyhis-salama əta edilib. Qılıncı yerə enən zaman nidaçı nida etdi: “La Seyfə İlla Zülfəqar, La Fəta İlla Əli “ (tərcümə: Zülfüqar kimi qılınc, Əli kimi igid yoxdur.” (“İləlüş-şərae”, c. 1, s. 160)


İmam Əlinin (ə) cənnət və cəhənnəmi bölən olması necə başa düşülür?


İmam Əlinin (ə) cənnət və cəhənnəmi bölən olması necə başa düşülür?... Hədisdən göründüyü kimi, Uca Allah Öz Peyğəmbəri (s) vasitəsilə İmam Əliyə (ə) məhəbbət və ya nifrəti cənnət və ya cəhənnəmə getmək üçün meyar qoymuşdur. İmam Əli (ə) cənnət və cəhənnəmi böləndir və hədisi də elə bu mənadadır. Yəni ki, hər kim İmam Əlini (ə) sevsə - o, mömindir və Quranın buyurduğuna görə, mömin cənnətdədir. Və ya hər kim İmam Əliyə (ə) düşmənçilik hissi bəsləsə, o, münafiqdir və Quranın buyurduğuna əsasən, münafiq cəhənnəmdədir. Bu baxımdan deyə bilərik ki, İmam Əli (ə) – cənnət və cəhənnəmi böləndir. Yəni ki, o Həzrətə (ə) olan məhəbbət və nifrət ilə insanın imanı müəyyən edilir.


Süleym ibn Qeysin kitabı etibarlı sayılırmı?


Süleym ibn Qeysin kitabı etibarlı sayılırmı?Süleym ibn Qeys İmamət mövzusunda məşhur bir kitabın müəllifidir. Bu kitabda o, Peyğəmbər (s) zamanında və o həzrətin vəfatından sonra baş vermiş hadisələrə aydınlıq gətirmişdir. Süleymin kitabı şiə (cəfəri) məzəhəbinin tarixində qələmə alınmış ilk kitab sayılır. Bunu həm şiə alimləri, həm də bir neşə əhli-sünni alimi təsdiq etmişdir. Məşhur alimlərdən Nömani, Mir Hamid Hüseyn Hindi, Mirzayi-Qumi, Əllamə Məclisi, Hürr Amili, Ayətullah Mərəşi Nəcəfi, Seyyid Həsən Sədr və başqaları bu kitabı etibarlı saymış və yüksək dəyərləndirmişlər. Lakin Şeyx Müfid, Əllamə Hilli, İbn Davud Hilli, Ğəzairi kimi alimlər kitabın Süleymə aidliyini şübhə altına almış və möhtəviyyatına şübhə ilə yanaşmışlar.


İnsanın xoşbəxtliyi bətndə təyin olunur? Ayətullah Sübhani cavab verir...


İnsanın xoşbəxtliyi bətndə təyin olunur? Ayətullah Sübhani cavab verir...İslamda bu hədis tibbi cəhətdən təyin edilir... Belə bir hədis nəql olunur: Xoşbəxt o kəsdir ki, anasının bətnində xoşbəxtdir, bədbəxt o şəxsdir ki, anasının bətnində bədbəxtdir... Sual verirlər ki, əgər uşaq bətndə xoşbəxt və ya bədbəxt olursa onun axirətdə cəzalandırılması və ya mükafatlandırılması nə üçündür? Əslində bu hədisdə dünya xoşbəxtliyi və səadəti nəzərdə tutulub. Uşağın ata-anası xəstədirsə o uşaq da xəstə olur. Xəstəlik bir növ gen vasitəsi ilə uşağa ötürülür. Ata-ana sağlam olduqda uşaq da sağlam olur. Qurani-Kərimdə də israr olunur ki, ailə quran insanın həyat yoldaşını tanısın.


Bəd-nəzər həqiqətən varmı?


Bəd-nəzər həqiqətən varmı?Bəd-nəzərin həqiqət olduğu barədə hədis və rəvayətlər çoxdur. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) qorumaq üçün dua oxumuş və buyurmuşdu ki, bu duanı vaxtilə Həzrət İbrahim Peyğəmbər (ə) öz oğulları İsmaillə İshaq (ə) üçün oxuyubmuş. Həmçınin, Peyğəmbərimiz əmisi oğlu Cəfər ibn Əbu Talibin uşaqlarının bəd nəzərdən qorunması üçün üstlərində dua gəzdirmələrinə icazə vermişdi. İmam Əlinin (ə) isə belə buyurduğu rəvayət edilir: “Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istıfadə etmək də həqiqətdir”.


İmam Zamana (ə.c) dua etməyin insan üçün nə belə faydaları var?


İmam Zamana (ə.c) dua etməyin insan üçün nə belə faydaları var?Dua (İmamın zühurunun tezləşməsi üçün dua) işlərinizin düzəlməsinə və hər bir çətinlik və qüssədən rahat olmağınıza səbəb olur. Çətinliyə düşən zaman zühurun tezləşməsinə dua etmək tövsiyə edilir və bu:
1- O həzrətin dua etməsinə səbəb olur, 2- Mələklərin dua etməsinə səbəb olur, çünki mələklər hüzurunuzda olmayan mömin barəsində dua edən şəxsə dua edirlər və duaları da inşaallah qəbuldur.
3- İmam Zamanın (ə) Öz duası: Zühurun tezləşməsinə çox dua edin ki,bu sizin nicatınızdır\".
4- İmam Zamana (ə) dua etmək bir növ İmama təvəssül etmək deməkdir və İmam Zaman (ə) da çətinliklər və bəlalardan qurtarmaq üçün bir nicat vəsiləsidir.


Allah niyə bəzən səsimizi eşitmir?


Allah niyə bəzən səsimizi eşitmir? İnsan həyatı məhduddur və bu məhdud həyatında çox sayda çətinliklər və müsibətlərlə üzləşir. Əgər dünyanı tərəzinin bir gözünə qoysaq, görərik ki, dünya zinətindən və bər-bəzəkdən başqa bir şey deyildir. Ona görə də Allahdan istədiklərimiz axirətlə müqayisədə çox dəyərsiz və alçaqdır. Allah bəzən bu dəyərsiz şeyləri bizə vermir və axirət üçün saxlayır. Allah Həkim və Alimdir və bilir ki, bu dünyada nəyi bizə versə, qəflətimizə və yolumuzu azmağa gətirib çıxardar. Ona görə də Allahın fəzl və rəhmətinə ümidvar olmalı və dua etməyə davam etməliyik. Beləliklə deyə bilərik ki, Allah onu çağıran bəndəsinə qarşı heç bir zaman laqeyd deyildir. Sizin Allaha etdiyiniz dualar onun nişanəsidir ki, Allah sizə lütflə nəzər salır. Hədislərdə oxuyuruq ki, əgər Allah bəndəsi üçün xeyir istəsə, duasını təxirlə yerinə yetirər. Çünki onun səsini və yalvarışını eşitmək istəyir.


Niyə səfər zamanı oruc tutmaq olmaz?


Niyə səfər zamanı oruc tutmaq olmaz?Hədislərə əsasən peyğəmbər (s) də səfərdə olanda orucunu açdı. Bir neçə səhabə oruc tutmaqda davam etdikdə peyğəmbər onlara oruclarını açmağın vacib olduğunu söylədi. Bəs bunun hikməti nədən ibarətdir?
Şeyx Hurri Amili Vəsailuş-Şiə əsərində İmam Sadiqdən (ə) belə bir hədis gətirib: \"Səfərdə orucu iftar etmək və namazları qəsr qılmaq Allahın insana hədiyyəsidir. Bu məsələyə riayət etməyən Allahın hədiyyəsini də qəbul etməmiş və onu rədd etmiş kimidir.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter