Yersiz danışmaq insanın dil günahlarının artmasına səbəb olar?!


Yersiz danışmaq dilin bəlalarındandır ki, insana dünya və axirət ziyanı vurar. Bu ziyanları tanıyaraq, yersiz danışmaqdan çəkinək:
1. Ömrü zay edər. Yersiz danışmağın vurduğu ən az ziyan – ömrün zay edilməsidir. İnsan bu dünyada nə əldə edirsə, ömür sərmayəsinə görədir. İnsan ömründən axirəti üçün azuqə toplamaq üçün istifadə etməlidir. İnsan yersiz sözlər danışan zaman nə dünyasına və nə də axirətinə fayda verə bilir. Bu fürsəti əldən verir.
2. Cəmiyyətdə həqarət olur. İnsan cəmiyyətdə yersiz söz danışarsa, öz məqamını alçaltmış olar. Əgər sözünə qulaq verən olarsa, deməli onunla eyni səviyyədə olan insandır.
3. Üzr istəyər. Yersiz danışmağın mənfi nəticələrindən biri də budur ki, insan dilinə gətirdiyi sözdən peşman olar və çarəsiz qalıb, üzr istəyər. Əlbəttə ki, söhbət qabiliyyətli və ağıllı insandan gedir. Bunun əksi olan insan, heç üzr istəmək durumunda belə, olmaz...


Həzrət Peyğəmbərdən (s) və İmam Əlidən (ə) 14 tərbiyəvi hədis


Həzrət Peyğəmbər (s) buyurur: “Camaat təvazö sahiblərindən başqa hər bir nemət sahibinə həsəd aparar. Özünü aşağı tutmaq peyğəmbərlərin xüsusiyyətlərindəndir. Təkəbbür isə kafirlər və firon xasiyyətli adamların xüsusiyyətlərindəndir”. Həzrət Əli (ə) buyurur: “Qəlb nə ilə dolsa, dodaqlardan da o tökülər”.
İmam Əli (ə): «İnsanın ruhu (iradəsi) güclənəndə ağıl və düşüncəyə, zəifləyəndə isə bəxtə arxalanır».
Həzrət Əli (ə) buyurur: “Söz dərman kimidir, azı faydalı, çoxu isə zərərlidir”. Rəsuli-Əkrəm (s) buyurur: “Heç nə həbs olunmağa dil qədər layiq deyil”.
Allahın Peyğəmbəri (s): «Bəndə özü üçün sevdiyi şeyi qardaşı üçün də sevməyincə, zarafat və ciddiliyində Allahdan qorxmayınca imanın kamilliyinə çatmaz»...


İmam Əlinin (ə) hədislərinə əsasən insan həyatına aid 22 məsələnin bəlaları nələrdir?!


Bəla nədir? Hər bir insan həyatında çoxlu sayda bəlalara, imtahanlara rast gəlir. Amma Müqəddəs dinimiz bu bəlaların insanın kamilliyinə xidmət etməli olduğunu çatdırır. Amma eyni zamanda bəla – hər bir anlayışda, halda gizlənə bilən təhlükə mənasındadır. Aşağıdaki hədisləri oxuyaraq, bəlanın nə olduğunu başa düşməyə çalışdım. Uca Allahdan bizlərə bəlaları anlamağı və onlardan düzgün nəticə çıxarmağı nəsib etməsini istəyirik.
İmam Əli (ə): “Xalq kütləsinin bəlası - pis əməlli alimdir”. İmam Əli (ə): “Qorxu - bəladır”. Allahın Peyğəmbəri (s): “Dinin bəlası - nəfsani istəklərdir”.
İmam Əli (ə): “Zənginliyin bəlası - xəstəlikdir”. İmam Əli (ə.): “Nəfsi istək a- ğılların bəlasıdır”...


Uca Allaha iftira yaxmaq (yalan nisbəti) nə deməkdir?


Allahın qəzəbinə səbəb olan günahlardan ən böyüyü – küfrdür. İnsan elə həqiqətləri gizlədər ki, əslində onları aşkar etməli idi.
Allahın qəzəblənməsinə səbəb olan başqa günah odur ki, insan Allaha yalan nisbət versin. Onun ayələrini yalan hesab etməli deyil. Bu işi müşriklər və münafiqlər görürlər.
Quran bizlərə bu əməlin nə qədər təhlükəli olduğunu bu cür bəyan edir: “Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar”. (“Ənam” 21).
Quran başqa ayəsində buyurur: “Buna görə də kim Allaha yalan yaxandan, ya Onun ayələrini təkzib edəndən daha zalımdır? Həqiqətən günahkarlar nicat tapmayacaqlar”. (“Yunus” 17). “Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!”. (“Zumər” 32)....


İbadət, kəramət və insanlara xidmət edəndə hansı günahlardan uzaq duraq?!


İmamət səmasının dördüncü İmamı olan İmam Səccadın (ə) nəzərinə görə, hər bir şeyin bəlası olduğu kimi, ibadətin də bəlası vardır. Bəs bu bəla nədir?
Bu dünyada olan hər bir şeyin bəlası vardır, o cümlədən izzətin, xidmətin, kəramətin... Ona görə də İmam (ə) hər dəfə Allaha belə dua edərdi: “Allahım, mənim ibadətimi təkəbbürlə xarab etmə”. Yəni, mənə ibadət tövfiqi ver, ancaq bəlalarından da məni qoru.
İbadətin ən böyük bəlası – təkəbbürdür. Yəni, ibadət edən insan elə bilir ki, artıq kimsə olmuşdur və məqama çatmışdır. Öz ibadətləri ilə fəxr etməyə və lovğalanmağa başlayır və nəticədə təkəbbür ibadətlərinin savabını aradan aparır.
Təkəbbür təkcə ibadətləri zay etmir, eyni zamanda izzətin də bəlasıdır. İmam Sadiq (ə) buyurur: “Məni təkəbbürə düçar etmə”. Yəni, mənə elə izzət ver ki, təkəbbürdən uzaq olsun. İzzətdə təkəbbür etmək odur ki, insan əziz tutular və nəticədə təkəbbür edər....


Şəban ayının fürsətlərindən necə istifadə edək? Hədislər...


Şəban ayı bulud kimi başımızın üzərindən ötüb keçməkdədir. Bəs onun qalan günlərindən necə faydalana bilərik?
1. İstiğfar edərək. Məsumlarımız (ə) buyurur ki, bu ayda istiğfar etmək – günahların bağışlanmasına səbəb olar, hətta əgər həmin günahlar ulduzların sayı qədər olsa belə.
2. Mübarək Ramazan ayının başlamasına üç gün qalmış oruc tutmaq. Əgər hər kim bu ayın son üç gününü oruc tutub onu Ramazan ayının orucuna birləşdirərsə, xüsusi savaba malik olacaqdır. Həm vacib oruc üçün hazırlaşmış olacaq və həm də Allah yanında məqamı ucalacaqdır.
Həzrət İmam Rzanın (ə) buyurduğuna görə, bu insana iki ay dalbadal tutulan orucun savabı veriləcəkdir.Əgər daha çox oruc tutmağa qadirsinizsə, o zaman bu cədvələ nəzər salın: 2 gün oruc tutmaq: böyük günahları bağışlayar. 3 gün oruc tutmaq: behiştdəki dərəcəsini 70 dəfə artırar...


İmam Əlinin (ə) Səsəə İbn Suhana Dəccalın gəlişi haqda buyuruqları!


Şeyx Səduq Kəmaluddin kitabında, Nəzal ibn Sirədən rəvayət edir ki, Əli ibn Əbu Talib bizim üçün xütbə oxudu. Allaha həmd və səna edəndən sonra üç dəfə buyurdu: Ey Camaat! Məni əldən verəndən öncə soruşun, hər nə istəsəniz məndən soruşun! Bu Zaman Səsəə ibn Suhan yerindən durdu və dedi: Ey Möminlərin əmiri! Dəccal nə zaman gələcək?! İmam buyurdu: Əyləş Allah-Taala (c.c) sənin sözünü eşitdi və bildi ki, sual etməkdən məqsədin nədir! And olsun Allaha ki, bu məsələ haqda soruşan və soruşulan şəxs eynidir! (Bu məsələ və Zühurun nə zaman olması haqda ikimiz də eyni həddə məlumatlı olacağıq. Bu məsələ Allahın sirlərindən biridir) Ey Səsəə! Amma bil ki, Dəccalın gəlişinin əlamət və nişanələri vardır, əgər istəsən xəbərdar edərəm! Səsəə dedi: Buyurun Ey Möminlərin Əmiri! İmam Buyurdu: Hər nə deyirəm yadda saxla! Dəccalın gəlişinin əlamətləri budur: -Dəccal bir zamanda gələcək ki, insanlar namazı öldürəcəklər. (Dəyərdən salacaqlar. Həftədə bir dəfə qılacaq və ya bayramda namaza gedəcəklər!) -İnsanların əmanətlərini zay edəcəklər! -Yalan danışmağı halal hesab edəcəklər! -İnsana sələm verib yeməyi halal hesab edəcəklər! -İnsanların haqqını pozmaq və cəmiyyətdə fəsadın törənməsi üçün rüşvət alacaqlar!...


Taksi sürücüləri sərnişinlərə qarşı hansı haqlara riayət etməlidirlkər?!


Salam. Mən taksi sürücülüyünə başlamışam, Bu işlə bağlı hansı həqqun-nas günahlardan çəkinməliyəm? Aleykum Salam və rəhmətullah.
Həqqun-nas, yəni \"insan haqları\" adlanan günahlar o günahlara deyilir ki, hər hansı bir insan etdiyi pis işlərlə başqa insanların haqqını tapdalayır. Onun günahının bağışlanması da yalnız haqqına girdiyi insanın ona halallıq verməsi nəticəsində ola bilər. Ən böyük günahlar, məhz həqqun-nas günahlardır. Taksi və sürücülük ilə bağlı da ox həqqun-nas günahlar ola bilir. Buna görə son dərəcə ehtiyatlı olmaq lazımdır. Sizin qarşınıza çıxa biləcək həqqun-nas günahlar çox ola bilər, onlardan bəziləri: .
1- Sərnişinə kirayə haqqını çox demək 2- Düşən zaman sizə verdiyi pulun qalığını qaytarmamaq
3- Sərnişini qəsdən uzaq məsafə ilə aparmaq 4- Sərnişinin maşında yaddan çıxıb qalmış əşyasını qaytarmamaq...


Evlənməklə əlaqədar xanımların altı səhv addım və düşüncəsi!


Ailə həyatınızın xoşbət və həmişəlik olmasını istəyirsinizsə düzgün seçim etməlisiniz, gələcək həyat yoldaşınızı seçməkdə sizin meyarınız onun İmanı, Ağılı, Düşüncəsi, Əxlaqı, Həyası, Əqidəsi, Elm və Biliyi, Abırlı və namuslu ailənin üzvü olması... əsas götürülməlidir.
1- Yaşıdlarım hamısı evlənib!! Evlənməklə əlaqədar birinci səhv addım insanın öz həmyaşıdlarının və ya sinif yoldaşlarının hamısının evlənməsindən təsirlənərək tələsik evlənmək qərarına gəlməsidir. Evlənmək üçün bu çox məntiqsiz bir dəlildir. Belə olan halda insan adətən kiminlə gəldi evlənir, bu da onun qurduğu ailənin davamlı olmasına mane olur, bir çox hallarda onlar boşanmalı olurlar.
2- Belə elçi ələ düməz!! Evlənməklə əlaqədar ikinci səhv addım gələn elçiləri məhəllələrindəki camaatdan və ya ümumiyyətlə tanıqdıqları insanların arasında daha yaxşı mövqedə olduğunu düşünərək gələn elçiləri qəbul etməkdır. İstər qız üçün gəlmiş oğlan evi elçiləri, istərsədə oğlan evinə qızları barədə eşitdirmək üçün gəlmiş yaxınlardan və ya qohumlardan ibarət insanlar. Bunu evlənməyə səbəb bilməyin. Siz elçi gələnlərlə yox, qohumlarınızla yox, bəyəndiyiniz və xoşunuza gələn insanla ailə həyatı qurmalısınız...


Yemək yedikdən sonra 7 yanlış addım!


İslami və həkimlərin məsləhətinə əsasən yeməkdən sonra bu yeddi işi görmək düzgün deyil:
1) Siqaret çəkmək: Araşdırmalar göstərir ki, yeməkdən sonra 1 çəkilən siqaret adi vaxta 10 ədəd çəkilən siqaretə bərabər olur. Xərçəng riskini də artıra bilir.
2) Meyvə yemək: Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Ona görə də meyvəni yeməkdən 1-2 saat öncə və ya sonra yeyin.
3) Çay içmək: Çay yarpaqlarının tərkibində yüksək miqdarda turşu olduğu üçün yeməklərdən qəbul etdiyimiz proteinləri həzm etmək çətinləşir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter