Niyə Allah-Taala (c.c) orucu 30 gün vacib etmişdir?


Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurmuşdur: “O zaman ki, Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yeyir, həmin meyvənin təsiri bədənində 30 gün qalır. Ona görə də Allah onun övladlarına 30 günlük aclıq və susuzluq çəkməyi vacib etmişdir”.
Sonra Həzrət (s) bu ayəni tilavət edir: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183). İmam Rza (ə) buyurur: “Əgər kimsə soruşsa ki, niyə oruc bir aydır, nə çox və nə də az müddətdə? Ona deyərəm: Çünki insan növlərinin qüvvət və qüdrəti ki, zəiflər və güclülər onda müştərəkdirlər – elə bu miqdardadır...


Ramazan ayında yemək və içməkləri tənzimləmək üçün hansı 5 məsləhət diqqət etmək lazımdır?!


Ramazan ayında yemək və içməkləri tənzimləmək üçün bir neçə tövsiyətə diqqət edək:
1. Çay və qəhvə içəcəklərinin sayını azaltmaq. İftar və obaşdanlarda bu nöqtəyə diqqət etsək, bədənimizi susuzluğa vərdiş etdirmiş olarıq.
Həmçinin həkimlər tövsiyə edir ki, Ramazan ayı boyunca çaydan daha çox, su içməyə meyil edilsin. Çünki çayın və qəhvənin tərkibində olan kofein insanı gün ərzində daha çox susuzlada bilər.
2. Yeməyin həcmini azaltmaq. Çalışmaq lazımdır ki, Ramazan ayı müddətində bədənə daxil olan qidanın həcminə nəzarət edək. Çünki gün ərzində ac qalan mədə, çox həcmli qida ilə qarşılaşan zaman çox əziyyət çəkir və bu, insanın sağlamlığı üçün faydalı deyildir. Bizi doyuzduracaq və gümrah saxlayacaq həddə yesək, kifayətdir....


Qeybəti tərk etmək, 10 min rükət namazdan daha yaxşıdır!


Hüccətil-İslam Pənahian qeybətin gətirdiyi ziyanlara işarə edərək demişdir: Qeybət etmək insana o qədər ziyan gətirir ki, onu tərk etmək 10 min rükət namaz qılmaqdan daha üstün və daha yaxşıdır. O kəslər ki, başqasının qeybətini edir, Allah yanında çox böyük günaha düçar olar.
Hədislərdə oxuyuruq ki, əgər bir məclisdə kiminsə qeybəti edilirsə, insan abırı gedən o bəndəni müdafiə etməzsə, Allah həm dünyada və həm də axirətdə onu zəlil edər.
Ayətullah Haqşenas da qeybət mövzusuna qarşı çox həssas idi. Belə ki, ömrünün son günlərində düzgün eşitmə qabiliyyəti yox idi. Ancaq o məclisdəki iki nəfər pıçıltı ilə qeybət edərdi, onu eşidərdi. Deyərdi: “Bu, nə söhbətdir edirsiniz?”.
Qeybət elə bir günahdır ki, cəzası Məsum İmamları (ə) təhqir etməklə bir tutulur. Həmçinin insanın arxasınca danışan həmin şəxs başqalarının yanında alçalar ki, bu da çox çirkin işdir....


Hz Peyğəmbər (s) qeybət orucu batil edər hədisini necə izah etmək olar?!


Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət orucu batil edər. Ancaq bu məsələ əhkamda dini hökm kimi verilməmişdir. Görəsən doğurdandamı qeybət orucu batil edir? Necə ki, insanın gördüyü saleh əməllərin dərəcələri və mərtəbələri vardır, insanın yerinə yetirdiyi günah da fəsad baxımından eyni dərəcədə deyildirlər. Bu cür hədislər həmin günahın necə böyük olduğunu və necə şiddətli fəsad sayıldığını göstərir.Çünki insan bir başqasının qeybətini edən zaman onun abrını aradan aparır. İslam dini insanların abır və həyasına dəyər verən bir din olduğu üçün, bu əməli şiddətlə pisləyir və məzəmmət edir, ondan çəkindirir.
Məsumlardan (ə) gələn hədislərdən belə nəticəyə gəlmək olur ki, oruc tutmağın da dərəcələri vardır. Zahiri dərəcəsi – fiqhdə bəyan olunanlardır. Onun şəraiti və batil edən əməlləri fiqhdə zikr edilmişdir. Ancaq orucun ən mühüm hissəsi – onun batinidir...


Nəfsin orucu, həqiqi oruc, ən üstün oruc və naqis oruc necə olur?!


Nəfsin orucu. İmam Əli (ə) buyurur: “Dünya ləzzətlərinə görə nəfsin orucu - ən faydalı oruclardandır”.
Həqiqi oruc. İmam Əli (ə) buyurur: “Oruc - haramlardan çəkinməkdir, necə ki, insan yeyəcək və içəcəklərdən çəkinər”.
Ən üstün oruc. İmam Əli (ə) buyurur: “Ürəyin orucu dilin orucundan yaxşıdır və dilin orucu isə mədə orucundan yaxşıdır”.
Göz və qulağın orucu. İmam Sadiq (ə) buyurur: “O zaman ki, oruc tutarsan, gözün, qulağın, tüklərin və dərin də oruc olsun”.
Naqis oruc. İmam Baqir (ə) buyurur: “Bu insanların orucu kamil deyildir: 1. O kəs ki, İmama itaətsizlik edər.
2. Qaçmış qul, o zamana qədər ki, qayıdar.
3. Ərinə itaət etməyən qadın, o zamana qədər ki, tövbə edər.
4. İtaət etməyən övlad, o zamana qədər ki, itaət edər”....


Məsumların hədisində orucu batil etməyən amma savabını azaldan beş əməl nələrdir?!


Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:
1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Oruc tutan insanın qəlbi, zahiri kimi oruc olmalıdır. Ürək də gərək çirkin və nalayiq fikirlərdən və niyyətlərdən uzaq olsun. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Oruc tutan insan gərək napak və şübhəli tikələrdən uzaq olsun. Əgər insan bu mövzuya diqqət etməzsə və şübhəli yeməklərlə iftar açarsa, orucun dəyərindən bəhrələnməz. Oruc tutan hər bir insan haramdan və napak şeylərdən uzaq olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”...


Orucun mənəvi təsirini qazanmaq üçün hansı 3 cəhətə diqqət etmək lazımdır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Allah bəyənən orucun 3 xüsusiyyəti:
1. Çox yeməyi tərk etmək. -Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur.
2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir.
3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir...


Ramazan ayının gündəlik duaları olduğu kimi hər günə namazlar da vardırmı?!


Ramazan ayının hər gününə məxsus dualar olduğu kimi, hər gecəsinə məxsus fəzilətli namazları vardır ki, onlarla tanış olaq. Bunu qeyd edək ki, bu namazlar müstəhəb namazlardır, ona görə də qılmaq imkanı olanlar üçün təqdim olunur.
Ramazan ayının ilk gecəsinin namazı: dörd rükət namazdır ki, «Həmd»dən sonra 15 dəfə “Tövhid” surəsini oxumaq.
Ramazan ayının ikinci gecəsinin namazı: dörd rükətli namazdır ki, hər rükətdə «Həmd»dən sonra 20 dəfə “Qədr” surəsi.
Ramazan ayının üçüncü gecəsinin namazı: on rükət namazdır ki, hər rükətdə “Həmd”dən sonra 50 dəfə “Tövhid” surəsi.
Ramazan ayının dördüncü gecəsinin namazı: 8 rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 20 dəfə “Qədr” surəsi....


Mübarək Ramazan ayında xüsusi diqqət edilməli lazım olan 4 əməl!


Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq.
Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir. (Tebyan)
1. Dua. Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: “Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: “Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”. Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: “Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”.
2. Quran qiraət etmək. Ramazan ayının gündüzlərində, gecələrində ən yaxşı əməl - Quran qiraət etməkdir. Belə ki, Quran Ramazan ayında nazil olmuşdur. Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır....


Ramazan ayında Hər bir müsəlmana bu sual maraqlıdır! Nə üçun oruc tutmalıyam?!


Ramazan ayında oruc tutmağımın fəlsəfəsini belə düşünürəm:
1 - Çünki bu, mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.
4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter