\"Nəhcül-Bəlağə\" nə kİtabdır?


İlahi səfırlər iki cür möcüzəyə malik idilər. Əməli möcüzə və söz möcüzəsi. Əməli (fel) möcüzə, Allahın izni ilə insana xas olan təkvini vilayətin qüvvəsi sayəsində kainatı ram etmək və ona təsir göstərmək dir. Məsələn, Ayın yarılması (şəqqül-qəmər), dənizin yarılması, yerin yarılması, ağacın yerdən qopması, anadangəlmə kor və cüzam xəstəliyinə tutulanların sağaldılması, ölünün dirilməsi və mötəbər İslam mənbə- lərində qeyd olunan digər möcüzələr kimi. Ayın yarılması və ağacın yerindən qopması möcüzələrinin hər ikisi böyük İslam Peyğəmbərinin (s) möcüzələrindəndir. Ayın yarılması möcüzəsi belə baş vermişdir: Müşriklər o Həzrəti cadugər adlandırır və deyirdilər: \"O sehr edir\". Onlar Peyğəmbərdən (s) istəmişdilər ki, əgər o həzrət ayı iki yerə bölsə, onlar iman gətirəcəklər. Peyğəmbər (s) də mübarək əli ilə göyə tərəf işarə edərək ayı ikiyə bölmüşdür. Ağacın yerdən qopması isə belə baş vermişdir: Bir ağac Allahın Rəsulunun (s) əmri ilə öz yerindən qopub toyuq kimi qanad çalaraq o Həzrətə tərəf yürüdü və gəlib onun yanında durdu.
Dənizin və yerin yarılması möcüzələri isə Həzrət Musanın (ə) möcüzələrindəndir. Belə ki, dənizin yarılması Firon və onun qoşununun, yerin yarılması isə Qarun və onun tərəfdarlarının həlak edilməsi üçün Musa peyğəmbər (ə) tərəfindən həyata keçirilmişdir.
Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaltmaq və Allahın iznilə ölüləri diriltmək İsa peyğəmbərin (ə) möcüzələrindəndir.
Xeybər qalasının darvazasının Həzrət Əlinin (ə) mübarək əlləri ilə yerindən çıxardılması o Həzrətin əməli möcüzələrindən və onun həqiqi vilayət qüdrətindəndir. İmam Əli (ə) özü buyurub:
\"Allaha and olsun ki, mən yerindən qopardıb uzağa tulladığım Xeybər qalasının darvazasını özümün cismani qüdrətimlə etmədim, bu işi özümdə hiss etdiyim mənəvi bir qüdrət və İlahi bir nur vasitəsilə yerinə yetirdim\".
Söz möcüzəsi mütəal Allahın uca və dolğun kəlamlarıdır ki, öz sevimli peyğəmbərlərinə nazil etmişdir. Zəmanəmizin böyük irfan alimlərində olan Həzrət Əllamə Həsənzadə Amolinin sözləri ilə desək, \"Söz möcüzələri - vəhy əmanətçiləri olan mələklərdən peyğəmbərlərə nazil olan elm, maarif və həqiqətlərdir\". Söz möcüzələrinin başında Qurani-Kərim durur. İsmətli Əhli-Beytin (ə) buyurduğu kəlamlar, \"Nəhcül-Bəlağə\" və \"Səhifeyi-Səccadiyyə\" kimi kitablarda toplanan hikmətli sözlər və digər dualar hərçənd Quranın sirrini və batinini izah edirlər, amma onlar ikinci dərəcəli söz möcüzələri hesab olunurlar.

Əməli möcüzə ilə söz möcüzələrinin fərqlərini aşağıdakı kimi sadalamaq olar:

1. Əməli möcüzə müvəqqəti olub müəyyən zaman və məkan daxilindədir və ötüb keçəndir. Bu növ möcüzə baş verdikdən sonra yalnız tarixə və xəbərə çevrilir, söz möcüzəsi isə bunun əksinə olub bütün əsrlərdə möcüzə olaraq qalır.
2. Əməli möcüzə daha çox xarici (hissi) aləmlə tanış olan və onlara adət edən adi insanlar üçündür. Belə ki, avam insanlar yalnız hissi idrak - la, xüsusən də gözləri ilə görməklə bir şeyə inanırlar. Belə insanlar mənəvi və ruhi ləzzəti dərk etməkdə acizdirlər, hətta onlar ibadətlərini də özlərinin naqis xəyallarına ümüdvar olduqları halda yerinə yetirirlər. Bu insanlar azad və arif insanların ibadətdən aldıqları zövqlərdən bəhrə- sizdirlər. Onlar maddi həyatda kim olmaqlarına baxmayaraq avamdırlar.
Həzrət Əli (ə) buyurur: \"Allaha ibadət edən bəndələr üç növdür: Bir dəstə Allaha Cənnət əldə etmək üçün ibadət edər, bu, tacirlərin ibadətidir. İkinci dəstə Cəhənnəm əzabından qorxduqları üçün Allaha ibadət edər , bu qulların ibadətidir. Üçüncü dəstə isə Allahın zati ləyaqətinə görə, Ona öz məhəbbətlərini bildirmək və İlahi lütfkarlığa təşəkkür etmək üçün ibadət edərlər. Belə ibadət isə azad insanların ibadətidir. Xüsusi insanlara (ki, bəşəriyyət şəhərinin mütəfəkkir hissəsidirlər) lazım olan elm və mərifətdir. Bu növ insanlar göy süfrəsi və ruhani ədəblər sayılan söz möcüzələri tələb edir, hər bir şeyi lazımınca qiymətləndiməyi bacarır, dərrakəli və müdrikdirlər. Onlar bilirlər ki, elm nədir və haradan gəlib. Əslində insan öz insaniyyətliyini hifz edərsə, elm və mərifətin, saleh əməl və yaxşı əxlaqın özüdür. Əgər belə olmasa, fani olan boş bir sərmayədir. Arif Haqqın gözəlliyində məhv olduğu kimi, aqil insan da sonsuz kəmalın həyatverici suyunun təşnəsidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter