\"İSMİ-ƏZƏM\" NƏ DEMƏKDİR?


Mənası, Əzəmətli hərflər deməkdir.

İləyh (Allah) kəlməsi ilə başlayır, huvə (yəni o ) kəlməsi ilə qurtarır. İsmi əzəm, hərflərində nöqtə yoxdur. Hərəkələrini (işarə, saitlər) dəyişsən belə, məna dəyişmir.

Hər kim gün ərzində 11 dəfə oxusa, bütün işləri asanlaşar.

İsmi əzəm hansı ayələrdir?

İsmi əzəm ayələri Qurani–kərimin beş ayəsində gəlib.

1) \"Bəqərə\" surəsinin 255–ci ayəsində.

2) \"Ali–İmran\" surəsinin 2–ci ayəsində.

3) \"Nisa\" surəsinin 87–ci ayəsində.

4) \"Taha\" surəsinin 8–ci ayəsində.

5) \"Təğabun\" surəsinin 15–ci ayəsində.

İsmi əzəm barədə İslam alimlərinin fərqli fikirləri.

1) Ümumiyyətlə sidqi qəlblə Allahı çağırmağa, İsmi əzəm deyərlər.

2) Xüsusi kəlmələrdir. Ərrahmən, Zulcəlali vəl ikram, Bismillahir-Rahmənir-Rahim kəlmələrinin ğözün ağla qarasınin yaxınlığı qədər, İsmi əzəmlə yaxınlığı var.

3) Huvə (yəni o) kəlməsi və yaxud Müqəttiə (yəni bir neçə hərfdən ibarət olan kəlmə) hərfləri, İsmi əzəm deməkdir.

4) Ümumiyyətlə İsmi əzəm, 73 hərfdən ibarətdir.On dörd məsum 72 hərfi biliblər.Yerdə qalan bir hərf isə, Allahın özünə məxsusdur. Allahdan başqa onu heç kim bilməz.

Allah \"Nəml\" (qarışqa) surəsinin 38, 39 və 40-cı ayələrində, İsmi əzəmdən cəmi bir hərf bilən, Həzrəti Süleyman peyğəmbərin nümayəndəsi Asif Bərxiya oğlunun, Günəşə pərəstiş edən Səba padşahı Bulqeysin taxtını Yəməndən bir göz qırpımında gətirməsindən söhbət acır.

Amma \"Rəd\" surəsinin 43 cü ayəsində, ümumi formada İsmi əzəmi bilən şəxs barədə (bir hərfdən başqa) söhbət açılır. İslam peyğəmbəri bu şəxsin Əli (ə) olduğunu bildirir.

Bəzi peyğəmbərlərin İsmi əzəmdən bir neçə hərf bilməsinə tarixdə rast gəlirirk. Misal üçün, Adəm (ə) 25 – ni, Nuh (ə) İbrahim (ə) 8 – ni, Musa (ə) 4 – nü, İsa (ə) 2 – ni, Həzrəti Muhəmməd (s) isə,72 – sini bilərmiş.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter