Dİnİn İnsan həyatında rolu nədİr?


Müqəddəs mətnlərdə təskinlik mənasını ifadə edən “itminan” anlayışı duyğulu rollardan biri sayılır. Allah-taala buyurur: “Onlar (möminlər) o kəslərdirlər ki, iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram olur.”1 Yəni, Allah zikrindən doğan iman mövcud olan yerdə, qəlbin aramlığı qətidir.2 Başqa yerdə Allah “səkinə”ni (arxayınlığı), kamil imanın rollarından və Özünün böyük bəxşişlərindən hesab edib. “Səkinə” hər cür şəkk və qorxunu insandan uzaqlaşdıran və onu qarışıq və çətin hadisələr qarşısında sabitqədəm saxlayan sabitlik mənasındadır.4
Əllamə Təbatəbai iman və təskinlik münasibətini şərh edərkən yazır:” Bütün nemətlər insana Allah tərəfindən bəxş olur. Amma əzab insanın öz ixtiyarı ilə həyata keçirdiyi əməllər ilə sıx bağlıdır; buna əsasən, insanların qarşıya çıxması ehtimal verilən şər hadisələrdən qorxuları, həqiqətdə Allahdan yox, (insanı Allah rəhməti və nemətindən uzaq edən) öz pis əməllərindən qorxularıdır. Çünki heç bir şər Allah tərəfindən deyil; nəticədə Allahı xatırlamanın birinci rolu, insanın diqqətini onda qorxulu şəkildə büruz edən öz çatışmamazlıqlarına, səhvlərinə və günahlarına yönəltməkdir.
Onun ikinci funksiyası, Allaha yaradılışın son məqsədi kimi diqqət ediıməsidir; nəticədə mömin insanın könlu və qəlbi onu xatırlamaqla rahatlıq tapır.5
İnsanların qəblərinin Allahı xatırlamaqla rahatlıq tapması, iki dəlilə əsaslanır:
1- İnsan son məqsəd olaraq, bədbəxtçilikdən xilas olub səadətə yetişməsi üçün amillərə ehtiyaclıdır.
2- Allahdan başqa olan bütün amil və səbəblər, bir cəhətdən qalib, digər cəhətdən məğlubdurlar; nəticədə qəlblər yalnız onu xatırlamaqla aramlıq tapar.6
Möminin şəxsi qərarları şər və narahatçılıqdan uzaq maarifə dayaqlanır. Çünki o əməllərinin ilahi elmində təyin olunmuş vəzifələr olmasına və yüzdə-yüz doğruluğuna inanır. Mömin insan öz taleyini, Alim, Qadir, Həkim və mütləq şəkildə mehriban olan xaliqin öhdəsinə buraxır. Buna görə öz mənafeyindən məhrum olma qorxusundan kədərlənməyib, xeyir və şəri müəyyənləşdirməkdə çətinliyə, narahatlığa düçar olmur.7
“Kim Allaha iman gətirərsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər” (yəni, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər) ayəsi də, Allah elminin ümumiliyinə və istəyinə etiqadla qəlbi rahatlığın arasındakı əlaqəni bəyan edir. Çünki, Allahın birliyinə, yaradıcılığına və idarəçiliyinə inam, başqa varlıqların müstəqil səbəb olmalarını inkar edib, psixoloji rahatlığa bais olur. Çünki, insanlar bilir zahiri səbəblər, o hadisələri yaratmaqda müstəqil deyillər, işlərin idarəçiliyi Allahın əlindədir. O da məsləhət olmadan heç bir xoşa gəlməz hadisə yaratmaz.8 (Çünki, hikmət sahibidir.)
Şəhid Mürtəza Mütəhhəri psixoloji rahatlığa yiyələnməyi və yaşayışın narahatçılıqlarının azalmasını, din və dini etiqadların nəticələrindən biri kimi qələmə verir.9 Bu İslam mütəfəkkirinin nəzərində insan öz yaradılışının tələbi əsasında səadət və xoşbəxtçiliyini axtarır; təkcə ona yetişməkdən yox, bəlkə ona yetişməyi təsəvvür etməkdən belə yüksək dərəcədə sevinc və xoşhallıq hissi keçirir və (bunun əksinə olaraq) çətinlik dolusu gələcəyin fikrindən möhkəm qorxu və çətinlikdədir. Onun fikrincə “çalışmaq və mühit şəraitinə arxayın olmaq”, insana səadət və xoşbəxtlik bəxş edən iki amil hesab olunur. İztirab şəkkin nəticəsi olduğu üçün, insan adətən öz tərəfindən iztiraba düçar olmur. Çünki, özünə və öz bacarıqlarına şəkk etməyəcək, (bu şəkki) yalnız özünə imanı az olan insanlar edəcək. Buna əsasən insanı iztiraba və narahatçılığa sövqləndirən və insan öz vəzifəsini onun qarşısında aydın görmədiyi şey, (onun) vücudundan xaricdəki dünyadır. Birinci dərəcədə insanın öz bacarıqlarına olan agahlığı şəkk pasının aradan qalxmasına səbəb olur. Nəticədə iztirabın aradan getməsinə səbəb olursa, bu zamanda din və dini etiqadlara inam bu dünyaya qarşı olan şəkk dağıntıları arxasında əminlik və rahatlığın əsasını yaradan amildir. O, bu barədə yazır:
“İnsan dünyaya nisbətdə müamilənin bir tərəfi və dünya, müamilənin digər tərəfidir. Məzhəbi inam (insana) arxayınlıq və itminan (əminlik) bəxş edir, dünyanın insan qarşısındakı rəftarına nisbət narahatçılığı aradan aparır və onun yerinə ona könül rahatlığı verir. Budur ki, deyirik: könül rahatlığı məzhəbi inamın nəticələrindən biridir.”10
Doktor Şəriətinin fkrincə din uca həqiqətlər, Mütəal Allah tərəfindən insanların hidayət və xoşbəxtliyi üçün nazil olmuş yaşayışın möhkəm qanunlarının toplusu ünvanı ilə insanlara psixoloji rahatlıq bağışlamaqda əsaslı və əvəzsiz rol oynayır. Çünki iztirab (həyəcanla dolu narahatçılıq) amillərindən biri təbii və ictimai mühitin amillərindən əlavə yaşayışa olan inamsızlıqdır. Din bir tərəfdən özünün şəkk qəbul etməyən qanunları vasitəsilə təbii və ictimai problemləri dəlil və məsləhət üzündən bilir, digər tərəfdən insanların qəlbində yaşayışa güclü işıq və inam yaradan və yaşayışın büdrəməsinə səbəb olan hər şeyin qapısını bağlayır.
Onun fikrincə dini etiqadlara inamın dərəcəsi ilə insanın yaşayışındakı hadisələr qarşısında narahatçılığın (dərəcəsinin) azalması arasında mənfi bağlılıq vardır. Yəni dini inam hər nə qədər möhkəm olsa bir o qədər iztirab və narahatçılıq azalacaq. Buna əsasən imanın artması ilə yaşayışdan doğrulan çətinlik və narahatçılığın dərəcəsini sıfr dərəcəsinə ya ən az dərəcəyə çatdırmaq olar. Doktor Şəriəti bu barədə belə yazır:
“Hər bir cəmiyyətdə məzhəb əsasları yalnız budur və heç bir şəkki özündə sığışdırmayan göydən enmiş uca həqiqətlər ünvanı ilə o cəmiyyətin bütün fərdləri nəzərindən qəbul olunub bu əmnlik ruhu və şəkdən uzaq imanın rolu camaatın yaşayışına rahatlıq bəxş edirdi. Öz mütədəyyin camaatımızın toplumunda və orta əsrlərdə qərb (dünyasında) iztirabın olmaması səbəbsiz deyil. Çünki din, əxlaq, insan əlaqələri və ictimai adət - ənənələr adı ilə əldə etdiyi bütün şeylərin toplusu ilə öz davamçılarının mənəvi və fikri ehtiyaclarını aradan qaldıra bilirdi.11
İslam mütəfəkkirlərindən əlavə başqa şəxslər də dinin bu funksiyasına diqqət yetiriblər. Vill Durant yazır:
“Din bədbəxtlər, əzab çəkmişlər məhrumlar və qocalmışlar üçün, fövqəltəbii bir təsəlli gətirib, milyonlarla insanların nəzərində hər cür təbii köməkdən daha şərəfli və daha dəyərli bir təsəlli ... ki, ən dəyərsiz və alçaq yaşayışlara məna və əzəmət bağışlayıb.”12

Qeydlər
1- “Rəd” surəsi, 28-ci ayə
2- “Əlmizan” təfsiri, 11-ci cild, səh. 485
3- “Fəth” surəsi, 4-cü ayə
4- “Əlmizan” təfsiri. Bəqərə surəsinin 248-ci ayəsinin izahı
5- “Əlmizan” təfsiri. 11-ci cild, səh. 485-486
6- “Əlmizan” təfsiri. 11-ci cild, səh. 486-487
7- “Əlmizan” təfsiri. 2-ci cild, səh. 438-440
8- “Əlmizan” təfsiri. 19-cu cild, səh. 519
9- Mürtəza Mütəhhərinin əsərlərinin toplusu. 2-ci cild, səh. 45-48
10- Mürtəza Mütəhhərinin əsərlərinin toplusui. 2-ci cild, səh. 46
11- Şəriəti. səh. 8-9
12- Vill Durant. səh. 204


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter