“Allahın ərşİ” dedİkdə, nə başa düşülür?


Çox təəsüf ki, bir çoxları Quranı dərk etmək istəyən zaman onun bir neçə yüz illik ömrünə baxmayaraq, həqiqi müəllimləri olan Peyğəmbərə (s) və İmamlara (ə) müraciət etməmişdilər. Onu dərk etmək üçün yanlış yollara getmişdilər. Ona görə də bəzi bəhslərdə süqut etmişdilər. Quran kəlmələrindən olan \"ərş”, \"Yədullah”, \"Liqaullah” haqqında da bu cürdür.

Ərşin lüğətdə mənası elə bir yerdir ki, üzərində damı vardır. Başqa bir mənası da səltənət və hökumət etməkdir.

Ərş sözü İslam məzhəblərində müxtəlif mənalarla şərh edilir.

1. Müccəsimə adlı bir qrup bu fikirdədir ki, ərş yeddi səmanın yuxarısında yerləşir. Taxta bənzəyir və sütunları yeddinci səmanın üzərindədir. Mələklər onu saxlayıblar. Allah da onun yuxarısındadır.

2. Bəzi təfsirçilər kitablarında yazırlar ki, Allah aləmdəki varlıqları xəlq etməmişdən əvvəl buludların arasında idi və ərşi də suyun üzərində olmuşdur. Allah onun yuxarısında yerləşir. Bu hədislərdən görmək olur ki, bunlar Allahı cismaniləşdirmişdir.

3. Bir hissəsi isə bu fikirdədir ki, ərşin xarici varlığı mövcud deyildir. Ərş səltənətə işarə edən bir məsələdir.

4. Əhli-beyt (ə) məktəbi bu fikirdədir ki, ərş - bütün hadisələrin və işlərin başlanğıc nöqtəsi olan məqam və mərhələdir. O şey ki, yerə enər, o şey ki, ondan xaric olar, o şey ki, ondan yuxarı qalxar - hamısını bilər, harada olursa-olsun o sizinlədir. Allah hər şeyi görəndir. \"Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir”. (\"Hədid” 4).

Bu məqam bütün aləmin tədbir məqamıdır, həm də elm məqamıdır. Bu aləmdən əvvəl mövcud olmuşdur və ondan sonra da mövcud olacaqdır.

Bir nəfər İmam Sadiqə (ə) sual verir: \"Onun ərşi suyun üzərindədir” ayəsinin mənası nədir? Həzrət (ə) buyurdu: Onun mənası haqqında nə deyirlər? Həmin şəxs dedi: Onlar deyirlər ki, ərş suyun üzərində olmuşdur və Allah da onun yuxarısında qərar tutmuşdur. Həzrət (ə) buyurdu: \"Yalan deyirlər. Hər kim Allahın nəyinsə üzərində həml olunduğunu düşünürsə, Ona məxluqların sifətini nisbət veribdir. Həmin şəxs qəbul etməlidir ki, bu nəzərə görə Allahı həml edən məxluq Allahdan daha güclüdür deməkdir”.

İlahi ərş bizim hər bir işimizdən və hər bir rəftarımızdan, yerdə və göydə baş verənlərdən və bütün aləmdən xəbərdar olan bir məqamdır.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter