\"BƏDNƏZƏR\" HƏQİQƏTDİR YOXSA XÜRAFAT?


Bədnəzəri əqli, elmi və nəqli yolla isbat etmək mümkündür.

Əqli yolla isbatı:

Əql baxımından bədnəzər inkar olunmur, necə ki, bəzi muasir alimlər etiqad edirlər ki, gözdə olan gizli hipnoz qüvvəsi var və o qüvvənin vasitəsi ilə bir çox işləri yerinə yetirmək olar, həmçinin, çalışıb səy göstərməklə o qüvvənin imkan dairəsin genişlətmək mümkündür. Hipnoz vasitəsi ilə oyaq insani yatızdırmaq gözdə olan bu qüvvə vasitəsi ilə həyata keçirilir.

Elmi yolla isbatı:

Lazer şuası gözlə müşahidə olunmayan bir şuadan ibarətdir, lakin silah vasitəsi ilə həyata keçirilməsi çətin olan bir çox işlərin öhdəsindən məharətlə gəlir. Muasir dövrümüzdə kəsmədən, qan çıxartmadan cərrahiyyə əməliyyatı bu yolla icra olunur və bu sahədə gedən inkişaf göz qarşısındadır, halbuki biz insanlar o cihazdan çıxan şuaları gözlə görmürük, lakin insan cismindəki qoyduğu təsiri müşahidə edirik.
Gözdə olan qüvvənin qarşı tərəfə təsiri gözdə olan dalğalar vasitəsi ilədir. Göz vasitəsi ilə müsbət və ya mənfi təsir göstərən insanlar hər dövrdə olub. Çox insanlar onların qüvvə vasitəsi ilə göstərdikləri təsiri öz gözləri ilə şahidi olublar.

Nəqli yolla isbatı:

Allah-taala \"Yusif\" surəsinin 67-ci ayəsində buyurur: \"(Yəqub) dedi: \"Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”\"
Ayədə Yaqubun (ə.s) oğullarına olan nəsihətinin təfsirində, Şiə və sünnü alimlərinin çoxu ittifaq edirlər ki, nəsihətdən məqsəd bədnəzərdən qorxu idi. Yusifin (ə.s) qardaşları Yusif qədər olmasa da gözəl və heybətli idilər, həçinin hamisi bir atadan idilər. Yaqub (ə.s) oğlanlarına nəzər dəyməsindən qorxurdu. Hamısı bir qapıdan daxil olarkən, insanların onlara həsəd aparmağından, pis niyyətlə nəzər edəcəyindən narahat olurdu. Buna görə nəsihət edir ki, bir qapıdan daxil olmasinlar, müxtəlif apılardan daxil olsunlar. O zaman Misirin 4 iri qapısı var idi. Daha geniş məlumat üçün Şeyx Nasir Məkarim Şirazinin \"Təfsirul-əmsəl\", Şeyx Təbərisinin \"Məcməul-bəyan\", sünnü müfəssiri olan Fəxri Razinin \"Təfsirul-kəbir\" və digər təfsir kitablarına müraciət etmək olar.
Həmçinin \"Qələm\" surəsinin 51-ci ayəsində buyurur: \"(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): \"O divanədir!” – deyirlər.\"
Mərhum Əllamə Təbətəbai (r.a) məşhur \"Təfsirul-mizan\" təfsir kitabında bu ayənin təfsirində buyurur: \"Az qala səni gözləri ilə yeyələr\" kəliməsində məqsəd, təfsir alimləri dediyi kimi \"bədnəzərdir\" (ərəb dilində bədnəzərə \"isabətul-eyn\" deyilir). Bədnəzər nəfsani təsirə malik olan bir qüvvədir və inkarı üçün əqli dəlil yoxdur, həmçinin o barədə hədislər varid olub, o hədislərin inkarına macal yoxdur. (Təfsirul-mizan. \"Qələm\" surəsinin 51-ci ayəsinin təfsiri)
Bədnəzər dəyməsinin qarşısının alınması və toxunmaması üçün Şiə və sünnü təfsir alimləri bu ayənin oxunmasını qeyd edirlər.

Daha geniş məlumat üçün Şeyx Nasir Məkarim Şirazinin \"Təfsirul-əmsəl\", Şeyx Təbərisinin \"Məcməul-bəyan\", sünnü müfəssiri olan Fəxri Razinin \"Təfsirul-kəbir\" və digər təfsir kitablarına müraciət etmək olar.

Hədislərə gəldikdə isə bu mövzuda istər sünnü, istərsədə Şiə mənbələrində çoxlu sayda hədislər movcuddur. Onlardan bir neçə nümünə:
1- Əsma binti Umeys dedi: \"Ya Rəsulullah (s.a.a.s) Cəfərin oğlanlarına nəzər toxunub, onları \"ruqya\" (ovsun) edim ? Həzrət (s.a.a.s) buyurdu: Bəli. Əgər qədəri (qəza-qədəri) bir şey qabaqlayarsa, göz qabaqlayar (yəni: Bədnəzər).\"
Mulahizə: Bədnəzərdən qorunmağa və ya qorunmaq üçün dua oxumağa ərəb dilində \"istirqa\", \"Ruqya\" və ya \"təviz\" deyirlər. Azərbaycan dilində bu kəlmələrə məna verən munasib digər bir kəlimə tapa bilmədiyim üçün ovsun kəliməsindən istifadə etmişəm.
2- İmam Əli (ə.s) nəql olunur: \"Peyğəmbər (s.a.a.s) Həsən və Hüseyni (ə.s) \"Ruqya\" etdi.\"
3- İmam Əlidən (ə.s) nəql olunur: \"Göz (bədnəzər) haqdır, gözdən qorunmaq da haqdır.\"
\"Təfsirul-əmsəl\" cild 18, \"Qələm\" surəsinin 51-ci ayəsinin təfsiri.
4- Həzrət Peyğəmbərdən (s.a.a.s) nəql olunur: \"Həqiqətən göz haqdır, göz yuxarıda olanı alçaldar (aşağı endirər).\"
5- Nəql olunur: Cəbrail (ə.s) Həzrəti Rasulullaha (s.a.a.s) dua etdi: \"Allahın adi ilə səni bütün həsədli gözlərdən qoruyuram, Allah sənə şəfa versin\".
\"Məcməul-bəyan\" cild 5, \"Yusif\" surəsinin 67-ci ayəsinin təfsiri.
6- Peyğəmbər (s.a.a.s) Ummu Sələmənin evinə daxil oldu. Orda uşaq var idi (xəstəlikdən) şikayət edirdi, dedilər: -Ya Rəsulullah ona göz dəyib, buyurdu: -Onu \"istirqa\" etməmisizmi. (yəni: qorunması üçün dua etməmisizmi ?)
\"Təfsirul-kəbir\" cild 18, \"Yusif\" surəsinin 67-ci ayəsinin təfsiri. Müəllif: sünnü alimi Fəxri Razi.
Yuxarıda zikr olunan hədislər Şiə və sünnü təfsir alimləri öz kitablarında bəd nəzərin isbatı üçün qeyd ediblər. Məlumdur ki, bir alim əgər bir mətləbi isbat etmək istədikdə zəif hədisə isnad etməz, həmçinin zikr etdiyi hədislərin səhih olub olmadığın araşdırıb sonra yazır və hansının zəif və ya hansının səhih olmadığını vurğulayır.
Müctəhidlərədə bu mövzu ilə bağli suallar göndərilib , öz rəylərin bildiriblər və heç biri bu məsələni inkar etməyib. Burada onlardan bir neçəsini nümunə olaraq zikr edirəm, amma gərək olarsa, digərlərinin də nəzərin qeyd etmək olar.

a) Ayətullah uzma Seyyid Sadiq Ruhaniyə göndərdiyimiz sual:
Əssəlamu aleykum və Rahmətullah. Bədnəzər düzdürmü ? Ona inanmaq (etiqad etmək) səhihdir (olar) ?
Cavab: Hədislər onun (bədnəzərin) həqiqət olmasına dəlalət edir. \"Biharul-ənvar\" kitabinda Səfvan Cəmal İmam Sadiqdən (ə.s) nəql edir: Əgər qəbörləri açsaz, ölənlərinizin çoxunu bədnəzərdən öldüyün görərsiz. Göz (bədnəzər) haqdır. Peyğəmbər (s.a.a.s) buyurdu: Göz (bədnəzər) haqdır, kim qardaşında olan bir şeyə təəccüblənsə Allahı zikr etsin, əgər Allahı zikr etsə ona zərər dəyməz.....və beləcə digər hədislər də var.
Tarix: 1433 cü il, 17 Rəcəb.
8 iyun, 2012 ci il.

b) Aytullah uzma Şeyx İshaq Fəyyaz (Nəcəf elmiyyə hovzəsinin 4 böyük ələm müctəhidlərindən biridir. Ayətullah Seyyid Xoinin öndə gedən tələbələrindən biridir) cavabında buyurur: Təsir etməsi uzaq bir görünüş deyil və ona etiqad etməyin eybi yoxdur. \"Qələm\" surəsinin 51, 52-ci ayələri ona (bədnəzərə) işarədir.
Tarix: 1433 cü il, 11 Rəcəb.
2 iyun, 2012 ci il.

c) Ayutullah uzma Seyyid Sadiq Şirazi: Bəli, \"Bədnəzər\" həqiqətdir. O haqda Quranda \"Qələm\" surəsin 51-ci ayəsi nazil olub....\"Mənhəcus-Sadiqeyn\" təfsirində 9\\390 hədis var: Peyğəmbər (s.a.a.s) məsciddə Quran oxuyurmuş, çıxan zaman məscidin xaricində (yanında) bir dəstə Ona baxdılar, az qala (Peyğəmbərə) zərər versinlər bu zaman Cəbrail (ə.s) bu ayə ilə nazil oldu, bu ayəni oxudu və göz (bədnəzər) Ona təsir etmədi... Bir gün (Peyğəmbər) Bəqidən (Mədinədəki böyük məzarliq) keçirdi, buyurdu: Bu məkanda dəfn olunanların çoxu göz dəyməsinin (bədnəzərin) təsirindəndir.
Göz dəyməsini dəf (uzaq) etmək üçün bu ayəni oxumaq təcrubə olunmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter