Təbiət, arxeo¬logiya, fizika və molekulyar biologiya dünya anlayışının daha dəqiq və daha aydın olduğunu sübut edirmi ?!


İrad: Növbəti iradda oxuyuruq: “Təbiət, arxeo­logiya, fizika və molekulyar biologiya dini əfsanələrin sadəcə saxtakarlıq olduğunu və insan tərəfindən yazıldığını deyil, həm də dünya anlayışının daha dəqiq və daha aydın olduğunu sübut etdi”.

CAVAB:   Bir neçə iddia irəli sürülür və birinci iddia budur ki, sadalanan elmlər dinin saxtakar olduğunu sübuta yetirib.

İkinci iddiaları budur ki, həmin elmlər dünyanı daha da aydın şəkildə təsvir edir. Sual vermək lazımdır ki, bu ateistlər hansı dindən danışır? İslam dinindən danışırlar, yoxsa məsihilikdən? Əgər məsihilikdən danışırlarsa, həmin din və İncil təhrif olduğunudan, orada əfsanə və nağıllar çoxdur və biz də bunları inkar etmirik. Onlar həmin əfsanələr üzərində hansısa elmi bir nəticə əldə etmək istəyirlərsə, bu da yanlışdır, çünki məsihilərin özləri də dinlərindəki təhrifi və insan tərəfindən ona əlavə edildiyini qəbul edir və təsdiqləyirlər.

Həmin əfsanələrə istinad etmək qəbuledilməzdir. Əgər İslam dinindən danışırsa, həzrət Nuh (ə), İbrahim (ə), Lut (ə) və digər peyğəmbərlərin hekayəsi Quranda bildirilib və hətta onlar bilmir ki, həzrət Nuhun (ə) zama­nın­dakı su basma hadisəsində həmin məntəqə su altında qalmışdır, yoxsa bütün dünya?

Onların bu haqda cavabları olmadığı halda, bu qədər yersiz iddialar irəli sürürlər. Yəni sadalanan elmlər bu məsə­lələri necə aydın şəkildə izah etmişdir?

Coğrafiya, fizika, təbiət və s. elmlər bunları dəqiq şəkildə aydınlaşdıra bilmədiyi halda, ateistlər həmin məsələləri aydınlaşdırdığını iddia edir.

Arxeoloqlar uzun-uzadı arxeoloji qazıntılar, araşdır­ma­lardan sonra kitablar yazır, müəyyən məlumat verir və onları qəbul edirlər. Arxeoloqların arxeoloji qazıntılar, araşdır­ma­larından sonra əldə etdikləri nəticələr, dəyərli hesab edilirsə, onda necə olur ki, din haqqında bəşər tərəfindən verilən məlumatlar və insanlar vasitəsilə qorunub saxlanaraq günümüzə qədər gələn dini infor­masiya qəbul olunmur?!

Əgər digər məsələlərdə insanın əldə etdikləri dəyərlidirsə, onda bu, dini məsələlərdə də keçərlidir, əgər dəyəri yoxdursa, onda sizin dediyiniz hər iki məsələdə keçərlidir. Sadalanan elmlər qeyb elmi və İlahi mənbəyə əsaslanmır. Amma din İlahi elmə əsaslanır. Belə olduğu halda biz dini inkar edə bilmərik. Fizika, arxeologiya və s. elmlərin dünyanı aydın şəkildə izah etdiyini deyirlər. Dünyadakı məsələlərdən biri də dindir. Amma həmin elmlər dini izah edə bilmir. Bu da göstərir ki, din və sadalanan elmlər iki ayrıca sahəni təşkil edir. Bəli, elmlər dinə təhlili olaraq yanaşa bilər, amma dini izah edə bilməz. Ateistlərin iddialarının bir daha batil olması nəzərə çarpır. Çünki həmin elmlər dini izah edə bilmir və bu məsələdə yetərsizdirlər.

Tanrı böyükdür Kitabı  127-129 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter