Həzrət Peyğəmbərin (s) merac Uçan atla getməsini qəbul etməyənlərə necə cavab vermək olar?!


SUAL:    “Tanrı böyük deyildir” kitabında yazı­lıb: “Məhəmmədin Qüdsə gecə uçuşu haqqında danışdıqlarında, atların uça bilmədikləri kimi açıq-aydın bir faktı qeyd etmək amansızlıq olardı...”

CAVAB:   Burada Allah Rəsulunun (s) Merac məsələsinə irad tutulur. Hədislərdə qeyd olunduğuna əsasən, həzrət Peyğəmbər “Büraq” adlı qanadlı bir atla Qüdsə, oradan da Meraca gedir.

Hitçens atların uça bilmədiyini dəlil gətirərək Merac məsələsini şübhə altına qoymağa çalışır.

Qeyd etməliyik ki, səmavi bir at idi. Şübhəsiz ki, dünyəvi atlar belə xüsusiyyətə malik deyil və onlar uçmur. Bunu biz də qəbul edirik, bu məsələdə mübahisəyə yer yoxdur. Hədislərdə də gəlmişdir ki, həmin at səmavi bir at idi, onun yaradılışı digər atların yaradılışından fərqli idi. Əgər yüz il bundan öncə kimsə desəydi ki, dəmir parçası sürətli şəkildə uçacaq və kosmosa və aya enəcək, hələ üstəlik özü ilə insanları da aparıb gətirəcək, ona hamı irad tutar və ağlını əldən verdiyini düşünərdi. Deyərdilər ki, dəmir parçası necə uça bilər axı?! Halbuki müasir dövrdə və elmin, texnikanın inkişaf edtdiyi bir zamanda həmin məsələ hamıya bəllidir və uçan təyyarələrdə insanlar bir yerdən başqa bir yerə daşınır, aya, kosmosa və Marsa uçuşlar edilir və araşdırmalar aparılır. Bu gün bizim Peyğəmbəri (s) Meraca aparan qanadlı atın mahiyyətini dərk edə bilməməyimiz heç də təəccüblü deyil. Əsrlər öncə kimsə kompüterlə bağlı hər hansı bir nəzəriyyəni irəli sürsəydi, onun insandan da sürətli şəkildə hesab-kitab aparacağını desəydi, kimsə buna inanmaz və qəbul edə bilməzdi və o dövrdə dərk edə bilməməsi təəccüblü deyildi. Amma müasir dövrümüzdə bunları öz gözümüzlə görür və dərk edirik. Ona görə də o səmavı ata da irad tutmaq yersizdir.

Tanrı böyükdür Kitabı 116-117 səhifələr. İlahiyyatçı: Camir Ağayev.

 


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter