K.Hitçens: “...Din günahsız və müdafiəsiz uşaqları bir təcrübə dovşanı kimi istifadə edir”. İddiasını necə cavablandırmaq olar?!


K.Hitçens: “...Din uşaqların qorunması və tərbiyəsində xüsusi yer tutur, lakin nəzəriyə və təcrübədə din günahsız və müdafiəsiz uşaqları bir təcrübə dovşanı kimi istifadə edir”.

         CAVAB:  Həqiqətən, uşaqların qorunması ilə bağlı din ən yaxşı tərbiyə vasitəsidir və din onlar üçün xüsusi hüquqlar nəzərdə tutmuş və onları müdafiə etmişdir. Amma Hitçensin dediyi kimi, din onları, heç də təcrübə dovşanı kimi istifadə etmir. Dini mənbələrdə bizim din rəhbərlərimiz kimsəsiz uşaqları himayə etməyi əmr etmişdi və bununla bağlı Quranda da ayələr vardır.

Onlara zərər yetirmək, haqlarını yemək böyük günahlardan hesab olunmuşdur.

Allah-taala “Nisa” surəsinin 10-cu ayəsində buyurur:

إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْماً إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَاراً وَسَيَصْلَوْنَ سَعِيراً.

“Yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlər, əslində, od yeyirlər və tezliklə cəhənnəm odunda yanacaqlar”.

“Bəqərə” surəsinin 83-cü ayəsində buyrulur:

وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لاَ تَعْبُدُونَ إِلاَّ اللّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسْناً وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلاَّ قَلِيلاً مِّنكُمْ وَأَنتُم مِّعْرِضُونَ.

“(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız”.

 “Bəqərə” surəsinin 177-ci ayəsində buyrulur:

لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَـكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّآئِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُواْ وَالصَّابِرِينَ فِي الْبَأْسَاء والضَّرَّاء وَحِينَ الْبَأْسِ أُولَـئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَـئِكَ هُمُ الْمُتَّقُونَ.

“Yaxşı əməl (yalnız namaz vaxtı) üzünü şərqə və (ya) qərbə tərəf çevirməyiniz deyil (və yaxşı əməl ancaq qiblənin dəyişilməsi haqqında danışmağınız və bütün vaxtınızı ona sərf etməyiniz deyil). Yaxşı əməl (sahibi) əslində Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan, mal-dövlətini çox sev­məsinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, (eləcə də) əhd bağladıqda əhdinə vəfa edən, dar ayaqda, xəstəlikdə və cihad zamanı səbir edənlərdir (mətin olanlardır). Onlar doğru danışanlardır (sözləri etiqad­larına uyğundur). Təqvalı olanlar da məhz onlardır”.

 “Bəqərə” surəsinin 215-ci ayəsində buyrulur:

يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ.

“Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və yolda qalan müsafirlərə məxsusdur. Şübhəsiz, Allah etdiyiniz hər bir xeyir işdən xəbərdardır. (Təzahür etməyə ehtiyac yox­dur, O bilir)”.

 “Bəqərə” surəsinin 220-ci ayəsində buyrulur:

فِي الدُّنْيَا وَالآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلاَحٌ لَّهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاء اللّهُ لأعْنَتَكُمْ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ.

“(Bəlkə) dünya və axirət barəsində (düşünəsiniz). Səndən yetimlər haqqında soruşurlar. De: “Onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatına qatırsınızsa, (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır (onlarla bir qardaş kimi davranın)”. Allah islah (yaxşılıq) edənləri fəsad törədən­lərdən ayırd edir. Əgər Allah istəsəydi, sizi əziyyətə salardı (və yetimlərə qəyyumluq etdiyiniz halda, onların mallarını bütünlüklə öz malınızdan ayırmağı əmr edərdi. Amma Allah belə etmir. Çünki) O, qüdrətli və hikmətlidir”.

“Nisa” surəsinin 2-ci ayəsində buyrulur:

وَآتُواْ الْيَتَامَى أَمْوَالَهُمْ وَلاَ تَتَبَدَّلُواْ الْخَبِيثَ بِالطَّيِّبِ وَلاَ تَأْكُلُواْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوباً كَبِيراً.

“Yetimlərin mallarını  (həddi-büluğ yaşına çatdıqda) özlərinə verin və (özünüzün) pis mallarınızı (onların) yaxşı malları ilə dəyişdirməyin! Onların mal­larını öz mallarınıza qatıb yeməyin! Çünki bu, böyük günahdır”.

“Nisa” surəsinin 3-cü ayəsində buyrulur:

وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلاَّ تَعُولُواْ.

“Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə izdivac edin! Əgər (onlarla) ədalətlə davranaca­ğınızdan əmin deyilsinizsə, o zaman təkcə bir qadınla evlənin və ya sahib olduğunuz qadınlardan biri ilə kifayətlənin. Bu davranış zülm və haqsızlığın qarşısını yaxşı alır”.

“Nisa” surəsinin 36-cı ayəsində buyrulur:

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئاً وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُوراً.

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçu­lara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Çünki Allah özünü bəyənən­ləri, lovğalıq edənləri (başqalarının hüquqlarını tapdalayanları) sevməz!”

“Nisa” surəsinin 127-ci ayəsində buyrulur:

وَيَسْتَفْتُونَكَ فِي النِّسَاء قُلِ اللّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَى عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاء الَّلاتِي لاَ تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَن تَقُومُواْ لِلْيَتَامَى بِالْقِسْطِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ كَانَ بِهِ عَلِيماً.

“Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Sizin onlarla bağlı sualınıza Allah cavab verir. Verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə Kitabda məlumat verilmişdir”. Sizin etdiyiniz bütün xeyirli işlərdən Allah xəbərdardır!”

 “Ənfal” surəsinin 41-ci ayəsində buyrulur:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُمْ بِاللّهِ وَمَا أَنزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ.

“Əgər siz Allaha və haqla batilin ayırd edildiyi – iki dəstənin bir-birilə qarşılaşdığı gün (möminlərlə qeyri-möminlərin bir-birindən ayrıldığı Bədr günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, əldə etdiyiniz hər cür qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yox­sulların və (pulu qurtarıb) yolda qalan müsafir­lərindir. Allah hər şeyə qadirdir!”

“Həşr” surəsinin 7-ci ayəsində buyrulur:

مَّا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاء مِنكُمْ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ.

“Allahın Öz peyğəmbərinə bu kəndlərin əhali­sindən qaytardıqları Allaha, Peyğəmbərə, onun qohum-əqrəbasına, yetimlərə, yoxsullara və yolda qal­mış müsafirlərə məxsus edilmişdir ki, aranızdakı varlılar arasında əldən-ələ dolaşmasın. Peyğəmbər sizə nəyi gətiribsə, onu götürün, nəyi də qadağan edibsə, ondan çəkinin. Allahdan qorxun ki, Allahın cəzası şiddətlidir”.

İmam Əli (ə) hədislərin birində buyurur:

“Əgər bir şəxs əlini mərhəmət göstərməklə yetimin başına çəkərsə, Allah-taala onun saçının tükünün sayı qədər ona savab verər”.[1]

Əmirəl-möminin Əli (ə) “Nəhcül-bəlağə”nin 47-ci məktubunda belə buyurur:

“Allahdan qorxun, Allahdan qorxun! Məbada, yetim­lər bəzən ac və bəzən də tox olalar! Məbada, sizin aranızda olduqları halda, onlarla maraqlanmamağınız səbəbilə tələf olalar!”

Peyğəmbər (s) buyurur: “Yetim uaşqlar üçün mehriban ata kimi olun!”[2]

İmam Baqir (ə) buyurur: “Yetim və onu himayə edən insanın (qəyyumun) özünəməxsus hüquqları vardır”.[3]

Qeyd edilənlərdən dinin uşaqlara, ümumiyyətlə, bütövlükdə insanlara, elmə nə qədər dəyər verdiyi və onlar üçün xüsusi hüquqlar nəzərdə tutduğu və onlara nə qədər də dəyər verməsi anlaşılır.

Tanrı böyükdür Kitabı 103-109 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


[1] “Biharul-ənvar”, c. 75, s. 9.

[2]  “Biharul-ənvar”, c. 77, səh. 171.

[3] “Səvabul-əmal”, s. 4.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter