İslamda kişilərin sünnət edilməsi cinsiyyət orqanına əzab verməkdən ibarət deyilmi?!


K.Hitçens yazır: “İslamda kişilərin sünnət edilməsi cinsiyyət orqanına əzab verməkdən ibarətdir. Sünnətin əsl ma­hiy­yəti cinsiyyət orqanına əzab verməkdir. Müdafiəsiz körpələrin gələ­cək cinsi həyatını məhv etmək üçün uşaqları əlil edirlər”.

     CAVAB:   Günümüzdə sünnətin ağrısız-acısız həyata keçiril­diyi məlumdur və tibb elmi də onun faydalarını bildir­mişdir. Bu baxımdan ateistlərin bu iddiası həqiqətə uyğun deyil. Çünki ortada heç bir əzab yoxdur. Sünnət İslamda müəyyən hikmət və məsləhət baxımından tövsiyə olun­muş­dur. Eynilə insanın dırnağı, saçı uzandıqda onu kəsdiyi kimi, kişilərin də sünnət edilməsinin müəyyən səbəb və faydaları vardır. Onun sayəsində xərçəng, iltihab, sidik kanalındakı digər xəstəliklərin qarşısı alınır və onun faydaları danılmazdır. Hətta qeyri-müsəlmanlardan da, indi sünnət edilənlər var və onun faydalarından yararlanırlar.

Dünyada nə qədər körpə sünnət olunarkən əlil olmuşdur? Bu haqda hansısa bir statistik məlumat varmı? Məsələni araşdırdıqda, bu iddianın da nə tibbə əsaslandığı, nə də hansısa bir dəlilə malik olduğu anlaşılır.

Tanrı böyükdür Kitabı 56 səhifə. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter