İslam ümmətinin hidayəti üçün Əhli-Beytin (ə) nə qədər əhəmiyyətli olması haqda Hz Əli (ə) nə buyurmuşdur?!


Əhli-beyt (ə) Əli (ə)-ın gözü ilə

1. Əli (ə) Peyğəmbərin (s) Əhli-beytini (ə) vəsf edərkən xalqa müraciətlə buyurur: \"Ey camaat! Hara gedirsiniz? Nə üçün haqqdan yayınırsınız? Haqqın bayraqları bərpadır, nişanələri aşkardır. Hidayət çıeaqları yolu göstərdiyi bir halda yolunu azmışlar tək hara gedirsiniz? Nə üçün sərgərdansınız? Halbuki Allah peyğəmbərinin (s) itrəti sizin aranızdadır. Onlar haqqın öndərləridirlər. Dinin rəhbərləri və doğru danışan dillərdirlər”.

2. \"Ey camaat! Peyğəmbərinizin (s) Əhli-beytinə (ə) baxın. Onlar hansı səmtə addım atsa, siz də o səmtə gedin. Ayağınızı onların ayaq izlərinə qoyun. Çünki onlar sizi h hidayət yolundan çıxarmazlar, fəlakətə sürükləməzlər. Əgər sussalar susun, əgər qiyam etsələr qiyam edin. Onlardan önə keçməyin ki, yolunuzu azarsınız. Onlardan geri qalmayın ki, məhv olarsınız”.


3. \"Ey camaat! Biz Peyğəmbər (s) Əhli-beyti (ə) onun əyninə geyindiyi köynək kimiyik. Onun sadiq dostları, vəhy elminin xəzinədarları, o maarifə giriş qapısıyıq. Qapıya yaxınlaşmadan kimsə evlərə daxil ola bilməz. Qapıdan yox, başqa yolla girmək istəyən isə oğrudur”.

4. \"Quran elminin bilicisi biz yox, özləri olduğunu düşünənlər hardadırlar? Onlar bu iddianı yalan və zülm olaraq bizim əleyhimizə rəva gördülər. Allah biz Peyğəmbər (s) Əhli-beytini (ə) yüksəltdi. Onları isə alçaltdı, xar etdi. Bizə əta etdi, onları isə məhrum etdi. Bizi öz nemətlərinə daxil etdi, onları isə xaric etdi. Hidayət yolunu bizim bələdçiliyimizlə keçirlər. Kor könüllər şəfasını bizdən diləyirlər”.


5. \"Həqiqətən, mən sizin aranızda qaranlıq gecədə parlayan işıq misalındayam. Kim ona doğru gəlsə, işığından istifadə edəcək”.
6. \"Onlar – Əhli-beyt (ə) – biliyin həyat rəmzi, nadanlığınsa ölüm rəmzidirlər. Onların helmi sizə biliklərindən, zahirləri batinlərindən, sükutları məntiqlərindən xəbər verir. Nə Allahın dininə qarşı müxalifdirlər, nə də onda ixtilaf edirlər” ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter