Mənəvi həyat, din olmadan da mümkündür. Amma bunun əksinin də doğru olduğunu bilirik!


       CAVAB:  Dediyiniz bu mənəviyyatdan məqsəd kamil bir mə­nəvi həyatdır, yoxsa naqis? Bu mənəvi həyatın necə olduğunu izah edin. Dinsiz mənəvi həyat necədir və dediyiniz mənəvi həyat proqramı nədən ibarətdir? Əgər yaşamaq, yemək-içmək kimi məsələləri nəzərdə tutur­sunuzsa, bunun hamısı maddiyyatdır və mənəviyyatdan onda əsər-əlamət yoxdur. Əgər naqis mənəvi həyatı nəzərdə tutursunuzsa, o nədən ibarətdir? Onun proqramı nədir? Yəni dinsiz mənəvi həyat deyiləndə əsas nə nəzərdə tutulur? Siz deyirsiniz ki, bunun əksinin də (dinin də) doğru olduğunu bilirik, yəni din vasitəsilə də mənəvi həyat mümkündür. Bəli, bu bir həqiqətdir və dinin əsas məsələsi mənəvi həyatdır ki, onda maddi məsələlər də nəzərdə tutulmuşdur.Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter