Qərb alimlərindən bir dəstə: Dindarlıq insanları yanlış yola çəkir və insan azadlığında məhdudiyyət yaradır?!


Kristofer Hitçens “Tanrı böyük deyildir” kitabında yazır: “Dinə qarşı dörd əsas etiraz var.

Birincisi, insan və kainatın mənşəyini yanlış təqdim edir.

İkincisi, bu yanılma səbəbilə köləliyin üst həddini narsissizmin[1] üst həddiylə bir­ləş­dirir.

Üçüncüsü, din, eyni zamanda, cinsi azadlığın təhlükəli məhdudlaş­dırılmasının həm nəticəsi, həm də səbə­bidir.

Nəhayət, dördüncüsü, dini inancın kökündə arzu olunanı həqiqət kimi qə­ləmə vermək istəyi durur”.

CAVAB:

Ateist Hitçens dinə qarşı dörd əsas etirazdan danışır. Hansı dindən söhbət gedir? Məsihilik və yəhudilikdən? Əgər bunları nəzərdə tutursa, onlar təhrif olunmuş din­lərdir və insan və kainatın mənşəyi haqda verdikləri məlumatlar yanlışdır, çünki təhrif olunmuşdurlar. Əgər İslam haqqında danışırsa, axı onların İslam dini haqda məlumatları yoxdur və ya əldə etdikləri məlumatlar batil və yanlış cərəyanlar haqqındadır.

İslam kainat və insanın mənşəyi barədə dəqiq məlumatlar və hətta hələ tərqqi etmiş elmin kəşf etmədik­lərini də, bir neçə əsr öncə xəbər vermişdir və bunun üçün Quranda çoxlu nümunələr vardır. Peyğəmbər (s) və Əhli-beytin (ə) buyurduğu sözlərdə də bunun şahi­diyik.

Digər tərəfdən, ateizm insan və kainatın mənşəyi haqda hansı nəzəriyyəni irəli sürür? Ateizmin nəzərində insanla heyvan arasında hansı fərqlər var? İnsanı necə bir varlıq olaraq təsvir edirsiniz? İnsanı heyvandan ayıran onun mənəviyyatı deyilmi və siz bunu necə dəyərləndirir və təhlil edirsiniz? İslam dinində insanın mənəvi həyatı var və o, kamilliyə doğru seyr etməkdədir. Siz bunları necə izah edirsiniz? İslam öz tutarlı və mətin dəlilləri və vəhylə insan və kainatın mənşəyini izah edir və insan üçün müəyyən bir proqramın olduğunu irəli sürür.

Əksinə, siz “Big Banq” nəzəriyyəsini, yəni Böyük Partlayış nəzəriyyəsini irəli sürür və iddia edirsiniz ki, insan və aləm gözlənilməz partlayış nəticəsində yaran­mışdır. Elə isə, nə üçün baş vermiş partlayış kimi digər bir partlaşıy baş vermir? Digər bir partlayış da baş versin və biz də görə ki, həqiqətən partlayış nəticəsində, nizam-intizamlı aləm və insanlar kimi digər şüurlu varlıqlar yarandı. Nə üçün baş vermir? Mümkünsüzdür? Bəs əvvəlki necə mümkün oldu? Ehtiyac yoxdur? Partlayışa ehtiyacın olub olmamasını kim tənzim edir? Birinci partlayış öz-özünə baş vermişdirsə, deməli ikincisinin də öz-özünə baş verməsi mümkündür. Şüurlu varlıq olan insanı şüursuz bir partlayış və ya təbiət yarada bilərmi?! Təbii ki, yox!  Bu nəzəriyyəni qəbul etmək ağılsızlıq və məntiqsiz bir işdir. Şüursuz bir şey süurlu varlığı yarada bilməz!

Ateistlər köləliyi narsissizmlə birləşdirir və bunu İs­lama nisbət verir.

Cavab:

Birincisi, İslamda köləlik yoxdur. Bəli, tarixdə köləlik və quldarlıq olmuşdur, amma onu İslama nisbət vermək olmaz. İslamdan əvvəlki tarixdə quldarlıq dövrü olsa da, İslam onunla mübarizə apardı və hətta qız uşaqlarının öldürülməsini qadağan etdi. Qurani-Kərim bu yolla insanları əsarət və köləlikdən çıxartdı və onlar üçün azadlığı təqdim etdi, hüquqlar təyin etdi.

“Ənam” surəsinin 151-ci ayəsində buyrulur:

قُلْ تَعَالَوْاْ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلاَّ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَلاَ تَقْتُلُواْ أَوْلاَدَكُم مِّنْ إمْلاَقٍ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلاَ تَقْرَبُواْ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالْحَقِّ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ.

“De: “Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): “Heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yox­sulluq qorxusundan öldürməyin! Sizə və onlara ruzini Biz veririk və pis işlərə – istər aşkar olsun, istərsə də gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın! Həm­çinin, Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı – (qisas, şəriətin müəyyənləşdir­diyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin! Bəlkə, düşü­nə­siniz deyə Allahın sizə tapşırdıqları bunlardır”.

Bu yolla Quran insanların öldürülməsinə və kölə edil­məsinə qarşı çıxdı və kölələrin azadlığı üçün qanunlar təqdim etdi. Məsələn, bəzi böyük günahların kəffarəsi üçün kölə azad edilməsini irəli sürdü. Kölələri azad etməyə çalışdı və insanları da buna təşviq etdi.

“Əraf” surəsinin 157-ci ayəsində buyrulur:

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالإِنْجِيلِ يَأْمُرُهُم بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَآئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالأَغْلاَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ أُنزِلَ مَعَهُ أُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ.

“Onlar Allahın elçisinə, ümmi (təhsil almamış) peyğəmbərə  tabedirlər, onun hansı xüsusiyyətlərə ma­lik olduğunu əllərindəki Tövrat və İncildən bilirlər. Onlara yaxşı işlər görməyi əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal, təmiz olmayanları haram edər, onların ağır yükünü götürər və üzərlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla nazil olan nura tabe olanlar, məhz onlar nicat tapanlardır!”

“Ali İmran” surəsinin 64-cü ayəsində buyrulur:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ

“De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan “Allahdan başqasına ibadət etməyək, heç nəyi Ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: “Şa­hid olun ki, biz müsəlmanıq!”

Ayədə bildirilir ki, biriniz digərini kölə seçməsin. Sual verilə bilər: Allaha bəndəlik etmək necə, bu köləlik deyilmi? Cavabında deyirik ki, xeyr! Bu, Allahın verdiyi nemətlərə təşəkkür etmək deməkdir. Ağıl da qəbul edir ki, nemət sahibinə təşəkkür etmək lazımdır. Məsələn, iki nə­fər­dən biri digərinə yaxşılıq etdikdə, digəri ona təşəkkür edir. Bu köləlikdir? Aydın məsələdir ki, yox! Allaha bən­dəlik də eynilə belədir. Bütün aləmdəki ağıl sahibləri də bunu qəbul edir və yaxşılıq müqabilində təşəkkürü önəm­li sayır, bunu pisləmir. Biri sizə yaxşlıq edərsə, siz onunla üç cür rəftar etmək olar; Birincisi, yaxşılıq müqabilində susmaqdır. Bu ağıl baxımından psilənilmişdir. İkincisi, yaxşılıq müqabilində yaxşılıq edəni təhqir etməkdir. Bu da pislənilmişdir. Üçüncüsü, yaxşılıq müqabilində təşəkkür etməkdir. Ateistdən soruşmaq lazımdır ki, siz yaxşılıq edənin müqabilində qeyd edilənlərin hansını seçirsiniz? Birincin, ikincini ya üçüncünü. Bununla da aydın olur ki, təşəkkür etmək heç də köləlik sayılmır. Təşəkkür etmək ağılın tələb etdiyi bir işdir. Ateist Hitçens dinin köləliyin üstünlüyünü narsis­sizmin üstünlüyü ilə birləşdirdiyini söyləyir. Narsissizm, yəni insanın özünə dəyər verməsi deməkdir. İslamda insanın öz şəxsiyyətini bəyənməsi və dəyər verməsi, əlbət­tə ki, həddini aşmamaq şərtilə məqbul və bəyəniləndir. Bütün insanlar özünə və şəxsiyyətinə dəyər verməlidir. Dinimizdə bu məsələ “ücb” (özünü bəyənmə) və eqoistlik səviyyəsinə gəlib çıxmayana qədər məqbul hesab olunur. Qeyd etdik ki, İslam əsla köləliyi qəbul etməmişdir. Hitçens də din deyəndə, hansı dini nəzərdə tutduğunu bildirmir. Bu da onun həmişəki yanlış və batil iddiaların­dan biridir.

Əgər köləlik dedikdə Allah qarşısında bəndəçiliyi nəzərdə tutursa, bu köləlik deyil. Bu sadəcə Allah istəyən kimi təşəkkür etməkdir.

Ateistlər yazır ki, bu, cinsi repressiyanın həm səbəbi, həm də nəticəsidir. Bir daha nəzərinizə çatdırırıq ki, onlar iddialarında hansı dini nəzərdə tutduqlarını dəqiq bildir­mir, köləlik dedikdə onu düzgün şəkildə başa düşmür və yalnız dəlilsiz iddialar irəli sürürlər.

Digər iddiaları isə arzu olunan şeylərin həqiqət kimi göstərilməyə çalışdığından ibarətdir. Hitçens demək istəyir ki, bəzi şeylər yalnız arzu oluna bilər və həqiqəti yoxdur. Məsələn, Cənnətdə məskunlaşmaq, əbədi həyat sürmək və s. arzu hesab edir. Biz də, öz növbəmizdə, deyirik ki, bu təkcə arzu yox, bir həqiqətdir və dəlillər bunu isbat edir. Hitçens bunun həqiqi olmadığını sübuta yetirə bilməz, çünki onun heç bir dəlili yoxdur. Həmişə olduğu kimi, dəlil-sübutsuz iddialar etməyə davam etmiş və belə bir iradı ortaya qoymuşdur.

“Tanrı böyük deyildir” kitabını başdan sona kimi incələdik, lakin burada tutarlı və mətin bir dəlil və ya şübhə görmədik. Əksinə, əvvəldə də xatırlatdığımız kimi, bu kitabın psixoloji sarsıntı və təzyiqlərə məruz qalmış və bir sıra dini həqiqətləri dərk etməkdə aciz qalmış və onları həzm edə bilməyən Kristofer adlı ateist tərəfindən yazıl­dığını başa düşdük.

Möhtərəm oxuculara bu kitabı oxuma­mağı tövsiyə edir və tamamilə əminlik və mətinliklə bildiririk ki, həqi­qətən də Allah böyükdür və əqllər Onun əzəmətini və zatını dərk etməkdə acizdir! /Tanrı böyükdür Kitabı 21-27 səhifələr. İlahiyyatçı: Camir Ağayev.

 


[1] Narsissizm - insanın özünə heyran olması, sitayiş etməsi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter