Ənbiya” surəsinin 35-ci ayəsi möminlərin çətinliklərinin səbəbini nə olaraq tanıtdırır?!


Giriftarçılığın ən mühüm amili və yaxud imtahan

Giriftarçılığın səbəbləri arasında hamını əhatə edən və ən mühümü, imtahan və sınaq amilidir. Allah-təala hətta peyğəmbərləri də (onların mə`nəvi dərəcələrinə görə) imtahan edir. Heç kim bu qanundan istisna olunmur. İmtahanın yolları çoxdur. \"Ənbiya” surəsinin 35-ci ayəsində buyurulur: \"Biz sizi xeyir və şərlə sınağa çəkərik”.

Beləliklə, insan hər cür xeyir və şərlə imtahan olunur. Bə`zi rəvayətlərdə hamıya aid edilən fitnə (imtahan) on hissəyə bölünür:
Doğru yoldan azmaqla imtahan. Sınaq imtahanı. Dəlil və höccət imtahanı.

Şirk imtahanı. Küfr imtahanı. Odda yanmaqla imtahan. Əzabla imtahan. Ölməklə imtahan. Haqq yoldan saxlanmaqla imtahan.
Şiddətli giriftarçılıqla imtahan. Bə`ziləri məhəbbətlə imtahanı da bunlara əlavə edirlər.

Yuxarıda göstərilənlərlə çox imtahan olunduğuna görə, insanların ehtiyatlı olması üçün onlar təkrar-təkrar xatırladılır. İmam Əli (ə) buyurur: \"Fitnələr qabağa gələndə az yaşlı dəvə balası kimi olun. Onun nə möhkəm beli olur ki, minələr və nə də sağmaq üçün döşləri olur”. İmam (ə) bu sözləri o zaman buyururdu ki, iki azğın dəstə bir-biri ilə döyüşə başlamışdır. O həzrət demək istəyir ki, ehtiyatlı olun. Bu fitnə öz məqsədləri üçün nə sizə minsin və nə də mali imkanlarınızdan özləri üçün istifadə etsin. Yoxsa, əgər döyüşən tərəflərdən biri haqq olsaydı, ona kömək etmək vacib olardı.


İkinci hissə:

Digər tərəfdən, rəvayətlərdə bəlaların səbəbi bə`zən imtahan, bə`zən əməlin cəzası, bə`zən də keçmiş günahların bağışlanması, bə`zən isə (Allah övliyalarının bəlaları kimi) mə`nəvi dərəcənin artması kimi qeyd olunur. Bütün ayə və rəvayətlərdən belə nəticə çıxarırıq ki, bəlaların səbəbləri aşağıdakı beş haldır:
Keçmiş əməllərin cəzası.
Pis yoldan qayıtmaq və tövbə etmək vasitəsi.
İmtahan və sınaq. Özünü tanısın ki, imtahanın öhdəsindən necə gələ bilir.
Keçmiş günahların bağışlanması.
Mə`nəvi məqam və dərəcənin artması.
Beləliklə, biz öz araşdırmalarımızda bəlaların səbəblərini anladıq. Bəla üz verdikdə gərək dözümsüz olmayaq. Əksinə, səbir və müqavimət göstərməklə Allaha xatir özümüzü onların çətinliklərinə öyrəşdirsək və bu yolda polad kimi iradəli olsaq, çox tə`siri olacaq. \"Bəqərə” surəsi 155-ci ayənin davamında buyurulur: \"Səbir edən şəxslərə müjdə ver”.
\"O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman \"Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” deyirlər”.
Allahın lütf və mərhəməti bu cür insanlara şamil olacaq və belə insanlar doğru yolda olanlardır.


Mənbə: \"İslamda qəhraman qadınlar\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter