Əhli-Beytin (ə) hədislərinə əsasən İnsan nə üçün ölümü sevmir?!


Ölüm – o həqiqətdir ki, bütün canlıların sorağına gələr və onları dünyadan ayırar.

Bir nəfər İmam Səccaddan (ə) soruşur ki, ölüm nədir?

Həzrət (ə) buyurur: “Mömin üçün – çirkli paltarı bədənindən ayırmaq və ağır zəncirlərdən azad olmaq, ən dəyərli libasları geyinmək və ən xoş iyləri (iyləməkdir).

Kafirlər üçün – əyinlərindən ən dəyərli libaslarını çıxardıb, ən çirkli paltarları geyinmək və gözəl mənzillərdən ən dəhşətli mənzillərə getmək və ən çətin işgəncələri (dadmaqdır)”.



Muhəmməd ibni Əlidən (ə) soruşurlar ki, ölüm nədir? Buyurur: “Həmin yuxudur ki, gecə sizi əhatə edər. Bir fərqlə ki, ölümün müddəti uzundur və insan ondan ayılmaz, məgər Qiyamət günündə.

O zaman ki, insan yuxuda müxtəlif şadlıqları görər ki, onları təsvir edə bilməz, həmçinin qorxudan elə şeylər görər ki, onun həddini təsvir etməyə qadir olmaz – həmin şadlıq və qorxu halı yuxuda necədir?

Budur ölüm, ona görə də özünüzü onun üçün hazır edin”.

Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və soruşur: “Mən ölümü sevmirəm”.

Həzrət (s) buyurur: “Malın vardır?”. Deyir: “Bəli”.

Buyurur: “Onu ölümdən qabaq göndərmisənmi?”. Deyir: “Xeyr”.

Buyurur: “Bu səbəbdəndir ki, ölümü sevmirsən”.

İnsan ölümün həqiqətini dərk edərsə, ona hazır olar. Onun gələcəyindən əmin olar və bilər ki, bu həyat fanidir. Bu həyatda olan hər şey fanidir və bir gün gələcəkdir ki, bu dünyaya vida deyəcəkdir.

Ölüm – bəzi Məsumların (ə) nəzərinə görə, yeni paltar geyinmək, bəzi Məsumların (ə) nəzərinə görə isə yuxudur. Ölüm o həqiqətdir ki, bizi dünyadan, sevdiklərimizdən, həyat ləzzətlərindən ayıracaq və əməllərimizin qulu edəcəkdir.

Hər kim mömin olarsa – dünyası da, axirəti də abad olar. Yox, əgər kafir olarsa – axirətinin abad olması mümkünsüzdür/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter