Hz.Əli (ə) kimdir? Hədislərdən çıxarılmış 14 cümlə


Əli (ə) - Kəbənin içində doğulan yeganə şəxsdir.

Əli (ə) - kamillik zirvəsini fəth edən ilk İmamdır.

Əli (ə) - Peyğəmbərin (s) elm şəhərinin qapısıdır.

Əli (ə) - o kəsdir ki, Qurani-Kərimdə haqqında ayələr nazil olmuşdur.

Əli (ə) - o kəsdir ki, ona məhəbbət - Allaha imanın nişanəsidir.

Əli (ə) - hicrət gecəsi Peyğəmbərin (s) yatağında canını fəda edən kəsdir.

Əli (ə) – o kəsdir ki, Xeybərin fəthi məhz onun əli ilə gerçəkləşdi.

Əli (ə) - dünya və axirətdə Peyğəmbər bayrağının sahibidir.

Əli (ə) - hər iki dünyada Peyğəmbər ümmətinin rəhbəridir.

Əli (ə) - Fatimeyi-Zəhraya (s.ə.) layiq hər cəhətdən kamil və pak olan yeganə insan idi.

Əli (ə) - İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi parlaq şəxsiyyətlər yetişdirən bənzərsiz atadır.

Əli(ə) - bəşərin ən xeyirlisidir, şəfaət qapısıdır.

Əli (ə) - ehtiyaclılara həm maddi, həm mənəvi dayaq idi.

Əli (ə) – \"Qul huvəllahu əhəd”in Qurani-Kərimdəki məqamının bənzəridir.



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter